Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə134/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   130   131   132   133   134   135   136   137   ...   154

404 

 

ayıb olursa olsun, ağlına gələn hər 



şeyi  danışmasını  istəyir.  Məqsəd  travmaların  üstünü  örtmüş  qapağı, 

yaxud  nəzarəti  qaldırmaqdı.  Çünki  pasienti  sıxan  bu  travmalardı.  Bu 

travmalar daim aktivdi, lakin şüurda deyillər. 

- Deməli, adam bir şeyi nə qədər çox unutmağa çalışsa, şüuraltında 

onunla o qədər çox məşğul olur? 

- Bəli,  tamamilə  elədi.  Buna  görə  də  şüuraltından  gələn  işarələrə 

diqqətlə  yanaşmaq  lazımdı.  Freydə  görə,  şüuraltının  qızıl  açarı 

yuxularımızdı. Freydin əsas əsəri 1900-cü ildə yayımlanan "Yuxuların 

yozulması”  kitabıdı.  Bu  əsərdə  yuxularımızın  təsadüfi  olmadığına 

toxunur. Şüuraltındakı fikirlərimiz yuxular yoluyla özlərini şüur qatına 

çıxarmağa, şüuraltı yuxular vasitəsilə şüurla əlaqə qurmağa çalışır. 

Çox maraqlıdı. 



- Pasientlərilə söhbətlərdən qazandığı təcrübəsinə və öz yuxularına 

əsaslanaraq  yuxuların  istəklərin  gerçəkləşdiyi  yer  olduğunu  bildirir. 

Freyd  deyir  ki,  bunu  ən  çox  uşaqlarda  görmək  mümkündü.  Uşaqlar 

yuxuda  dondurma,  albalı  görürlər.  Böyüklərdə  isə  yuxunun 

gerçəkləşdirdiyi  istəklər  cildini  dəyişmiş  şəkildə  mövcud  olurlar. 

Çünki yatanda da özümüzə 

güclü  senzura  tətbiq  edirik.  Yuxuda  bu  senzura  bəlkə  də  oyaq 

halımızdan  zəifdir,  amma  yenə  də  bu  senzura  istəklərimizin 

tanınmamaq üçün cildini dəyişməsinə bəs edir. 

Ona görə də yuxular yozulmalıdı. 



- Freyd  səhər  oyananda  xatırladığımız  yuxuyla  onun  əsl  mənasını 

bir-birindən  fərqləndirmək  lazım  olduğunu  deyir.  Yuxulardakı 

görüntülər,  başqa  sözlə,  yuxuların  “filmi”  və  ya  “video”su  yuxunun 

manifestidi. Yuxunun bu açığa çıxmış məzmunu öz materialını və ya 

ssenarisini  həmin  gün,  yaxud  əvvəllər  yaşananlardan  götürür.  Lakin 

yuxunun şüurdan gizli başqa bir mənası da var. Freyd buna yuxunun 

gizli  məzmunu  deyir.  Bu  gizli  məzmun,  yuxunun  əsl  mənası  çox 

keçmişə, ilk uşaqlıq illərinə qədər uzana bilər. 

Deməli, yuxunu anlamaq üçün onu təhlil etməliyik. 



- Bəli və ruhi xəstələrə gəlincə, bu, terapistlə birgə edilməlidi. Lakin 

downloaded from KitabYurdu.org




405 

 

yuxunu yozan, şərh edən həkim deyil. O, bunu yalnız pasientin köməyi 



ilə  edə  bilər.  Bu  zaman  həkim  yalnız  interpretasiyanın  yaranmasına 

kömək edən Sokratın “mamaça”sı funksiyasını yerinə yetirir. 

Aydın oldu. 



- Freyd latent yuxudan manifest yuxuya keçidə yuxu işçiliyi deyirdi. 

Burada  əsas  yuxunun  əsl  mənasının  “kodlanmasf’dı.  Yuxunun 

yozulması  zamanı  bunun  tərsinə  diqqət  etmək  lazımdı.  Yuxunun  əsl 

mənasına  yuxunun  ‘‘motivi”nin  “tərsindən  kodlanmasıyla”  çatmaq 

olur. 



Bir misal çəkə bilərsən? 



- Freydin kitabında çoxlu misal gətirilir. Amma gəl özümüz Freydçi 

bir  misal  quraq.  Bir  cavan  adam  yuxuda  xalası  qızının  ona  iki  şar 

verdiyini görürsə... 

-Aha? 


Yuxunu sən yozmağa çalışmalısan. 

- Hımm... Elə isə yuxunun “açığa çıxmış məzmunu”, manifesti sənin 

də dediyin kimi, bu adamın xalası qzından iki şaralmasıdı. 

Davam et. 



- Yuxunun  materialını  əvvəllər  yaşanmış  hadisələrin  əmələ 

gətirdiyini  demişdin.  Elə  isə  bu  adam  əvvəlki  gün  lunaparka  getmiş, 

yaxud o gün qəzetdə şar şəkli görmüş ola bilər. 

- Bəli, ola bilər. Amma unutma ki, adamın yalnız “şar” sözü və ya 

şara oxşar bir şey görmüş olması da buna gətirə bilər

- Bəs  yuxunun  “görünməyən  məzmunu”,  yəni  əsl  mənası  nə  ola 

bilər? 



Yuxunu yozan sənsən, mən yox. 



Bəlkə də bu adam şar istəyib. 

- Yox,  məncə,  bu  əsl  səbəb  ola  bilməz.  Onu  doğru  deyirsən  ki, 

arzunun həyata keçdiyi yuxular ola bilər, amma böyük adam çətin ki, 

belə qızğın həvəslə şar istəsin. 

- Onda tapdım: bu adam əslində xalası qızını istəyir. Şarlar da xalası 

qızının döşləridi. 

- Bəli, bu daha ağlabatan açıqlamadı. Təbii ki, o adamın öz istəyini 

downloaded from KitabYurdu.org



406 

 

ayıb bir fikir kimi qavraması da burada şərtdi. 



Çünkü yuxularımızda çoxlu cilddəyişmə var. 

- Bəli, Freydə görə, yuxular “boğulmuş istəklərin cildini dəyişərək 

reallaşdığı” yerlərdi. Lakin Freydin Vyanada həkim işlədiyi vaxtdan bu 

yana  bizim  hansı  fikirlərimizi  boğub,  hansılarını  boğmadığımız  çox 

dəyişmiş ola bilər. Boğulmuş 

istəklərin  yuxuda  cildini  dəyişərək  qarşımıza  çıxması  mexanizminin 

dəyişdiyini isə deyə bilmərik. 

Aydındı. 



-  Freydin  psixoanaliz  metodu  1920-ci  illərdə  xüsusən  psixiatriya 

xəstələrinin  müalicəsində  böyük  rol  oynadı.  Onun  şüuraltına  dair 

fikirləri incəsənətə, ədəbiyyata da təsir etdi. 

-  İncəsənət  adamları  şüuraltıdakı  həyatla  daha  yaxından 

maraqlanmağa başladılar? 

-  Bəli,  belə  oldu.  Əslində  bu  fikirlər  ədəbiyyatda  Freydin 

psixoanalizindən əvvəl 1890-cı illərdə yayılmağa başlamışdı. Freydin 

metodunun məhz həmin vaxt ortaya çıxması təsadüf deyildli. 

Yəni bu, zamanın tələbi idi? 



-  Freyd 

özü 


istəkləri 

boğmaq,  müdafiə  mexanizmləri, 

rasionallaşdırmaq kimi fenomenləri ilk dəfə özünün “tapıb çıxardığım” 

iddia  etmirdi.  Sadəcə  olaraq,  o  bu  insan  yaşantılarını  ilk  dəfə 

psixiatriyaya  tətbiq  etmişdi.  O,  həmçinin  öz  nəzəriyyəsini  ədəbi 

nümunələr gətirərək əsaslandırmağın 

ustası idi. Lakin dediyim kimi, Freydin psixoanalizinin 1920-ci illərdə 

incəsənət və ədəbiyyata birbaşa ciddi təsiri olub. 

Nə mənada? 



- Şairlər  və  rəssamlar,  xüsusən  sürrealistlər  öz  yaradıcılıqlarında 

şüuraltının gücündən istifadə etməyə çalışırdılar. 

Sürrealizm nədi? 



- “Sürrealizm”  Fransada  əmələ  gəlib,  mənası  “fövqəlreallıq”dı. 

1924-cü  ildə  Andre  Breton  “Sürrealizm  manifesti”ni  nəşr  etmiş, 

incəsənətin şüuraltıdan doğmalı olduğunu bəyan etmişdi. Bununla da 

incəsənət adamı yuxuyla gerçəklik arasındakı fərqin aradan qalxdığı bir 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə