465
Maşın ailənin yemək yediyi yerdən xeyli aralıda idi. Alberto və Sofi
onların söhbətlərini ordan-burdan eşidirdilər. Bir müddət maşının
içindən onlara və bağa tamaşa etdilər.
Bağdakı fəlsəfi şənliyin dramatik sonluğundan xırdalıqlarına qədər
danışmağa vaxtları oldu.
Ailə gecəyarıya qədər orada oturub qaldı. Sonra Hilde və atası
yelləncəyə tərəf gəldilər. Ağ rəngli evə girməkdə olan anasına əl
elədilər:
Sən get yat, ana. Bizim söhbətimiz var.
Böyük partlayış
...biz də ulduz tozuyuq...
Hilde yelləncəkdə, atasının yanında yerini rahatladı. Saat 12-yə az
qalmışdı. Oturub körfəzə baxırdılar, göy üzündə ulduzlar sayrışırdı.
Dalğalar limanın altındakı qayalara çırpılırdı.
Atası sükutu pozdu:
- Kainatda kiçik bir planetdə yaşadığımızı düşünmək qəribədi.
-
Hə...
- Yer Günəş orbitindəki planetlərdən yalnız biridi. Amma içində həyat
olan yeganə planet.
- Bəlkə də bütün kainatda içində həyat olan yeganə planet.
- Ola bilər. Amma o da ola bilər ki, kainatda başqa həyatiı planet də
var. Kainat elə nəhəngdi ki! Məsafələr elə böyükdü ki, onu işıq
dəqiqələri və işıq illərilə ölçürlər.
-
Yəni?
- Bir işıq dəqiqəsi işığın bir dəqiqədə qət etdiyi məsafədi. Bu, uzun
yoldu, çünki işıq fəzada bir saniyədə 300.000 kilometr qət edir. Bu o
deməkdi ki, bir işıq dəqiqəsi 60 dəfə 300.000 və ya 18 milyon
kilometrdi. Bir işıq ili təxminən on trilyon kilometrdi.
-
Günəş bizdən nə qədər uzaqdı?
- Səkkiz işıq dəqiqəsindən bir az çox. Yəni isti bir iyun günü bizi
oxşayan Günəş şüaları bizə çatanadək səkkiz dəqiqə yol gəlir.
-
İşə bir bax.
- Bizim Günəş sistemindəki ən uzaq planet olan Plutonun Yerdən
downloaded from KitabYurdu.org
466
uzaqlığı təxminən beş işıq saatıdı. Astronom teleskopu ilə Plutona
baxanda əslində o andan beş saat əvvəli görür.
Başqa sözlə, Plutonun görüntüsünün bizə çatması üçün beş saat
keçməlidi.
- Təsəvvür eləmək bir az çətindi, amma məncə, başa düşdüm.
- Çox yaxşı, Hilde. Amma biz hələ indi başlamışıq. Bizim
Günəşimiz Süd Yolu adlı qalaktikadakı 400 milyard günəşdən biridi.
Bu qalaktika bizim Günəşimizin də spiral qollarından birində yerləşdiyi
böyük bir diski xatırladır. Aydın bir qış gecəsi biz göyə baxanda bir
qrup ulduz görürük. Çünki biz əslində Süd Yolunun mərkəzinə doğru
baxmaqdayıq.
- Deməli, buna görə İsveç dilində Süd Yoluna “Qış küçəsi” deyirlər.
- Süd Yolundakı ən yaxın qonşumuza dörd işıq ili var. Bəlkə də o
adanın üstündə görünən odu. O ulduzda bizə, Bjerkliyə tuşlanmış bir
teleskop olduğunu təsəvvür etsək, bilməliyik ki, o teleskop buranın
dörd il əvvəlki vəziyyətini görməkdədi. O, bu yelləncəkdə oturub
ayaqlarını yellədən on bir yaşlı qızı görə bilər.
-
İnanılmazdı!
- Amma bu, ən yaxın ulduzdu. Qalaktika isə 90.000 işıq ili
genişliyindədi. İşıq qalaktikanın bir ucundan digər ucuna çatmaq üçün
90.000 il yol getməlidi. Süd Yolunda bizim Günəşimizdən 50.000 işıq
ili uzaqdakı ulduza baxanda zamanca 50.000 il əvvələ baxmış oluruq.
- Bunu fikirləşmək mənim balaca başımdan çox böyük məsələdi!
- Yəni kosmosda bir şey görməyimizin yeganə yolu baxışlarımızı
zamanca geriyə tuşlamaqdı. Kainatın bu an necə olduğunu yox, yalnız
əvvəl necə olduğunu bilə bilərik. Minlərcə işıq ili aralıdakı ulduza
baxanda əslində fəzanın tarixində minlərcə il geriyə səyahət etmiş
oluruq.
-
İnanılmazdı, qorxuncdu!
- Bütün gördüklərimiz gözümüzə işıq dalğaları kimi çatır. Bu
dalğalar fəzada hərəkət edəndə müəyyən bir zaman keçir. Bunu göy
gurultusuna bənzətmək olar. Çox vaxt göy gurultusu şimşək çaxandan
bir qədər sonra eşidilir. Bunun səbəbi səs dalğalarının işıq
downloaded from KitabYurdu.org
467
dalğalarından daha yavaş hərəkət etməsidi. Eşitdiyimiz göy gurultusu
bundan bir müddət əvvəl baş vermiş
bir şeyin səsidi. Bu, ulduzlara da aiddi. Bizdən minlərcə işıq ili
aralıdakı ulduza baxanda bundan minlərcə il əvvəl “çaxmış şimşəyi”
görürəm.
-
Aydındı.
- Amma indiyə qədər yalnız öz qalaktikamızdan danışdıq.
Astronomlara görə, kainatda bunun kimi təxminən yüz milyard
qalaktika və bu qalaktikaların hər birində təxminən yüz milyard dənə
ulduz var. Süd yoluna ən yaxın qonşu qalaktikaya “Andromeda nebula”
deyilir. O qalaktika bizim qalaktikadan iki milyon işıq ili uzaqdadı.
Yəni işığın oradan bizə çatması iki milyon il çəkir. Göydə Andromeda
nebulaya baxanda iki milyon il əvvələ baxmış oluruq. Həmin
qalaktikada ağıllı bir astronom varsa (onun bu an ağıllı teleskopunu
Yerə tuşladığını təsəvvür edə bilirəm), bura baxırsa, bizi görə bilməz.
Görsə, görsə, ibtidai insanları görər.
-
Heyrət!
- Bu gün bildiyimiz qalaktikaların çoxu bizdən təxminən on milyard
işıq ili uzaqdadı. Yəni bu qalaktikalardan siqnallar alanda kainat
tarixində on milyard il keçmişə getmiş oluruq. Bu,
bizim Günəş sistemimiz kainatda mövcud olandan bu yana keçmiş
müddətin təxminən iki qatıdı.
-
Başım gicəlləndi!
- Zamanda belə bir geri dönüşün nə demək olduğunu qavramaq çox
çətindi. Amma astronomlar kainat haqda qavrayışımızı təsirləndirən
bundan da vacib bir şey kəşf ediblər.
-
Danış, danış!
- Kosmosda heç bir qalaktika sabit deyil. Bütün qalaktikalar qorxunc
sürətlə bir-birlərindən uzaqlaşırlar. Uzaqlaşdıqca sürət daha da artır.
Beləcə, qalaktikalar arasındakı məsafə getdikcə çoxalır.
-
Təsəvvür etməyə çalışıram.
- Bir şarın üzərində qara nöqtələr qoyursan. Şarı şişirdikcə bu
nöqtələr bir-birlərindən uzaqlaşır. Eyni şey qalaktikalara da aiddi. Buna
downloaded from KitabYurdu.org
468
görə də deyirlər ki, kainat genişlənir.
-
Kainat niyə genişlənir?
- Astronomların çoxu bu mövzuda ortaq qənaətdədi: Bundan
təqribən 15 milyard il əvvəl kainatı əmələ gətirən
maddələr kiçik bir sahədə toplanmışdı. Bu materiya elə sıxılmlış
vəziyyətdə idi ki, cazibə onu çox qaynar edirdi. Vaxt keçdikcə bu
qaynar kütlə elə sıxıldı və qaynarlaşdı ki, partladı. Buna böyük
partlayış, yaxud ingiliscə adıyla “the big bang” deyilir.
-
Bunu fikirləşəndə belə, titrəyirəm.
- Həmin böyük partlayışdan sonra bu kütlə parça-parça olub kainata
səpələndi. Vaxt keçdikcə soyuyan bu parçalar ulduzları, qalaktikaları,
peykləri, planetləri əmələ gətirdi.
- Demişdin ki, kainat hələ də genişlənir.
- Demişdim. Bu genişlənmənin də səbəbi milyard illər əvvəl baş
vermiş həmin partlayışdı. Kainatın dəyişməz bir coğrafiyası yoxdu.
Kainat hərəkətdədi. Kainat - partlayışdı. Qalaktikalar hələ də böyük
sürətlə bir-birlərindən ayrılmağa davam edirlər.
-
Əbədi belə olacaq?
- Ola bilər. Amma başqa bir ehtimal da var. Albertonun Sofiyə
planetlərin Günəşin ətrafında qalmasını təmin edən iki qüvvədən bəhs
etdiyi yadındadı?
-
Cazibə və ətalət?
-
Doğrudu, həmin bu qanunlar qalaktikalara da aiddi.
Çünki kainat genişlənməkdə olsa da, cazibə əks istiqamətdə işləyir. Bir
vaxt, bəlkə bundan milyardlarca il sonra böyük partlayışın təsiri
azaldıqca göy cismləri cazibənin təsirilə yenidən bir yerə toplanacaqlar.
Onda genişlənmənin əksinə, “yığılma” yaşanacaq. Lakin məsafələr çox
uzun olduğuna görə, bu, yavaşıdılmış film kimi baş verəcək. Bunu şarın
ağzını açanda havanın boşalmasına bənzətmək olar.
-
Bütün planetlər yenidən bir sıx nüvəyə yığılacaqlar?
-
Bəli, elədi. Onda nə olacaq, səncə?
- Yenidən Böyük Partlayış olacaq, kainat yenidən genişlənməyə
başlayacaq. Çünki eyni təbiət qanunları işləyəcək. Beləcə, ortalığa yeni
downloaded from KitabYurdu.org
469
ulduzlar, yeni qalaktikalar çıxacaq.
- Mühakimə qabiliyyətinə əhsən! Astronomların kainatın gələcəyi
haqda iki ssenariləri var: ya kainat həmişə getdikcə böyüyəcək və
qalaktikalar arasındakı məsafələr artacaq, ya da bir vaxt gələcək ki,
kainat kiçilib sıxılmağa başlayacaq. Bunu
müəyyən edən amil kainatın nə qədər ağır və kütləli olacağıdı.
Astronomlar bunu hələ dəqiq bilmirlər.
- Kainat çox ağır olsa və kiçilməyə başlasa, onda bəlkə də bu,
kainatın indiyə qədər bir çox dəfə sıxılıb bir çox dəfə partladığını
deməyə əsas verir.
- Bəli, belə nəticə çıxır. Ola bilər ki, kainatın genişlənməsi yalnız bu
dəfə baş verir. Kainatın əbədi genişlənəcəyini düşünsək, onda hər şeyin
necə yaranması sualı daha da kəskinləşir.
- Bəli. Qəfildən partlayan maddələr kütləsi necə əmələ gəlib?
- Xristian üçün Böyük Partlayış elə yaradılış anı deməkdi. İncildə
Tanrının “İşıq olsun!” dediyi yazılıb. Albertonun Xristianlığın tarixə
xətti baxışı olması haqda dediklərini yəqin xatırlayırsan. Kainatın
böyüməyə davam edəcəyi fikri bu baxımdan Xristianlığın baxış
bucağına uyğundu.
-
Eləmi?
- Şərqdə isə tarixə dairəvi baxış hakimdi. Bu baxışa görə, tarix
həmişə təkrarlanır. Məsələn, Hindistandakı qədim bir
nəzəriyyə kainatın daim genişlənib yığıldığını deyir, buna hindlilər
“Brahmanın gündüzü” və “Brahmanın gecəsi” deyirlər. Bu ideya
şübhəsiz ki, kainatın əbədiyyən dairəvi prosesdə olması fikrinə
uyğundu. Bu mənə döyünən böyük bir kosmik ürəyi xatırladır...
- Məncə, bu nəzəriyyələrin ikisini də qavramaq çətindi, ikisi də
adamı çox həyəcanlandırır.
- Və bu, Sofinin bağda oturub düşündüyü sonsuzluq paradoksuna
bənzəyir: Kainat ya həmişə mövcud olub, ya da bir vaxtlar yoxdan var
olub...
-
Ah! - Hilde əlini alnına çırpdı.
-
Nə oldu?
downloaded from KitabYurdu.org
470
- Deyəsən, alnımı ağcaqanad dişlədi.
-
Bəlkə də Sokrat səni xəyallardan gerçəyə qaytarmağa
çalışır...
***
Sofi ilə Alberto qırmızı maşında oturub mayorun Hildeyə kainatla
bağlı danışdıqlarını dinləyirdilər.
Rollar tam dəyişib, fikir verirsən?
Nə mənada?
Əvvəllər onlar bizə qulaq asırdılar, amma biz onları görə bilmirdik.
İndi isə biz onları dinləyirik, onlar bizi görə bilmirlər.
-
Bir şey də var.
-
Nə?
- Biz başlayanda Hilde və mayorun içində yaşadığı reallıqdan başqa
reallıq bilmirdik. İndi isə onlar bizim gerçəkliyimizdən xəbərsizdilər.
-
İntiqam şirin şeydi.
-
Amma mayor bizim həyatımıza müdaxilə edə bilirdi.
- Bizim dünyamız onun müdaxiləsindən başqa bir şey deyildi zatən.
- Mən bizim də onların dünyasına müdaxilə edə biləcəyimizə
ümidimi itirməmişəm hələ.
- Amma bunun mümkünsüz olduğunu bilirsən. “Sinderella”
kafesində nə olduğunu gördün. Soyuducunu açıb Cola şüşəsi
götürməyə çalışmağın hələ də gözümün qarşısındadı.
Sofi susurdu. Mayor Böyük Partlayışdan danışırdı... Bu termin onun
başında fikir qatarını hərəkətə gətirirdi. Maşının içini axtarmağa
başladı.
- Neynirsən? - Alberto soruşdu.
- Heç.
Bir ingilis açarı tapdı. Maşından çıxıb Hilde və atasının oturduğu
yerə getdi, düz onların qarşısında dayandı. Əvvəlcə Hildenin
baxışlarını tutmağa çalışdı, amma bu faydasız oldu. Axırda əlindəki
ingilis açarını qaldırıb var gücülə Hildenin başına çırpdı. Hilde “Ayy”
dedi. Sofi ingilis açarını qaldırıb bu dəfə mayorun alnına çırpdı, amma
o heç nə hiss etmədi.
downloaded from KitabYurdu.org
471
- Nə oldu? - atası Hildedən soruşdu.
- Deyəsən, alnımı ağcaqanad dişlədi.
- Bəlkə də Sokrat səni xəyallardan gerçəyə qaytarmağa çalışır...
Sofi əyilib yelləncəyi itələdi. Yelləncək elə bil yerinə mıxlanmışdı.
Amma deyəsən, axırda bir millimetr də olsa, tərpədə bildi.
- Deyəsən, külək qalxdı.
-
Yox, külək nə gəzir. Hava istidi.
-
Təkcə bu deyil. Burada bizdən başqa nəsə də var.
-
Burada özümüzük, bir də ilıq yay gecəsi.
-
Yox, havada başqa bir şey də var.
-
Nə ola bilər ki?
-
Alberto və onun gizli planı yadındadı?
-
Necə unuda bilərəm?!
- Şənlikdən birdən-birə yox oldular. Sanki yer aralandı, içinə
girdilər...
-
Hə, amma...
-
“...yerin altına girdilər”.
- Hekayə haradasa bitməlidi. Mən də elə bir şey uydurmuşdum.
Bunu ciddi sanma.
- Hə, amma sən hekayəni elə bitirdin. Davamını yazmadın. Yaxşı,
bəs sonra nə oldu? Bir fikirləş, bəlkə onlar indi burdadılar...
-
Doğrudan, buna inanırsan?
-
Mən hiss edirəm, ata.
***
Sofi qaça-qaça maşına qayıtdı.
Çox təsirlidi, - Sofi əlində ingilis açarı maşına oturanda
Alberto dedi. - Sənin qeyri-adi qabiliyyətlərin var, Sofi.
***
Mayor qolunu Hildenin boynuna salmışdı.
Dalğaların bu əsrarəngiz səsini eşidirsən?
Hə. Sabah kateri suya salmalıyıq.
Küləyin qəribə pıçıltısını eşidirsən? Qovaq yarpaqlarının necə
titrəşdiyini görürsən?
downloaded from KitabYurdu.org
472
Biz canlı planetdə yaşayırıq, bunu bilirsən, Hilde... Yazmışdın ki,
sətirlərin arasında nə isə ola bilər?
Mən yazmışdım?
Bəlkə bu bağda da sətirlərin arasında nə isə var.
Təbiət sirlərlə doludu. Amma indi biz ulduzlardan danışırıq, Hilde
Bir azdan suda da ulduzlar olacaq.
Hə. Sən balaca olanda fosfora belə deyərdin. Bir mənada haqlıydın
da. Çünki fosfor da bütün başqa maddələr kimi bir vaxt bir ulduzun
parçası olub.
Biz də?
Hə, biz də ulduz tozuyuq.
Gözəl dedin.
Radioteleskoplar milyardlarca işıq ili uzaqdakı qalaktikalardan
gələn işıqları alanda əslində kainatın Böyük Partlayışdan dərhal sonrakı
vəziyyətini görürlər. İnsanın kosmosda gördüyü yeganə şey
milyonlarca il əvvəlki qalıqlardı. Ulduz falçısının edə biləcəyi yeganə
şey olsa-olsa, keçmişi tapıb çıxarmaqdı.
Çünki ulduzlardan gələn işıq hələ bizə çatmamış planetlər bir-
birindən ayrılıblar.
Bundan bir neçə min il əvvəl ulduzların düzəni bugünkündən fərqli
idi.
Əvvəllər bunları heç bilmirdim.
Buludsuz bir gecədə göyə baxanda kosmos tarixində milyonlar, bəli,
hətta milyardlarca il geriyə gedə bilirik. Bir mənada yuvamıza dönürük.
Yəni?
Sən də, mən də Böyük Partlayışla əmələ gəlmişik, çünki kainatdakı
bütün substansiyalar üzvi birtamdı. Bundan milyardlarca il əvvəl bütün
maddələr elə sıx kütlə halında idi ki, iynə ucu boyda bir sahə
milyardlarca ton ağırlığında idi. Bu “ilk atom” son dərəcə böyük
cazibəyə görə partlamışdı... İndi biz göyə baxanda sanki o itən şeyi,
özümüzə gedən yolu tapmağa çalışırıq.
Nə qəribə sözlərdi bunlar.
Kainatdakı bütün ulduzlar və qalaktikalar eyni maddədən yaranıb.
downloaded from KitabYurdu.org
473
Bir az burada, bir az orada. Qalaktikalar arasında milyardlarca işıq ili
məsafə ola bilər, amma onların hamısının mənşəyi birdi. Bütün
ulduzlar, planetlər eyni ailəyə məxsusdu.
Aydındı.
Yaxşı bəs bu substansiya nədi? Milyardlarca il əvvəl partlayan şey
nə idi? O haradan əmələ gəlmişdi?
- Həə, bax, bu, böyük sualdı. Bu sualın hamımıza dərindən aidiyyatı
var. Çünki biz də bu maddədənik. Biz milyardlarca il əvvəlki o böyük
ocaqdan bir qığılcımıq.
-
Bu da gözəl fikirdi.
- Hər halda biz rəqəmlərin əhəmiyyətini şişirtməməliyik. Əlində bir
daş tutsan, kifayətdi. Kainat portağal boyda bir daşdan da ibarət
olsaydı, belə bir sual bizi narahat edəcəkdi:
Bu daş haradan əmələ gəlib?
***
Sofi qəfildən maşının içində ayağa qalxıb barmağını körfəzə uzatdı.
-
Qayığa minmək istəyirəm, - dedi.
- Qayıq bağlıdır. Üstəlik, avarları çəkməyə heç vaxt gücümüz
çatmaz.
Gəl, sınayaq. Axı bu gün Yay bayramıdı.
Ən azı ora gedə bilərik.
Onlar maşından çıxıb qaça-qaça dənizin sahilinə gəldilər. Qayığı
açmağa çalışdılar. Amma olmadı.
-
Sanki bunu çəkiclə aşağı vurublar, - Alberto dedi.
-
Eybi yox, vaxtımız çoxdu.
- Əsl filosof heç vaxt təslim olmamalıdı. Bunu bir... aça bilsək...
-
Göydə ulduzlar çoxaldı, - Hilde dedi.
-
Hə, əsil yay gecəsidi.
- Amma qışda ulduzlar daha çox parıldayırlar. Livana getməyindən
əvvəlki gecəni xatırlayırsan? Yeni ilin ilk günü idi.
- Sənə fəlsəfə haqda bir kitab yazmaq onda ağlıma gəlmişdi. Çünki
Kristiansanddakı kitabxanaya getmiş, orada gənclər üçün yazılmış bir
dənə də fəlsəfə kitabı tapmamışdım.
downloaded from KitabYurdu.org
474
-
İndi isə sanki ağ dovşanın tüklərinin lap ucundayıq.
-
Görəsən, bu işıq ili gecəsində ətrafda kimsə varmı?
-
Qayıq öz-özünə açıldı, suya düşdü!!!
-
Aa, hə...
- Ola bilməz. Sən gəlməzdən əvvəl özüm düşüb yoxlamışdım.
-
Doğrudan?
- Sofinin Albertonun qayığını götürməsi yadıma düşdü. Qayıq gölün
ortasında yırğalana-yırğalana
qalmışdı.Yadındadı?
-
Mərc gəlirəm, yenə odur.
- Sən ələ sal. Bütün axşamı burada nə isə qəribəlik hiss etmişəm.
-
Birimiz suya girməliyik.
-
İkimiz də girək, ata.
Jostein Gaarder - 1952-ci ildə Norveçin paytaxtı Osloda doğulub.
Uzun müddət ali məktəbdə fəlsəfədən dərs deyib. 1986-cı ildə kiçik
hekayələri nəşr olunub. Sonra “Təkdaş müəmması” və “Sofinin
dünyası” adlı ilk iki romanı işıq üzü görüb. “Sofinin dünyası”
indiyədək 50-dən artıq dilə tərcümə edilib. Yazıçı, ailəsilə birlikdə,
Osloda yaşayır.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |