208
Hə, amma Barokko dövrünün teatrı təkcə bir incəsənət forması
deyildi, həm də vacib bir rəmz idi.
Nəyin rəmzi?
Həyatın, Sofi. XVII əsrdə “Həyat - teatrdır” deyimi o qədər məşhur
idi ki! Bu sözləri çox tez-tez deyirdilər. Bugünkü səhnə tərtibatı ilə
müasir teatr da barokko dövrünün yadigarıdı. Teatr səhnəsində hərə bir
illüziya yaradırdı - bununla da səhnə oyununun vur-tut illüziya olduğu
göstərilirdi. Beləcə, teatr insan həyatının inikası olurdu. Teatr “lovğa
insanın aqibətini”, “insan zəifliyinin amansız portretini” göstərə bilirdi.
Şekspir də Barokko dövründə yaşayıb?
Şekspir əsas pyeslərini 1600-cü illərdə yazıb, ona görə də bir ayağı
Renessans, bir ayağı isə Barokko dövründədi. Şekspirin əsərlərində də
həyatın teatra bənzəməsi haqda çoxlu misralar var. İstəyirsənsə, bir
neçəsini deyim?
İstəyirəm.
“İstədiyiniz kimi” əsərində Şekspir deyir:
“Dünya bir səhnədir,
Bütün insanlar aktyor,
Qadınlar və kişilər səhnəyə girib çıxırlar,
Hərənin bir neçə rolu var,
Yeri gələndə oynayar...
“Maqbet” faciəsində isə deyir:
“Həyat nədir axı? Gəzəri kölgə, səhnədə elə hey hay-küy qoparan, tez
də unudulan, can evi viran, cəfəng söz yığını, boş bir nağıldır”.
Necə də bədbindi.
Onu həyatın qısalığı narahat edirdi. Yəqin ki, Şekspirin ən məşhur
misrasını bilirsən.
Ölüm, ya olum, sual budur, bu!
Bəli, bu sözlər Hamletin dilindəndi. Bu gün burdayıq, sabah yoxuq.
Təşəkkürlər, mənanı tutdum.
Barokko şairləri həyatı səhnəyə bənzətməyəndə yuxuya
bənzədirdilər. Şekspirdə də var, deyir: “Bizi yuxuların düzəldildiyi
maddədən düzəldiblər və yuxuyla əhatələnib dörd tərəfimiz...”
downloaded from KitabYurdu.org
209
Çox poetikdi.
1600-cü ildə doğulmuş ispan dramaturqu Kalderon de la Barsa
“Həyat yuxudur” adlı pyes yazmışdı. Orada belə misralar var: “Nədir
həyat? Axmaqlıq. Nədir həyat? Xəyal, kölgə, nağıl. Ən vacib şeyin də
dəyəri yoxdur, həyat yuxudur...”
Bəlkə də haqlı idi. Biz məktəbdə bir pyes oxumuşduq, adı “Dağdakı
Cep” idi.
Bəli, onu Ludviq Holberq yazıb. O, Skandinaviyada hörmətli
şəxsiyyət sayılır, Barokko dövründən Maarifçilik dövrünə keçid onun
adıyla bağlıdı.
Cep bir xəndəkdə yuxuya gedir... və oyananda görür ki, baronun
çarpayısındadı. Ona elə gəlir ki, kasıb bir kəndli olduğunu yuxuda
görüb. Yenidən yuxuya gedəndə onu sürüyüb xəndəyə gətirirlər. Bu
dəfə oyananda ona elə gəlir ki, baron çarpayısında uzandığını yuxuda
görüb”.
Holberq bu motivi Kalderondan, Kalderon isə qədim ərəb nağılları
olan “Min bir gecə”dən götürüb. Həyatla yuxunun müqayisəsinə biz
tarixin uzaq, dərin qatlarında, Çində, Hindistanda da rast gəlirik.
Məsələn, qədim Çin saqası “Çuanq-tsf’da deyilir: “Bir dəfə yuxuda
gördüm ki, kəpənəyəm.
İndi isə yuxusunda kəpənək olduğunu görən Çuanq-tsı, yoxsa yuxuda
Çuanq-tsı olduğunu görməkdə olan kəpənək olduğumu bilmirəm”.
Maraqlıdır, bunlardan hansının doğru olduğunu necə biləsən?!
Norveçin xalis Barokko dövrünü təmsil edən şairi var, adı Peter
Daşdır, 1647-ci ildən 1707-ci ilədək ömür sürüb. Bir tərəfdən indi
içində olduğumuz həyatı təsvir edirdi, digər tərəfdənsə yalnız Tanrının
əbədi, mütləq olduğunu vurğulayırdı.
“Bütün dünya dağılsa,
Tanrı yenə Tanrıdır, bütün insanlar ölsə,
Tanrı yenə Tanrıdır”.
Lakin eyni ilahi mədhiyyəsində Şimalı Norveçin yerli həyatını,
növbənöv
balıqlarını da təsvirədir. Bu, Barokkonun tipik
xüsusiyyətidir, eyni bir mətndə həm yeri, indi, buradakı həyatı, həm də
downloaded from KitabYurdu.org
210
səmavi, ilahi, ölümdən sonrakı həyatı təsvir
edirlər. Bütün bunlar bizə Platonun konkret hisslər aləmi və dəyişməz
ideyalar aləmi arasına fərq qoymasını xatırladır.
Yaxşı yadıma düşdü, Barokko dövründə fəlsəfənin vəziyyəti necə
idi?
Fəlsəfəyə də bir-birinə daban-dabana zidd olan fikirlər arasında
güclü mübarizə xasdı. Artıq qeyd etdiyim kimi, bəzi filosoflar
təbiətdəki hər şeyin ruhi əsası olduğuna inanırdılar. Bu dünyagörüşünə
idealizm deyilir. Bunun əksi olan nəzər nöqtəsi isə materializmdi.
Materializmə
görə,
ətrafımızdakı hər şey konkret maddi
substansiyadan qaynaqlanır. Materializmin də XVII əsrdə bir çox
tərəfdarları vardı. Onların ən nüfuzlusu Tomas Hobs idi. O, inanırdı ki,
insanlar və heyvanlar da daxil olmaqla hər şey, bütün fenomenlər
yalnız və yalnız maddi hissəciklərdən ibarətdi. Hətta insan şüuru,
yaxud ruhu da beyindəki kiçik hissəciklərin hərəkətindən əmələ gəlir.
Deməli, o, Demokritin iki min il əvvəl dedikləri ilə həmfikir idi?
Həm idealizm, həm də materializm fəlsəfə tarixində dəfələrlə
qarşımıza çıxır. Amma bu iki düşüncənin eyni anda,
yanaşı mövcudluğu Barokko dövrünə xasdı. Materializm yeni təbiət
elmləri sayəsində güclənirdi. Nyuton hərəkət qanunlarının bütün
kainata aid olduğunu bəyan edir, yerdə və göydə baş verən
dəyişikliklər, cisimlərin hərəkətləri ümumdünya cazibə qanunu
prinsipləri ilə izah olunurdu. Beləcə, hər şeyin eyni sarsılmaz
qanunlarla, eyni mexanizmlərə tabe olduğu bilindi. Ona görə də hər bir
təbii dəyişikliyi prinsipcə riyazi dəqiqliklə hesablamaq mümkün oldu.
Bununla da Nyuton indi bizim mexaniki dünyagörüşü adlandırdığımız
baxışı tamamladı.
O, dünyanı böyük bir maşın kimi təsəvvür edirdi?
Elədi. “Mexaniki” sözü yunan sözü olan “mechane”dən gəlir ki,
mənası “maşın” deməkdi. Maraqlıdır ki, nə Nyuton, nə də Hobs
mexaniki dünya mənzərəsi ilə Tanrıya inam arasında ziddiyyət
görmürdü. Lakin bu, XVII-XVIII əsr materialistlərinin hamısına aid
deyil. Fransız həkimi və filosofu La Metri XVIII əsrdə “İnsan-maşın”
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |