Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə57/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   53   54   55   56   57   58   59   60   ...   154

171 

 

fərqliydi. 



Bağışla,  Coanna,  amma  bu  ört-basdır  əməliyyatında  mənim  də 

payımın olmasını istədim. 

Hara getmişdin, əvvəl-axır, mənə bu barədə danışmaq fikrin var? 

Mənimlə bizə getsən, hə. Çünki danışacaqlarımı maliyyə müvəkkili 

ilə onun Barbi gəlinciyi arvadı eşitməsə də olar. 

Bəsdi  görək,  Sofi!  Guya  kişinin  aylarla  dənizdə  qaldığı  sarsaq 

evliliklər bundan yaxşıdı! 

Razıyam. Amma mən bu gecə az yatmışam. Üstəlik, məni narahat 

etməyə başlayıb ki, görəsən, Hilde bizim etdiyimiz hər şeyi görürmü? 

Onlar “Böyük mülklər” küçəsinə tərəf addımlamağa başladılar. 

Demək istəyirsən, onun altıncı hissi var? 

Bilmirəm. Bəlkə hə, bəlkə də yox. 

Coanna bütün bu sirlər barədə bilməyə heç həvəsli deyildi. 

Amma  bu,  onun  atasının  meşəlikdəki  boş  evə  çoxlu  axmaq 

məktubları niyə göndərməsini izah etmir. 

Hə, bunu izah etmək çox çətindir. 

Harada olduğunu mənə deyəcəksən, nəhayət? 

Beləcə, Sofi ona hara getdiyini dedi. Hər şeyi danışdı, sirli fəlsəfə 

kursundan  da.  Amma  əvvəlcə  Coannanı  and  içdirdi  ki,  bütün  bunlar 

ikisinin arasında qalacaq. 

Bir  müddət  onlar  heç  nə  danışmadan  getdilər.  Böyük  mülklər 

küçəsinə  yaxınlaşanda  Coanna:  “Mənim  bütün  bunlardan  heç  xoşum 

gəlmir”,-  dedi  və  Sofigilin  darvazasında  dayandı,  çevrilib  evlərinə 

getməyə başladı. 

Heç  kəs  sənə  demir  ki,  xoşun  gəlsin.  Amma  fəlsəfə  adi  əyləncəli 

oyun  deyil.  Fəlsəfə  bizim  kim  olmağımz  və  haradan  gəlməyimizlə 

bağlıdır. Səncə, bu barədə bizə məktəbdə kifayət qədər danışırlar? 

Hər halda belə suallara heç kəs cavab verə bilməz. 

Hə, amma bizə heç bu sualları soruşmağı da öyrətmirlər. 

Sofi  mətbəxə  girəndə  nahar  masanın  üzərində  idi.  Anası  onun 

Coannagildən niyə zəng etmədiyini soruşmadı. 

Nahardan sonra Sofi bir az mürgüləmək istədiyini dedi. Coannagildə 

downloaded from KitabYurdu.org



172 

 

pis yatdığını söylədi. Başqasının evində yatanda belə şeylər olur. 



Çarpayısına uzanmazdan  əvvəl indi onun divarından asılan böyük 

bürünc  çərçivəli  güzgünün  önündə  dayandı.  Əvvəlcə  öz  rəngsiz  və 

yorğun  sifətini  gördü.  Sonra...  sonrasa  öz  sifətinin  arxasında  sanki 

başqa bir solğun sifət peyda oldu. Sofi bir neçə dəfə dərindən nəfəs aldı. 

Gözünə nəyinsə görünməyə başlaması yaxşı şey deyildi. 

O, təbiətin öz üslubunda olan o ipə-sapa yatmaz saçının əhatələdiyi 

solğun sifətinin cizgilərini süzdü. Lakin bu sifətin arxasında başqa bir 

qız da vardı. Qəfildən həmin qız hər iki gözünü birdən qırpdı, sanki 

həqiqətən  də  orada,  o  biri  tərəfdə  olmasına  işarə  verirdi.  Bir  neçə 

saniyədən sonra yox oldu. 

Sofi çarpayının kənarında oturdu. Qəti əmindi ki, güzgüdə gördüyü 

Hilde  idi.  Onun  şəklini  mayorun  evində  məktəb  vəsiqəsinin  üstündə 

görəndən yadında saxlamışdı. Güzgüdə gördüyü həmin qız olmalıydı. 

Qəribə  deyilmi,  necə  olur  ki,  belə  sehrli  şeylər  həmişə  son  dərəcə 

yorğun olanda başına gəlir? Ona görə də yorğunluğu keçəndən sonra 

həmişə 


bu 

olanların  xəyal  məhsulu  olduğunu  düşünmək 

məcburiyyətində qalırdı. 

Sofi  paltarlarını  stulun  üstünə  atıb  çarpayıya  yayxandı.  Dərhal 

yuxuya getdi və qəribə canlı yuxu görməyə başladı. 

Gördü ki, qırmızı rəngli qayıq tərsanəsinə açılan bir bağda dayanıb. 

Sahildə  sarı  saçlı  gənc  qız  oturub  suya  tamaşa  edir.  Sofi  qıza  tərəf 

addımlayıb  onun  yanında  əyləşir.  Qız  isə  sanki  onu  görmürdü.  Sofi 

“Salam, mənim adım Sofidir” - deyib özünü tanıdır. Amma qız onu nə 

görür, nə də eşidirdi. Birdən Sofi onu çağıran bir səs eşidir: “Hilde!” 

Qız  səsi  eşidən  kimi  ayağa  qalxıb  bacardığı  qədər  sürətlə  evə  tərəf 

qaçmağa başlayır. Deməli, qız nə kordur, nə də kar! Orta yaşlı bir kişi 

evdən  çıxıb  iri  addımlarla  ona  tərəf  gəlirdi.  O,  xaki  rəngli  uniforma 

geyinmişdi  və  başında  mavi  beret  vardı.  Qız  qollarını  açıb  onun 

boynuna tullanır və kişi onu bir neçə dəfə ətrafında fırladır. Sofi qızın 

bayaq  oturduğu  yerdə  kiçik  qızıl  xaçlı  boyunbağı  görür.  Onu  əlinə 

götürüb baxır və yuxudan oyanır. 

Sofi saata baxdı. İki saat yatmışdı. Qalxıb çarpayıdaca oturdu, qəribə 

downloaded from KitabYurdu.org



173 

 

yuxunu  düşünməyə  başladı.  Elə  aydın,  elə  parlaq  idi  ki,  sanki  yuxu 



deyil,  gerçək  idi.  Həmin  evin  və  qayıq  tərsanəsinin  doğrudan  da 

haradasa olduğuna əmin idi. Bəlkə 

mayorun  evindəki  rəsmdə  gördüyü  mənzərə  qalmışdı  yadında?  Hər 

halda qətiyyən şübhə yox idi ki, yuxuda Hilde Moller Knaqı görüb və 

kişi onun Livandan qayıtmış atasıdır. Yuxuda gördüyü adam bir az da 

Alberto Knoksa bənzəyirdi. 

Sofi  çarpayısını  yığışdıranda  balışının  altında  boyunbağı  tapdı, 

boyunbağının üstündə qızıl xaç kulon vardı. Xaçın arxasında üç hərf 

döyülmüşdü: HMK. 

Sofi əvvəllər də yuxuda qiymətli əşyalar tapmışdı. Amma belə bir 

şeyi yuxusundan çıxarıb gətirə bilməsi ilk dəfə idi! 

Dəhşət! - o, bağırdı. 

Az qaldı ki, özündən getsin. Tez dolabın qapısını açdı, xaçı yuxarı 

gözə ipək şarfın, ağ corabın və Livan açıqcalarının yanına atdı. 

Ertəsi gün Sofi gözünü açıb, qarşısında isti bulkalar, portağal suyu, 

yumurtalar,  tərəvəz  salatından  ibarət  böyük  süfrə  gördü.  Sofinin 

anasının  bazar  günləri  adətən  gec  oyanırdı.  Belə  tez  oyananda  isə 

bunun  şərəfinə  Sofini  oyatmazdan  əvvəl  əla  bir  səhər  süfrəsi 

hazırlayırdı. 

Yemək vaxtı anası dedi: 

Həyətdə yad it var. Səhərdən çəpərlik tərəfdə gəzib ətrafı iyləyir. Nə 

işi var onun bizim həyətdə, bilmirsən? 

A, həə! - Sofinin ağzından çıxdı, amma dərhal peşman oldu. 

Əvvəllər də bura gəlib? 

Sofi artıq masadan qalxmış və bağa açılan pəncərədən baxmaq üçün 

qonaq  otağına  getmişdi.  Onun  fikirləşdiyi  kimi,  Hermes  çəpərin 

yanında, onun gizli guşəsinin qarşısında uzanmışdı. 

İndi  nə  desin?  Anası  gəlib  onun  qarşısında  durana  qədər 

fikirləşməyə vaxtı olmadı. 

Dedin, əvvəllər burda olub? 

Məncə,  orada  torpağa  sümük  basdırıb  və  indi  də  öz  xəzinəsinin 

dalınca gəlib. İtlərin də yaddaşı olur... 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə