89
zərfi o biri kağızların yanına - şirniyyatqabına qoydu, yeni suallar olan
zərfi isə corabının içinə saldı.
Evə girəndə anası telefonla danışırdı. Sofini görəndə tez dəstəyi asdı.
Hara yoxa çıxmışdın?
Mən... gəzirdim... meşədə, - kəkələdi.
Görürəm, görürəm.
Sofi sakitcə dayanıb ətəyindən damcılayan suya baxırdı.
Coannaya zəng eləmişdim...
Coannaya...
Anası gedib Sofiyə quru geyinəcək gətirdi. Sofi paltarlarını
dəyişəndə filosofun məktubunu güclə gizlədə bildi. Sonra onlar
mətbəxdə oturdular, anası kakao hazırladı.
Onunlaydın? - bir az keçmiş anası dilləndi.
Onunla?
Sofinin ağlına yalnız fəlsəfə müəllimi gəldi.
Hə, onunla... sənin dovşanın!
Sofi başıyla təsdiqlədi.
Birlikdə olanda neynirsiz, Sofi? Sən niyə belə yaşsan? Sofi ciddi
sifət alıb gözlərini masaya zilləmişdi. Ürəyinin dərinliyində isə
gülürdü. Yazıq ana, narahat olmağa səbəb tapdı.
Yenidən başını tərpətdi. Üstünə yağış kimi suallar yağırdı. Düzünü
bilmək istəyirəm. Bütün gecəni bayırda olmusan? Niyə yatmağa
paltarlı uzanmışdın? Mən öz otağıma yatmağa gedən kimi küçəyə
çıxmısan? Cəmi on dörd yaşın var, Sofi. Kiminlə görüşdüyünü
bilməliyəm!
Birdən Sofi hönkürməyə başladı. Sonra isə dili açıldı. O, hələ də
qorxu içindəydi, axı adam qorxanda adətən danışır.
Səhər erkən oyandığını, meşəyə gəzməyə çıxdığını dedi. Ev, qayıq,
sehrli güzgü haqda danışdı. Lakin gizli yazışma
kursu haqda bir kəlmə də demədi. Yaşıl pulqabı haqda da susdu.
Bilmədi niyə, amma Hildeni özü üçün saxladı.
Anası Sofini qucaqladı. Sofi əmin idi, anası ona inanmışdı.
Mənim sevgilim yoxdu, - Sofi mızıldadı, - onda belə demişdim,
downloaded from KitabYurdu.org
90
çünki ağ dovşana görə narahat olmuşdun.
Sən doğrudan mayorun evinə qədər o uzaq yolu getmisən? - anası
fikirli-fikirli soruşdu.
Mayorun evi? - Sofi gözlərini anasına zillədi.
Həmin kiçik meşə evinə mayorun evi deyirlər, çünki bir neçə il əvvəl
bir ordu mayoru müvəqqəti orada yaşayıb. Çox qəribə adam idi, bir az
ağlı çatmırdı, məncə. Amma unut getsin. O vaxtdan orada heç kəs
yaşamır.
Yoox, orada indi filosof yaşayır.
Yaxşı, yaxşı, yenə başlama fantaziya qurmağa!
Sofi bütün bu hadisələr haqda fikirləşmək üçün otağına qapıldı.
Başını ağır fillər, təlxəklər, cürətli kəndirbazlar, təlim keçmiş
meymunlarla kükrəyən sirk kimi hiss edirdi. Bir mənzərə isə getdikcə
daha çox təkrarlanırdı. Bir avarı özündən
bir az aralıda, gölün ortasında üzən balaca qayıq və evə qayıtmaq üçün
qayığa ehtiyacı olan bir adam.
Sofi əmin idi ki, fəlsəfə müəllimi onun pisliyini istəmir və bu evdə
olduğunu bilsə, onu mütləq bağışlayar. Amma məsələ onda idi ki, Sofi
razılaşmanı pozmuşdu. Bu da onun fəlsəfə təhsilinin əvəzinə
çoxsağolu. Sofi bu təqsirini necə yuya bilərdi, görəsən?
Çəhrayı poçt vərəqi götürüb yazmağa başladı:
“Əziz filosof,
Bazar günü səhər sənin evə gələn mən idim. Səninlə görüşmək və
bəzi fəlsəfi məsələləri müzakirə etmək istəyirdim. Elə çox istəyirdim
ki. İndi mən Platon heyranıyam, amma başqa bir gerçəklikdə mövcud
olan ideyalara və ya nümunələrə dair onun haqlı olduğuna çox da əmin
deyiləm. Əlbəttə, o ideyalar bizim ruhumuzda mövcuddur, amma hər
halda məncə, bu başqa şeydir. Onu da deməliyəm ki, ruhun ölməzliyi
fikrilə çox da razı deyiləm. Şəxsən mən əvvəlki həyatımdan heç nə
xatırlamıram. Əgər sən məni vəfat etmiş
nənəmin ruhunun indi xoşbəxt olmasına inandıra bilsən, çox minnətdar
olaram.
Əslində indi bir qəndlə birlikdə çəhrayı zərfə qoyacağım bu məktubu
downloaded from KitabYurdu.org
91
fəlsəfi səbəblərdən yazmağa başlamadım. Sadəcə olaraq, sözündən
çıxdığıma görə, üzrxahlıq etmək istəyirdim. Qayığı sahilə çıxarmağa
çalışdım, amma gücüm tam çatmadı. Bəlkə də böyük bir dalğa gəlib
qayığı yenidən suya çıxarıb.
Ümid edirəm, ayaqların yaş olmadan evə yetişə bilmişən. Elə
deyilsə, onda qoy səni mənim də yaş olmağım və bəlkə də
soyuqlamağım sakitləşdirsin. Bu, mənim öz günahımdır.
Evdə heç nəyə əl vurmadım, amma bağışla, deməliyəm ki, səbrimi
basa bilmədim, masanın üstündəki zərfi götürdüm.
Ona görə yox ki, nəsə oğurlamaq istədim, ona görə ki, üstündə adım
var idi, çaşıb fikirləşdim ki, mənimdir. Dönə-dönə üzr istəyirəm, söz
verirəm ki, səni bir daha məyus etməyəcəyəm.
Əlavə qeyd: Bundan sonra yeni suallar haqda dərindən
düşünəcəyəm.
Daha bir qeyd: Ağ dolabın üstündəki bürünc çərçivəli güzgü adi,
yoxsa sehrli güzgüdür? Ona görə soruşuram ki,
əvvəllər heç vaxt hər iki gözümü yumanda öz əksimi güzgüdə
görməmişdim.
Səmimi qəlbdən, diqqətli şagirdindən hörmətlə, Sofi”.
Sofi zərfə qoymazdan əvvəl məktubu iki dəfə oxudu. Bu məktubun
rəsmiyyəti əvvəlkindən az idi. Belə yaxşıdı. Mətbəxə düşüb bir parça
qənd götürməzdən əvvəl günün suallarına nəzər saldı:
“Hansı daha əvvəl yaranıb: cücə, yoxsa cücə “ideyası”?”
Bu sual köhnə “cücə və yumurta” tapmacası kimi adamı çaş-baş
qoyurdu. Yumurtasız cücə, cücəsiz yumurta olmaz. Cücə, yoxsa cücə
“ideya”sının birinci olmasından baş çıxarmaq da bu qədər dolaşıqdır?
Sofi Platonun nəyi nəzərdə tutduğunu başa düşmüşdü. Platon onu
nəzərdə tuturdu ki, cücə “ideya”sı cücələr hisslər aləmində mövcud
olmazdan çox əvvəl ideyalar aləmində mövcud olub. Platona görə, ruh
bədəndə yerləşməzdən əvvəl “ideya” cücəni ideyalar aləmində görüb.
Sofinin Platonda razılaşmadığı məgər bu deyildi? Canlı bir cücə və ya
cücə şəkli görməmiş bir adamın cücə haqda
necə hər hansı bir “ideya”sı ola bilər? Bu onu növbəti suala gətirdi:
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |