1
downloaded from KitabYurdu.org
2
Jostein Gaarder. Sofinin Dünyası
Norveç yazıçısı Yustin Garderin bütün dünyada məşhur
olan
bu kitabı əsasən uşaqlara ünvanlansa da, yaşlılar üçün də maraqlı
olacağı şübhəsizdir. Kitab fəlsəfə kimi ağır bir mövzudan bəhs elədiyi
halda son dərəcə cəlbedicidir. Fəlsəfəylə maraqlanan, ən azı ümumi
şəkildə fəlsəfə tarixini öyrənmək istəyənlər üçün bu kitabı qiymətsiz
saymaq olar. Əsərin qəhrəmanı olan Sofi adlı 15 yaşlı qız da naməlum
və sirli filosofdan məktublar alır. Və bir gün sonunda onlar görüşürlər...
Jostein Gaarder. SOFİNİN DÜNYASI
Bakı, Qanun Nəşriyyatı, 2011.
Tərcüməçi: Nərmin Kamal
İSBN 978-9952-26-147-9
©Qanun Nəşriyyatı, 2011
BaKbi, A3 1102, T6nnncn npoc., bibi AnaTƏBa 9.
Ten: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55)212 42 37
e-Mann:
HHcJ30@raHyH.a3
www.qanun.az
Cənnət
...nə varsa, yoxdan var olub...
Sofi Amundsen məktəbdən evə qayıdırdı. Yolun yarısını Coannayla
gəzə-gəzə gəlmişdilər, söhbət robotlardan düşmüşdü. Coanna deyirdi
ki, insan beyni, təkmilləşdirilmiş kompüter kimidir. Sofi üzdə razılaşsa
da, əslində, buna inana bilmirdi. “Doğrudanmı, insan beyninin hansısa
mükəmməl cihazdan elə bir fərqi yoxdu?!”
Supermarketə çatanda ayrıldılar. Sofi uzaqda - son vaxtlar
genişlənən ucqar bir məhəllənin qurtaracağında yaşadığından,
Coannadan ikiqat artıq yol getməliydi. Onlardan o tərəfdə ev yoxdu,
meşəlikdi, baxanda elə bilirdin ki, Sofigilin həyəti dünyanın axır
ucundadı...
Sofi döngədən Yoncalı küçəyə buruldu. Yolun sonu sərt aşırım idi,
oraya Kapitan aşırımı deyirdilər. Adi günlərdə də çox
downloaded from KitabYurdu.org
3
az adamın yolu düşən bu aşırımdan həftəsonları heç keçən olmurdu.
Mayın əvvəlləri idi. Bağların çoxunda meyvə ağacları topa- topa sarı
çiçəklərə bürünmüşdü. Budaqlarda açıq yaşıl yarpaqlar vardı. “Qəribə
işdi: hər il bu vaxt yer-göy çiçək açır!... Axı necə olur ki, hava isinəndə,
qarın son izləri silinib gedəndə ölü torpaqdan bu qədər bitki baş
qaldırır, hər yer yaşıllaşır?!”
Həyətlərinə çatıb qapını açanda poçt qutusuna baxdı.
Sofi, adətən, bu qutudan bir neçə gərəksiz məktub, anasına çatacaq iki-
üç iri zərf götürür, dərslərini hazırlamaq üçün öz otağına keçməzdən
əvvəl bu kağız qalağını mətbəxdəki masanın üstünə qoyurdu.
Bəzən bu qutuda, bankdan atasına göndərilmiş məktublar da olurdu.
Sofinin atası başqaları kimi deyildi. O, böyük bir neft tankerinin
kapitanıydı, ilin çox hissəsini evdən uzaqlarda keçirirdi. Onların
yanında qaldığı bir neçə həftədə isə, atası evi, həyəti daha rahat hala
gətirməyə, bir az da gözəlləşdirməyə çalışır, hər tərəfə əl gəzdirirdi.
Dənizə çıxanda isə, artıq əlçatmaz olurdu...
Bu dəfə qutuda cəmi bir məktub vardı! Özü də Sofiyə gəlmişdi!
Bəyaz zərfin üzərində bu sözlər vardı: “Sofi Amundsen, Böyük mülklər
küçəsi, 3.” Vəssalam. Kimin göndərdiyi yazılmamışdı. Heç üstündə
möhür də yoxdu.
Sofi həyətə girib darvazanı bağlayan kimi zərfi açdı. İçindən elə
zərfin özü boyda bir kağız çıxdı. Əllə yazılmış ikicə kəlmə və ardınca
böyük bir sual işarəsi: “Sən kimsən?”
Zərfin üstünə bir də baxdı. Doğrudan da, Sofiyə gəlmişdi. “Bunu
qutuya kim atmış olar, görəsən?!”
Sofi hövlnak özünü, çöl divarları qırmızı boyanmış evlərinə çatdırdı.
Bu dəmdə Şerekan, adəti üzrə, kolların arasından çıxıb astanaya
tullandı, Sofi öz ardınca qapını örtməyə macal tapmamış, pişik xəlvətcə
sivişib içəri keçdi.
Sofinin anası, hər dəfə əhval-ruhiyyəsi korlananda, bu yaşadıqları
evi “Menaceriya” adlandırırdı. “Menaceriya” - vəhşi və qəribə
heyvanlar kolleksiyası... Hə, Sofinin belə bir kolleksiyası vardı, bu
heyvanlarla özünü xoşbəxt hiss edirdi. Bu kolleksiyanı yığmağa üç
downloaded from KitabYurdu.org
4
qızıl balıqdan başlamışdı: Qızılça, Su sonası və Qara Cek. Sonra Smit
və Smul adlı iki tutuquşunu,
onların ardınca Qovinda adlı tısbağanı, lap axırda da Şerekanı - bu
sevimli pişiyi almışdılar. Sofinin anası işdən axşamüstü, saat 4-də, 5-
də gəlirdi, atası il uzunu gəmiylə dünyanı dolaşırdı. Təkcə bu heyvanlar
Sofiyə yoldaşlıq edir, ata-anası olmayanda onu darıxmağa
qoymurdular.
Sofi çantasını döşəməyə atıb, Şerekanın qabağına bir qab yemək
qoydu. Sonra da, əlində həmin müəmmalı məktub, mətbəxdəki kətildə
oturdu.
“Sən kimsən?”
Ağlı bir şey kəsmirdi. Məlum məsələdi ki, adı Sofi Amun- dsendi.
Ancaq əslinə qalanda, kimdi o? Heç cür baş aça bilmirdi.
Bəlkə adı başqa olaydı, deyək ki, Anna Knutsen, onda Sofi başqa bir
adam olacaqdımı?
Bu an atasının bir arzusu yadına düşdü; qızının adını Lillemor
qoymaq istəmişdi. Sofi təsəvvürünə gətirdi ki, kiməsə əl uzadıb
görüşəndə özünü Lillemor Amundsen kimi təqdim edir. Qəribəydi, elə
bil nəsə səhv düşmüşdü. Bu, özünü təqdim edən, kimdisə, başqa bir
adamdı. Sofi məğrur bir ədayla qalxıb
hamama keçdi, güzgünün qarşısında dayanıb gözlərini gözlərinə
zillədi. “Mən Sofi Amundsenəm”, - dedi. Güzgüdəki qız onunla
bərabər ağzını tərpətməklə kifayətləndi. Sofi nə etdisə, qarşısındakı da
eynilə onu təkrarladı. Hədsiz çevikliklə əl-qolunu tərpədib,
güzgüdəkini çətinə salmaq istədi, amma o da eynilə Sofi qədər cəld
davranırdı.
“Kimsən sən?” - Sofi soruşdu. Bu sualı da cavabsız qaldı. Bir anlıq
Sofinin fikri qarışdı; sualı o vermişdi, yoxsa güzgüdəki? Sofi şəhadət
barmağını güzgüdəkinin burnuna qoyub dilləndi: “Sən mənsən...”
Güzgüdəki yenə dinməyəndə bu dəfə cümləni tərsinə çevirdi: “Mən
sənəm...”
Sofi Amundsen çox zaman öz görkəmini bəyənmirdi. Kimsə ona
desəydi gözəl badamı gözlərin var, Sofi dərhal fikirləşərdi ki, yəqin,
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |