Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə58/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   54   55   56   57   58   59   60   61   ...   154

174 

 

Ola bilər. Sən ailəmizin heyvan psixoloqusan. 



Sofi beynindən sürətlə fikirlər keçirdi. 

Çıxıb aparım onu evlərinə, - dedi. 

Evini tanıyırsan ki? 

Sofi çiyinlərini çəkdi. 

Bilmirəm, amma boyunluğunda ünvanı olmamış olmaz. 

Bir neçə dəqiqədən sonra Sofi bağa çıxdı. Hermes onu görən kimi 

qaça-qaça gəldi, quyruğunu sürətlə oynadıb iki ayağı üstə qalxdı. 

Yaxşı oğlansan, Hermes. 

Bilirdi ki, anası pəncərədən onlara baxır. Sofi ürəyində dua edirdi ki, 

it  çəpərlikdən  gizli  guşəyə  getməsin.  Amma  it  qaçıb  bağçanın 

hasarından çınqıllı cığıra tullandı. 

Sofi  darvazadan  çıxıb,  onu  arxasınca  örtdü,  yola  düzəldi.  Hermes 

Sofinin  bir  neçə  metr  önündə  qaçmağa  davam  etdi.  Beləcə,  evlərin 

arasıyla  uzun  bir  yol  başladı.  Bazar  gəzintisinə  çıxmış  çoxlu  adam 

vardı. Çoxu ailəvi gəzirdi. Sofi onlara həsəd apardı. 

Bəzən  Hermes  qaçıb  başqa  bir  iti,  ya  da  bağların  çəpərini 

qoxulayırdı, amma Sofi çağıran kimi dərhal onun yanına qayıdırdı. 

Onlar köhnə bir otlağı, böyük oyun meydançasını, bir uşaq bağçasını 

keçdilər və gur maşın yoluna çatdılar. Səkilər, tramvay xətləri olan enli 

küçəylə  şəhərin  mərkəzinə  doğru  getməyə  davam  etdilər.  Mərkəzə 

çatanda  Hermes  böyük  meydandan  Kilsə  küçəsinə  döndü.  Əsrin 

əvvəlindən  qalan  ciddi  görkəmli  binaların  olduğu  qədimi  şəhərə 

yaxınlaşdılar. Saat ikinin yarısına bir şey qalmamışdı. 

Artıq şəhərin o biri başında idilər. Sofi buralara çox nadir hallarda 

gəlirdi. Bir dəfə uşaq vaxtı bu küçələrdən birində yaşayan xalasına baş 

çəkməyə gəlmişdilər. 

Bir  azdan  bir  neçə  qədimi  binanın  əhatələdiyi  kiçik  meydana 

çatdılar. Qədimi görünsə də, ora Yeni Meydan deyirdilər. Əslində şəhər 

qədimi idi, bu meydansa Orta əsrlərdə salınmışdı. 

Hermes  14  nömrəli  evin  qarşısında  dayandı  və  Sofinin  qapını 

açmasını gözlədi. Sofi ürəyinin sürətlə döyündüyünü hiss etdi. 

Binanın girişində divara sırayla yaşıl poçt qutuları vurulmuşdu. O, 

downloaded from KitabYurdu.org



175 

 

yuxarı cərgədəki qutuların birinin üstünə 



açıqca yapışdırıldığını gördü. Üzərində poçtalyonun açıqcanın çatacağı 

ünvanın bu binada olmadığını göstərən qeydi vardı. 

Ünvan yerində “Hilde Moller Knaq, Yeni meydan 14...” yazılmışdı. 

İyunun 15-də möhürlənmişdi. 15 iyuna hələ iki həftə vardı, amma yəqin 

poçtalyon fikir verməmişdi. Sofi açıqcanı götürüb oxumağa başladı: 

“Əziz Hilde, 

İndi Sofi fəlsəfə müəlliminin evinə gəlir. Tezliklə onun on beş yaşı 

olacaq,  səninsə  on  beş  yaşın  dünən  oldu.  Ya  bu  gün  olur?  Bizim 

saatlarımız heç də həmişə üst-üstə düşmür. Bir nəsil yaşlanır, başqa bir 

nəsil irəli çıxır. Beləcə, tarix davam edir. Heç Avropa tarixinin insan 

həyatına  bənzədiyini  düşünmüsənmi?  Antik  dövr  insanın  uşaqlığıdır. 

Uzun  Orta  əsrlər  -  məktəb  illəri.  Bu  uzun  illərdən  sonra  Avropa 

coşğunluqla həyata atılır, İntibah dövrü gəlir. Demək olar ki, Renessans 

Avropanın  on  beş  yaşıdır.  İyunun  ortasına  düşür,  mənim  balam, 

yaşamaq çox gözəldir! 

Qeyd: Qızıl xaçını itirdiyinə görə, kədərləndim. 

Şeylərindən daha yaxşı muğayat olmağı öyrənməlisən. 

Tezliklə yanında olacaq, səni sevən atan”. 

Hermes artıq pilləkənləri çıxmağa başlamışdı. Sofi açıqcanı özüylə 

götürüb,  sevincək  quyruğunu  tərpədən  itin  dalınca  çıxmağa  başladı. 

Onlar  ikinci,  üçüncü,  dördüncü  mərtəbəni  ötdülər.  Ondan  yuxarı 

çardağa qalxan nərdivan idi. Bu nədir, yoxsa onlar dama çıxacaqlar?! 

Bəli, Hermes o nərdivanı da adlayıb dar bir qapının qarşısında dayandı, 

caynağıyla qapını cırmaqladı. 

Çox keçməmiş Sofi içəridən addım səsləri eşitdi. Qapı açıldı və bu 

da  Alberto  Knoks.  O,  keşiş  paltarını  dəyişmişdi,  indi  əynində  başqa 

kostyum vardı. Dizlərinə qədər ağ corab, qırmızı, enli, dizədək şalvar, 

çiyinlərinə  pambıq  doldurulmaqla  şişirdilmiş  sarı  jaket.  Onun  bu 

görkəmi Sofiyə kartların üstündə olan cokeri xatırladırdı. Yanılmırsa, 

bu, əsl Renessans kostyumu idi. 

Hoqqabazın biri! - Sofi belə deyib içəri girdi. 

O  yenə  öz  utancaqlığı  və  qorxusunu  yazıq  fəlsəfə  müəlliminin 

downloaded from KitabYurdu.org



176 

 

üstünə atmışdı. Sofinin təlaşının bir səbəbi də girəcəkdə tapdığı açıqca 



idi. 

Sakit  ol,  mənim  balam,  -  Alberto  qapını  örtərkən  dedi.  Buyurun, 

bugünkü məktubunuz, - deyərək və sanki bu məsələyə görə məsuliyyəti 

Albertonun üstünə ataraq məktubu ona uzatdı. 

Alberto açıqcanı oxuyub başını tərpətdi və dedi: 

Bu adam getdikcə cürətlənir. Bizdən qızının ad günü üçün əyləncə 

kimi istifadə edir, deyəsən. 

Bunu deyib açıqcanı parça-parça etdi və zibil yeşiyinə 

atdı. 

Burda yazılıb ki, Hilde xaçlı boyunbağını itirib. - Sofi dedi. Oxudum. 



Amma  onu  mən  çarpayımda  tapmışam,  eyni  xaç,  eyni  boyunbağı, 

evdə balışımın altında. O, ora necə düşüb, bilmirsən? 

Alberto nüfuzedici baxışlarla onun gözlərinin içinə baxdı. 

Bu, adama inanılmaz görünür, amma inan ki, o, bunu çox da zəhmət 

çəkmədən asanlıqla edə bilər. Ucuz bir sirk nömrəsidir. Yaxşısı budur, 

ondansa,  fikrimizi  kainatın  silindr  şlyapasından  çıxarılan  böyük  ağ 

dovşan üzərində cəmləyək. 

Onlar  qonaq  otağına  keçdilər.  Bu,  Sofinin  həyatında  gördüyü  ən 

qəribə  otaq  idi.  Alberto  geniş,  maili  divarlı  çardaqda  yaşayırdı. 

Tavandakı pəncərədən içəri gur işıq düşürdü. Otağın şəhərə baxan bir 

pəncərəsi də vardı. Bu pəncərədən Sofi köhnə şəhərin bütün binalarının 

damlarını görə bilirdi. 

Sofini  hər  şeydən  çox  heyrətləndirənsə  otaqdakı  şeylər  idi  Burada 

tarixin  müxtəlif  dövrlərinə  aid  mebellər  və  əşyalar  vardı  Otuzuncu 

illərin divanı, əsrin əvvəlindən qalmış qədimi masa, yüz illərlə yaşı olan 

stul.  Amma  təkcə  mebel  deyildi.  Rəflərdə  və  dolablarda  işlək  və 

dekorativ əşyalar bir-birinə qarışmışdı. Nələr yox idi! Qədimi vazalar, 

saatlar, bıçaqlar, kuklalar, lələk qələmlər, kitablıq, oktantlar, sektantlar, 

kompaslar,  barometrlər...  Bir  divar  başdan  başa  kitablar  idi,  amma 

bunlar 


kitab mağazalarındakı kitablardan deyildi. Kitabkolleksiyası yüzillərin 

kitab  nəşrindən  nümunələrdən  ibarət  idi.  O  biri  divarlarda  rəsmlər 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə