Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə74/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   70   71   72   73   74   75   76   77   ...   154

223 

 

Hardan bildin? 



Bilmirəm. Onu hard diskdə tapdım. 

Sofi yenə çiynində Albertonuin əlini hiss etdi. 

Mən Hilde haqda əlimizdə olan kiçik məlumatı proqrama yazmışam, 

- Alberto dedi. 

Hilde haqda daha nə bilirsən? - Sofi yazdı. 

Hildenin  atası  Livanda  işləyən  BMT  müşahidəçisidir.  Rütbəsi 

mayordur. Tez-tez qızına açıqcalar göndərir. 

Onu tapmaq istəyirəm, mənə kömək et! 

Bunu  edə  bilmərəm.  O,  mənim  heç  birfaylımda  yoxdur,  başqa  bir 

məlumat bazasına isə qoşulmamışam. 

Dedim, tap onu!!!!!!! 

Hirslənmisən, Sofi? Bu qədər nida işarəsi sərt hislərin işarəsidir. 

Mən Hildenin atası ilə danışmaq istəyirəm! 

Özünü  idarə  etməkdə  çətinliyin  var.  Uşaqlığın  haqda  danışmaq 

istəyirsənsə, F9-u bas. 

Alberto yenidən əlini Sofinin çiyninə qoydu. 

Doğru deyir. O, falçı deyil, məlumat proqramıdır. 

Kəs kəsini! - Sofi yazdı. 

Yaxşı,  Sofi.  Bizim  tanışlığımız  cəmi  13  dəqiqə  52  saniyə  çəkdi. 

Danışdığımız bütün sözləri yadda saxlayacağam. İndi bağlanıram. 

Ekranda yenidən “C:” hərfi göründü. 

İndi isə gəl yerimizə qayıdaq, - Alberto dedi. 

Amma Sofi artıq ekrana “Knaq” yazmışdı. Ekranda dərhal aşağıdakı 

sözlər yazıldı. 

Mən buradayam. 

Bu dəfə Alberto dik atıldı. 

Sən kimsən, - Sofi yazdı. 

Mən  mayor Albert Knaqam, buyurun, hüzurunuzdayam. Livandan 

gəlirəm. Mənə görə qulluğunuz? 

Hamısını yeyib! - Alberto həyəcanla dedi, - Hard diskə siçan girib. 

Sofini kənara çəkib ekranın qarşısında oturdu. 

Bura bax, mənim kompüterimə necə girə bilmişən? - yazdı. 

downloaded from KitabYurdu.org



224 

 

Xırda işdi, əziz həmkarım. Mən istədiyim yerdə ola bilirəm. 



Ay iyrənc virus! 

Bir dəqiqə! İndi mən burada ad günü virusu qismində iş başındayam. 

Bir salam göndərə bilərəm? 

Yox,  sağ  ol,  onsuz  da  salamlarından  boğaza  yığılmışıq.  Amma 

sözüm qısa olacaq: Sənin şərəfinə, əzizim Hilde. Bir daha ad günün çox 

mübarək. Çılpaqfən, vəziyyətə görə bağışla, mən sadəcə sənin getdiyin 

hər yerə təbriklərimi səpələmək istədim. Səni sevən, səni qucaqlamağı 

həsrətlə gözləyən atan. 

Alberto  nəsə  yazmaq  istədi,  amma  çatdırmadı,  ekranda  yenə  “C:” 

işarəsi göründü. Alberto *dir knaq*.*," - yazdı, ardınca ekrana bu yazı 

çıxdı: 

knaq.lib 147,643 06. 15. 90 12-47 knaq.lil 326,439 06.23.90 22-34 



Alberto  “knaq-ı  sil”.*”  yazdı  və  kompüteri  söndürdü.  Sildim  onu,  - 

dedi, - amma növbəti dəfə onun harada yenidən peyda olacağını demək 

mümkün deyil. 

Ekrana baxa-baxa oturdu. Sonra əlavə etdi. 

Ən pisi adı idi: Albert Knaq... 

Sofi yalnız onda adlar arasındakı bənzərlikdən diksindi. Albert Knaq 

və  Alberto  Knoks.  Amma  Alberto  elə  hirslənmişdi  ki,  Sofi  bir  söz 

deməyə  cürət  etmədi.  Onlar  yenidən  gedib  qəhvə  masasının  yanında 

oturdular. 

Spinoza 


...Tanrı kukla oynadan deyil... 

Onlar uzun müddət susub oturdular. Sonra Sofi Albertonun fikirlərini 

olanlardan ayırmaq üçün dedi: 

Yəqin Dekart qəribə adam olub. Öz dövründə məşhur olub görəsən? 

Alberto bir neçə dəfə dərindən nəfəs alandan sonra cavab verdi: 

Onun  başqa  böyük  filosoflar  üçün  çox  böyük  əhəmiyyəti  olub, 

çoxları  ondan  təsirlənib.  Bəlkə  də  hamıdan  çox  Hollandiyalı  filosof, 

1632-ci ildə doğulub 1677-ci ildə vəfat etmiş Barux Spinoza. 

Mənə ondan danışacaqsan? 

Əslində fikrim bu idi, hərbi təxribata uymayacağıq ki. Davam edək. 

downloaded from KitabYurdu.org



225 

 

Qulağım səndədi. 



Spinoza  Amsterdamın  yəhudi  icmasının  üzvü  idi.  Lakin  bir 

müddətdən sonra bidətçiliyə görə, qovuldu. Yaxın dövrlərdə onun kimi 

çox az filosof tapılar ki, ideyalarına görə, təqib edilmiş, sıxışdırılmış 

olsun.  Onu  sui-qəsdlə  öldürmək  istəyənlər  də  olub.  Səbəb  isə  onun 

yerini  bərkitmiş,  rəsmi  bir  dini  tənqid  etməsi  idi.  O  deyirdi  ki, 

Xristianlıq və İudaizm yalnız sərt ehkamlar və rituallarına görə ayaq 

üstə dura bilib. O, İncilin tarixini tənqidi təfsir edən ilk insan idi. 

Bu, necə bir təfsirdi? 

O, İncilin Tanrı vəhyi olduğunu qəbul etmirdi. Deyirdi ki, biz İncili 

oxuyanda  daim  onun  yazıldığı  dövrü  göz  önünə  gətirməliyik.  Onun 

təklif  etdiyi  tənqidi  qiraət  İncil  mətnlərində  çoxlu  ziddiyyətlər  üzə 

çıxarır. Bir qədər dərindən baxanda Əhdi-Cədiddə müqəddəs yazıların 

arxasında  Tanrının  sözçüsü  adlandırıla  biləcək  İsanı  görürük.  İsanın 

təlimləri  ortodoksal  İudaizmdən  qurtuluşdu.  İsa  sevgini  hər  şeydən 

üstün  tutan  “ağıl  dini”  təlimini  yaradıb.  Spinoza  bunu  həm  Tanrıya, 

həm də 


insana sevgi kimi təfsir edir. Buna baxmayaraq, xristianlıq da zaman 

keçdikcə öz sərt ehkamları və rituallarını yaradıb. 

Bu fikirləri həzm etmək nə kilsə, nə də sinaqoq üçün asan olmazdı, 

məncə. 


Məsələ qəlizləşəndə hətta öz ailəsi Spinozanı tərk edib. Bidətçiliyinə 

görə, onu mirasdan məhrum etməyə çalışıblar. Spinoza dini tolerantlıq 

və  fikir  azadlığının  vacibliyi  haqda  danışırdı.  Qarşılaşdığı  bütün  bu 

çətinliklər onu tamamilə fəlsəfəyə həsr olunmuş sakit və qapalı həyatın 

qoynuna atır. Linza düzəltməklə bir az pul qazanırdı ki, gördüyün kimi, 

həmin linzalardan bir neçəsi məndədi. 

Çox təsirlidi! 

Onun linza düzəltməklə pul qazanması faktında da rəmzi məna var. 

Filosof  insanlara  həyatı  yeni  prizmadan  görməyə  kömək  edirdi. 

Spinoza fəlsəfəsinin sütunlarından biri şeyləri əbədiyyət prizmasından 

görməsi idi. 

Əbədiyyət prizmasından? 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə