Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə52/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   48   49   50   51   52   53   54   55   ...   154

156 

 

xarabalıqlarda dolaşan bir ovuc insan qalmışdı yəni. Ev tikmək lazım 



olanda əvvəlki binalardan qalma xarabalıqları yağmalayırdılar. Çağdaş 

arxeoloqlar üçün bu, böyük bir qüssədir. Onlar çox istərdilər ki, Orta 

əsrlərin insanı o böyük keçmişi tarixi abidələrə toxunmadan tərk etsin. 

İndi belə demək asandır. 

Siyasi nöqteyi-nəzərdən Roma dövrü dördüncü yüzilin sonunda başa 

çatdı. Amma bunun ardınca Roma yepiskopu Roma Katolik kilsəsinin 

ali  rəhbəri oldu. Ona latınca “Papa”  adı verildi, bu sözün  mənası İsa 

Məsihin  yer  üzündəki  nümayəndəsi  idi.  Beləliklə,  Roma  bütün  orta 

əsrlər boyu xristianlığın paytaxtı oldu. Romaya qarşı çıxmaq cəsarəti 

yox  idi.  Amma  yenə  də  vaxt  keçdikcə  milli  dövlətlərin  kral  və 

yepiskopları  elə  gücləndilər  ki,  aralarında  kilsənin  qüdrətinə  qarşı 

çıxmaq cəsarəti nümayiş etdirənlər oldu. 

Sən dedin ki, kilsə Afinadakı Platon Akademiyasını bağlatmışdı. Bu 

o deməkdirmi ki, bütün yunan filosofları unudulmuşdu? - Sofi soruşdu. 

Qismən. Yenə də Aristotelin və Platonun bəzi əlyazmalarını oxuyan 

adamlar  var  idi.  Qədim  Roma  İmperiyası  tədricən  üç  müxtəlif 

mədəniyyətə ayrılırdı. Qərbi Avropada paytaxtı Roma, dili latın olan 

xristian  mədəniyyəti,  Şərqi  Avropada  paytaxtı  Konstantinopol,  dili 

yunan olan xristian mədəniyyəti. Konstantinopol şəhərinə isə yunanca 

adı ilə - Bizans deməyə başlamışdılar. Şimali Afrika və Orta Şərq də 

Roma İmperiyasının tərkib hissəsi idi. Orta əsrlərdə bu ərazidə dili ərəb 

olan  müsəlman  mədəniyyəti  intişar  tapdı.  632-ci  ildə  Məhəmmədin 

ölümündən sonra İslam bütün Orta Şərq və Şimali Afrikaya yayılmış, 

qələbə çalmışdı. Çox keçməmiş İspaniya da İslam mədəniyyətinin bir 

hissəsinə çevrildi. İslam dininin  əsas şəhərləri Məkkə, Mədinə, Qüds 

və Bağdad idi. Mədəniyyət tarixi nöqteyi-nəzərindən daha bir mühüm 

məsələ  ərəblərin  qədim  Ellin  şəhəri  olan  İsgəndəriyyəni  tutmasıdır. 

Odur ki, qədim yunan elminin əsasları ərəblərə miras qalmış 

oldu.  Orta  əsrlər  boyunca  ərəblər  riyaziyyat,  kimya,  astronomiya  və 

tibb  kimi  elmlərdə  ən  üstün  millət  oldular.  Bu  gün  biz  ərəb 

rəqəmlərindən  istifadə  edirik.  Bir  neçə  başqa  sahədə  də  ərəb 

mədəniyyəti xristian mədəniyyətindən daha üstün vəziyyətdə idi. 

downloaded from KitabYurdu.org



157 

 

Bəs yunan fəlsəfəsi necə oldu? 



Enli bir çay təsəvvür et, bu çay üç ayrı qola ayrılır,  sonra yenidən 

qayıdıb böyük enli bir çaya çevrilir. 

Təsəvvür etdim. 

Yunan-Roma  mədəniyyəti  də  beləcə  parçalandı,  lakin  üç 

mədəniyyət şəklində yaşadı: qərbdə Roma Katolik mədəniyyəti, şərqdə 

Bizans  və  cənubda  ərəb  mədəniyyəti.  Hərçənd  bu,  həddən  artıq 

sadələşdirilmiş fikirdir, amma demək olar ki, Yeniplatonçuluq qərbə, 

Platon şərqə, Aristotel isə cənubdakı ərəblərə  miras qalmışdı. Lakin, 

əlbəttə, hər üç axında bir-birindən nə isə var idi. Nəticədə bu üç qol 

Orta  əsrlərin  sonunda  Şimali  İtaliyada  görüşdü.  Ərəb  təsiri 

İspaniyadakı ərəblərdən, yunan təsiri Yunanıstan və Bizansdan gəlirdi. 

Və beləliklə, İntibah, başqa sözlə, antik mədəniyyət 

yenidən  doğulmağa  başladı.  Bu  mənada  antik  mədəniyyət  uzun  Orta 

əsrlərə sinə gərmişdi. 

Aydındır. 

Amma  gəl  hadisələri  qabaqlamayaq.  Əvvəlcə  biz  bir  qədər  orta 

əsrlər  fəlsəfəsi  haqda  danışmalıyıq.  Daha  bu  kürsüdən 

danışmayacağam. Enirəm aşağı. 

Sofi  bu  gecə  çox  az  yatdığından  birdən  göz  qapaqlarının 

ağırlaşdığını hiss etdi. Müqəddəs Mariya kilsəsinin kürsüsündən enən 

qəribə rahibi görəndə ona elə gəldi ki, yuxudadır. 

Alberto mehrabın qarşısında dayanaraq İsanın çarmıxdakı heykəlinə 

baxdı.  Sonra  Sofiyə  tərəf  addımlamağa  başladı,  gəlib  onunla  yanaşı 

skamyada əyləşdi. 

Albertonun  bu  qədər  yaxında  olması  Sofini  həyəcanlandırırdı. 

Cübbənin  başlığının  altından  bir  cüt  qəhvəyi  göz  Sofiyə  baxırdı.  Bu 

gözlər  tünd  saçlı,  sivri  top  saqqallı,  orta  yaşlı  bir  adamın  gözləri  idi. 

Sofi ürəyində dedi: “Sən kimsən? Niyə mənim həyatıma girmisən?” 

Vaxt  keçdikcə  bir-birimizi  daha  yaxından  tanıyacağıq,  -  Alberto 

sanki onun fikirlərini oxuyaraq söylədi. 

Rəngli  şüşələrdən  kilsəyə  sızan  işıq  getdikcə  çoxalırdı.  Alberto 

Knoks orta əsrlər fəlsəfəsi haqda danışmağa başladı. 

downloaded from KitabYurdu.org



158 

 

Orta  əsrlər  filosofları  hesab  edirdilər  ki,  Xristianlıq  həqiqətdir. 



Onları düşündürən əsas sual isə bu idi: biz xristian vəhylərinə sadəcə 

inanmalıyıq, ya xristian həqiqətlərini əqlin köməyilə dərk etməliyik? 

Yunan filosofları ilə İncildə deyilənlər arasındakı əlaqə nədir? İncil və 

əql arasında ziddiyyət var, ya inamla bilik bir arada mövcud ola bilər? 

Demək olar ki, bütün orta əsrlər fəlsəfəsi bu sualla məşğul olub. 

Sofi  “tez-tez  danış,  dinləyirəm”  mənasında  səbirsizliklə  başını 

tərpətdi. O, dinşünaslıq dərsində bunu keçmişdi. 

Biz  orta  əsrlərin  iki  görkəmli  filosofunun  bu  məsələni  necə  həll 

etdiklərini görəcəyik. Bunlardan birincisi, 352-ci ildə doğulub 430-cu 

ildə vəfat etmiş Müqəddəs Avqustindir. Təkcə bu insanın həyatında biz 

yetkin antik mərhələdən erkən orta əsrlərə keçidi müşahidə edə bilərik. 

Avqustin Şimali Afrikanın kiçik bir şəhəri olan Taqastada doğulmuşdu. 

On altı yaşı 

olanda Kartacaya oxumağa getdi. Daha sonra Roma və Milana səfər 

etdi və həyatının qalan hissəsini Kartacadan bir neçə kilometr qərbdə 

yerləşən  Hippo  şəhərində  yaşadı.  O,  bütün  həyatı  boyu  xristian 

olmamışdı.  Avqustin  xristian  olmazdan  əvvəl  bir  neçə  dində  və 

fəlsəfədə özünü axtarmışdı. 

Məsələn? 

Bir  müddət  mani  olmuşdu.  Manilər  yetkin  antik  mərhələdə  çox 

yayılmış bir dini sektanın üzvləri idi. Onların doktrinası dünyanın xeyir 

və şər, işıq və qaranlıq, ruh və maddədən ibarət olduğunu bildirən yarı 

din,  yarı  fəlsəfə  idi.  İnsan  öz  ruhuyla  maddi  dünyanı  aşıb,  -  ruhun 

qurtuluşunun  əsasını  qoya  bilər.  Lakin  xeyir  və  şər  arasında  kəskin 

sərhəd  qoymaları  gənc  Avqustinin  fikirlərinə  rahatlıq  vermirdi.  Onu 

daha çox “şər problemi” narahat edirdi. “Şər problemi” deyərkən şərin 

haradan gəlməsi, haradan qaynaqlanması nəzərdə tutulur. Bir müddət 

xeyir və şər arasında kəskin sərhəd qoymayan Stoisizmdən təsirləndi. 

Lakin  o,  yetkin  antik  mərhələnin  ikinci  böyük  fəlsəfi  təlimi  olan 

Yeniplatonçuluqdan daha çox 

təsirlənmiş,  burada  varlığın  vahid  ilahi  yaradıcısı  olması  ideyası  ilə 

qarşılaşmışdı. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə