Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə11/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   7   8   9   10   11   12   13   14   ...   81

 
46 
Xaqanlar qarınçün otlayan heyvan. 
Gədalıq çarıqsız qalmaqla deyil, 
Qəlbi boş insanlar gədadır əsil.  
Torpaq altda qalmış fədailər var,  
Qiyamət günündə məşhurdur onlar.  
İşdir, nəzər salsan hər zərrədə sən  
İbrətlər, mənalar, hikmət görərsən. 
Zahirdə nə varsa rəngə bürünmüş,  
Daxilinə baxsan ayələr enmiş.  
Bəsirət gözüylə gördüyün nə var 
Bir Allah haqqında sənə danışar.  
Əlbət ki, rənglərə uyan hər insan  
Sorğu səhnəsində olar peşiman. 
Amma eşq odunda işıqlananlar 
Görərlər bu canda nə səhnələr var.  
Xaliqin varlığın dərk eləyən kəs 
Ötəri dünyaya göstərməz həvəs.  
Eşit bu qulağın eşitmədiyin,  
İç gözünlə seyr et rəhmət ətəyin.  
Haqqa gedən yollar könüldən keçir,  
Eşq odunu yandır, bax göz nə seçir. 
O birdir, qeyrisi fənaya məhkum,  
Hər nə var uçası, olmasa Qəyyum.  
VARLIQ ALƏMİNDƏ HƏŞƏRAT VƏ 
HEYVANLARIN ROLU 
Müxtəlif  həşəratların,  quru  və  dəniz  heyvanlarının, 
quşların  və  sürünənlərin  nə  qədər  faydalı  olduğu  tam 
mənada 
yalnız 
Allah-Taalaya 
məlumdur. 
Bu 
vücudların  həyatın  davamına  müsbət  təsirinin  əsas 
səbəbi onların hər birinə hakim olan ilahi rəhmətdir.  


 
47 
Təbiət  aləmində  bitki  və  ağacların  tozlanması  ilə 
məşğul olan həşəratlar vardır. Ağaclar da insanlar kimi 
iki  cinsə  malikdir.  Əgər  erkək  və  dişi  ağaclar  arasında 
tozlanma  getməsə  heç  bir  meyvə  gözləməyə  dəyməz. 
Uyğun  tozlanma  prosesini  həyata  keçirən  həşəratlar 
mövcuddur.  Bu  kiçik  varlıqlar  öz  işlərini  böyük 
ustalıqla  yerinə  yetirirlər.  Maraqlı  nöqtələrdən  biri 
budur  ki,  bu  həşəratlar  armudun  tozunu  alma  tozu, 
almanın  tozunu  heyva  tozu  ilə  görüşdürmür.  Ağaclar 
da 
bu 
həşəratları 
öz 
çiçəklərinin 
şirəsi 
ilə 
mükafatlandırırlar. 
İri  və  xırda  buynuzlu  heyvanların  xüsusiyyətlərinə 
nəzər  salaq.  Təbiətşünas  alimlər  deyirlər  ki,  təbiətdə 
hər  bir  şey  mövcudların  ehtiyacı  qədərincədir.  Əksər 
məməlilərin döşü sinəsindədir. Süd yığılan döşlərin bu 
nahiyədə  yerləşməsi  balaların  qidalanması  üçün  daha 
münasibdir.  Amma  inək  və  qoyunlarda  döş  elə 
yerləşmişdir ki, bu döşdəki südü insanlar da rahat sağa 
bilirlər.  Əgər  başqa  məməlilərdə  yalnız  balaların 
ehtiyacı  qədərində  süd  olursa,  inək  və  qoyundakı  süd 
insana  da  çatır.  İnsanların  təkamülü  üçün  zəruri  olan 
südlə  bu  sayaq  təminat  Allah-Taalanın  rəhmət  və 
lütfünün təzahürü deyilmi? 
Qoyunun  bütün  üzvləri  insan  üçün  çox  faydalıdır. 
Onun  yunu,  əti,  südü  daim  insanın  ixtiyarındadır. 
Allah-Taala öz qüdrəti ilə bir heyvanda neçə növ xeyir 
qoymuşdur.  
Bal arısına nəzər salaq. Nəbatat alimləri bildirirlər ki, 
bütün  çiçəklərdə  yalnız  günün  müəyyən  bir  vaxtında 
üç saat müddətində şirə olur. Bəzi çiçəklər sübh erkən, 


 
48 
bəziləri günorta, bəziləri isə günortadan sonra şirə verir. 
Bal  arısı  çiçəkləri  çox  yaxşı  tanıyır.  O  hansı  çiçəyin  nə 
vaxt şirə verdiyini bildiyindən yalnız həmin vaxt çiçəyə 
yaxınlaşır.  Bal  arısı  çiçəkdən  çəkdiyi  şirəni  bütün 
dünya  nemətlərinin  fövqündə  dayanan,  çürüməyən 
bala  çevirir.  “Nəhl”  surəsinin  69-  cu  ayəsində 
buyurulur:  “Onda  insanlar  üçün  şəfa  vardır.”  Bal 
arısının  əsrarəngiz  həyatı  haqqında  cildlərlə  kitablar 
yazılmışdır. 
Bəli, 
Allahın 
rəhməti 
“hər 
şeyi” 
bürümüşdür.  
MİSİLSİZ HİDAYƏT NEMƏTİ 
Allah-Taala  öz  misilsiz  rəhmət  və  lütfü  ilə  belə 
müəyyənləşdirmişdir  ki,  insanı  müəyyən  bir  müddət 
dünyanın  müəyyən  bir  guşəsində  yerləşdirib  onu 
təbiətin  min  bir  neməti  ilə  bəhrələndirsin.  Beləcə 
müxtəlif  bitkilər,  meyvələr  onun  ixtiyarına  verildi, 
süfrəsi  halal  ətlərlə  dada  gəldi,  yaşayışı  zəruri 
vasitələrlə təmin edildi. Bütün bu nemətlərin fövqündə 
insanı  doğru  yola  yönəldən  əql  və  düşüncə  neməti 
durur.  İnsan  məhz  əql  yolu  ilə  Allah  qarşısındakı 
vəzifələrini  tanıyıb,  bu  vəzifələrə  əməl  edir.  İnsan  əql 
neməti  vasitəsilə  dünyanın  müvəqqətiliyini  anlayıb 
axirət  həyatına  üstünlük  verir.  İnsan  bütün  maddi  və 
mənəvi  nemətlər  haqqında  diqqətlə  düşünə  bilsə 
anlayar ki, Allahın «rəhimiyyə rəhməti» zahir və batini, 
qeyb  və  aşkarı,  yeri  və  göyləri  bürümüşdür.  Hər  bir 
nemət haqqında dərin mütaliədən sonra insan hiss edir 
ki, geniş  ilahi məhəbbət ağuşundadır. Məhz bu zaman 
insan mərifət çırağının işığında imanın köməyi ilə dosta 
doğru hərəkətə başlayır. Eşq yoluna çıxmış insan bütün 


 
49 
varlığı,  könlü,  cismi  ilə  Allahın  hüzurunu  hiss  edib, 
təvazökarlıqla ibadətə məşğul olur.  
 
Deyirəm ki, paksan, yoxdur şərikin,  
Getmərəm ardınca başqa məlikin. 
Yalnız dərgahında gəzərəm işıq,  
Tovhid sarayına Sənsən yaraşıq.  
Kərimsən, Həkimsən, Rəhimsən Allah,  
Böyüklərdən böyük, Əzimsən Allah. 
Ehtiyacdan, dərddən-qəmdən uzaqsan,  
Hər zaman, hər yerdə varsan, oyaqsan.  
Acizdir vəsfində ən iti qələm,  
Oxşarsız, misilsiz, yeganəsən Sən.  
İzzət də cəlal da, yəqin də Səndə 
Ruh olmasa, nə var bu boş bədəndə?! 
Gizlini, aşkarı bilməz özgəsi,  
Həmd edir içimdə ruhumun səsi.  
Görməkdə bilməkdə yoxdur oxşarın,  
Sənsən düzümçüsü bağlı məzarın.  
Çarəsiz dil-dodaq sitayişində  
Yol birdir dünyanın keşməkeşində.  
 
İnsan doğru yol və ilahi hidayəti seçməklə vəzifəsinə 
və  halal-harama  əməl  etməklə  Qurani-Kərimin 
buyurduğuna əsasən, çox böyük bir mükafata, rəhmətə 
çatır və Behiştə nail olur.  
İLAHİ RƏHMƏT 
Əgər  insan  qəflət  və  azğınlıq  səbəbindən  günahlara 
yol  vermişsə  həqiqi  tövbə  yolu  ilə  bağışlanıb,  ilahi 
rəhmətə  qovuşa  bilər.  Əgər  insan  cümə  axşamı 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə