192
ya hərəkət etməyə davam edir”. O biri qanunu isə Qaliley maili müstəvi
üzərində nümayiş etdirmişdi: “Bir cismə iki qüvvə eyni zamanda təsir
edəndə cisim ellipsvari hərəkət edir”.
Nyuton bütün planetlərin niyə Günəş ətrafında orbit üzrə hərəkət
etdiyini belə izah edirdi?
Bəli. Planetlər Günəş ətrafında ellipsvari orbitlər üzrə iki cür hərəkət
edirlər: Günəş sistemi formalaşanda əldə etdikləri düzxətli hərəkət və
cazibə səbəbindən Günəşə tərəf dartınma hərəkəti.
Çox ağıllıdı.
Çox. Nyuton cisimlərin hərəkətinə dair qanunların kainatın hər
tərəfinə şamil olunduğunu deyirdi. Bununla da səmada bir, yerdə isə
başqa qanunların olması haqda orta əsrlər inancını
ortadan qaldırdı. Heliosentrik dünyagörüşü beləliklə, son təsdiqini və
izahını tapmış oldu.
Alberto qalxıb maili lövhəni yerinə, çəkməcəyə qoydu. Sonra əyilib
kürəni yerdən götürdü, yerinə deyil, masanın üstünə onların arasına
qoymaqla kifayətləndi.
Sofi bir parça əyri taxtadan və kürəcikdən nə qədər bilik əldə etdiyini
düşünürdü. Mürəkkəbə batmış kürəciyə baxanda gözünün qarşısına
Yer kürəsi gəldi. Birdən dilləndi:
Və insanlar böyük kainatda hansısa təsadüfi bir planetdə
yaşadıqlarını qəbul etməli oldular?
Bəli, yeni baxışlar insanların dünyagörüşündə böyük dəyişikliklər
etdi. Eynilə Darvinin insanın heyvandan əmələ gəlməsini sübut
etməsindən sonra yaranmış vəziyyət kimi. Hər iki halda insanlıq
yaradılışdakı xüsusi statusunun bir hissəsini itirmiş oldu. Və hər iki
halda Kilsə kəskinliklə bu yeni yanaşmalara qarşı çıxdı.
Gözlənilən reaksiyadı. Axı bütün bu işlərdə Tanrı yoxa çıxmışdı.
Yer mərkəzdə, Tanrı və planetlər yuxarıda olanda
vəziyyət daha sadəydi.
Amma ən böyük məsələ bu deyil. Nyuton təbiət qanunlarının
kainatdakı hər şeyə tətbiq olunduğunu sübut edəndə adamlar düşünə
bilərdi ki, bununla o, insanların Tanrının gücünə inamını qırır. Lakin
downloaded from KitabYurdu.org
193
Nyutonun Tanrıya öz inamı heç vaxt sarsılmamışdı. O, təbiət
qanunlarına böyük və hər şeyə qadir Tanrının mövcudluğunun sübutu
kimi yanaşırdı. İnsanın özünü qavramasına gəlincə, vəziyyət bir qədər
mürəkkəbləşdi.
Necə ki?
Renessansdan başlayaraq, insanlar özlərini ucsuz- bucaqsız
qalaktikada təsadüfi bir planetdə yaşadıqları fikrinə alışdırmağa
başladılar. Hərçənd, buna tam alışdığımıza əmin deyiləm. Amma hətta
Renessans dövründə elələri vardı ki, biz insanların əvvəlkindən daha
mərkəzi mövqeyə sahib olduğumuzu deyirdi.
Başa düşmədim.
Əvvəllər Yer dünyanın mərkəzi idi. Amma astronomlar kainatın
mütləq mərkəzinin olmadığını deyəndən sonra belə bir
fikir ortaya çıxdı ki, nə qədər insan varsa, o qədər də mərkəz var. Hər
bir insan kainatın mərkəzi ola bilər.
İndi başa düşdüm.
Renessans yeni bir dini baxışa da yol açdı. Fəlsəfə və elm ilahiyyatla
əlaqəni kəsdiyindən, yeni xristian möminliyi inkişaf etdi. Onda
Renessansla birlikdə ortalığa insana yeni bir baxış çıxdı. Bu, dini
həyata da öz təsirini göstərdi. İnsanın Tanrıyla şəxsi əlaqəsi indi onun
kilsəylə bir təşkilat kimi əlaqəsindən daha vacib sayılmağa başladı.
Məsələn, gecə yatmazdan əvvəl dua etmək kimi şeylər.
Bəli, onun kimi. Orta əsrlər katolik kilsəsində latınca ayinlər və
dualar Tanrıya ibadətin bel sütununu təşkil edirdi. Latınca olduğundan,
yalnız keşişlər və rahiblər İncil oxuya bilirdilər. Lakin Renessans
dövründə İncil ibrani və yunan dillərindən müxtəlif xalqların öz
dillərinə tərcümə olundu. Bu, Reformasiya adlandırdığımız hadisə
üçün son dərəcə vacib addım idi.
Martin Çılpaqer...
Bəli, Martin Çılpaqer vacib şəxsiyyətdi, lakin yeganə reformator
deyildi. Roma Katolik kilsəsində qalmaqla Reformasiyanı seçən kilsə
islahatçıları da vardı. Onlardan biri Erazmus Rotterdamlı idi.
Çılpaqer Katolik kilsəsindən ona görə ayrıldı ki, kilsədən pulla əfv
downloaded from KitabYurdu.org
194
satın almaq istəmədi, hə?
Bu, səbəblərdən biri idi. Amma daha vacib səbəb vardı. Çılpaqerə
görə, insanların Tanrının əfvi üçün kilsənin və ya onun keşişlərinin
vasitəçiliyinə ehtiyacı yoxdu. Günahların bağışlanması üçün kilsəyə
pul ödəmək bunun yanında nə idi ki! Zatən katoliklikdə pulla əfv almaq
XVI əsrin ikinci yarısından ləğv olundu.
Yəqin Tanrı buna çox sevinib.
Ümumiyyətlə, Çılpaqer Orta əsrlərdə kilsədə kök salmış bir çox dini
adətlər və ehkamları rədd edirdi. O, Əhdi-Cədiddəki ilkin xristianlığa
qayıtmaq istəyirdi. “Yalnız müqəddəs kitab” deyirdi. Renessans
humanistləri antik incəsənət və mədəniyyət mənbələrinə dönmək
istədikləri kimi, Çılpaqer də bu şüarla Xristianlığın “mənbəyinə”
dönmək istəyirdi. Çılpaqer İncili
alman dilinə çevirmişdi, bununla da alman yazılı dilinin əsasını
qoymuşdu. Beləliklə, hər bir insan İncili oxuya biləcək və hərə özünün
keşişi olacaqdı.
Öz-özünün keşişi? Bir az ağ etmirdi?
Onu nəzərdə tuturdu ki, rahiblər, keşişlər Tanrının nəzərində başqa
insanlardan
heç
bir
üstünlüyə
malik
deyillər.
Çılpaqerin
protestantlığında da dini mərasimlərin keçirilməsi, rahiblərin gündəlik
tapşırıqları kimi praktik məsələlərə görə, keşişlər olurdu. Amma
Çılpaqer kiminsə Tanrıdan əfv və qurtuluş alması üçün kilsə
mərasimlərinə ehtiyac olmadığını düşünürdü. Deyirdi ki, insan yalnız
iman vasitəsilə Tanrıdan bağışlanmağı və qurtuluşu “havayı” ala bilər.
O bu nəticəyə İncili oxuyaraq gəlmişdi.
Onda Çılpaqer əsl Renessans insanı olub.
Həm hə, hə də yox. Ona xas olan səciyyəvi Renessans xüsusiyyəti
insana və insanın Tanrı ilə şəxsi əlaqəsinə əhəmiyyət verməsi idi.
Bundan başqa, o, otuz beş yaşında yunan dili öyrənməyə və İncili
yunan versiyasından alman dilinə çevirmək kimi ağır işlərin altına
girmişdi ki, bu da
Renessans insanının səciyyəvi cəhəti idi. Latın dilinə yox, öz dilinə
üstünlük verməsi Renessansın belə cəhətlərindən biridir. Lakin
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |