Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə27/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   23   24   25   26   27   28   29   30   ...   81

 
110 
çalışsın.  Nadan  o  kəsdir  ki,  nəfsinə  tabe  olub,  Allaha 
əsassız ümidlər bağlasın».
111
 
Bu  insanlar  unudurlar  ki,  yalnız  rəhməti  haqqında 
düşündükləri  Allah  bir  çox  Qur’an  ayələrində 
günahkarlara,  xeyir  işdən  uzaq  düşənlərə  özünü 
bəyənənlərə  əzab  və’d  etmişdir.  Allah-Taala  öz 
rəhmətini  yalnız  iman  və  təqva  əhlinə  aid  edir:  «Heç 
şübhəsiz,  iman  əhli,  Allaha  xatir  yurdundan  hicrət 
edənlər  və  Allah  yolunda  cihada  qalxanlar  Allahın 
rəhmətinə ümid edə bilərlər».
112
 
Günaha  qərq  olub,  Allahın  vacib  buyurduğu 
əməllərdən  çəkinərək  Onun  rəhmətinə  ümid  etmək 
aldanışdır.  İmam  Sadiq  (ə)  buyurur:  «Bir  dəstə  insan 
növbənöv  günahlara  bulaşıb  Allahın  rəhmətinə 
ümidvar  olduqlarını  söyləyir.  Belələri  ümid  və 
arzularda  iztiraba  düşənlərdir.  Onlar yalan deyirlər  və 
ümidvar deyildirlər. Bir şeyə ümid bağlayan insan ona 
çalışar, bir şeydən qorxan insan ondan qaçar».
113
 
Həzrət  Əli  (ə)  buyurur:  «Qəflət,  qürur,  aldanış 
məstliyindən 
oyanmaq 
şərab 
məstliyindən 
oyanmaqdan  çətindir»;  «İnsan  günah  batlağında  qərq 
ola-ola  Allahdan  bağışlanmaq  ümidindədirsə  Allah 
haqqında yanılır».
114
 
İslam Peyğəmbəri (s) ibni Məs’uda buyurur: «Ey ibni 
Məs’ud! Allaha məğrur olma (əsassız ümid etmə), bər-
                                                 
111
 «Məcmueye-vərram», 1-ci cild səh-243. 
112
 «Bəqərə» surəsi, ayə 218. 
113
 «Səfinətul-bihar», 3-cü cild, səh-319. 
114
 «Məcmueye-vərram», 2-ci cild, səh-72. 


 
111 
bəzəyə  elminə  əməlinə  yaxşılığına,  bəndəliyinə 
aldanma.»
115
  
XƏSİSLİK 
Allah-Taalanın  maddi  və  mə’nəvi  ne’mətlərindən 
faydalanan  insanın  bu  ne’mətlərdən  sədəqə  zəkat 
verməkdə  xəsislik  göstərməsi  çox  çirkin  bir  sifətdir. 
Var-dövlət  Allah-Taalanın  insana  verdiyi  əmanətdir. 
İnsan  bu  əmanətdən  özü  üçün  istifadə  etməli  və  artıq 
qalan  hissəsini  ehtiyacı  olanlara  verməlidir.  İnsan 
ixtiyarına  verilmiş  mülkü  mülk  sahibinin  istəyinə 
uyğun  sərf  etməlidir.  Əgər  bir  şəxs  başqasının 
əmanətini öz nəfsinin istəyinə uyğun sərf edərsə sözsüz 
ki, cəzalandırılmalıdır. 
Allah  razılığının  ziddinə  olan  var-dövləti  şeytan  və 
nəfs  istəyinə  uyğun  xərcləmək  böyük  günahdır  və  bu 
günahın  ağır  əzabı  vardır.  Xəsislik  şeytani  bir  sifətdir 
və bu sifətə malik olan insan ayə və rəvayətlərdə əzaba 
layiq bilinir. «Nisa» surəsinin 37-ci ayəsində buyurulur: 
«O  kəslər  ki,  özləri  xəsislik  etməklə  bərabər, 
başqalarını  da  xəsisliyə  təhrik  edir  və  Allahın  Öz 
lütfündən  bəxş  etdiyi  ne’mətləri  gizlədərlər.  Biz 
(belə) kafirlər üçün rüsvayedici əzab hazırlamışıq.» 
İslam  Peyğəmbəri  (s)  buyurur:  «Behişt  minnət 
qoyana, xəsisə və söz gəzdirənə haramdır».
116
 
Həzrət  Əli  (ə)  eşitdi  ki,  bir  kişi  belə  deyir:  «Xəsis 
zalıma  nisbətən  üzürlüdür».  Həzrət  (ə)  buyurdu: 
«Yalan 
deyirsən, 
zalım 
tövbə 
edər, 
Allahdan 
                                                 
115
 «Məkarimül-əxlaq», 451. 
116
 «Vəsailüş-şiə», 9-cu cild, səh-452. 


 
112 
bağışlanma diləyər və xalqın haqqını qaytarar. Xəsis isə 
xəsislik  edib  zəkatı,  sədəqəni  sileye-rəhimi,  qonağın 
qəbulunu,  Allah  yolunda  xərcləməyi,  xeyir  işləri  tərk 
edər və behişt ona haram olar».
117
 
İslam  Peyğəmbəri  (s)  buyurur:  «Müsəlmanda  iki 
xislət olmaz: xəsislik və pis əxlaq».
118
  
İmam  Sadiq  (ə)  buyurur:  «Əgər  Allah  yolunda  sərf 
olunmuş  bir  malın  əvəzi  Allah-Taala  tərəfindən 
veriləcəksə,  xəsisliyin  mə’nası  nədir?!»
119
   Həzrət  Musa 
ibn  Cəfər  (ə)  buyurur:  «Xəsis  o  şəxsdir  ki,  Allahın  ona 
vacib etdiyini yerinə yetirməkdə xəsislik göstərir».
120
 
İslam  Peyğəmbəri  (s)  buyurmuşdur:  «Səxavətli  şəxs 
Allaha,  xalqa  və  behiştə  yaxındır.  Xəsis  şəxs  isə 
Allahdan, xalqdan və behiştdən uzaqdır».  
HƏRİSLİK 
Ehtiyacdan artıq olan var-dövlətə meyl insanın fikrini 
dolaşıq salır, onu ilahi əhkam və əxlaqdan, insanlıqdan 
uzaqlaşdırır. Xalqın malına və haqqına göz dikən insan 
harama, qarətə və günaha düçar olur. 
Allahı,  qiyaməti  düşünmək,  Allahın  əzabından 
qorxmaq,  əxlaq  məsələlərinə  riayət  etmək,  insanların 
hüququnu  pozmamaq  insanı  hərislikdən  və  həddi 
aşmaqdan qoruyur. Əgər Allah-Taala insan üçün kamil 
bir  süfrə  sərmişsə  qazanc  üçün  müxtəlif  yollar 
qoyulmuşsa və insan qismətindəki son tikəni yeməmiş 
                                                 
117
 «Biharul-ənvar», 70-ci cild, səh-302. 
118
 «Biharul-ənvar», 70-ci cild, səh-301. 
119
 «Biharul-ənvar», 70-ci cild, səh-300. 
120
 «Kafi», 4-cü cild, səh-45. 


 
113 
dünyadan  getmirsə  hərislik  nəyə  lazımdır?!  İslam 
Peyğəmbəri  (s)  buyurur:  «Ən  ehtiyacsız  şəxs  o  şəxsdir 
ki,  tamaha  əsir  olmasın».
121
 Həzrət  Peyğəmbər  (s) 
Həzrət Əliyə (ə) vəsiyyətində buyurur: «Ya Əli, səni üç 
ən  çirkin  xüsusiyyətdən  çəkinməyə  çağırıram:  paxıllıq, 
hərislik və yalan.
122
  
İmam  Sadiq  (ə)  buyurur:  «Nuh  gəmidən  düşdüyü 
zaman  İblis  ona  yaxınlaşıb  dedi:  «Yer  üzündə 
boynumda  sənin  qədər  minnəti  olan  insan  yoxdur. 
Günahkarlara əzab istəməyinlə məni rahatlığa çıxardın. 
Səni  iki  xüsusiyyətdən  xəbərdar  edirəm.  Həsəddən 
çəkin, gör başıma nələr gətirdi! Hərislikdən uzaq ol, gör 
Adəmin başına nələr gətirdi».
123
  
İslam Peyğəmbəri (s) buyurur: «Həris şəxs yeddi çətin 
bəla içindədir: bədəninə zərərli və faydasız fikir; sonsuz 
qəm-qüssə; yalnız ölümlə sona çatan əziyyət; nə vaxtsa 
düçar  olacağı  qorxu;  şirini  acıya  döndərən  kədər;  İlahi 
əzaba  düçar  edən  hesab  (əfv  olunmazsa);  xilas  yolu 
olmayan əzab».  
TAMAH 
Xalqın  əlində  olana  məhəbbət  tamahkarlıqdır.  İmam 
Səccad 
(ə) 
buyurur: 
«Bütün 
xeyirləri 
xalqın 
sərvətindən, malından, məqamından tamahı kəsməkdə 
gördüm».
124
 İmam  Sadiqdən  (ə)  soruşdular  ki  bəndəni 
imanlı edən və onun imanını əlindən alan nədir? İmam 
                                                 
121
 «Əmaliye-Səduq», səh-20. 
122
 «Biharul-ənvar», 70-ci cild, səh-162. 
123
 «Biharul-ənvar», 70-ci cild, səh-163. 
124
 «Biharul-ənvar», 70-ci cild, səh-171. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə