392
ikincisi, atmosfer Yer kürəsini fəzadan gələn ziyanlı şüalardan qoruya
bildi. Çünki Yer üzündə ilk canlının yarana bilməsini təmin edən bu
şüalar müxtəlif növ canlıların yaşaması üçün böyük təhlükə idi.
- Amma atmosfer bir gecədə formalaşmadı ki! İlk canlılar
atmosfersiz yerdə necə yaşaya bildilər?
- Həyat əvvəlcə dənizlərdə, “kiçik, isti şorba”da əmələ gəldi. Burada
canlılar ziyanlı şüalardan qoruna bilirdilər. Dənizdəki canlılar atmosfer
formalaşdı randan sonra suda- quruda yaşayan ilk canlılar quruya çıxa
bildilər. Qalanını artıq
danışdıq. Biz də indi burada, meşənin içindəki evdə oturub üç- dörd
milyard il çəkmiş bir prosesdən danışırıq.
- Yəqin bütün bunların təsadüfən baş verməsinə inanmırsan, hə?
- Belə bir şey deməmişəm. Bu lövhədəki rəsm təkamülün bir
istiqaməti olduğunu göstərir. Milyonlarca il boyu heyvanlarda daha
mürəkkəb sinir sistemi, getdikcə daha böyük beyin formalaşdı. Şəxsən
mən bunun sırf təsadüf olmasına inanmıram. Bəs sən?
- İnsanın gözünün olması tam təsadüf ola bilməz. Ətrafımızdakı
şeyləri görə bilməyimizin bir mənası olmalıdı. Doğru demirəm?
- Gözün inkişafı da Darvini karıxdırırdı. Göz qədər gözəl və həssas
bir şeyin sırf təsadüfdən, təbii seçmədən əmələ gəlməsilə barışa
bilmirdi.
Sofi Albertoya baxa-baxa qaldı. Bir daha indi həyatda olmasının,
yalnız bir dəfə yaşayacağının, bir də həyata gəlməyəcəyinin necə də
qəribə olmasını düşündü. Qəfildən dilindən bir nida qopdu:
-
“Nədəndir bu məqsədsiz yaradılış,
Yox olacaqsa əgər bir gün hər yaradılmış?”
Alberto Sofiyə hiddətlə baxdı:
- Belə danışmamalısan, mənim balam. Bunlar İblisin sözləridi.
-
İblisin?
- Və ya Hötenin “Faust” əsərindəki Mefistofelin. “Was soll uns denn
das ew’ge Schaffen! Geschaffens zu nichts hinvvegzuraffenl”.
-
Nə deməkdi?
- Faust öləndə bütün həyatı gözlərinin qabağından keçir və qalibanə
downloaded from KitabYurdu.org
393
bir ədayla deyir:
“Dur gözəl an, qal bir az!
Min il də silə bilməz həyatımdakı izləri
Əvvəlcədən görürəm hər şeyi böyük bir səadətlə və dadına varıram indi
bu böyük anın”.
Amma sonra növbə İblisə gəlir. Faust sözlərini bitirən kimi o,
başlayır:
“Keçmiş! Nə sarsaq sözdür.
Keçmişlə heç olmamış eyni şeydir
Heç yaşanmayıb elə bil
Ən yaxşısı məncə boşluq”.
Nə bədbin sözlərdi. Mən Faustun sözlərini bəyəndim. Həyatı sona
çatsa da, Faust keçmişindəki izlərdə məna görür.
Bu da Darvinin təkamül nəzəriyyəsinin ardı deyilmi ki, hər bir kiçik
canlının bu böyük rəsmdə bir mənası var və biz böyük əhatəli bir şeyin
hissələriyik? Biz canlı planetik, Sofi.
Kainatdakı alovlu günəşin ətrafında üzən nəhəng gəmiyik. Hər birimiz
eyni zamanda bu gəminin içində üzən, genlərlə yüklü kiçik gəmilərik.
Yükümüzü növbəti limana təhvil veririksə, deməli, boş yerə
yaşamamışıq.
Sözüm bitdi, yalnız bunu deyə bilərəm: Abzas!
Boşla bu ironiyanı!
«Abzas” dedim. Dedimsə, etməliyəm!
Freyd
...onda yaranan eqoist fikirlər...
Hilde əlindəki qalın qovluq, çarpayısından tullandı. Qovluğu yazı
masasının üstünə qoyub paltarlarını çıxardı, vanna otağına qaçdı. İki
dəqiqə duşun altında dayanandan sonra tez geyinib qaça-qaça aşağı
düşdü.
-
Yeməyə gəlirsən, Hilde?
-
Əvvəlcə gedib bir az qayıqda gəzməliyəm.
-
Hil-de!
Evdən qaça-qaça çıxıb bağça boyu yüyürdü. Qayığa çatıb onu suya
downloaded from KitabYurdu.org
394
itələdi. İçinə tullanıb avarları əvvəlcə sürətlə, sonra yavaş, sakit-sakit
çəkməyə başladı.
“Biz canlı planetik, Sofi. Kainatdakı alovlu günəşin ətrafında üzən
nəhəng gəmiyik. Hər birimiz eyni zamanda bu
gəminin içində üzən, genlərlə yüklü kiçik gəmilərik. Yükümüzü
növbəti limana təhvil veririksə, deməli, boş yerə yaşamamışıq”.
Hamısı əzbərində idi. Əslində bütün bunlar ona yazılmışdı. Sofiyə
deyil, məhz ona.
Qovluqdakı hər şey atasının Hildeyə böyük bir məktubu idi. Avarları
qayığın içinə qoydu. Beləcə, qayıq bir müddət suda dayandı. Kiçik
dalğalar qayığı xəfifcə oxşayırdı. Bu kiçik qayıq Lillesanddakı kiçik bir
körfəzin səthində üzdüyü kimi, o da Yerin üzərində kiçik bir fındıq
qabığı kimidi. Burada Sofiylə Albertonun yeri nə idi bəs? Bəli, harada
idi Alberto və Sofi?
Onların yalnız atasının ağlındakı “elektromaqnit dalğalar” olmasına
inanmırdı. Onların yalnız atasının səyahət makinasından çıxma, kağız
üzərindəki yazılar olmasını qəbul edə bilmirdi. Buna inanmaq özünün
də bir vaxtlar “kiçik, isti bir şorba”da yaranmış protein mübadiləsindən
başqa bir şey olmadığına inanmaq demək idi. Halbuki, o, xüsusi bir
insan idi. O, Hilde Moller Knaq idi.
Sözsüz ki, qovluq əla bir ad günü hədiyyəsi idi. Sözsüz ki, atası
hədiyyəsinin Hildenin xoşuna gəlməsinə nail olmuşdu. Amma yenə də
atasının Sofi və Albertodan danışarkən işlətdiyi çoxbilmiş tondan xoşu
gəlmirdi.
Atası evə çatmamış ona kiçik bir dərs verəcəkdi. Bunu Sofiylə
Albertoya borclu idi. Hilde atasnın Kastrup hava limanındakı
vəziyyətini, dəli kimi ora-bura qaçacağını gözünün qarşısına gətirirdi.
Bir müddət keçdi. Hilde xeyli sakitləşmişdi. Daldalı avar çəkərək
qayığı shailə çatdırdı, dirəyə bağladı. Sonra gedib anasıyla yemək yedi.
“Yumurta əla idi, amma bir az bərk bişirsəydin, daha yaxşı olardı”, -
demək kimi adi məsələlərdən danışmaq xoşuna gəldi.
Qovluğu yenidən əlinə götürəndə axşam olmuşdu. Həm
də kitabın bitməsinə çox qalmamışdı.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |