318
7. Türk Ordusunun Mahaçqala üzərinə yürüĢü
Komandanların verdiyi qərara görə 15-ci piyada diviziyası, Mahaçqala
üzərinə yeriyərək Dağıstanı iĢğalçılardan azad edəcəkdi. ġimali Qafqaz
Respublikası Prezidenti Çermiyev, rus kazakı polkovnik Biçeraxova 13 oktyabr
1918-ci il tarixində bir ultimatum verərək, Dərbənd və Mahaçqala arasındakı
ərazinin ġimali Qafqaz Respublikasının ərazisi olduğunu bildirdi və Dağıstanı
boĢaltması üçün 20 oktyabra qədər vaxt verdi.
46
Biçeraxov isə 16 oktyabrda
göndərdiyi cavabda qafqazlı və rus kazakı
olduğunu bildirərək, onu məmləkətindən
heç kəsin qova bilməyəcəyini və Dağıstanı da Rusiyanın bir parçası olaraq
gördüyünü bildirdi. Biçeraxov məktubda bunları yazmıĢdı:
"Bu torpaqlar Rusiyanındır. Tabeliyimdəki əsgər isə böyük Rus Ordusunun
bir parçasıdır. Dağıstandan çıxmayacağam. Ancaq siz, özünüzün kim olduğunuzu
bilmirsiniz. ġimali Qafqaza sahiblik iddia edərkən, Brest-Litovsk müqaviləsini,
türklərin də sizinlə birlikdə döyüĢdüyünü xatırlamırsınız. Türklərin öz ölkələrinə
xeyri olmadıqdan sonra, sizə heç bir faydası olmaz. Xəbəriniz yoxdurmu ki, ingilis
topları Çanaqqala yaxınlığında gurlayır. Fələstin və Suriya tamamilə iĢğal edilib.
Ġki həftəyə qədər türklərin buradan tamamilə çəkiləcəyi mütləqdir. O zaman tək
qalacaqsınız və bir Ģey etməyə qüdrətiniz çatmayacaqdır. Mən sizin bir yaxınınız
və sizin yaxĢılığınız üçün çalıĢan bir adam kimi, sizə təklif edirəm ki, gəlin
danıĢaq. Sizin və bizim üçün ən yaxĢı olan məsələləri müzakirə edək. Ondan sonra
istədiyinizi edə bilərsiniz. Bu məktubuma 18 oktyabr tarixinə qədər cavab
istəyirəm. Əgər cavab almasam, yazdıqlarımın nəzərə alınmadığını hesab edərək,
Dərbəndin qurtarılması üçün hərəkət edəcəyəm. Dərbənddə nə qədər əsgər
olduğunu və nə iĢlə məĢğul olduqlarını da lap əla bilirəm"
47
.
Türk qüvvələri Biçeraxova verilən vaxtın bitməsinə qədər hərbi əməliyyata
baĢlamadı. Türk hərbi birlikləri, vaxtın tamam olması günündən etibarən, 20
oktyabrda səhərə yaxın, üç qrup halında hücuma keçdi. 15-ci piyada diviziyası,
yarbay Süleyman Ġzzət bəyin komandası altında mühasirə qrupu kimi hərəkət
edəcəkdi. Sərəncamında, 38-ci və 56-cı alaylardan iki batalyon, 107-ci alaydan 1-
ci batalyon və 42-ci süvari bölüyü ilə 8 topdan ibarət bir topçu batareyası var idi.
Cəbhədən irəliləyəcək qrupda isə podpolkovnik Fazil bəyin komandası altında
107-ci alaydan 2-ci və 3-cü batalyon, 13-cü alaydan 46-cı batalyon ilə 5 topdan
ibarət bir topçu batareyası və bir zirehli qatar var idi. Dərbənd Qrupunda isə
komandir yarbay Saadəddin bəyin sərəncamında bir milis batalyonu ilə bir top
vardı. Bu qrupun vəzifəsi, Dərbəndə dənizdən edilə biləcək hər hansı müdaxilənin
qarĢısını almaq idi. DüĢmən qüvvələrinin bir qismi Caməkənddə, bir qismi isə
Xanməhəmmədqalada müdafiə xətti qurmuĢdu. Xəzər dənizində Ağni
açıqlıqlarında isə ruslara aid "Qars" və "Ərdahan" adlı döyüĢ gəmiləri
dayanmıĢdı
48
.
319
ġimali Qafqaz Komandanı Yusif Ġzzət paĢa, 20 oktyabr 1918-ci il saat
07.45-də hücum əmri verdi. Süleyman Ġzzət bəy, o gecə diviziyaya göndərdiyi
əmrdə, hücumun detallarını bildirdi
49
. Hücum payızın gəlməsi ilə əlaqədar çox
soyuq və yağıĢlı bir gündə baĢladı. Yusif Ġzzət paĢa, Cəbhə Qrupu ilə birlikdə
hərəkət edirdi. ġimali Qafqaz Komandanlığı Qərargah rəisi yarbay Ġsmayıl Haqqı
bəy isə 107-ci alay komandiri vəzifəsini icra edirdi. Hərbi birliklər dağlıq və
meĢəlik ərazidə çətinliklə irəliləyə bilirdi
50
. 24 oktyabr axĢamına qədər davam edən
hərəkatda, Türk hərbi birlikləri Biçeraxov qüvvələrini geri oturda bilmiĢdi. Rus
kazakı polkovnikinin bir çox hücumları uğursuzluqla nəticələndi. Belə olduqda
Biçeraxov əsl qüvvələrini Mahaçqalaya çəkdi və
bölgədəki yüksək dağlarda
müdafiə xətləri qurmağa baĢladı.
51
25 oktyabr gününü dincələrək baĢa vuran türk
hərbi birlikləri, 26 oktyabrda yenidən hərəkətə baĢladı. Manas çayına qədər
irəliləyərək, müqavimət göstərməyə çalıĢan Biçeraxov qüvvələrini buradan da
geriyə oturdu. Tarki dağı və Mahaçqala yaxınlığına qədər irəliləyən türk hərbi
birlikləri o günə qədər Biçeraxovun əsl qüvvələri ilə heç döyüĢməmiĢdi. Süleyman
Ġzzət bəy 27 oktyabrda Tarki dağında müqavimət xətti quran Biçeraxov qüvvələrini
cənub və qərb istiqamətində tamamilə mühasirəyə aldı
52
.
Polkovnik Biçeraxovun Mahaçqalada 4-5 minə qədər bir hərbi qüvvəsi
dururdu. Türk hərbi qüvvələrinin Dağıstandan çəkilməsindən sonra, ġimali Qafqaz
Respublikasının tabeliyində olan və elə də böyük hərbi gücü olmayan milis
qüvvələri ilə ruslara qarĢı çıxmaq mümkün deyildi. Buna görə də, Biçeraxova bağlı
qüvvələrin tamamilə məhv edilməsi və Mahaçqalanın iĢğaldan qurtarılması vacib
idi.
Tarki-Atlıboyun xəttinə qədər irəliləyən 15-ci Piyada Diviziyası, 4 noyabra
qədər mühasirə vəziyyətini qorudu. Aparılan kəĢfiyyat nəticəsində üç cərgə tikanlı
məftillər və güclü istehkamlarla Ģəhərin müdafiəyə hazırlaĢdığı, toplar, zirehli qatar
və dənizdəki döyüĢ gəmiləri ilə müdafiənin möhkəmləndiriləcəyi məlum oldu. 5
noyabra Mahaçqala üzərinə planlaĢdırılan hücumda 15-ci piyada diviziyasından
1.700 döyüĢçü iĢtirak edəcəkdi. Milis diviziyasından isə iĢtirakçıların sayı 2.000
olacaqdı. Hücumun bütün ağırlığını üzərinə götürəcək 38-ci və 56-cı alayların
əsgərlərinin ümumi sayı isə 1.067 nəfər idi. Türk piyadasını 40 pulemyot və 13 top
müĢayiət edəcəkdi. Süleyman Ġzzət bəy dənizdəki gəmilərə qarĢı istifadə etmək
üçün Nuru paĢadan Bakıda olan 10,5 mm-lik dağ qaubitsa batareyasını istəmiĢdi.
Bu batareya isə vaxtında çatmadı və ancaq 6 noyabrda cəbhədəki yerini tuta bildi
53
.
Türk hərbi birlikləri 5 noyabrda səhərə yaxın hücuma keçdilər. DüĢmən
qüvvələri Tarki dağını müdafiə etməyə çalıĢırdılar. Təpə və yarğanlardan aĢağıya
doğru sərbəst atəĢ açırdılar. Bir ara uzun mənzilli top atəĢinə məruz qalan 107-ci
alaya aid bəzi birliklər tamamilə dağılmıĢdı. Cəbhənin ən ön cərgəsində döyüĢlərə
qoĢulan yarbay Süleyman Ġzzət bəy bu alayın əsgərlərini çətinliklə də olsa, bir yerə