205
üstündən çiyinlərinə qırmızı plerina atmışdı. Ayaqlarına ağ corablar və
ucları maili laklı nazik
dəridən ayaqqabı geyinmişdi. Bu kostyumu ilə Alberto Sofiyə
şəkillərdə gördüyü XIV Luis vaxtının adamlarını xatırlatdı.
Ay səni, kloun! - deyib açıqcanı ona uzatdı.
Hm... Sən doğrudan on kronu onun açıqcanı qoyduğu yerdə
tapmışdın?
Düz həmin yerdə.
O, getdikcə ədəbsizləşir. Amma bəlkə də belə yaxşıdı.
Niyə ki?
Bu, onun maskasını çıxarmağı asanlaşdırır. Amma bu nömrəsi həm
zövqsüzdü, həm də özündənrazılıqdı. Özü də bundan ucuz ətir iyi gəlir.
Ətir?
Zərif olmaq istəyir, amma saxta çıxır. Görmürsən, arsız- arsız bizi
güdməyini Tanrının əli ilə necə müqayisə edir?!
Alberto bunu deyərək açıqcanı cırıb, parça-parça elədi. Onun kefini
daha da pozmamaq üçün Sofi məktəbdə tapşırıq dəftərinin arasından
çıxmış açıqca haqda heç nə demədi.
Gəl, içəridə oturaq. Saat neçə oldu?
Dörd.
Bu gün biz XVII əsrdən danışacağıq.
Maili tavanlı, tavanı pəncərəli, gün işığının bol olduğu qonaq
otağına girdilər. Sofi gördü ki, keçən dəfə gördüyü şeylərin yerlərinə
Alberto bu dəfə ayrı şeylər qoyub. Qəhvə masasının üstündə içində
cürbəcür gözlük şüşələri olan əntiq mücrü vardı. Yanında açıq bir kitab
qoyulmuşdu. Çox qədimi kitaba oxşayırdı.
Bu nədi? - Sofi soruşdu.
Bu, Dekartın 1637-ci ildə çıxmış fəlsəfi esselərinin ilk nəşridi, bu
kitabda onun məşhur “Metod haqda diskurs” essesi ilk dəfə çıxmışdı.
Bu kitab mənim ən qiymətli şeylərimdən biridi.
Bəs mücrü?
Burada nadir linzalar, yəni optik şüşələr kolleksiyası var. Bunları
1600-cü illərin ortalarında danimarkalı filosof Spinoza cilalayıb.
downloaded from KitabYurdu.org
206
Bunlar da mənim xəzinələrimdəndi.
Bu Spinozanyla Dekartın kim olduğunu bilsəydim, mən də bu
şeylərin nə qədər dəyərli olduğunu başa düşərdim.
Əlbəttə. Amma əvvəlcə gəl, onların yaşadıqları dövrlə tanış olaq.
Əyləşək.
Onlar keçən dəfəki yerlərində oturdular. Sofi böyük kresloda,
Alberto Knokssa divanda. Aralarında üzərində kitab və mücrü olan
qəhvə masası vardı. Alberto parikini çıxardı və yazı masasının üzərinə
qoydu.
Biz XVII yüzildən danışmağa başlayırıq, bu dövrə Barokko dövrü
deyilir.
Barokko? Nə qəribə addı.
“Barokko” sözü əvvəllər qeyri-mütənasib formalı mirvarini
adlandırmaq
üçün
işlədilirdi.
Qeyri-mütənasiblik
Barokko
incəsənətinin əsas xüsusiyyətidi. Harmonik və sadə Renessans
incəsənətindən fərqli olaraq, Barokko incəsənəti yüksək kontrastlı, bir-
birinə uyğun gəlməyən formalarla zəngin idi. Ümumiyyətlə, XVII əsr
uyuşmaz əksliklər arasında gərilmələrlə xarakterizə olunur. Ona bir
tərəfdən Renessansın
sonsuz optimizmi, digər tərəfdənsə, bu dünyanın zövq- səfasından
imtina edən dini inziva və tərki-dünya həyat xas idi. İnsan bir tərəfdən
incəsənətdə və həyatda özünü təmtəraqlı və nəzərəçarpan şəkildə ifadə
edir, digər tərəfdənsə dünyadan üz çevirir, rahib olurdu.
Bir sözlə, həm möhtəşəm saraylar, həm də sadə monastırlar.
Bəli, belə demək olar. Barokko dövrünün sevimli deyimlərindən biri
latın ifadəsi olan “carpe diem” - “anı yaşa” idi. Geniş yayılmış başqa
bir latın deyimi isə “memento mori” - “unutma ki, öləcəksən” idi.
İncəsənətdə bir də görürdün, bir rəsmdə son dərəcə dəbdəbəli həyat
tərzi, küncdə isə kiçik bir kəllə təsviri var və bu, ölümü xatırladırdı.
Barokko dövrü əsasən hədsiz qürur və ədabazlıqla səciyyələnirdi.
Lakin eyni zamanda bir çox insanların fikri-zikri medalın o biri üzündə
idi; onları şeylərin fani təbiəti düşündürür, bizi əhatə edən bütün
gözəlliklərin bir gün yox olacağını fikirləşirdilər.
downloaded from KitabYurdu.org
207
Doğrudu. Heç nəyin əbədi olmayacağı fikri adamı kədərləndirir.
Deməli, sən də XVII əsrdəki bir çox insanlarla həmfikirsən. Barokko
dövrü siyasi mənada da konfliktlər dövrü idi. Avropada müharibələr
tüğyan edirdi. Ən dəhşətlisi Otuz illik müharibə idi ki, 1618-ci ildən
1648-ci ilədək davam etmişdi. Əslində, bu, müharibələr zənciri idi və
ən çox Almaniyaya təsir göstərmişdi. Otuz illik müharibənin də təsirilə
Fransa tədricən Avropada hökmran rol əldə etdi.
Bu müharibələr nəyə görə idi?
Müharibələr əsasən protestantlarla katoliklər arasında gedirdi.
Amma bir əsas səbəbi də siyasi hakimiyyət uğrunda çəkişmə idi.
Təxminən Livandakı kimi.
Müharibələrdən başqa, XVII əsr böyük sinfi dəyişikliklər dövrü idi.
Əminəm, sən fransız aristokratiyası və Versal sarayı haqda eşitmisən.
Bilmirəm, fransız xalqının da yoxsulluğunun o vaxt hansı həddə
çatdığını eşitmisənmi? Hər cür möhtəşəmlik hakimiyyət nümayişinin
görsənişidi. Tez-tez deyirlər ki, Barokko dövründə siyasi vəziyyət
incəsənət və arxitekturada əks olunub. Barokko binaları çoxlu
dekorativ girinti-çıxıntılarla
doludu. Barokko dövrünün siyasi həyatı da eynilə, hiylələr, sui-
qəsdlər, intriqalarla xarakterizə olunur.
Bir İsveç kralı da teatrda öldürülmüşdü, hə?
Sən III Qustavı nəzərdə tutursan, məncə, çox gözəl misal çəkdin. O,
Barokko dövründən sonra, 1792-ci ildə öldürüldü, lakin onun
öldürülməsi üsulu xalis barokkosayağı idi. O, böyük bir bal-
maskaradda öldürülmüşdü.
Elə bilirdim, bu, teatrda olub.
Dediyim bal Opera binasında keçirilirdi. Demək olar ki, İsveçdə
barokko dövrü III Qustavın sui-qəsdi ilə sona çatdı. Qustavın dövründə
ondan yüz il əvvəlki XIV Luisin dövründə olduğu kimi, “maarifçi
despotizm” prinsipi hökm sürürdü. III Qustav da çox qürrəli adam idi,
fransız mərasimlərini, nəcabətlilərin məclislərini sevirdi. Teatra da çox
vurğundu...
...və elə orada da öldürüldü.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |