440
ki, Albertonun hər qüsurunu bağışlamağa hazır idi. Ad gününün
sahibəsi isə gülməyini güclə saxlayırdı. Elen Amundsen qədəhini
qaldırıb danışmağa başladı:
- Hörmətli Alberto Knoks, xoş gəlmisiniz! Əziz qonaqlar, bildirmək
istəyirəm ki, bu cənab mənim sevgilim deyil. Ərim çox vaxt xaricdə
olsa da, bu aralar başqa bir sevgilim yoxdur. Bu cənab Sofinin fəlsəfə
müəllimidi. Yəni fişəng yandırmaqdan
başqa məziyyətlərə də malik olan bir insandı. Məsələn, qara silindr
papağın içindən canlı bir dovşan çıxara bilir. Yoxsa qarğa idi, Sofi?
Alberto qalxıb “Sağ olun, sağ olun!” - deyərək əyləşdi.
Sofinin: “Onun sağlığına!” - deməsilə hamı içində Cola olan
qədəhləri qaldırdı.
Uzun müddət toyuq və salatlardan yedilər. Sonra Coanna qəfildən
yerindən qalxıb qətiyyətli addımlarla Jurgenə yanaşdı və bərkdən onun
dodaqlarından öpdü. Jurgensə buna yaxşı cavab vermək üçün Coannanı
çevirib masanın üstünə uzatdı.
- İlahi, mənim halım xarablaşır! - xanım İngebriqtsen dilləndi.
Xanım Amundsen isə yalnız bu sözləri dedi:
-
Masanın üzərində olmaz axı, uşaqlar!
Alberto ona tərəf dönüb: Niyə də yox? - soruşdu. Nə qəribə sualdı.
Əsl filosofun sual verməsi heç vaxt qəribə deyil - bu vaxt Sofi sözə
qarışdı.
Bu arada öpüşməkdən doymayan bəzi uşaqlar toyuq sümüklərini
havaya tullamağa başladılar. Sofinin anası indi də bu uşaqlara tərəf
çevrildi:
Xahiş edirəm, uşaqlar! Toyuq sümükləri evin damına düşər!
Bağışlayın, - uşaqlardan biri dedi. Bundan sonra sümükləri daha
möhkəm tullamağa başladılar. Axırda xanım Amundsen dedi:
Nimçələri yığıb tortu kəsməyin vaxtı gəldi.
Kim qəhvə istəyir?
Cənab və xanım İngebriqtsen, Alberto və qonaqların bir neçəsi
əllərini qaldırdılar.
Sofiylə Coanna mənə kömək edə bilərlər? - Sofinin anası dedi.
downloaded from KitabYurdu.org
441
Mətbəxə gedəndə iki rəfiqə öz aralarında danışdılar:
Jurgeni niyə öpdün?
Dodaqlarına baxanda birdən onları öpmək istədim. Elə gözəl
görünürdülər ki!
-
Heç olmasa, dadı yaxşı idi?
-
Fikirləşdiyimdən bir az fərqli idi...
-
Yəni birinci dəfədi öpüşürsən, hə?
-
Hə, amma dəqiqdi ki, sonuncu dəfə deyil!
Çox keçməmiş qəhvələr və pirojnalar masaya gəlmişdilər. Alberto
uşaqlara fişəng paylayırdı ki, bu vaxt Sofinin anası qəhvə fincanını
qaldırdı:
Uzun danışmayacağam. Bu gün yeganə qızımın ad günüdü. Onun
doğulmasından on beş il, bir həftə, bir gün keçir
və bir də belə olmayacaq. Tortun üzərində 24 qat var. Hər adama biri
düşür. Kim tələssə, iki qat götürə bilər. Başdan başladığına görə, qatlar
getdikcə böyüyəcək. Eynilə, həyatımız kimi. Sofi də əvvəllər balaca
addımlarla gedirdi. İllər keçdikcə böyüdü. İndi isə bu şəhərin o başına
gedib qayıdır. On beş yaşın mübarək, Sofi!
Çox gözəl! - xanım İngebriqtsen dedi.
Sofi onun bununla anasınımı, çıxışımı, 24 qatlı tortumu nəzərdə
tutduğunu bilmirdi. Qonaqlar alqışladılar. Oğlanlardan biri armud
ağacına fişəng atdı. Coanna ayağa qalxıb Jurgenin stulunun başını
didişdirməyə başladı. Çox keçməmiş çəmənlikdə uzanıb öpüşməyə
başladılar. Sonra çəmənliklə dığırlana-dığırlana böyürtkən kolluğuna
düşdülər.
İqtisadiyyat müvəkkili:
Günümüzdə təşəbbüsü qadınlar ələ alır, - dedi və qalxıb böyürtkən
kolluğuna tərəf getdi. Qalanları da onun ardınca. Yalnız Alberto ilə Sofi
masada oturmuşdular. Tezliklə bütün qonaqlar Coanna və Jurgenin
ətrafında dairəvi çəpər
çəkmişdilər. Onlarsa bu vaxt öpüşməyi dayandırmış, bir- birlərinin
bədənlərinə toxunmağa başlamışdılar.
Çox da qürurlu sayılmayacaq bir səslə xanım İngebriqtsen dedi:
downloaded from KitabYurdu.org
442
- Biz heç nə edə bilmərik.
Əri isə cavabında:
- Nəsi nəsli izləyir.
Öz aləmində çox möhtəşəm olan bu sözlərə cavab almayanda əlavə
etdi:
Buna nə edəsən? Heç nə etmək olmaz.
Sofi oturduğu yerdən Jurgenin Coannanın otlar yapışmış köynəyinin
düymələrini açmağa çalışdığını gördü. Coannanın əli isə Jurgenin
şalvarının kəmərində idi.
- Ehtiyatlı olun, uşaqlar, sizə soyuq olar! - xanım İngebriqtsen dedi.
Sofi matı-qutu qurumuş halda Albertoya baxırdı.
Hər şey təsəvvür etdiyimdən sürətli gedir, - Alberto dedi, - Tez
buradan getməliyik. Qısa bir çıxış edib aradan çıxım.
Bu sözlərdən sonra Sofi əl çaldı:
- Uşaqlar, çılpaqfən gəlib yerlərinizdə oturun! Albeto çıxış edəcək.
Coanna və Jurgendən başqa, hamı gəlib masanın arxasına keçdi.
- Doğrudanmı çıxış edəcəksiniz? Necə də böyük nəzakət! - Elen
Amundsen dedi.
-Təşəkkür edirəm.
- Gəzməkdən xoşunuz gəlir, eləmi? Adamın formada qalması üçün
gəzmək çox faydalıdı. Hələ itlə gəzmək lap xoş olur. İtinizin adı
Hermesdi, elə deyilmi?
Alberto ayağa qalxıb qəhvə fincanını qaldırdı:
Əziz Sofi! Bu, fəlsəfi şənlik olduğuna görə, mən də fəlsəfi çıxış
etmək istəyirəm.
Bu sözləri demişdi ki, qonaqlar onu möhkəm alqışladılar.
Bu hay-küylü şənlikdə bir az məntiqli söhbətlər etsək, pis olmaz.
Amma yenə də əvvəlcə Sofinin ad gününü təbrik etmək istəyirəm, təbii
ki.
Alberto bu sözlərini bitirməmiş təyyarə gurultusu eşidildi. Təyyarə
endikcə enir, lap bağın üstünə gəlirdi. Təyyarənin
arxasından “15 yaşın mübarək!” yazılmış plakat asılmışdı. Bu daha da
güclü alqışa səbəb oldu.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |