314
uğurlarda, heç Ģübhəsiz, Türk Qafqaz Ġslam Ordusunun Azərbaycanda yaratdığı
atmosferin böyük təsiri olmuĢdu.
5. Dərbəndin qurtuluĢu
Türk Qafqaz Ġslam Ordusu Komandanı Nuru paĢa Dağıstanın ələ
keçirilməsi üçün 15-ci piyada diviziyası komandanı yarbay Süleyman Ġzzət bəyə
20 sentyabr 1918-ci il tarixində bir əmr göndərdi
25
. Türk Qafqaz Ġslam Ordusunun
ġimali Qafqazdakı hərbi hərəkat planı belə idi: Dağıstan hərbi hərəkatı ilə
təlimatlandırılan 15-ci piyada diviziyası sürətlə Xaçmaz istiqamətində hərəkət
edəcək və Dərbənd qısa bir müddətdə ələ keçiriləcəkdi. Hərbi birliklər Ģəhərin 5
kilometrliyinə qədər irəliləyəcək və burada mövqe tutacaqdı. Əldə edilən mövqe,
bəzi hərbi qüvvələrlə gücləndiriləcək 107-ci Qafqaz alayından ibarət Dərbənd
dəstəsinə təhvil verildikdən sonra 15-ci piyada diviziyası geri çəkiləcəkdi. Xaçmaz
dəstəsi də 15-ci piyada diviziyasının tabeliyinə veriləcəkdi
26
.
Lazımi hazırlıqlar baĢa çatdıqdan sonra, 15-ci piyada diviziyasının bəzi
hissələri 1 oktyabrda Biləcəri stansiyasından Dağıstana getmək üçün qatarlara
mindirildilər. Əvvəlcə 15-ci piyada diviziyasına tabe olan 56-cı alay yola çıxdı, 36-
cı alay isə daha sonra hərəkət edəcəkdi. Quba və Xaçmaz bölgəsini düĢmən
iĢğalından qurtaran minbaĢı Səbri bəyin komandası altında olan Xaçmaz dəstəsi də
diviziyanın toplaĢma yeri olan Xaçmazda türk hərbi birliklərinə qoĢulmağa baĢladı.
38-ci piyada alayının əsas döyüĢkən heyətindən bir bölüyün Bakıda saxlanılması
əmr edildi. Buna görə də müharibə gücü bir xeyli zəifləmiĢdi və Xaçmaz
bölgəsindəki qüvvələrlə gücləndirilməsi planlaĢdırılırdı
27
. 15-ci piyada diviziyasına
daha sonra iki zirehli qatar veriləcəkdi
28
. Bu hərbi hərəkatın davam etdiyi əsnada,
15-ci piyada diviziyasının Ġstanbula göndərilməsi məsələsi ortaya çıxdı. Bu
səbəbdən 38-ci piyada alayının Dağıstan hərəkatında iĢtirak etməli olan heyəti yola
çıxmaq üçün Bakıda qatar gözlədiyi halda, Nuru paĢa təftiĢlər apardığı Ağdamdan
Xaçmaza getmək üçün Bakıya gəldi
29
.
15-ci piyada diviziyası və Dağıstan hərəkatında iĢtirak edəcək hərbi
qüvvələrin qərargahları 2 oktyabrda Xaçmaza çatdı və bölgədəki komandirlər
vəziyyətlə əlaqədar məsləhətləĢmə keçirdilər. Öncül qüvvələr də Fərhadkənd və
Orucabad xəttinə yerləĢdirildi
30
. Nuru paĢa Dağıstan hərəkatını izləmək və
hazırlıqları yaxından görmək üçün, 4 oktyabrda qatarla Xaçmaza getdi. Buradan
maĢınla Qubaya keçdi. Yollarda maĢını saxlatdıran türklər Nuru paĢanı duz-çörəklə
qarĢıladılar. Xalqın böyük məhəbbəti ab-havasında Xaçmaza daxil olan Nuru paĢa
burada yaĢayan türklərlə apardığı danıĢıqlarda vətənlərinə sahib çıxmalarını, bunun
üçün də övladlarını əsgər göndərmələrini istədi.
31
Türk ordusunun Dərbəndə yürüĢ etməyə hazırlaĢdığından xəbər tutan
Biçeraxov, Mahaçqaladan 300 nəfərlik bir birliyi Dərbəndə gətirdi. Buradakı
mövqelərini möhkəmlətdikdən sonra, müdafiəni gücləndirmək istəyirdi. Hərbi
315
hərəkatın bir az da gecikdirilməsi halında, düĢmənin daha da güclənəcəyini
düĢünən komandirlər 38-ci piyada alayının da cəbhə xəttinə çatmasını gözləmədən,
56-cı piyada alayının Dərbənd istiqamətində hərəkətə gəlməsini qərarlaĢdırdılar.
Beləliklə, Dağıstanın düĢmən iĢğalından qurtarılması üçün gözlənilən hərbi
müdaxilə 5 oktyabrda baĢladı
32
. 56-cı piyada alayı, cəbhəyə yenicə çatan 38-ci
alayın qabaqcıl hissələri ilə birlikdə, Dərbəndin bağlarını keçdikdən sonra, stansiya
ətrafında pusqu quran Biçeraxov qüvvələri ilə qarĢılaĢdı. Qanlı döyüĢlərdən sonra
Stansiyadan süpürülüb atılan Biçeraxov qüvvələri axĢama doğru Dərbənd qalası ilə
Qala Dəyirmanı bölgəsindən də uzaqlaĢdırıldı. Havanın qaralmaq üzrə olduğunu
görən komandirlər əsgər itkisi verməmək üçün hərəkata ara verdilər
33
. Ertəsi gün,
türk silahlı qüvvələrinin kəskin hücumu qarĢısında tab gətirməyən düĢmən, dağınıq
halda Ģəhərə yayıldı. 56-cı piyada alayı 6 oktyabr saat 10.45-də Ģəhərə girərək
Dərbəndi tamamilə nəzarətə götürdü
34
.
15-ci piyada diviziyası Qərargah rəisi yarbay (podpolkovnik) Süleyman
Ġzzət bəy günortaya doğru qərargahı ilə birlikdə Dərbəndə daxil oldu. Süleyman
Ġzzət bəy Dərbəndi zəbt etmələrini belə təsvir edir:
"Günorta firqə qərargahı ilə Ģəhərə girdim. Əvvəlcə verdiyim əmrə əsasən
Ģəhərdə asayiĢə cavabdeh zabit və sıravi heyətinin iĢinə baĢçılıq etdim və bələdiyyə
rəisi Müslüm Ġsrafilovu hökumət rəisi təyin elədim."
35
Dərbəndin əsas küçə və meydanlarına Türk bayrağı asıldı. Bakının düĢmən
iĢğalından qurtarmasında yaxĢı nəticələr göstərmiĢ 56-cı alay, Dərbənddə də buna
oxĢar fəaliyyəti ilə fərqlənmiĢdi. 38-ci alay isə Ģəhərə qərb istiqamətindən girmiĢdi.
DüĢmənin ən azı 800 piyadası, səkkiz pulemyotu və bir zirehli qatarı vardı. Xəzər
dənizində rus çar ordusundan qalma Ərdəhan və Qars adlı döyüĢ gəmiləri isə
açdıqları top atəĢi ilə döyüĢlərə yardım edirdilər. DüĢmən əsgər və silah
baxımından da 56-cı alaydan üstün idi
36
. Dərbəndi ələ keçirən 56-cı piyada
alayının döyüĢkən tərkibi 679 əsgərdən ibarət idi. 12 pulemyotu, 12 də topu vardı.
Dərbənddə düĢməndən birinin arxa qapağı çıxarılmıĢ üç top ilə dörd pulemyot ələ
keçirilmiĢdi. 15-ci piyada diviziyası Bakıdan 210 kilometr Ģimalda yerləĢən
Dərbəndə qədər irəliləmiĢ və cəmi beĢ gün ərzində bölgəni nəzarət altına almıĢdı.
Polkovnik Biçeraxov Dərbəndi müdafiə edən qüvvələrin komandiri
polkovnik Bertrandı bacarıqsızlıqda günahlandırıb vəzifədən kənarlaĢdırdı və həbs
etdirdi.
37
Biçeraxov qüvvələri 6-7 oktyabr gecəsində bir zirehli qatarla 15-ci piyada
diviziyasına qarĢı cəbhəni yarmağa təĢəbbüs göstərdi. Ancaq türk hərbi birlikləri
tərəfindən geri oturduldu. Qatardan açılmıĢ bir vaqonda, sursatla birgə bir
pulemyot və birinin arxa qapağı çıxarılmıĢ iki top ələ keçirildi. Gecə baĢ verən bu
hadisədən sonra yenə 7 oktyabrda səhər saatlarında 8 pulemyot və 4 top ilə
müĢayiət olunan 880-ə qədər düĢmən piyadası 56-cı piyada alayına qarĢı hücum
təĢkil etdi. Bu hücum da geri oturduldu. Dərbəndin Ģərqindəki dağlıq və meĢəlik