Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə32/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   28   29   30   31   32   33   34   35   ...   81

 
130 
Düşər tamah atından,  
Gedər üzü mə’şuqa. 
Cilovu buraxansa 
Uçar başı aşağa 
Bu dünya öz quluna 
Çətin yandıra ürək. 
Ölümə sürünən qul 
Özü qurtulsun gərək. 
Tamahına «sus» deyən 
Çatdı mənzil başına. 
Qənaəti seçənlər 
Otdu elçi daşına. 
 
QUR’AN 
Allah-Taala 
müxtəlif 
ayələrdə 
Qur’anı 
«zikr» 
adlandırır:  «Şübhəsiz  ki,  zikri  (Qur’anı)  Biz  nazil 
etdik  və  Biz  də  onu  hifz  edəcəyik».
157
 Qur’ani-Kərim 
öz  maarif,  əhkam  və  göstərişləri  vasitəsi  ilə  insanın 
dünya  və  axirət  səadətini  tə’min  edir.  Qur’an  həyat 
kitabıdır  və  insanın  hidayət  nöqteyi-nəzərindən 
ehtiyaclı  olduğu  bütün  məsələlər  bu  İlahi  Kitabda 
işıqlandırılmışdır.  Qur’an  insanı  ən  e’tibarlı  yola 
yönəldir  və  İlahi  ayələrə  əməl  edənləri  böyük 
mükafatla  müjdələyir.  Qur’ana  dərin  diqqət,  onun 
ayələri 
haqqında 
düşüncə 
cəhalət 
xəstəliyinin 
dərmanıdır. 
Qur’anın  göstərişlərinə  əsasən,  yaxşıya  əməl  edib, 
pisdən  çəkinmək  Allaha  yaxınlığın  səbəbidir.  Qur’ana 
                                                 
157
 «Hicr» surəsi, ayə 9. 


 
131 
əməl  edən  insan  gözəlliklərlə  bəzənir,  çirkinliklərdən 
paklanır.  Keçmişə  aid  biliklər  və  gələcəyə  aid 
xəbərdarlıqlar  dərdlərin  dərmanı  və  ictimai  nizamın 
əsasıdır.  Həzrət  Peyğəmbər  (s)  Qur’an  vasitəsi  ilə  ən 
alçaq  kütləni  ən  üstün  cəmiyyət  məqamına  qaldırdı. 
Cahil ərəb və azğın əcəm cəhənnəmdən qurtulub əbədi 
səadətə üz tutdu. 
İslam Peyğəmbəri (s) buyurur: «Fitnələr qaranlıq gecə 
tək sizə çətinlik yaratdığı vaxt Qur’ana üz tutun. Çünki 
Qur’an, şəfaəti qəbul olunan şəfaətçidir. Şikayəti qəbul 
olunan  şikayətçi  də  Qur’andır.  Qur’an  onu  özünə 
rəhbər  tutanı  behiştə  ona  arxa  çevirəni  cəhənnəmə 
aparar».
158
 İmam  Səccad  (ə)  buyurur:  «Şərq  və  qərb 
arasında olan bütün insanlar ölərlərsə Qur’an mənimlə 
olsa  (tənhalıqdan)  qorxmaram».
159
 Bəli,  tövhid  ayələri 
vücuduna  hopmuş,  Allahı  bəsirət  gözü  ilə  müşahidə 
etmiş,  əzəli  və  əbədi  məhbubu  ilə  ünsiyyət  bağlamış, 
əxlaq  ayələri  daxilini  işıqlandırmış  İmam  Səccad  (ə) 
üçün  tənhalığın  nə  qorxusu?!  O  Həzrət  (ə)  buyurur: 
«Qur’an  ayələrində  xəzinələr  var.  Bu  xəzinələr  açıldığı 
zaman  orada  olanları  düşüncə  ilə  nəzərdən  keçirmək 
yaxşıdır».
160
 
Qur’an  ayələrini  düşünən,  bu  ayələrin  ilahi 
mə’nalarını  anlayan  və  əməl  edən,  zahirini  və  batinini 
Qur’anla  tənzimləyən,  mə’buduna  doğru  hərəkət  edən 
insan  qəlb  gözü  ilə  Onun  camalının  tamaşasından 
doymur. 
                                                 
158
 «Kafi», 2-ci cild, səh-598. 
159
 Həmən mənbə, səh-602. 
160
 Həmən mənbə, səh-609. 


 
132 
 
 
Bəsirət gözündə olarsa işıq 
Haqqın camalını bilər yaraşıq. 
Taleh gülsə sənə salsa bir nəzər 
Bu nəzər saralmış ömrünü bəzər. 
Ondan gözlərini qaçırsan əgər 
Labüddür olasan bir dəli kafər. 
Onun qəzəbindən bal zəhər dadar,  
Rəhmiylə hənzəl də şirinlik tapar. (Hənzəl-
acı meyvə) 
Bu odlu sinədən ucala fəryad 
O qadir mə’buddan istəyə imdad. 
İnan ki, sübh səhər edilən dua 
Sözsüz ki, tezliklə qılacaq dəva. 
Qəflət bəlasından  qurtula bilməz 
Həqiqət haqqında düşünməyən kəs. 
Qəflət bir bəladır tiyəsi qanlı, 
Xilas olar yalnız doğru imanlı. 
PEYĞƏMBƏR (S) VƏ ƏHLİ-BEYT (Ə) 
İmam Baqir (ə) «Doğrudan da, namaz insanı çirkin və 
pis işlərdən uzaqlaşdırar. Allahın zikri daha böyükdür» 
ayəsinin  haqqında  buyurur:  «Bizik  Allahın  zikri  və 
bizik böyük».
161
 
Sözsüz  ki,  «zikr»  dedikdə  peyğəmbər  və  on  iki 
mə’sum  imam  nəzərdə  tutulur.  Bu  imamlar  Həzrət 
Peyğəmbərin  (s)  iman,  əxlaq,  elm,  agahlıq  və  bəsirət 
varisləridir.  Məhz  bu  ilahi  şəxsiyyətlər  Qur’anı  təfsir 
                                                 
161
 «Kafi», 2-ci cild, səh-598. 


 
133 
etmiş,  hökmləri  çatdırmış,  cəmiyyətdə  dini  və  haqqı 
qorumuşlar.  On  iki  mə’sum  imam  həqiqi  Qur’an 
nümunəsi,  hidayət  çırağı,  insanları  həqiqi  səadətə 
yönəldən 
rəhbər, 
dünya 
və 
axirət 
xeyrinin 
tə’limatçısıdırlar. Onlar həqiqətləri xatırladır, hadisələri 
işıqlandırır,  elm  və  ürfan  xəzinələrini  açırlar.  Bu 
səbəbdən də onlar «danışan Qur’an» adlandırılırlar. 
Onların  rəhbərliyini  qəbul  etmədən,  onların  elminə 
inanmadan,  onların  göstərişlərinə  tabe  olmadan, 
onların vilayət dairəsində durmadan kamil iman, əxlaq 
və  əmələ  çatmaq,  cəhənnəm  əzabından  qurtulmaq 
mümkün deyildir. 
İslam  peyğəmbəri  (s)  ömrünün  son  anlarında  öz 
ümmətinə  belə  e’lan  edir:  «Mən  sizin  aranızda  iki 
qiymətli  şey  qoyuram:  Qur’an  və  Əhli-beytim.  Bu  iki 
şey mənə çatanadək bir-birindən ayrılmaz. Nə qədər ki, 
bu  iki  şeydən  ayrılmamısınız,  heç  vaxt  yolunuzu 
azmayacaqsınız». (Bütün şiə və sünni mənbələri). 
 
Rəhmət dəryasının dürrü imamət, 
Sevgi dolu qəlbin sirri imamət. 
İmamətdir həqiqətə yol açan, 
İmamətdir qaranlığa nur saçan. 
Bu rəhbərlik Allah əmrinə bağlı, 
Hər kəlməsi haqq-ədalət soraqlı. 
Həqiqəti axtaranın çırağı, 
Zülm önündə vuruşanın yarağı. 
Xalqın Xaliqinə səfərdə gücü, 
Hər doğru yolçunun bir ehtiyacı. 
Doğru yolçu imama ehtiyaclı, 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə