153
keçmişdi.
Saat dörd ərəfəsində, bəli. Sonra beş, altı, yeddi olub. Amma sanki
vaxt bir yerdə dayanıb. Saat səkkiz, doqquz, on olacaq. Amma orta
əsrlər davam edib. “Artıq yeni günə başlamaq vaxtı deyil?” - düşünə
bilərsən. Hə, nə demək istədiyini bilirəm. Amma bu, uzun bir bazar
günü idi. Və ya bir- birinin ardınca sonsuz bazar günləri. Saat on bir,
on iki, on üç olacaq... Buna Yetkin Orta əsrlər deyilir. Avropanın böyük
kilsə kompleksləri bu dövrdə tikildi, ona həm də Ali qotik dövr deyilir.
Yalnız saat on dörddə, günorta saat ikidə xoruz banlaya bildi... Və
yalnız o an nəhayətsiz Orta əsrlər dövrü tükənib aradan çıxmağa
başladı.
Onda Orta Əsrlər on əsr davam edib? - Sofi dedi
Alberto başını keşiş cübbəsinin başlığından çıxararaq on dörd yaşlı
qızdan ibarət camaatına baxdı.
Əgər bir saatı yüz il saysaq, bəli. İsa tam gecəyarı - 12-də doğulub.
Pavel saat ikinin yarısı olmamış missioner səfərlərinə başlayıb, sonra
Romada ölüb. Saat 3-ə qədər kilsənin fəaliyyəti qadağan olub, amma
313-cü ildə imperator Konstantinin dövründə Roma İmperiyasında bu
din qəbul olunub. Lakin müqəddəs imperatorun özünü bir neçə il sonra
ölüm yatağında xaç suyuna çəkiblər. 380-ci ildən xristianlıq Roma
İmperiyasında rəsmi din olub.
Həmin vaxtlar Roma İmperiyası dağılır, hə?
Bəli, bu dövrdə imperatorluq çökməyə başlamışdı. Qarşımızda
mədəniyyət tarixinin ən böyük çevrilişlərindən biri dayanıb. 300-cü
illərdə Roma həm şimaldan barbarların, həm də daxili parçalanma
təhlükəsinin məngənəsində idi. 330-cu
ildə Konstantin imperiyanın paytaxtını Romadan bir vaxt Qara Dənizə
səfəri zamanı əsasını qoyduğu Konstantinopola köçürür. Bir çoxları
yeni şəhəri ikinci Roma sayırdı. 396-ci ildə Roma İmperiyası mərkəzi
Roma olan Qərbi və mərkəzi Konstantinopol olan Şərqi Roma
İmperiyasına bölünür. 410-cu ildə barbarlar Romanı talan edirlər və
476-cı ildə Qərbi Roma İmperiyası tamamilə dağılır. Şərqi Roma
İmperiyası isə 1453- cü ildə türklər Konstantinopolu fəth edənədək
downloaded from KitabYurdu.org
154
yaşayır.
Və adını dəyişib İstanbul qoyurlar, hə?
Elədir! Bilməli olduğumuz başqa bir tarix 529-cu ildir. Həmin il
kilsə Afinadakı Platon Akademiyasını bağlatdırır. Həmin il ilk böyük
keşiş təriqəti olan Benedikt təriqətinin əsası qoyulur. Buna görə də 529-
cu il xristian kilsəsinin yunan fəlsəfəsinin üzərinə böyük bir örtük
çəkdiyi il kimi tarixə düşür. Bu tarixdən etibarən monastırlar təhsil,
düşüncə və meditasiya sahəsində monopoliyaya sahib olurlar. Yeri
gəlmişkən, saatın əqrəbi altının yarısına çatmaq üzrədir.
Sofi artıq Albertonun bu saat bənzətməsilə nə demək istədiyini başa
düşmüşdü. Gecə yarı - 0-cı ilə, saat bir -
İsadan yüz il sonraya, saat altı İsadan altı yüz il sonraya, saat 14 İsadan
1400 il sonraya müvafiq idi.
Alberto davam etdi:
“Orta əsrlər” termini iki fərqli dövr arasında qalmış zamanı bildirir.
Bu ifadə Renessans dövründə əmələ gəlib. Orta əsrləri Qaranlıq Əsrlər
də adlandırırlar. Çünki o, bütün Avropada antik dövrlə İntibah dövrü
arasında hökm sürmüş min illik uzun bir gecə kimi idi. Orta əsrlər sözü
bu gün də çox avtoritar və inadcıl bir şey haqda, neqativ mənada işlənir.
Amma Orta əsrlərin min illik inkişaf dövrü olduğunu düşünənlər də
var. Çünki, məsələn, məktəb sistemi Orta əsrlərdə inkişaf etməyə
başlayıb. İlk monastır məktəbləri erkən Orta əsrlərdə, böyük kilsə
məktəbləri isə XII əsrdə yaranıb. 1200-cü illərdə ilk universitetlərin
əsası qoyulub, orada öyrədilən fənlər isə bugünkü kimi fakültədən asılı
olaraq, dəyişirdi.
Min il doğrudan da çox uzun müddətdir.
Bəli. Xristianlığın kütlələr arasında yayılması çox vaxt apardı.
Üstəlik, şəhərləri və qalaları ilə, xalq musiqiləri və xalq nağılları ilə bir
çox milli dövlətlər Orta əsrlərdə ortaya çıxdı.
Orta əsrlərsiz xalq mahnıları və nağılları olardımı?! Avropanın özü
necə olardı? Yəqin ki, orta əsrlərsiz Avropa Roma əyaləti olaraq
qalardı. Hər halda İngiltərə, Fransa, yaxud Almaniya sözləri Orta əsrlər
adlı əngin dənizdən gəlir. Gözlə görünməsə də, bu dərin dənizdə çoxlu
downloaded from KitabYurdu.org
155
balıqlar üzür. Məsələn, Snorre orta əsrlərdə yaşayıb. Müqəddəs Olaf və
Şarleman da. Hələ Romeo və Cülyettanı, Benedikt və Arolilyanı
demirəm. Olav Astensonu, “Heddal ormanının cinləri”ni demirəm.
Janna d’Ark, İvanho, bir çox böyük şahzadələr, qüdrətli krallar, cəsur
cəngavərlər, gözəl xanımlar, adları bilinməyən rəngli şüşə ustaları,
orqan düzəldənlər... Keşişlər, səlibləri, cadugərlər...
Hələ rahiblər...
Elədir. Yeri gəlmişkən, XI əsrə qədər xristianlıq Norveçə ayaq
açmayıb. Skandinav ölkələrinin xristianlığı dərhal qəbul etdiklərini
söyləmək düzgün olmazdı. Qədim bütpərəst inanclar Xristianlıq
görüntüsü altında yaşayırdı, sonra da Xristianlığa qədərki elementlər
bu dinlə birləşmiş şəkildə qaldı. Məsələn, bu gün də Norveçdə Mövlud
bayramını xristianlıq və qədim skandinav adətlərini birləşdirərək qeyd
edirlər. Bir atalar
sözündə deyildiyi kimi, ər-arvad illər keçdikcə bir-birinə bənzəyir.
Betlehemdə Norveçin Mövlud şirniyyatı, donuzu, pivəsi, adət-ənənəsi
Şərqin üç müdrikindən birinin dini ilə birləşib. Amma şübhəsiz,
Xristianlıq tədricən Norveçdə və bütün Avropada hakim həyat tərzinə
çevrilirdi. Buna görə də Orta əsrlər deyəndə birləşdirici bir mədəniyyət
qismində xristianlıq yada düşür.
Deməli, Orta əsrlər yalnız qaranlıq və darıxdırıcı bir dövr olmayıb?
400-cü ildən sonrakı ilk əsrlər doğrudan da mədəni tənəzzül dövrü
idi. Çünki ondan əvvəl kanalizasiyası, memarlıq abidələri, ictimai
hamamları, kitabxanaları olan böyük şəhərlərilə Romanın ali
mədəniyyəti var idi. Bütün bu mədəniyyət erkən orta əsrlərdə məhv
olmağa başladı. Bu, ticarət və iqtisadiyyata da aiddir. Bu zaman pulun
yerini mal şəklində ödəmə və mübadilə tutdu. İndi iqtisadiyyatı
feodalizm səciyyələndirirdi. Bu isə o deməkdir ki, torpaqlar bir neçə
əsilzadəyə, bəyə məxsus idi, kasıb təbəələr yaşamaq üçün o torpaqları
əkib-becərməliydilər. Erkən orta əsrlərdə Avropanın
əhalisi də kəskin azaldı. Antik dövrdə Romanın bir milyondan artıq
əhalisi vardı. 600-cü ildə isə qədim Romanın paytaxtında əhalinin sayı
40 min nəfərə enmişdi! Şəhərin əzəmətli vaxtlarından qalma
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |