195
Çılpaqer Fiçino və ya Leonardo da Vinçi kimi humanist deyildi.
Erazmus Rotterdamlı kimi humanistlər onu insana yaxşı dəyər
verməməkdə ittiham edirdilər. Çünki Çılpaqer insanın “cənnətdən
qovulma” hadisəsindən sonrakı suçluluğuna görə məhvə məhkum
olduğu fikrini müdafiə edirdi. İnsan yalnız Tanrının əfvi sayəsində
“bəraət” ala bilər.
Çox sıxıcı səslənir.
Alberto Knoks masanın üstündəki yaşıl və qara balaca topları
götürüb cibinə qoydu.
Saat 5-ə işləyir! - Sofi dəhşətlə qışqırdı.
Bəşəriyyət tarixində bundan sonrakı böyük dövr Barokko dövrüdü.
Lakin bunu başqa günə saxlayaq, əziz Hilde.
Nəə? - Sofi oturduğu kreslodan güllə kimi atıldı, - sən mənə Hilde
dedin?
Dilim çaşdı, fikir vermə.
Amma dil öz-özünə çaşa bilməz!
Bəlkə də haqlısan. Görürsənmi, artıq Hildenin atası bizim ağzımıza
sözlər qoymağa başlayıb. Məncə, o bizim yorulmağımızdan sui-istifadə
edir. Çünki onda özümüzü müdafiə etməyimiz çətinləşir.
Bir dəfə demişdin ki, sən Hildenin atası deyilsən. İndi bir də de, sən
onun atasısan?
Alberto başını “yox, deyiləm” mənasında tərpətdi.
Bəs mən Hildeyəm?
İndi çox yorğunam, Sofi. Məni başa düş. İki saatdan çoxdu burada
oturmuşuq, bu müddətin çoxunu mən danışmışam. Bayaq axşam
yeməyi üçün evə getmək istəyirdin.
Sofi sanki Albertonun onu başından elədiyini hiss etdi. Dəhlizə tərəf
gedə-gedə Albertonun dilinin niyə çaşdığını düşünürdü. Alberto onun
dalınca gəlirdi. Hermes teatr paltarları asılmış dolabın alt gözündə
uzanıb yatmışdı. Alberto başıyla iti göstərib dedi:
Yenə gəlib səni gətirəcək.
Dərsimə görə çox sağ ol, - Sofi dedi və barmaqlarının ucunda qalxıb
Albertonu qucaqladı.
downloaded from KitabYurdu.org
196
Sən tanıdığım ən yaxşı və savadlı fəlsəfə müəllimisən, - dedi.
Qapını açıb nərdivana çıxdı. Qapını örtdüyü an Albertonun səsini
eşitdi:
Tezliklə yenə görüşərik, Hilde.
Sofi bu sözlər qulağında, oranı tərk etdi.
Alberto yenə bu adı dilindən qaçırmışdı. Pisin biri, pis! Sofi yenə
qapını döymək istədi, amma onu nə isə saxladı.
Küçədə yadına düşdü ki, evdən çıxanda özüylə pul götürməyib.
Heyif, indi bu uzun yolu piyada getməli olacaq! Saat 6-ya qədər
çatmasa, anası həm hirslənəcək, həm də narahat olacaqdı.
Bir neçə metr getməmişdi ki, birdən önündəki səkidə qəpik gördü.
On kron idi. Avtobus biletinin qiyməti qədər!
Sofi avtobus dayanacağını tapdı və baş meydana gedən bir avtobusa
mindi. Oradan da həmin biletə daha bir avtobusa minə və lap qapılarına
qədər gedə bilərdi.
Yalnız baş meydana çatıb ikinci avtobusu gözləyəndə ağlına gəldi
ki, qəribədi, görəsən, niyə pula ehtiyacı olan vaxt pul tapdı?
Pulu yola Hildenin atası atmış ola bilərdimi? İndiyə qədər ən
gözlənilməz şeyləri ən gözlənilməz yerlərə ata bilmişdi axı! Amma
Livandadırsa, bunu necə edə bilərdi?
Bəs Albertonun dilindən səhvən çıxan söz? Özü də bir dəfə yox, iki
dəfə!
Sofi çiyinlərindən bədəninə dalğavari üşütmə keçdiyini hiss etdi.
Barokko
... yuxuların düzəldildiyi maddədən...
Albertodan bir neçə gün xəbər-ətər gəlmədi. Sofi Hermesi görmək
ümidilə tez-tez bağa baxırdı. Anasına itin özünün evlərinin yolunu
tapdığını və itin yiyəsinin keçmiş fizika müəllimi çıxdığını, onu evinə
dəvət etdiyini, Sofiyə Günəş sistemindən və XVI əsrdə ortaya çıxmış
yeni elmdən danışdığını demişdi.
Coannaya isə bundan daha çox, Albertonun evinə getməsindən, poçt
qutusunda gördüyü açıqcadan və evə qayıdanda yerdən tapdığı on
krondan danışmışdı. Hildeni yuxuda görməsindən və qızıl kulonlu
downloaded from KitabYurdu.org
197
boyunbağıdan isə heç kəsə bir söz deməmişdi.
Mayın 29-da, çərşənbə axşamı günü Sofi mətbəxdə qabları yuyarkən
anası qonaq otağında televiziya xəbərlərini
izləyirdi. Xəbərlər verilişinin giriş musiqisinin ardınca Norveç BMT
batalyonunun bir mayorunun bombardmanda həlak olması haqda xəbər
gəldi.
Sofi qab dəsmalını masanın üstünə tullayıb qonaq otağına yüyürdü.
Çatdırıb bir neçə saniyəlik BMT səlahiyyətlisinin sifətinin fotosunu
görə bildi.
Uy daa, yox! - qışqırdı. Anası ona tərəf döndü:
Hə, müharibə dəhşətli şeydi!
Bunun ardınca Sofi hönkürməyə başladı. Göz yaşları yanaqlarından
üzüaşağı süzülürdü.
Pahoo!
Mayorun adını dedilər?
Hə, amma yadımda qalmadı. Qrimstaddan idi, deyəsən.
Ora həm də Lillesand deyil?
Yox.
Amma adam Qrimstanddan gəlib Lillesandda məktəbə gedə bilər.
Artıq ağlamağını kəsmişdi, indi növbə anasındaydı. O, yerindən cəld
qalxıb televizoru söndürdü.
Nə baş verir, Sofi?
Heç nə.
Yox, baş verir. Sənin sevgilin var, özü də səndən çox böyükdü,
deyəsən. Cavab ver mənə: Livanda tanış adamın var?
Yox, yox...
Livanda işləyən bir adamın oğluyla tanış olmusan?
Yox! Heç qızıyla da tanış olmamışam.
Kimin qızı?
Sənə qalmayıb.
Görürəm, mənə qalıb.
Bəlkə sənin əvəzinə mən suallar verməyə başlayım? Məsələn, niyə
atam heç vaxt evdə olmur? Niyə ağciyərsiz, boşana bilmirsiz? Bəlkə
downloaded from KitabYurdu.org