132
Amma burda başqa bir sirr də var.
Sofi ayağa qalxdı və əlindəki şamdanı divardakı iki portretin
qarşısına tutdu. Coanna da şəkillərə yaxınlaşdı.
Berkli və Bjerkli. Bu nə deməkdir?
Bilmirəm.
Şamın əriyib qurtarmasına az qalmışdı.
Gedək, gedək! - Coanna dedi.
Gedək, amma güzgünü özümüzlə aparmalıyıq.
Sofi dolabın üstündə asılmış böyük bürünc güzgünü yerindən
çıxardı. Coanna nə qədər mane olmağa çalışdısa, xeyri olmadı, Sofi
fikrindən daşınmadı.
Onlar bayıra çıxanda hava bir may gecəsi ola biləcək qədər qaranlıq
idi; ağacların və kolların cizgiləri güclə görünürdü. Kiçik göl sanki
səmanın surəti idi. İki rəfiqə qayığa oturub o biri tərəfə doğru ağır-ağır
avar çəkdilər. Çadıra qədər heç biri dinmədi, ikisi də bir-birinin bütün
bu gördükləri haqda düşündüyünü bilirdi. Göldən çıxandan sonra
addımlarıyla ara- sıra bir quş ürküdərək, bəzən də bir bayquş
ulartısından özləri ürkərək yerlərinə tərəf getdilər.
Çadıra çatan kimi döşəklərinə uzandılar. Coanna güzgünü çadıra
salmağa qoymadı. Yatmazdan əvvəl güzgünün çadırdan kənarda
qoyulmasının da qorxulu olması haqda danışıb
həmfikir oldular. Üstəlik, Sofi açıqcaları da özüylə götürmüşdü, onları
bel çantasının cibinə qoymuşdu.
Səhəri gün tezdən oyandılar. Döşəyindən birinci qalxan Sofi oldu.
Ayaqqabılarını cütləyib geyindi, çadırdan çıxdı. Böyük güzgü
qoyduqları kimi, çəmənliyin üstündə idi, üzərində şeh damlaları vardı.
Sofi sviteri ilə şeh damcılarını sildi və öz surətinə baxdı. Elə bil
təpədən dırnağa özünü yoxlayırdı. Xoşbəxtlikdən güzgünün yanında
Livandan gələn sübh məktubu-filan yox idi.
Çadırın arxasındakı geniş düzün üzəri pəmbə səhər buludlarıyla
örtülüydü. Kiçik quşlar ürəkdən oxuyurdular, kəkliklərdən isə əsər-
əlamət yox idi.
Qızlar qalın sviter geyindilər və çadırın yanında oturub səhər yeməyi
downloaded from KitabYurdu.org
133
yedilər. Tezliklə onların söhbəti mayorun evinin və sehrli açıqcaların
üstünə gəldi.
Yeməkdən sonra çadırı yığdılar və evə getmək üçün yola düzəldilər.
Sofi böyük güzgünü qoltuğuna vurdu. Yorulub güzgünü yerə
qoyduğundan, yolboyu dəfələrlə dayanıb
dincəlməli olurdular, Coanna güzgüyə toxunmağa qorxduğundan ona
kömək etmirdi.
Evlərinə yaxınlaşanda adda-budda güllə səsləri eşitdilər. Sofi
Hildenin atasının müharibə içində olan Livanla bağlı cümlələrini
xatırladı və sülh içində yaşayan bir ölkədə doğulduğuna görə, nə qədər
xoşbəxt olduğunu anladı. Onların eşitdiyi “güllə səsləri” milli bayramı
qeyd edənlərin məsum hava fişənglərinin səsiydi.
Sofi Coannanı isti şokolad içməyə dəvət etdi. Anası güzgünü hardan
tapdıqlarını soruşdu. Sofi bunu mayorun evinin yanından tapdıqlarını
dedi. Anası yenə oranın uzun illərdir kimsəsiz olması haqda hekayəni
danışdı.
Coanna gedəndən sonra Sofi qırmızı paltarını geyindi. Bayramın
qalanı adi keçdi. Axşam televizorda Norveç BMT batalyonunun bu
günü Livanda necə qeyd etdiklərini göstərdilər. Sofi gözlərini ekrandan
çəkə bilmirdi. Çünki onun gördüyü kişilərdən biri Hildenin atası ola
bilərdi.
17 mayda Sofinin etdiyi son iş böyük güzgünü otağının divarından
asmaq oldu. Növbəti səhər Sofi öz xəlvəti
guşəsində yenə qəhvəyi zərf tapdı. Onu dərhal cırıb açdı.
“İki mədəniyyət
...insan yalnız bu yolla boşluqda veyillənməkdən xilas ola bilər-
İndi artıq görüşümüzə əvvəlki kimi çox qalmayıb, Sofi. Mayor evinə
yenə qayıdacağını fikirləşərək, Hildenin atasından gələn bütün
məktubları ora qoymuşdum. Yalnız bu yolla məktublar ona çata bilər.
Qoy onun bu məktubları necə alacağı hələlik səni narahat etməsin.
İyunun 15-ə qədər çox sular durular!
Ellinist filosofların əvvəlki dövr filosofların ideyalarını necə
dəyərləndirdiklərini gördük. Bəziləri hətta öz sələflərini dini
downloaded from KitabYurdu.org
134
peyğəmbərlərə çevirməyə cəhd edirdilər. Plotin az qala Platonu
bəşəriyyətin xilaskarı elan etmişdi.
Lakin bildiyimiz kimi, müzakirə etdiyimiz bu dövrdə Yunan- Roma
dünyasından kənarda başqa bir xilaskar meydana çıxmaqda idi. Bu,
Nazaretli İsa idi. Bu fəsildə biz Hildenin dünyası tədricən bizimkinə
sızdığı kimi, Xristianlığın da Yunan- Roma dünyasına tədricən necə
sızıb yayıldığını izləyəcəyik.
İsa yəhudi idi. Yəhudilər Semit mədəniyyətinə, yunanlar və
romalılar Hind-Avropa mədəniyyətinə məxsusdurlar. Bu iki
mədəniyyət Avropa sivilizasiyasının iki bünövrəsidir. Xristianlığın
Yunan-Roma mədəniyyətini tədricən öz təsiri altına necə salmasını
nəzərdən keçirməzdən əvvəl biz bu iki bünövrə haqda söz açacağıq.
Hind-Avropalılar
Hind-Avropalı sözü altında biz Hind-Avropa dillərinin hər hansı
birində danışan bütün xalqları və mədəniyyətləri nəzərdə tuturuq. Bu
dillər Fin-Macar dillərinin (lapon, fin, eston və macar) və Bask dilindən
başqa, bütün Avropa dilləridir. Hind və İran dillərinin də çoxu Hind-
Avropa dilləri ailəsindəndir.
Təxminən 4 min il əvvəl ilk Hind-Avropalılar Qara dəniz və Xəzər
dənizi arasındakı ərazilərdə yaşayırdılar. Sonralar bu Hind-Avropa
tayfaları dalğa-dalğa cənub-şərqə doğru İrana və Hindistana, cənub-
qərbdə Yunanıstan, İtaliya və İspaniyaya, qərbdə Mərkəzi Avropanın
içərilərilə Fransa və Britaniyaya, şimal-qərbdə Skandinaviya və şimal-
şərqdə Şərqi Avropaya, Rusiyaya yayıldılar. Hind-Avropalılar hara
gedirdilərsə, yerli mədəniyyətə qarışıb assimilyasiya olur, Hind-
Avropa dilləri və dini isə həmin mədəniyyətlər üzərində hakim rol
oynamağa başlayırdı.
Qədim Hindistan Veda əlyazmaları, yunan fəlsəfəsi və Snorre
Sturluson mifologiyası qohum dillərdə yazılıblar. Lakin qohum olan
təkcə dillər deyil. Qohum dillər qohum ideyalar meydana gətirir. Buna
görə də biz Hind-Avropa “mədəniyyəti” terminindən istifadə edirik.
Hind-Avropalıların mədəniyyətinə çoxtanrılıq xas idi. Buna
politeizm deyirik. Bu tanrıların adları, dini terminologiyanın
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |