Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə50/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   46   47   48   49   50   51   52   53   ...   154

150 

 

Necəsən? Yaxşısan? 



Mm... Yaxşıyam! 

Daha sənə məktub göndərməyəcəyəm. 

Mən sənə qurbağa göndərməmişəm ki! 

Ona görə yox. Ona görə ki, biz artıq şəxsən görüşə bilərik. Amma 

tələsməliyik, gördüyün kimi. 

Niyə? 


Hildenin atası bizə yaxınlaşır. 

Necə yaxınlaşır? 

Hər  tərəfdən,  Sofi.  O,  bizə  dörd  yandan  hücum  etməyə  başlayıb... 

Artıq ona qarşı birləşməliyik. 

Necə yəni? 

Orta əsrləri bilmədən mənə kömək edə bilməzsən. Renessans və on 

yeddinci əsri də bilməlisən. Bu işdə Berklinin əsas rolu olacaq. 

Mayorun evində şəkli asılmış Berklini deyirsən? 

Özüdü  ki,  var.  Ola  bilsin  mübarizəmiz  onun  fəlsəfəsi  üzərində 

qurulacaq. 

Elə bil müharibədən danışırsan. 

Buna mənəvi müharibə, iradələrin döyüşü demək daha düzgün olar. 

Biz  Hildedə  maraq  oyadıb,  atası  Lillesanda  -  evlərinə  qayıtmazdan 

əvvəl onu öz tərəfimizə çəkməliyik. 

Heç nə başa düşmürəm. 

Bundan sonra öyrənəcəyimiz filosoflar sənin gözlərini aça bilərlər. 

Sabah  səhərə  yaxın  saat  dörddə  Müqəddəs  Mariya  Kilsəsində 

görüşməliyik. Amma tək gəl, mənim balam. 

Nə? Gecəyarısı gəlməliyəm??? Tik. 

Alo? Alo? 

Alberto  dəstəyi  asmışdı.  Əcəbdir!  Az  qalmışdı,  şorba  qaynayıb 

daşsın, Sofi özünü sobanın yanına çatdırdı. 

Deməli,  Müqəddəs  Mariya  Kilsəsi?  Bu,  Orta  Əsrlərdən  qalan  daş 

kilsə  idi.  İndi  ordan  yalnız  konsertlər  və  xüsusi  mərasimlər  üçün 

istifadə  edirlər.  Yayda  bəzən  turistlər  üçün  açıq  olur.  Amma  əlbəttə, 

gecə yarı açıq ola bilməzdi. 

downloaded from KitabYurdu.org



151 

 

Anası evə çatanda Sofi artıq Livandan gələn yeni açıqcanı Alberto 



və  Hildenin  qalan  şeylərinin  yanına  qoymuşdu.  Yeməkdən  sonra  o, 

Coannagilə yollandı. 

Rəfiqəsi qapını açan kimi dedi: 

Çox vacib bir söhbət var. 

Coannanın  yataq  otağına  çıxıb  qapısını  arxadan  bağlayana  qədər 

başqa heç nə demədi. 

Çox çətin məsələdir, - Sofi davam etdi. 

De, ürəyim partladı! 

Anama deyəcəm ki, gecəni burada qalacam. 

Bizdə qalacaqsan? Əla! 

Hə, amma bütün gecə deyil. Gecəyarı başqa yerə getməliyəm. 

Belə dee.J Oğlan məsələsidi? 

Yox, oğlan məsələsi deyil, Hilde məsələsidi. 

Coanna astaca fit çaldı. Sofi onun düz gözlərinin içinə baxdı: 

Axşam sizə gəlirəm, amma saat üçdə yenə çıxacam. Mən qayıdana 

qədər burda olmadığımı gizlətməlisən. 

Hara gedəcəksən axı? Nə işin var o saatda? 

Bağışla. Mənə tapşırıblar ki, heç kəsə heç nə deməyim. 

Onun  rəfiqəsigildə  gecələməsinə  anası  heç  vaxt  etiraz  etməmişdi. 

Hətta  əksinə.  Bəzən  Sofiyə  elə  gəlirdi  ki,  anası  evdə  tək  qalmaqdan 

zövq alır. 

Sabah  səhər  yeməyinə  gələcəksən,  hə?  -  bu,  Sofi  evdən  çıxanda 

anasının yeganə sualı oldu. 

Gəlməsəm də, harada olduğumu bilirsən. 

Görəsən,  bunu  niyə  demişdi  axı?  Belə  deməsi  çox  zəif  nöqtə  idi. 

Sofinin Coannagildəki gecəsi adi başladı. Uzun- uzadı söhbət etdilər. 

Coannagildə qaldığı başqa gecələrdən yeganə fərq o idi ki, bu gecə Sofi 

saat 1-də yerinə girəndə zəngli saatı 3-ə on dəqiqə qalmışa qurdu. 

Təxminən iki saatdan sonra Sofi saatın zəngini susduranda Coanna 

gözlərini güclə açaraq, yarıyuxulu: 

Özündən muğayat ol, - dedi. 

Beləcə,  Sofi  yola  çıxdı.  Mariya  Kilsəsi  bu  kiçik  şəhərin  qədimi 

downloaded from KitabYurdu.org



152 

 

hissəsinin kənarında yerləşirdi. Piyada kilometrlərlə yolu vardı. Çox az 



yatmasına baxmayaraq, Sofi özünü çox ayıq və gümrah hiss edirdi. 

O, qədimi daş kilsənin qapısına çatanda demək olar ki, saat dörd idi. 

Sofi ağır qapını özünə tərəf çəkdi. Açıq idi! 

Kilsə qədimi olduğu qədər də kimsəsiz və səssiz idi. 

Rəngli şüşədən mavi işıq süzülür, bu işıqda havada uçan toz dənəcikləri 

görünürdü. Tozlar elə bil qalın şüalar şəklində kilsənin bir küncündən 

o biri küncünə gedirdi. Sofi kilsənin 

ortasındakı  skamyaların  birində  oturdu.  Mehraba  və  qədimi  xaç 

üzərində sönük rənglərlə boyanmş İsa heykəlinə baxmağa başladı. 

Bir neçə dəqiqə keçdi. Qəfildən orqan çalmağa başladı. Sofi çevrilib 

o tərəfə baxmağa cürət etmədi. Yəqin ki, orta əsrlərin ilahi musiqisi idi. 

Bir azdan musiqi səsi kəsildi, yenidən sükut çökdü. Və arxa tərəfdən 

yaxınlaşan  addım  səsləri  eşidildi.  Dönüb  baxsınmı?  Dönməkdənsə 

xaça  baxmağa  davam  etməyi  üstün  tutdu.  Addımlar  onun  yanından 

ötüb  düz  getdi  və  Sofi  arxadan  qəhvəyi  rahib  geyimində  bir  adam 

gördü.  Sofi  bu  adamın  orta  əsrlərdən  gəlmiş  keşiş  olduğuna  and  içə 

bilərdi. 

Qızcığaz həyəcanlı idi, amma lap ağlı başından çıxmamışdı. Keşiş 

mehrabın  qarşısında  yüz  səksən  dərəcə  çevrildi  və  kürsüyə  qalxdı. 

Kürsünün üzərinə əyildi, Sofiyə baxaraq, latın dilində dedi: 

Gloria  Patri,  et  Filio,  et  Spiritui  Sancto.  Sicut  erat  in  principio,  et 

nunc, et semper et’in secula seculorum. Amen. 

Elə danış, başa düşüm, axmaq, - Sofinin sözləri kilsənin boşluğunda 

əks-səda verdi. 

Keşişin  Alberto  Knoks  ola  biləcəyini  anlayanda  həm  ondan,  həm 

belə  möhtərəm  ibadət  yerində  ağzından  çıxan  sözlərdən  utandı, 

peşmanlıq  duydu.  Amma  qorxmuşdu,  neynəsin.  İnsan  qorxanda 

tabuları sındırmaq onu sakitləşdirir. 

Sss! - Alberto camaatın sakitləşməsini istəyəndə keşişlərin etdikləri 

kimi, bir əlini yuxarı qaldırdı: 

Saat dörddə Orta Əsrlər başlandı, - dedi. 

Orta  əsrlər  saat  dörddə  başlanır?  -  Sofi  soruşdu,  artıq  qorxusu 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə