Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə45/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   ...   154

135 

 

əksəriyyəti  bütün  Hind-Avropa  ərazilərində  bir-birinə  çox  bənzər 



şəkillərdə çıxır qarşımıza. Bir neçə misal gətirim. 

Qədim  hindlilər  səma  tanrısı  Dausa  ibadət  edirdilər,  bu,  sanskrit 

dilində səma, gün, cənnət  mənası verir. Yunan dilində bu tanrı Zevs, 

latın dilində luppiter (əslində lov-patter -  yəni “ata səma”) və qədim 

Norveç dilində Tir adlanır. Yəni Daus, Zevs, Lov və Tir adları eyni bir 

sözün dialektik variantlarıdır. 

Yəqin  qədim  vikinqlərin  “aese”  adlı  tanrılara  inandıqlarını 

xatırlayırsan.  Bu  söz  bir  çox  Hind-Avropa  ərazilərində  “tanrılar” 

mənasında rastımıza çıxır. Hindistanın qədim ənənəvi dili olan sanskrit 

dilində  tanrılara  asura  və  fars  dilində  ahura  deyilir.  “Tanrı”  mənası 

verən digər bir söz sanskritcə deva, farsca daeva, latınca deus və qədim 

skandinav dilində tivurrdur. 

Vikinqlərin  vaxtında  da  insanlar  bir  qrup  bərəkət  tanrısına 

inanırdılar (Niord, Freyr, Freyja). Bu tanrıların ortaq adı - vaner idi. Bu 

isə  bərəkət  ilahəsinin  latınca  adı  olan  Venera  ilə  qohumdur.  Sanskrit 

dilində “istək, arzu” mənası verən “vani” sözü də eyniköklüdür. 

Bəzi Hind-Avropa miflərində də aydın bənzərlik müşahidə olunur. 

Snorrenin qədim skandinav tanrıları haqda danışdığı miflərin bir neçəsi 

iki-üç min il əvvələ aid edilən Hindistan 

miflərinə oxşayır. Təbii ki, Snorrenin danışdığı bu miflərdə skandinav 

mifləri  skandinav  təbiətindən,  hind  mifləri  isə  hind  mühitindən 

təsirlənib, amma onların çoxu ümumi köklərinin izlərini saxlayır. Biz 

bu izləri daha aydın şəkildə ölməzlik iksiri və tanrıların şər qüvvələrlə 

savaşlarından bəhs edən miflərdə görə bilərik. 

Biz həmçinin Hind-Avropa mədəniyyətlərində təfəkkür tərzinin də 

bənzərliyini görə bilərik. Bu bənzərliklərə ən bariz nümunə dünyanın 

xeyir  və  şər  qüvvələrin  bir-birilə  usanmaz  savaşı  kimi  təsəvvür 

olunmasıdır.  Hind-Avropalılar  bundan  çıxış  edərək,  Xeyir  və  Şər 

arasında  gedən  döyüşlərin  nəylə  bitəcəyini  əvvəlcədən  “görməyə” 

çalışıblar. 

Kimsə haqlı olaraq deyə bilər ki, yunan fəlsəfəsinin Hind- Avropa 

mədəniyyətindən qaynaqlanması təsadüfi deyil. Qədim hind, yunan və 

downloaded from KitabYurdu.org



136 

 

skandinav mifologiyasının hamısında fəlsəfi, spekulyativ dünyabaxışı 



var. 

Hind-Avropalılar  dünyanın  gedişatının  mahiyyətinə  nüfuz  etməyə 

çalışırdılar.  Biz  hətta  bütün  Hind-Avropa  dünyasında  sezmək  və  ya 

bilmək mənası verən eyni sözə rast gəlirik. 

Sanskrit dilində bu söz “vidya”dır. Bu söz yunan dilində mövcud olan, 

Platonun fəlsəfəsində vacib yer tutan “ideya” sözüylə oxşardır. Latınca 

bu söz video idi, Roma torpağında bu sözün mənası sadəcə görmək idi. 

Fikrimizcə,  “mən  görürəm”  “mən  anlayıram”  mənasını  verə  bilər. 

(“Görmək”  sözünün  televiziya  ekranına  göz  zilləməklə  sinonim 

edilməsi yalnız bizim günümüzə xas bir hadisədir.) İngilis dilində wise 

- müdriklik, almanca wssen - bilik, Norveçcə viten sözləri eyni mənanı 

verir. 


Ümumiyyətlə, görmək duyğusunun Hind-Avropalılar üçün ən vacib 

hiss olduğunu demək mümkündür. Hind, yunan, İran, alman ədəbiyyatı 

da  böyük  kosmik  görüşlərlə  doludur.  Hind-  Avropa  mədəniyyətinə 

daxil  olan  xalqlarda  qarşımıza  çıxan  bir  başqa  ortaq  xüsusiyyət 

tanrıların, mifik hadisələrin rəsm və heykəllərini yaratmaqdır. 

Nəhayət, Hind-Avropalılar dövri tarixi baxışa malik idilər. 

Bu  baxışa  görə,  tarix  ilin  fəsilləri  kimi,  “halqalarla,  “dairələrlə 

irəliləyir. Tarixin əvvəli və sonu yoxdur, müxtəlif sivilizasiyalar sonsuz 

olaraq, doğulur və ölür. 

İki  böyük  Şərq  dini  -  Hinduizm  və  Buddizm  Hind-Avropa 

mənşəyinə  malikdir.  Yunan  fəlsəfəsi  də  bu  mənşəyə,  bu  kökə  malik 

olduğuna görə, Hinduizm və Buddizmlə ortaq cəhətləri var. Bu gün də 

Hinduizm və Buddizm ciddi fəlsəfi düşüncələrə malikdir. 

Hinduizm və Buddizmdə Tanrının hər şeydə var olması (panteizm) 

və insanın dini duyumla Tanrıyla birləşə bilməsi düşüncəsinə çox rast 

gəlinir.  (Plotini  xatırlayırsanmı,  Sofi?)  Buna  nail  olmaq  dərin  daxili 

özünənəzarət və  ya  meditasiya tələb edir. Ona görə  də Şərqdə özünə 

qapanmaq,  inzivaya  çəkilmək  dini  qabiliyyətlər  sayılıb.  Qədim 

Yunanıstanda da ruhun qurtuluşu naminə asketik, yaxud dini inzivaya 

çəkilən həyat tərzi gərək olduğuna inananlar olub. Orta əsrlər rahiblik 

downloaded from KitabYurdu.org



137 

 

həyatının  əsasında  da  Yunan-Roma  sivilizasiyasından  gələn  bu 



inanclar dayanır. 

Ruhun  bədəndən-bədənə  köçməsinə  inam  bir  çox  Hind-  Avropa 

mədəniyyətlərində əsas yer tutur. 2500 ildən çoxdur ki, hər bir hindlinin 

ali məqsədi ruhunu bu köçdən, bu həyat 

dövriyyəsindən  qurtarmaqdır.  Ruhun  bədəndən-bədənə  köçməsinə 

inananlardan biri də Platon idi. 

Semitlər 

İndi  gəl  Semitlərə  qayıdaq,  Sofi.  Onlar  tamamilə  başqa  bir 

mədəniyyətə  və  dilə  malikdirlər.  Əslən  Ərəbistan  yarımadasından 

olsalar da, onlar da dünyanın müxtəlif tərəflərinə yayılıblar. Yəhudilər 

2000  ildən  artıq  öz  vətənlərindən  uzaqlarda  yaşayıblar.  Semit 

mədəniyyəti  və  dini  xristian  dünyası  vasitəsilə  çox  uzaqlara  yayılıb, 

semit mədəniyyətinin geniş yayılmasında İslamın da rolu böyük olub. 

Hər  üç  Qərb  dini  -  İudaizm,  Xristianlıq  və  İslam  semit  zəmindən 

qaynaqlanır. Müsəlmanların müqəddəs kitabı olan Quran da, Əhdi Ətiq 

də  Semit  dil  ailəsinə  məxsus  dillərdə  yazılıblar.  Əhdi  Ətiqdə  tanrı 

mənasında işlənən bir söz müsəlmanların “allah” sözüylə eyni semantik 

kökdən gəlir. 

Xristianlığa  gəlincə  isə,  mənzərə  bir  qədər  də  mürəkkəbləşir. 

Xristianlıq  da  semit  mənşəlidir,  ancaq  Əhdi  Cədid  yunanca  yazılıb. 

Xristian  ilahiyyatı  və  ya  kredosu  formalaşarkən  yunan  və  latın 

dillərinin, dolayısıyla, Ellinist fəlsəfənin təsirlərinə məruz qalıb. 

Hind-Avropalıların  müxtəlif  tanrılara  inandıqlarından  artıq 

danışmışıq. Semitlər isə ta qədim zamanlardan tək Tanrıya inanırdılar. 

Bu,  monoteizm  adlanır.  İudaizm,  Xristianlıq  və  İslamın  hər  üçü 

Tanrının  yeganə  olması  fikrində  şərikdirlər  və  bu  onların  ən 

fundamental ideyasıdır. 

Semitlərin tarixə xətti baxış bucaqları var. Yəni tarixi inkişaf edən 

düz xətt kimi görürlər. Tanrı dünyanı yaradıb və o andan etibarən tarix 

başlanıb. Lakin günlərin birində tarix sona çatacaq, Qiyamət qopacaq, 

ədalət  məhkəməsi  qurulacaq  və  Tanrı  bütün  diriləri  və  ölüləri 

mühakimə edəcək. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə