Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə66/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   62   63   64   65   66   67   68   69   ...   154

198 

 

sənin  sevgilin  var,  atamdan,  məndən  gizlədirsən?  Və  sair  və  sair... 



Mənim də çoxlu suallarım var, gördüyün kimi. 

Məncə, biz danışmalıyıq. 

Ola bilər. Amma indi elə yorğunam ki, yatmalıyam. Üstəlik, aybaşı 

olmuşam. 

Sofi  bunu  deyib  boğazında  düyünlənən  göz  yaşları  ilə  otağına 

yüyürdü. 

Vanna otağından çıxıb mələfənin altına girmişdi ki, anası gəldi. 

Sofi anasının inanmayacağını bilsə də, özünü yuxuluğa vurdu. Sofi 

yaxşı  bilirdi  ki,  anası  nəinki  onun  yatdığına  inanmır,  Sofinin  buna 

inanmadığını da bilir. Buna baxmayaraq, anası özünü Sofinin yatdığına 

inanmış  kimi  apardı.  Çarpayının  kənarında  oturdu  və  onun  saçlarını 

sığallamağa başladı. 

Sofi iki həyatı eyni zamanda yaşamağın necə də dolaşıq olduğunu 

düşünürdü. Fəlsəfə kursunun bitməsini dörd gözlə gözləməyə başladı. 

Bəlkə də onun ad gününə, yaxud 24 iyuna qədər bitəcək. Hildenin atası 

da Livandan 23-24 iyunda qayıtmalıdır- 

istəyirəm, ad günümdə şənlik keçirim, - birdən dedi. 

Əla. Kimi dəvət edəcəksən? 

Çox adamı... Olar? 

Əlbəttə.  Böyük  bağımız  var.  Ümid  edirəm,  havalar  da  belə  xoş 

olmağa davam edəcək. 

Amma  mən  ad  günümü  24  iyunda  keçirmək  istəyirəm.  Yaxşı,  elə  də 

edərik. 

Çox vacib gündü. 

Son günlər böyüdüyümü hiss edirəm. 

Yaxşı hissdi, yox? 

Bilmirəm. 

Sofi başını yastığın altına soxub danışırdı. Bu dəfə isə anası dedi: 

Sofi, əzizim, axır günlər niyə belə olduğunu mənə danışmalısan. 

On beş yaşın olanda sən belə olmamısan? 

Yəqin ki. Amma nəyi nəzərdə tutduğumu bilirsən. 

Sofi birdən üzünü anasına çevirdi və dedi: 

downloaded from KitabYurdu.org



199 

 

İtin adı Hermesdi. O, Alberto adlı adamındı. 



A-ha. 

O, şəhərin köhnə tərəfində yaşayır. 

Sən iti o uzunluqda yolu apardın? 

Hə. Bunda təhlükəli bir şey yoxdu. 

Sən demişdin ki, it bura tez-tez gəlir. 

Demişəm? 

İndi o, fikirləşməli idi. O, anasına  mümkün qədər çox şey demək 

istəyirdi, amma hər şeyi də danışa bilməzdi. 

Sən evdə tapılmırsan, - o, riskə getdi. 

Razıyam, sadəcə çox məşğulam. 

Alberto və Hermes bura çox gəliblər. 

Nəyə görə? Evin içinə də giriblər? 

Bir-bir  soruşa  bilərsən?  Evdə  olmayıblar.  Amma  tez-tez  meşəyə 

gəzməyə  gəlirlər  və  bizim  evin  yanından  keçirlər.  Bu  da  qəribədi, 

səncə? 

Yox, qətiyyən. 



Hamı meşəyə gəzməyə gedəndə bizim evin yanından keçir. Bir dəfə 

məktəbdən gələndə Hermesi gördüm. Albertonu da Hermes vasitəsilə 

tanıdım. 

Bəs ağ dovşan-zad nə idi? 

Ağ  dovşanı  Alberto  danışıb  mənə.  O,  əsl  filosofdu.  Mənə  bütün 

filosoflar haqda danışıb. 

Elə durduğu yerdə, çəpərdən? 

Əslində  mənə  məktublar  da  yazıb,  çoxlu  məktublar.  Bəzən  onları 

poçtla göndərib, bəzi vaxtlarda isə məktubları gəzməyə gedəndə poçt 

qutusuna salıb. 

Deməli, “eşq məktubu” dediyimiz odur. 

“Eşq məktubu” sözü düzgün deyil, onlar eşq məktubu deyil. 

O, elə ancaq fəlsəfədən yazır? 

Bəli!  Ondan  səkkiz  il  məktəbdə  öyrəndiyimdən  daha  çox  şey 

öyrənmişəm. Məsələn, 1600-cü ildə yandırılmış Cordano Bruno haqda 

eşitmisən? Nyutonun Ümumdünya cazibə qanunu haqda necə? 

downloaded from KitabYurdu.org



200 

 

Yox, bilmədiyim çox şey var. 



Mərc  gəlirəm  ki,  sən  heç  Yerin  Günəş  ətrafında  necə  dövrə 

vurduğunu da bilmirsən, özü də bu sənin öz planetindi. 

Onun neçə yaşı olar? 

Nə bilim, təxminən əlli. 

Bəs onun Livanla nə əlaqəsi var? 

Ən çətin sual bu idi. Sofinin fikrindən çoxlu cavab variantları keçdi. 

Axırda dedi: 

Albertonun qardaşı BMT batalyonunda mayordu. O, Lillesandlıdı. 

Nə vaxtsa mayor evində yaşayan adam da odu. 

Alberto bir az qəribə addı, yox? 

Bəlkə də. 

İtalyan adına oxşayır. 

Onsuz  da  bütün  vacib  şeylər  ya  Yunanıstandan,  ya  da  İtaliyadan 

çıxıb. 


Amma o, Norveç dilini bilir, hə? 

Hə! Özü də səlis! 

Bilirsən, Sofi, mən belə fikirləşirəm ki, sən Albertonu bir gün evə 

dəvət etsən yaxşıdı. Heç vaxt əsl filosof görməmişəm. 

Baxarıq. 

Bəlkə onu ad günü şənliyinə dəvət edək? Bir neçə nəslin bir yerdə 

olması - nəslləri qovuşdurmaq əla olardı. Məni dəvət 

edirsən,  yox?  Ən  azı  yeməkləri  masaya  gətirib-aparmağa  kömək 

edərəm. Nə fikirləşirsən? 

Əgər  o  gəlmək  istəsə.  Hər  halda  onunla  söhbət  bizim  sinifdəki 

oğlanlarla söhbətdən qat-qat maraqlıdı. Sadəcə... 

Nə? 


Birdən onlar Albertonun sənin yeni sevgilin olduğunu fikirləşərlər... 

Onda onlara elə olmadığını deyərsən. 

Yaxşı, baxaq görək. 

Yaxşı. Birdə...  Sofi, onu doğru  deyirsən ki, atanla  mənim aramda 

həmişə  hər  şey  yaxşı  getmir.  Amma  heç  vaxt  həyatımda  atandan 

başqası olmayıb... 

downloaded from KitabYurdu.org



201 

 

İndi yatmalıyam. Qarnım da ağrıyır! 



Parasetamol istəyirsən? 

Hə, zəhmət olmasa. 

Anası həb və bir stəkan suyla qayıdanda Sofi artıq yuxuya getmişdi. 

Mayın  31-i  cümə  axşamı  gününə  düşürdü.  Sofi  axırıncı  dərslərin 

keçməsinə güclə dözmüşdü. Fəlsəfə kursuna başlayandan bəzi fənlərdə 

işi yaxşı gedirdi. Adətən bir çox fənlərdən yaxşı qiymətlər alırdı, amma 

son  vaxtlar  qiymətləri  daha  da  yaxşılaşmışdı.  Riyaziyyatda  isə 

vəziyyəti yaxşı deyildi. 

Sonuncu  dərsdə  yenə  inşa  yazdılar.  Sofi  “İnsan  və  texnika” 

mövzusunu seçdi. İnşasında Renessans və elmi tərəqqidən, yeni təbiət 

anlayışından,  “bilik  gücdür”  deyən  Frensis  Bekondan  və  yeni  elmi 

metoddan söz açdı. Təcrübə metodunun yeni elmi kəşflərə əsas verməsi 

üzərində  xeyli  dayandı.  Sonra  texnologiyanın  ziyanlı  tərəfləri  haqda 

düşündüklərini  yazdı.  Sözünün  yekununda  isə  insanların  etdiyi  hər 

şeyin  həm  xeyir,  həm  də  şər  üçün  istifadə  oluna  biləcəyini  göstərdi. 

Xeyir və şər eyni bir ipi əmələ gətirən ağ və qara tellərdi,- yazdı. Bu iki 

tel bəzən bir-birinə elə dolaşır ki, onları açıb aralamaq mümkün olmur. 

Müəllim  dəftərləri  yoxlayıb  yenidən  şagirdlərə  paylayanda  Sofiyə 

baxıb göz vurdu. 

Sofi dəftərini açıb gördü ki, müəllim yazıb: “Məqbul! Bütün bunları 

haradan bilirsən?” Sofi müəllimin sualının altına böyük hərflərlə yazdı: 

“FƏLSƏFƏ OXUYURAM”. 

Dəftərini bağlayanda arasından nə isə düşdü. Bu, Livandan açıqca 

idi: 


“Əziz Hilde, 

Sən bu məktubu oxuyanda biz artıq burada baş vermiş faciəvi ölüm 

haqda telefonda danışmış olacağıq. Bəzən öz- özümə deyirəm, insanlar 

bir az çox düşünə bilsəydilər, bəlkə bu ölümlər, müharibələr olmazdı. 

Müharibəyə və zorakılığa qarşı ən yaxşı çarə qısa bir fəlsəfə kursu ola 

bilər bəlkə də! “BMT-nin fəlsəfə kitabı” adlı bir kitab olsaydı, dünyaya 

gələn hər yeni insan onu öz ana dilində əldə etsəydi, necə olardı! Bunu 

BMT Baş Assambleyasına təklif edəcəyəm. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə