Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə29/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   25   26   27   28   29   30   31   32   ...   81

 
118 
namaz  var-dövlətdən,  ailə-övladdan,  bir  sözlə  bütün 
dünya  işlərindən  üstündür.  Namaz  qılmayan  kafirdir 
və  öləndən  sonra  yəhudilər  cərgəsində  durar.  Namazı 
yüngül sayan şəxs Allahı və onun rəsulunu inkar edir. 
Eləcə  də  namazı  qaydasınca  qılmamaq  duanın  qəbul 
olmasına maneçilik törədir. 
YAXŞILIQ VƏ SƏDƏQƏNİN TƏRKİ 
Xalqa  ehsan,  ehtiyaclılara  sədəqə  vermək  Allahın 
razılığına,  Onun  rəhmətinə  duanın  qəbuluna  nail 
olmaq  üçün  əsas  səbəblərdəndir.  İslam  Peyğəmbəri  (s) 
buyurur: 
«Sədəqə 
insandan 
yetmiş 
bəlanı 
uzaqlaşdırar...».
136
 «Sədəqə verin, xəstəliklərinizi sədəqə 
vasitəsi  ilə  sağaldın.  Şübhəsiz  ki,  sədəqə  narahatlıqları 
aradan  qaldırar,  xəstəlikləri  dəf  edər,  ömrü  və 
yaxşılıqlarınızı artırar».
137
 
SƏDƏQƏ HAQQINDA DASTAN 
Musa qövmündən olan Abod adlı bir saleh şəxs otuz 
il  dua  edib  Allahdan  övlad  istəsə  də  duası  qəbul 
olmurdu.  O,  bəni-İsrail  peyğəmbərlərindən  birinin 
yanına  gedib  dua  istədi.  Peyğəmbər  ona  dua  etdikdən 
sonra  dedi:  «Ey  Abod,  sənin  haqqındakı  duam  qəbul 
oldu və sənə tezliklə bir övlad əta ediləcək. Amma ilahi 
qəzavü-qədərdən  həmin  övlad  toy  gecəsi  dünyasını 
dəyişəcək!» 
Abod  evə  gəlib  əhvalatı  arvadına  danışdı.  Arvadı 
«hər  halda,  Allahın  qəzavü-qədəri  ilə  razılaşmalıyıq», 
                                                 
136
 «Kənzül-əmmal», 15982. 
137
 «Kənzül-əmmal», 16113. 


 
119 
dedi.  Abod  dedi:  «Hər  ikimiz  qocalmışıq.  Olsun  ki, 
övladımız  yetkinlik  yaşına  çatanadək  dünyamızı 
dəyişək və onun fərağını görməyək». 
Doqquz aydan sonra Abodə gözəl bir oğlan uşağı əta 
edildi.  Bu  uşağın  böyüməsi  və  tərbiyəsi  üçün  qocalar 
çox əziyyət çəkdilər. Nəhayət, oğlan ata-anasından ailə 
qurmaq üçün icazə istədi. Ata-ana övlada xatir bu işi nə 
qədər  yubatdılarsa  da,  axırı  ki,  bir  gün  toy  mərasimi 
quruldu.  Toy  gecəsi  bəla  saatını  gözləməyə  başladılar. 
Bəy  və  gəlin  bu  gecəni  salamatlıqla  başa  vurdular.  Bir 
həftə  ötdü.  Ata-ana  sevinc 
içərisində  dövrün 
peyğəmbərinin  yanına  gəldilər  və  dedilər:  «Dua  edib 
bizim  üçün  övlad  istədin  və  dedin  ki,  toy  gecəsi  ölüm 
onu haqlayacaq. Amma bir həftə ötüb, oğlumuz isə sağ-
salamatdır».  Peyğəmbər  (ə)  dedi:  «Təəccüblüdür!  Mən 
o  sözləri  özümdən  deməmişdim,  Allahdan  ilham 
edilmişdi.  Görəsən,  oğlunuzun  hansı  əməli  bu  qəzanı 
ondan sovuşdurub?» Bu vaxt Cəbrail-Əmin gəlib dedi: 
«Allah  salam  göndərib  deyir:  Qəza  sənin  dilinə 
gətirdiyim  sözlər  idi.  Amma  o  gənc  elə  bir  xeyir  iş 
gördü ki, hökmünü ləğv etdim, başqa bir hökm verdim. 
Həmin  gənc  toy  gecəsi  yeməyə  məşğul  olduğu  vaxt 
möhtac  bir  qoca  gəlib  yemək  istədi.  Gənc  öz  yeməyini 
qocaya  verdi.  Qoca  yeməyi  yeyib  belə  dua  etdi: 
«Pərvərdigara!  Onun  ömrünü  artır!»  Mən  bu  duaya 
görə  həmin  gəncin  ömrünü  səksən  il  artırdım.  Dünya 
əhli bilsin ki, mənimlə müamilədə kimsə zərər görməz 
və kimsənin mükafatı batmaz».
138
 
                                                 
138
 «Əs-sittinil-came», səh-44. 


 
120 
SÖYÜŞ SÖYMƏK VƏ BİABIRÇI SÖZLƏR 
DANIŞMAQ 
Dil  haqq  və  müsbət  sözlər  danışıb  xalqı  doğru  yola 
yönəltməklə  böyük  savab  qazana  bildiyi  kimi, 
məntiqsiz  və  çirkin  sözlər  danışıb  qeybət  və  böhtana 
yol  verməklə,  əbədi  əzaba  düçar  ola  bilər.  Din 
böyükləri deyirlər: «Dil kiçik günahı isə böyükdür». 
Həzrət  Peyğəmbər  (s)  buyurur:  «Şübhəsiz  ki,  insanın 
bir  çox  xataları  onun  dilindədir».
139
 İmam  Sadiq  (ə) 
buyurmuşdur: 
«İnsanın 
işində 
şeytanın 
iştirak 
əlamətləri 
bunlardır: 
Söyüş 
söyən 
olsun, 
nə 
danışmaqdan  və  onun  haqqında  nə  danışılacağından 
qorxmasın».
140
 «Söyüş  söymək  batildir,  batil  isə 
atəşdədir.»
141
  
Bir  sıra  rəvayətlərdə  belə  nəql  olunur:  «Müsəlman 
qardaşına  söyüş  söyən  şəxsin  ruzisindən  bərəkət 
götürülər, o özbaşına buraxılar, yaşayış vasitələri məhv 
olar».
142
  
 
«Allahumməğfirliyəz-zunubəl-ləti tunzilul bəla» 
(«Pərvərdigara, bəla nazil edən günahlarımı bağışla») 
 
Üç günah insana bəla nazil edər: 
1. Qəlbisınıq insanın fəryadına diqqətsizlik; 
2. Məzluma kömək etməmək; 
                                                 
139
 «Kənzül-əmmal», 3-cü cild, səh-549. 
140
 «Kafi», 2-ci cild, səh-323. 
141
 «Kafi», 2-ci cild, səh-325. 
142
 «Kafi», 2-ci cild, səh-225. 


 
121 
3. Əmr be mə’ruf və nəhy əz munkərin, yə’ni yaxşıya 
də’vət və pisdən çəkindirmənin tərki. 
QƏLBİSINIQ İNSANIN ÇAĞIRIŞINA 
DİQQƏTSİZLİK 
Maddi ziyana düşmüş, əzizlərindən birini itirmiş, hər 
hansı  bir  müsibətə  düçar  olmuş  insanın  fəryadına  səs 
vermək istəyi fitri bir xüsusiyyətdir. Qəlbisınıq insanın 
səsinə 
səs 
verməmək 
müsəlmanlığa, 
insanlığa 
sığmayan bir işdir. 
 
Şərik deyilsənsə özgə qəminə 
Heç ümid bağlama vüsal dəminə. 
 
İslam 
Peyğəmbəri 
(s) 
buyurur: 
«Hər 
kəs 
müsəlmanların 
işinə 
yarımadan 
sübhü 
açarsa, 
müsəlman  deyil».
143
 Öz  din  qardaşına  yardım  və  onun 
fəryadına  çatmaq  Allah  əmri,  Peyğəmbər  (s)  və 
imamların (ə) sifarişidir. 
İmam  Sadiq  (ə)  buyurur:  «Allah  mö’minin  qəm-
qüssəsini  aradan  qaldıran  kəsin  axirət  qəm-qüssəsini 
aradan  qaldırar.  ...  Mö’minin  aclığını  doyuran  kəsə 
Allah  behişt  meyvəsi  yedirər.  Mö’minin  susuzluğunu 
şərbətlə  yatıran  kəsin  susuzluğunu  Allah  «rəhiqi 
məxtum» ilə yatırar».
144
  
İmam  (ə)  başqa  bir  hədisdə  belə  buyurur:  «Hər  kəs 
çətinlik  zamanı  mö’min  qardaşının  fəryadına  çatıb, 
onun  qüssəsini  aradan  qaldırsa  və  ona  istəyinə 
                                                 
143
 «Kafi», 2-ci cild, səh-163. 
144
 «Kafi», 2-ci cild, səh-199. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə