Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə33/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   29   30   31   32   33   34   35   36   ...   81

 
134 
On ikidən birinci Əli adlı. 
Əli «Allah şiri», vilayət şahı, 
Qaranlıq dünyanın nurlu sabahı. 
Əli nə vardırsa sirrinə vaqif, 
Döyüşdə kəsərli, həyatda lətif. 
İman üfüqündə doğan bir günəş, 
Haqqı sevər, ayırmaz əcəm, həbəş 
Namaz üstə var sədəqə verməyi, 
Ən sadədə ən ucanı görməyi. 
Bir sultandır çarıqları yamaqlı, 
Gecə ruzi payla üzü duvaqlı. 
Peyğəmbərin canişini, vəsisi, 
Məzlumların haqqa ucalan səsi. 
Dünyada doğru söz itərdi tamam, 
Olmasaydı on bir övladı imam. 
 
Qəlbi  çirkinliklərdən  təmizləmək,  ilahi  ad  və  sifətləri 
anlamaq,  bu  böyük  həqiqətləri  şeytansifətlərdən 
qorumaq,  addım-addım  Ona  yaxınlaşmaq,  bir  an  belə 
qəflətdə  qalmamaq,  vacib  ibadətləri  yerinə  yetirmək, 
Allahın  razılığı  xatirinə  xalqa  xidmət  göstərməyin  hər 
biri «zikrdir». 
Dünyapərəstlik  toz-torpağından  təmizlənmiş  hal  əhli 
olan  bir  qrup  arif  «zikr»  kəlməsinin  batini  mə’nalarını 
əsas 
götürürlər. 
Onlar 
Qur’an 
ayələrinin 
cilvələndirilməsini,  Peyğəmbər  (s)  və  Əhli-beyt  (ə) 
buyruqlarının  həyata  keçməsini  «zikr»  nümunəsi 
saymışlar.  Bəli,  həqiqətə  yalnız  hal  əhlinin  nəzərdə 
tutduğu gerçək zikr vasitəsi ilə yaxınlaşmaq olar. Könül 
mülkümüzə  Allahın  zikrini  hakim  edək,  Qur’an 


 
135 
göstərişlərini  yerinə  yetirək,  bütün  vücudumuzla 
peyğəmbər  və  imamların  göstərişlərinə  tabe  olaq. 
Yalnız  bu  yolla  yaxın  bəndələrdən,  ibadətin  şirinliyini 
duyanlardan,  səadətə  çatanlardan  ola  bilərik.  Könül 
mülkü  Allahın  ad  və  sifətlərinə  tapındığı,  bu  mə’nalar 
bütün  əzalar  və  ruha  süzüldüyü,  qəlb  mə’rifət  ətrinə 
büründüyü, vücud Allah eşqinə əsir olduğu vaxt insan 
Allahla yaxınlığın şirinliyini duyur. Bu məqama çatmış 
insan  şeytanın  hiylələrindən  amandadır.  Onu  kimsə 
Allahdan  döndərə  bilməz  və  o,  Allahdan  qeyrisini 
tanımaz, görməz, istəməz və tapmaz. 
Ariflər həlqəsinin başı, pəhrizkarların imamı, pakların 
rəhbəri,  aşiq  könüllərin  şamı,  kamil  insanların  iqtida 
etdiyi ilahi insan bütün vücudu ilə bu sözləri tərənnüm 
edirdi:  «Hər  bir  şeydən  əvvəl,  hər  bir  şeylə  yanaşı  və 
hər bir şeydən sonra yalnız Allahı gördüm». 
Mə’rifət  və  bəsirət  qoynunda  tərbiyə  olunmuş  imam 
Hüseyn  (ə)  aclıq  və  susuzluğun  son  həddində  bütün 
müsibətlərin  onu  mühasirəyə  aldığı  vaxt,  tikə-tikə 
doğranmış  yetmiş  bir  şəhidin  arasında,  Əhli-beyt  (ə) 
xanımlarının  dözülməz  nalələrini  eşidən  halda  qanlı 
çöhrəsini  Allah  hüzurunda  torpağa  qoyub  deyir: 
«Pərvərdigara,  Sənin  qəzandan  xoşhal  və  razıyam, 
imtahan  və  bəlana  səbirliyəm,  göstərişlərinə  təsliməm. 
Mənim üçün Səndən başqa bir mə’bud yoxdur.» 
 
Ya Rəbb, bilirsənmi, nədir istəyim? 
Anlamışam yalnız Sənsən gərəyim. 
Sənsiz yoxdur əldə səbrim, qərarım, 
Əgər üz döndərsən, yanar məzarım. 


 
136 
Bu könüldə başqa mə’şuqa yer yox, 
Ötən zamanlarda aldanmışam çox. 
Yuxum xəyalınla çıxsa da ərşə’ 
Səninləyəm, qəlbə min bir xal düşə. 
Bu bülbül bir gülün ətrinə müştaq, 
Unutmaz eşqini düşsə də iraq. 
Çalsa da cismini acı tikanlar 
Bilir ki, qarşıda şirin vüsal var. 
Ümidsiz şeytandır, ümidvaram mən 
Bu qəlb qurtulacaq nə vaxtsa qəmdən. 
 
«Və əstəşfiu bikə ila nəfsikə» 
(«Səni  günah  və  cəza  bəndindən  qurtulmaq  üçün 
özümə şəfaətçi qərar verirəm») 
 
Duanın bu hissəsi bir neçə həqiqəti göstərir: 
Əvvəla,  dua  edən  şəxs  bütün  səbəb  və  vasitələrdən 
ayrılıb Həzrət Haqqa üz tutmuşdur. Allahdan qeyriləri 
səhnədən 
çıxmış 
və 
ümid 
yeganə 
mə’buda 
bağlanmışdır.  Şəfaətçi  elə  bir  kəs  olmalıdır  ki,  şəfaəti 
qəbul olsun. Allahın şəfaətinə isə heç bir şübhə yoxdur. 
Bütün  bunları  anlayan  insan  günahlarının  bəlasından 
qurtulmaq üçün Allahı şəfaətçi seçir. 
İkincisi, insan özünü o qədər günahkar, üsyankar bilir 
ki, Allahdan qeyrisinin şəfaətində heç bir tə’sir görmür. 
Bəli,  yalnız  Allah  şəfaət  verərsə  bu  ağır  bəlalardan 
qurtulmaq olar. Elə bu səbəbdən də dua edən şəxs ağlar 
qəlb və göz yaşları, tam təvazö’ ilə pərişan halda əl açıb 
deyir: «və əstəşfiu bikə ila nəfsikə». 


 
137 
ŞƏFAƏTİN MƏ’NASI 
Mə’rifət  əhlinin  fikrincə  şəfaət  güclünün  zəifə 
yardımından  ibarətdir.  Bu  zəif  insan  mə’rifət,  iman, 
saleh  əməl,  gözəl  əxlaqdan  məhrum  deyil.  Onun 
zəifliyinin  səbəbi  yol  verdiyi  günahlardır.  Bu  günah 
iman nurunu söndürən günah yox, mə’nəvi yüksəlişdə 
süstlük  yaradan  və  behişt  yolunda  maneə  olan 
günahdır.  Allah-Taala  öz  lütf  və  mərhəmətinə  xatir 
şəfaəti  qərar  vermişdir.  Yalnız  qüdrətli  şəfaətçinin 
sayəsində  günahkar  mö’min  günah  əsarətindən 
qurtulub,  kamillik  yolunda  addım  atır,  günahların 
cəzasından xilas olur. 
Demək,  qiyamətdə  şəfaət  kafirlərə  müşriklərə 
münafiqlərə  imandan  üz  döndərənlərə  şamil  edilmir. 
«Muddəssir»  surəsinin  38-48-ci  ayələrində  oxuyuruq: 
«Hər  kəs  öz  əməlinin  girovudur;  sağ  tərəf  sahibləri 
istisna  olmaqla;  onlar  cənnətdədirlər,  bir-birindən 
soruşacaqlar;  günahkarlar  barəsində;  sizi  cəhənnəmə 
salan  nədir;  onlar  deyəcəklər:  Biz  namaz  qılanlardan 
deyildik; yoxsulu da yedirtməzdik; batilə uyanlarla biz 
də  uyardıq;  haqq-hesab  gününü  yalan  sayardıq;  ölüm 
bizi  haqlayana  qədər;  şəfaət  edənlərin  şəfaəti  onlara 
fayda verməz». 
Şəfaət  güclünün  mə’nəviyyatdan  məhrum  olmamış 
zəifə  yardımıdır  və  qiyamətin  son  mərhələsində 
gerçəkləşər.  Şəfaətin  tə’siri  şəfaətçinin  məqamından  və 
günahkarın ləyaqətindən asılıdır.
162
  
                                                 
162
 «Tərcümeye-Əlmizan», 1-ci cild, səh-231. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə