443
- Gördüyünüz kimi, bu adam fişəng alışdırqmaqdan başqa şeylər də
bacarır, möcüzələr göstərə bilir, - xanım Amundsen dedi.
- Təşəkkür edirəm, xırda şeydi, - Alberto dedi, - Sofi ilə mən son
həftələrdə bir fəlsəfi araşdırma aparmışıq. İndi sizə bu araşdırmanın
nəticəsini deyəcəyəm. Sizə mövcudluğumuzun ən dərin sirrini
açacağam.
Hamı sakitləşmişdi, yalnız quşların səsi və bir də böyürtkən
kolluğundan bəzi səslər gəlirdi. Sofi dedi:
-
Davam elə.
- İlk yunan filosoflarından bugünədək gələn bir dərin araşdırmanın
sonunda bizim Livanda iş başında olan bir mayorun fikrində
yaşadığımızı anladıq. Bu adam indi Livanda BMT müşahidəçisi işləyir
və eyni zamanda Lillesanddakı qızına bizim haqqımızda bir kitab
yazıb. Qızının adı Hilde Möller Knaqdı və ad günü Sofinin ad günüylə
eyni günə düşür.
Əslində bu, kitab deyil, qovluqdu. İndi də əlilə yoxlayıb qovluğun
sonuna yaxınlaşmaqda olduğunu anlayır.
Masanın ətrafında əsəbi hərəkətlilik başlamışdı.
- Yəni bizlər Hilde Möller Knaqa əyləncə olsun deyə varıq. Atası
bizdən qızına verdiyi fəlsəfə dərsləri üçün bir növ arxa plan kimi
istifadə edir. Yəni məsələn, bu qapıda duran “Mercedesln əslində beş
qəpiklik dəyəri yoxdu. Bu, xırda bir detaldı. Bu ağ “Mercedes” əslində
bu an gündən qorunmaq üçün ağacın altında oturmuş mayorun başında
mövcuddu. Yeri gəlmişkən, Livanda havalar bu aralar çox istidi.
- Cəfəngiyyata bax! - iqtisadiyyat müvəkkili dedi. - Həyatımda belə
cəfəngiyyat eşitməmişdim.
- Təbii ki, hərə istədiyini deyə bilər, - Alberto dedi və sözünə davam
etdi:
- Amma əsas cəfəngiyyat bu şənliyin özüdü. Bu şənlikdə yeganə
məntiqli şey bu çıxışdı.
Bu vaxt iqtisadiyyat müvəkkili ayağa qalxıb dedi:
Burada bir nəfər işlərini mümkün qədər uğurlu etməyə, gələcəyini
də sığortalamağa çalışır. Sonra çoxbilmiş bir adam ortaya çıxıb bütün
downloaded from KitabYurdu.org
444
bunları “fəlsəfi” iddialarla yox etməyə çalışır”.
Alberto başını “hə” mənasında tərpədərək:
Belə fəlsəfi məsələlərdə heç bir sığorta işləmir. Biz təbii
fəlakətlərdən də betər şeylər haqda danışırıq, cənab iqtisadiyyat
müvəkkili! Bildiyiniz kimi, sığorta təbii fəlakətlərin zərərlərini də
ödəmir.
Amma bunun təbii fəlakət olduğunu haradan çıxardınız?
Haqlısınız. Bu təbii deyil, ekzistensial fəlakətdi. Sadəcə, kolluğa bax
və nə dediyimi anlayacaqsan. İnsan özünü bütün həyatının bir anda
ortadan yox olmayacağından tam sığortalaya bilməz. Günəşin bir anda
yox olmayacağına da heç bir zəmanət yoxdu.
Biz bu söhbətə dözməliyik? - Coannanın atası anasından soruşdu.
Coannanın anası və Sofinin anası başlarını tərpətdilər.
- Biabırçılıq! - Sofinin anası dedi, - Üstəlik, heç bir xərcdən
qaçmamışdıq.
Gənc qonaqlar isə Albertoya qulaq asırdılar. Eynəkli qıvrımsaç
oğlan dedi: “Danışın, danışın, maraqlıdır”.
- Çox sağ olun, amma deyəcək elə də çox söz qalmadı. İnsan başqa
bir adamın ağlında yaşadığını, vur-tut xəyal məhsulu olduğunu
anlayıbsa, məncə, susmaqdan başqa yol yoxdu. Amma yenə də siz
gənclərə fəlsəfə tarixi üzrə qısa kurs almağınızı ürəkdən tövsiyə
edirəm. Yaşlı nəslin dəyərlərinə qarşı tənqidi yanaşmaq vacibdi. Sofiyə
də elə bunu öyrətməyə çalışırdım; tənqidi düşünməyi. Hegel buna
inkarlı düşüncə deyirdi.
İqtisadiyyat müvəkkili hələ ayaq üstə durmuş, barmaqlarını masanın
üzərində oynadırdı.
Bu təbliğatçı məktəbin, kilsənin və bizim uşaqlarımıza aşılamağa
çalışdığımız sağlam dəyərləri yox etməyə çalışır. Halbuki, onlar bizim
gələcəyimizdi və bir gün bizim
qurduğumuz hər şey onların əlində olacaq. Əgər bu adam bu şənlikdən
dərhal getməsə, vəkilimizi çağıracağam. O, bu vəziyyətdə nə edəcəyini
yaxşı bilir.
Neynirsiniz eləyin, siz özünüz də xəyal məhsulusunuz. Onsuz da
downloaded from KitabYurdu.org
445
Sofi və mən bir azdan buradan gedəcəyik. Çünki bu fəlsəfə kursu
sadəcə nəzəriyyə deyildi. Bunun həm də praktik tərəfi var. Vaxtı
çatanda ortadan yox olma hissəsini yerinə yetirəcəyik. Bununla
mayorun ağlından da yox olacağıq.
Elen Amundsen Sofinin qolundan tutub:
-
Sən məndən ayrılmırsan, elə deyilmi, Sofi?
Sofi anasını qucaqlayıb Albertoya baxdı:
-
Anam elə kədərlidi ki...
- Yox, bu gülməlidi. Öyrəndiklərini yadına sal. Bu, bizim tərk etməli
olduğumuz cəfəngiyyatdı. Anan nənəsinə yemək aparan, qapımıza
gələn Qırmızıpapaq kimi şirin və mehriban qadındı. Anan olsa, olsa,
bir qədər əvvəl təbrik manevrləri etmək üçün benzinə ehtiyacı olan
təyyarə qədər kədərli ola bilər.
- Nə dediyini başa düşürəm, - Sofi deyib anasına tərəf çevrildi:
- Buna görə də Albertonun dediyini etməliyəm, ana. Onsuz da bir
gün səni tərk edəcəkdim.
- Sənin üçün darıxacağam, - anası dedi, - bu səmadan yuxarıdakı bir
asiman varsa, uç! Qovindaya yaxşı baxacağam. Günə bir, yoxsa iki
yarpaq yeyir?
Alberto əlini onun çiyninə qoydu.
- Bizim üçün nə siz, nə də bir başqası darıxacaq. Səbəbi sadədir:
əslində siz yoxsunuz. Sadəcə kölgəsiniz.
- Hələ məni belə təhqir edən olmamışdı! - deyə xanım İngebriqtsen
əsəbləşdi.
İqtisadiyyat müvəkkili başını tərpətdi:
- Ən azı təhqir maddəsilə bunu tutdura bilərik. Məncə, o, həm də
kommunistdi. Əlimizdə nə varsa, almaq istəyir. Alçaq! Dələduz!
Alberto da, iqtisadiyyat müvəkkili də yerlərinə oturdular.
İqtisadiyyat müvəkkilinin sifəti hirsdən qıpqırmızı olmuşdu. Bu
vaxt Coanna ilə Jurgen də gəlib oturdular. Üst-başları qırışmış və toz-
torpaq olmuşdu. Coannanın sarı saçları çirk içindəydi.
-
Ana, uşağım olacaq! - Coanna dedi.
-
Ola bilər, amma evə gedənə qədər gözləsən, yaxşı olar.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |