41
gördüyümüz hər şeyi əmələ gətirmək üçün birləşə bilirlər.
İndi artıq leqo konstruktorlarından söz açarkən nəyi nəzərdə
tutduğumu bilirsən. Onların ölçüləri təqribən Demokritin atomları
təsvir etdiyi kimidir. Kiçik-kiçik olduqlarına görə, onlardan nə isə
düzəltmək adamı əyləndirir. Əsas budur ki, onlar bölünməzdirlər.
İkincisi, onlar müxtəlif forma və ölçülərə malikdirlər. Möhkəm və
sukeçirməzdirlər. Girintili-
çıxıntılı olduqlarından onları hər ağlımıza gələn fiqur formasında
yığmaq mümkündür. Sonra bu yığılmış fiqurları parçalamaq, həmin
hissələrdən yeni fiqurlar quraşdırmaq olar.
Məhz təkrar-təkrar istifadə oluna bilməsi leqonu bu qədər
məşhurlaşdırıb. Hər bir leqo hissəsi bu gün yük maşınının, sabahı
qüllənin bir hissəsi ola bilər. Leqo hissələrinin “əbədi” olduğunu da
demək mümkündür. Bugünkü uşaqlar vaxtilə valideynlərinin uşaq ikən
oynadıqları leqolarla oynaya bilərlər.
Biz gildən də şeylər düzəldə bilərik, amma gil, plastilin təkrar-təkrar
istifadə etdilə bilməz, çünki getdikcə ovula, daha kiçik hissələrə ayrıla
bilir. Həmin kiçik hissəcikləri isə tam başqa bir şey düzəltmək üçün
birləşdirmək olmur.
Bu gün biz Demokritin atom nəzəriyyəsini az və ya çox dərəcədə
doğru hesab edə bilərik. Təbiət həqiqətən də birləşən və ayrılan
müxtəlif “atomlardan yaradılıb. Mənim burnumun ucunda yerləşən
hüceyrədəki hidrogen atomu nə vaxtsa filin xortumunda olub. Ürək
əzələmdəki karbon atomu isə haçansa bir dinozavrın quyruğundaymış.
Lakin bu gün alimlər atomların daha kiçik elementar hissəciklərə
parçalandığını kəşf ediblər. Biz bu elementar hissəcikləri protonlar,
neytronlar və elektronlar adlandırırıq.
Çox güman ki, onlar bir gün daha kiçik hissəciklərə bölünəcəklər.
Lakin fiziklər bu qənaətdədirlər ki, haradasa qarşıya bir məhdudiyyət
çıxacaq. Onların fikrincə, təbiəti əmələ gətirən ən, ən, ən kiçik
hissəciklər var.
Demokritin əlində bizim müasir elektron qurğularımızdan yox idi.
Onun yeganə cihazı düşüncəsi idi. Lakin təfəkkürü onünçün heç bir
downloaded from KitabYurdu.org
42
gerçək seçim qoymurdu. Bir dəfə qəbul etmişdi ki, heç nə dəyişə
bilməz, heçlikdən heç nə yarana bilməz, heç nə yox olmur, buradan da
təbiətin birləşən və ayrılan çox kiçik hissəciklərdən ibarət olduğu
qərarını çıxarmışdı.
Demokrit təbii proseslərə müdaxilə edən hər hansı “qüvvə” və ya
“ruh”a inanmırdı. Onun fikrincə, mövcud olan yeganə şey atomlar və
boşluq idi. Maddi aləmdən başqa heç nəyə inanmadığından, biz onu
materialist adlandırırıq.
Demokrit hesab edirdi ki, atomların hərəkətini nizamlayan bir şüur
yoxdur. Təbiətdə hər şey mexaniki baş verir. Bu o demək deyil ki, hər
şey təsadüfdür, əksinə, hər şey qaçılmaz zərurət qanunlarına tabedir.
Baş verən hər bir şeyin səbəbi var, həmin səbəb şeyin öz təbiətinə
xasdır.
Demokrit bir dəfə deyib ki, İran şahı olmaqdansa, təbiətin yeni bir
səbəbindən agah olmaq istərdi.
Demokritin fikrincə, atom nəzəriyyəsi həmçinin bizim hissi
qavrayışımızı izah edir. Biz atomların fəzadakı hərəkəti sayəsində nə
isə duyuruq. Biz Ayı ona görə görürük ki, “Ay atomları” gəlib bizim
gözlərimizə “girir”. İnsan öləndə ruh atomları hər tərəfə yayılır və
sonra yeni ruh formalaşarkən onun hissəciyi olur.
Bu o demək idi ki, insanın ölməz ruhu yoxdur. Bu fikirlə də bu gün
bir çoxları razıdır. Onlar da Demokrit kimi inanırlar ki, “ruh” bədənlə
bağlıdır və beyin parçalanıb dağılandan sonra biz hər hansı formada
şüura malik ola bilmərik.
Demokritin atom nəzəriyyəsi bu gün yunan təbiət fəlsəfəsinin
yekunu kimi qiymətləndirilir. O, təbiətdəki hər şeyin
“axması” fikrində Heraklitlə həmfikir idi. Lakin bütün axan şeylərin
arxasında axmayan, dəyişməz və əbədi şeylər durduğuna inanırdı.
Demokrit onlara atomlar deyirdi”.
Sofi məktubu oxuya-oxuya poçt qutusuna yaxınlaşacaq sirli filosofu
görmək üçün bir neçə dəfə pəncərədən bayıra baxdı. İndi isə yalnız
gözlərini cığıra zilləyib oturmuş, oxuduğu məsələlər haqda fikirlərə
qərq olmuşdu.
downloaded from KitabYurdu.org
43
Demokritin ideyaları ona çox sadə və buna baxmayaraq, ağıllı
görünmüşdü. O, “ilkin substansiya” və “çevrilmə” problemlərinin əsl
həllini tapmışdı. Bu problem o qədər mürəkkəb idi ki, filosoflar
nəsildən-nəslə onun üzərində baş sındırmışdılar. Və sonda Demokrit öz
zəkasından istifadə etməklə problemi həll etmişdi.
Sofi özünü gülümsəməkdən zorla saxladı. “Deməli, təbiət heç vaxt
dəyişməyən kiçik hissəciklərdən yaradılıb”, - öz-özünə
dedi. Eyni zamanda Heraklit də təbiətdəki bütün şeylərin “axdığı”nı
düşünməkdə haqlı idi. Çünki insan ölür, heyvan ölür, hətta dağ silsiləsi
tədricən parçalanıb dağılır. Sən demə, məsələ dağ silsiləsinin kiçik
bölünməz hissəciklərdən ibarət olmasında imiş.
Demokrit başqa, yeni suallar da qaldırmışdı. Məsələn, o, hər şeyin
mexaniki baş verdiyini deyirdi. Həyatda ruhi qüvvə olmasını qəbul
etmirdi, Empedokl və Anaksaqordan fərqli olaraq, Demokrit insanın
ölməz ruha malik olmadığına inanırdı.
Bəs Sofi buna əmin ola bilərdimi?
Bilmirdi. Lakin onda Sofi fəlsəfə kursuna hələ təzə-təzə başlayırdı.
TALE
...falçı əslində qabaqcadan görünməsi mümkün olmayanları
görməyə çalışır...
Sofi Demokrit haqda oxuyanda bir gözü poçt qutusundaydı. Ora heç
kəs yaxınlaşmamışdı. Amma hər halda Sofi darvazanın yanına enib
oralara baxmaq istədi.
Küçə qapısını açanda kandarda balaca bir zərf gördü. Əlbəttə ki,
məktub Sofi Amundsenə idi.
Deməli, o, Sofinin başını aldadıb! Sofi poçt qutusunu belə diqqətlə
güddüyü halda sirli adam evə başqa tərəfdən yaxınlaşıb, gizlincə
məktubu kandara qoyub və yenidən meşəyə çəkilib. İşə bax!
Axı o, necə bilib ki, Sofi bu gün poçt qutusunu güdür? Bəlkə onu
pəncərənin qabağında görüb? Hər halda, Sofi məktubu anasından
qabaq tapdığına görə şad idi.
Otağına qayıtdı. Məktubu açdı. Ağ zərfin kənarları bir az nəmdi və
üstündə iki deşik vardı. Görəsən niyə? Axı neçə gündü ki, hava
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |