380
olsaydı və bunlardan birindən vaz keçməli olsaydın, hansından vaz
keçərdin?
-
Təbii ki, yaxşı iy biləni saxlayar, o birini atardım.
- Bununla da daha yaxşı ov itini seçmiş olardın. Bax, Sofi insanlar
on min ildən çoxdu ki, heyvanları ələkdən beləcə keçirirlər. Toyuqlar
həmişə bugünkü kimi həftədə beş yumurta verməyib, qoyunlar həmişə
bu qədər yunlu olmayıb, atlar həmişə bu qədər güclü və sürətli deyildi.
İnsanar süni seçmə aparıblar. Bu, bitkilərə də aiddi. İnsan kartofun
yaxşısını əkir ki, daha yaxşı kartof yetişsin. Dənə verməyən qarğıdalını
kəsir. Darvin demək istəyir ki, heç bir iki inək, iki qarğıdalı, iki it və ya
iki alacəhrə bir-birinin eyni deyil. Təbiətdə heyrətamiz növ
müxtəlifliyi var. Eyni növdən olan fərdlər eyni deyillər. Mavi şüşədən
içəndə də bunu görmüşdün...
-
Bəli, elədi.
- Darvin özünə sual verirdi: Təbiətdə də buna bənzər bir proses ola
bilərmi? Təbiətin də hansı fərdlərin həyatda qalacağına dair təbii seçmə
tətbiq etdiyini düşünmək olarmı? Və belə bir proses çox uzun müddətdə
yeni bitki, yeni heyvan növləri yarada bilərmi?
-
Mərc gəlirəm ki, cavabı “hə” olacaq.
- Amma Darvin yenə də belə bir “təbii seçmə”nin necə həyata
keçməsini aydınlaşdıra bilmirdi. Yalnız 1838-ci ilin oktyabr ayında
“Beagle” ilə səyahətindən düz bir il sonra demoqrafiya mütəxəssisi
Tomas Maltusun bir kitabçası əlinə keçir. Kitabın adı “Əhali
prinsiplərinə dair esse” idi. Maltus kitabının ana ideyasını amerikalı
Benjamin
Franklindən
almışdı.
Franklinə
görə,
təbiətdə
məhdudlaşdırıcı qüvvələr olmasaydı, bir bitki, yaxud heyvan növü
bütün Yer üzünə yayılardı. Lakin təbiətdə çoxlu fərqli növlər olduğuna
görə, növlər bir-birinə nəzarət edirlər.
-
Aydındı.
- Maltus bu fikri əxz edərək, dünya əhalisinə tətbiq edir. Maltusa
görə, insanlar yaşaması mümkün olmayacaq qədər çox törəməyə
qadirdirlər. Dünyadakı yemək ehtiyatları bu qədər insana
çatmayacağına görə, bu insanların çoxu həyat uğrunda mübarizədə
downloaded from KitabYurdu.org
381
məğlub olmağa məhkumdurlar. Həyatda qalıb növünü davam etdirə
bilənlər digərlərindən daha güclü çıxanlardı.
-
Məntiq var.
- Darvinin axtardığı təkamül prosesi də bu idi. İnkişafın necə
olmasının cavabını bir anda tapmışdı. İnkişafın səbəbi yaşamaq
uğrunda mübarizədəki təbii seçmədi. Bu seçmə zamanı ətraf mühitdəki
şəraitə ən yaxşı uyğunlaşa bilənlər həyatda qalır və növünü davam
etdirə bilirdi. Bu, “Növlərin mənşəyinə dair” adlı əsərində irəli sürdüyü
nəzəriyyədi. Burada belə yazılıb: “Heyvanlar arasında ən gec balalayan
fildi. Lakin bir filin balaladığı bütün fillər həyatda qalsaydı, 750 ildən
sonra bir cüt fildən on doqquz milyon fil törəmiş olardı”.
- Bəs bir bölgə balığından çıxan minlərcə bölgə yumurtası?
- Üstəlik, Darvin yaşamaq uğrunda mübarizənin bir-birinə ən yaxın
növlər arasında daha çətin şəkil aldığını da bildirib. Bunlar eyni cür
yemək üçün çarpışmalıdırlar. Onda aralarındakı kiçik fərqlər böyük
əhəmiyyət kəsb edir. Yaşamaq uğrunda mübarizə nə qədər güclüdürsə,
yeni növlər də ortalığa o qədər tez çıxır. Bu mübarizədə yalnız ən
güclülər həyatda qalır, zəiflər ələnib gedir.
- Qida nə qədər az, yeni doğulanlar nə qədər çoxdursa, inkişaf da o
qədər sürətli olur, eləmi?
- Vacib olan təkcə qida deyil. Başqa heyvanlara yem olub- olmamaq
da ən az bu qədər vacibdi. Bu tərəfdən baxanda gizlənməyə kömək
edən bir rəngi olmaq, sürətli qaça bilmək, düşmənləri asan tanıya
bilmək, çox pis iy vermək kimi xüsusiyyətlər də yararlı ola bilir. Vəhşi
heyvanlara qarşı istifadə olunan zəhər də bu qəbildəndi. Kaktusların
çoxunun zəhərli olması da təsadüfi deyil, Sofi. Səhrada yalnız kaktus
bitir. Və
kaktus səhradakı otyeyən heyvanların yeganə qidası olduğundan,
onların hücumlarına qarşı açıqdı.
-
Kaktuslar iynəli olur.
- Yaşamaq uğrunda mübarizədə başqa bir vacib məsələ də çoxalma
qabiliyyətidi. Darvin çiçəklərin möhtəşəm çoxalma mexanizmlərini də
diqqətlə müşahidə edib. Çiçəklər gözəl rəng və qoxularından böcəkləri
downloaded from KitabYurdu.org
382
özlərinə çəkməkdən ötrü istifadə edirlər. Böcəklər çiçəkləri tozlandırır.
Quşlar eyni səbəbdən gözəl səslə oxuyurlar. İnəklərlə maraqlanmayan
melanxolik bir öküzə soy ağacında yer yoxdu. Orta yoldan bu cür çıxan
fərdlər dərhal məhv olurlar. Çünki fərdin yeganə vəzifəsi
yetkinləşənədək böyümək və bundan sonra növünü davam etdirmək
üçün çoxalmaqdı. Bu uzun-uzadı bir bayraq yarışına bənzəyir. Bu və
ya digər səbəbdən çoxalaraq genlərini növbəti nəslə təhvil verməyənlər
daim ələnir. Beləliklə, növ daha da güclənir. Xəstəliklərə qarşı dirəniş
də növlərdə toplanan və növlərin həyatda qalanlarında qorunub
saxlanan vacib xüsusiyyətlərdən biridi.
-
Yəni hər şey getdikcə təkmilləşir?
- Bu ardıcıl təbii seçmənin nəticəsi müəyyən ekoloji mühitə
uyğunlaşan növlərin həmin mühitdə daha yaxşı çoxala bilməsidi. Və
müəyyən bir mühitdə üstünlük sayılan bir xüsusiyyət başqa bir mühitdə
üstün xüsusiyyət olmaya bilir. Qalapaqos adalarındakı bir sıra
alacəhrələr üçün uçmaq qabiliyyəti çox vacib xüsusiyyətdi. Lakin vəhşi
heyvanların olmadığı və qidanın yeri eşərək çıxarılması gərəkən başqa
bir adada uçmaq o qədər də vacib xüsusiyyət deyil. Təbiətdə bu qədər
çox fərqli mühitlər olduğundan, bu qədər çox da heyvan növü var.
-
Amma dünyada bir insan növü var.
- Ona görə ki, insanların fərqli həyat şəraitlərinə uyğunlaşa bilmək
kimi böyük bir qabiliyyətləri var. Darvin də hinduların Tyerra Del
Fueqodakı çox soyuq iqlimdə necə yaşaya bildiklərinə heyrət etmişdi.
Amma bu o demək deyil ki, bütün insanlar eynidi. Ekvatorda
yaşayanların şimal qütbündə yaşayanlardan daha tünd dərili
olmalarının səbəbi qara dərinin bədəni günəş şüalarından daha yaxşı
qorumasıdı. Günəşin altında çox qalan ağ insanlar dəri xərçənginə
yoluxurlar.
-
Şimalda yaşayanların ağdərili olması da üstünlükdü?
- Bəli, yoxsa bütün insanlar qaradərili olardılar. Ağ dəri Günəş
vitaminlərini daha asan toplayır və bu da günəş şüası az olan yerlərdə
yaşayanlar üçün vacib xüsusiyyətdi. Bu gün bu da asanlaşıb, çünki
xüsusi vitamin həbləri çıxıb. Amma təbiətdə heç nə təsadüfi deyil. Hər
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |