458
-
Bağışlayın, üzr istəyirəm.
-
Dedin ki, qəhvə istəyirsən.
-
Hə, amma...
-
Burada bizim də balaca bir yerimiz var.
Qadın işarə verdi ki, arxasınca gəlsinlər. Gedib kafenin arxasındakı
cığıra girdilər. Yolda qadın soruşdu:
-
Buralarda deyəsən, təzəsiniz.
-
Açığı, hə.
-
Elə isə əbədiyyətə xoş gəlmisiniz, uşaqlar.
-
Bəs siz?
- Mən Qrim qardaşları nağıllarındanam. Bu, iki yüz il bundan qabaq
olub. Siz haradan gəlirsiniz?
- Biz bir fəlsəfə kitabındanıq. Mən fəlsəfə müəllimiyəm. Sofi
tələbəmdi.
-
He-heee! Bax, bu maraqlı yenilik oldu.
Çox keçməmiş ağacların arasından bir meydana çıxdılar. Ətrafda bir
neçə xoş, xudmani qəhvəyi köşklər vardı. Köşklərin arasındakı həyətdə
ocaq qalanmışdı. Ocağın ətrafında rəngbərəng paltarlı adamlar rəqs
edirdilər. Sofi bunların çoxunu o dəqiqə tanıdı: Qar kraliça, Yeddi
cırtdandan biri, Meri Popins, Şerlok Holms, Piter Pan, Qırmızıpapaq,
Çəkməli pişik, Sinderella... Ocağın ətrafında adı olmayan çoxlu tanış
qəhrəmanlarda vardı: damdabacalar, cinlər, divlər, cadügərlər,
cırtdanlar, mələklər və balaca şeytanlar... Sofinin gözünə insanabənzər
varlıq da dəydi.
-
Nə çox səs-küy var burda, - Alberto dedi.
- Bu gün 24 iyun - yay bayramıdı, ona görə. Valborq gecəsindən bu
yana belə toplanmamışdıq. Onda Almaniyada idik. Bura qısa səfərə
gəlmişəm. Qəhvə demişdiniz? - yaşlı qadın dedi.
-
Bəli, zəhmət olmasa.
Sofi yalnız onda buradakı evlərin zəncəfilli çörəklər və şirniyyatdan
düzəldildiyini gördü. Ətrafdakılar evlərə yanaşıb istədikləri parçaları
qoparıb yeyirdilər. Bir çörəkçi qadın isə onların ardınca gəzib evləri
yenidən təmir edirdi. Sofi də bir evdən bir parça qopardı. Bu, indiyədək
downloaded from KitabYurdu.org
459
yediyi ən dadlı, ən gözəl şirniyyat idi.
Yaşlı qadın qəhvə gətirdi.
Çox təşəkkür edirəm, sağ olun, - Alberto dedi.
Qonaqlarımız nə ödəyəcəklər, görək.
Ödəmək?
Adətən biz burada pul borcumuzun yerinə bir hekayət danışırıq.
Qəhvə üçün qısa bir nağıl kifayət elər məncə.
- Sizə insanlığın ən inanılmaz hekayəsini danışmaq istərdik, amma
heyif ki, tələsirik. Borcumuzu başqa bir gün qayıdıb ödəyə bilərik?
- Əlbəttə. Bəs niyə tələsirsiniz?
Alberto qısaca hara getdiklərini izah etdi. Qadın qulaq asıb dedi:
- Hə, doğrudan da naşı olduğunuz bilinir. Sizə məsləhət görürəm ki,
fani dünyayla tezliklə vidalaşasınız. Bizim artıq o dünyaya ehtiyacımız
yoxdu. Boş yerə bizə gözəgörünməzlər demirlər.
Alberto və Sofi “Sinderella” kafesinə, maşınlarının yanına
qayıtdılar. Maşının yanında bir ana uşağını işətməyə çalışırdı. Ona fikir
verməyib sürət götürdülər. Çox keçməmiş Lillesanda çatdılar.
Kopenhagendən qalxan SK 876 nömrəli təyyarə 21.35-də Kjevik hava
limanında endi. Təyyarə Kopenhagendən
qalxanda mayor giriş məntəqəsində tapdığı zərfi açmış, içindəkiləri
oxumağa başlamışdı:
24 iyun, 1990, Kastrupda minik kartını təhvil verməkdə olan mayor
Knaqa.
“Əziz ata,
Gözün məni Kopenhagendə axtarır. Halbuki, sənə nəzarətim bundan
daha dərindir. Harada olursansa ol, səni görə bilirəm. Çünki mən çox
illər bundan əvvəl nənəmə sehrli güzgü satmış qaraçı ailəsini tapmışam.
Onlardan büllur kürə almışam. Məsələn, bu dəqiqə təyyarənin içində,
öz yerində oturduğunu görə bilirəm. Unutma ki, kəmərin bağlı,
oturacağının arxası dik olmalıdır. Təyyarə qalxandan sonra
söykənəcəyini arxaya verib yaxşıca dincəlməlisən. Evə dincəlmiş
çatsan, yaxşıdır. Lillesandda hava çox gözəldir, istilik Livandakından
xeyli aşağıdır. Yaxşı yol!
downloaded from KitabYurdu.org
460
Səni sevən,
Güzgülər Kraliçası və İroniya mələyi qızın Hilde”.
Albert özünü hirsli, yorğun, ya çarəsiz hiss etdiyini bilmirdi. Amma
birdən-birə gülməyə başladı. Elə ucadan gülürdü ki, sərnişinlər dönüb
ona baxırdılar. Sonra təyyarə havaya qalxdı.
Öz əməllərinin cavabını alırdı. Bircə fərq var idi. O, bunları Alberto
və Sofiyə etmişdi. Amma onlar - onlar ki vur-tut xəyal məhsuluydular.
Hildenin dediyi kimi etdi. Oturacağının arxasını əyib yerini
rahatladı... Özünə bir də yenidən pasport nəzarətindən keçib Kjevik
hava limanının sərnişin salonuna girəndə gəldi. Burada onu bir qrup
nümayişçi qarşıladı. Bunların çoxu Hildenin yaşında idi. 8-10 nəfər
olardılar. Əllərindəki plakatlarda “Xoş gəlmisən, atal”, “Hilde səni
bağda gözləyir” və “İroniya davam edir!” yazılmışdı.
Pisi o idi ki, çemodanlarnı gözləməli olduğundan dərhal bir taksi
tutub evə gedə bilmirdi. Gözləyəndə Hildenin məktəb yoldaşları onun
ətrafında fırlanır, plakatları yenidən və yenidən oxumaq
məcburiyyətində qalırdı. Qızlardan biri ona yanaşıb gül buketi
uzadanda qırışığı açıldı. Əlini torbasına salıb nümayişçilərin hərəsinə
bir badamlı şokolad verdi. Hildeyə ikisi
qaldı. Nəhayət, çemodanları göründü. Bu vaxt bir nəfər ona yaxınlaşıb
Güzgülər Kraliçasının əmrini yerinə yetirdiyini, onu Bjerkliyə
aparacağını dedi. Nümayişçilər artıq gözdən itmişdilər.
E18 yoluna çıxdılar. Bütün körpülərin, tunel girişlərinin üzərindən
plakatlar asılmışdı: “Evə xoş gəlmisən!”, “Hindquşu hazırdır”, “Səni
görə bilirəm, ata!”
Taksi evlərinin qapısında saxlayanda Albert Knaq dərin nəfəs aldı,
sürücüyə yüz kronla yanaşı üç qutu “Carlsberg Elephant” pivəsi verdi.
Evin qarşısında onu arvadı Marit qarşıladı. Uzun qucaqlaşmadan sonra
Albert soruşdu: “O hardadı?”
Qayıqların yanında oturub, - Marit cavab verdi.
***
Alberto və Sofi qırmızı maşınlarıyla Lillesanddakı Norveç Otelinin
qarşısındakı meydanda dayandılar. Saat 10-a on beş dəqiqə qalırdı.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |