122
çatmaqda yardımçı olsa, Allah onun üçün 72-rəhmət
yazar ki, birini dünya işlərinin həllinə ayırıb, 71-ni
qiyamət qorxusu üçün ehtiyat saxlasın».
145
MƏZLUMA KÖMƏKDƏN ÇƏKİNMƏ
Məzluma yardım, ona kömək əli uzatmaq İslam
dinində o qədər əhəmiyyətli iş hesab olunur ki, Həzrət
Əli (ə) ramazan ayının 21-ci gecəsi, ömrünün son
dəqiqələrində övladları Həsənə (ə) və Hüseynə (ə)
vəsiyyətində buyurur: «Zalıma düşmən, məzluma
yardımçı olun».
146
Bəli, bu sözlər zülm və məzlum
qarşısında mö’minin ən gözəl şüarıdır.
İslam Peyğəmbəri (s) buyurur: «Hər kəs zalımdan
məzlumun haqqını alsa, behiştdə mənə yoldaşdır».
147
Həzrət Əli (ə) buyurur: «Məzlum görəndə zalıma qarşı
ona kömək et».
148
«Ən gözəl ədalət məzluma yardım
göstərməkdir».
149
İmam Sadiq (ə) buyurur: «Mö’minin zülmə düşmüş
mö’minə yardımı bir ayın orucu, Məscidül-həramda
e’tikafdan üstündür. Yardım etməyə qüvvəsi çatan
mö’min öz mö’min qardaşına yardımçı olarsa, dünya
və axirətdə Allah ona yardımçı olar. Gücü çatdığı halda
mö’minə yardım etməyi boşlayanı Allah dünya və
axirətdə boşlayar».
150
145
«Kafi», 2-ci cild, səh-199.
146
«Nəhcül-bəlağə» səh-421.
147
«Biharul-ənvar», 72-ci cild, səh-359.
148
«Ğürərul-hikəm», səh-450.
149
«Ğürərul-hikəm», səh-446.
150
«Səvabul-əmmal», səh-147.
123
İslam
Peyğəmbəri
(s)
buyurur:
Allah-Taala
buyurmuşdur: «And olsun izzət və cəlalıma, dünya və
axirətdə zalımdan hökmən intiqam alaram. Məzlumu
görüb, gücü çatdığı halda ona yardım etməyəndən də
intiqam alacağam».
151
ƏMR BE MƏ’RUF VƏ NƏHY ƏZ MÜNKƏRİN
TƏRKİ
Qeyd etdik ki, «əmr be mə’ruf və nəhy əz münkər»
«yaxşıya də’vət və pisdən çəkindirmək»dir. Bu iki
göstəriş dinin vacib buyruqlarındandır. Zəruri şəraitdə
özü pak və uyğun hökmlərdən xəbərdar olan insan
üçün bu vəzifələr vacibdir. Vacib olduğu halda bu iki
vəzifəni tərk etmək böyük günahdır və əzabı vardır.
Bütün peyğəmbərlər dinin əsasını təşkil edən bu iki
əmri yerinə yetirmək üçün göndərilmişlər. Bu əmrlər
pozularsa, elm və elmə əməl etmək məhv olar, din
aradan qalxar, azğınlıq ayaq tutub yeriyər, nadanlıq baş
qaldırar, xalq arasında fəsad yayılar, şəhərlər xaraba
qalar, insanlar uçuruma yuvarlanarlar.
«Ali-İmran» surəsinin 104-cü ayəsində buyurulur:
«İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr
edən və pis əməlləri qadağan edən bir camaat olsun.
Bunlar, həqiqətən, nicat tapmış şəxslərdir». «Tövbə»
surəsinin 71-ci ayəsində oxuyuruq: «Mö’min kişilərlə
mö’min qadınlar bir-birlərinin vəlisidirlər. Onlar
yaxşı işlər görməyi əmr edər, pis işləri yasaqlayar,
namaz qılıb zəkat verər, Allaha və Onun rəsuluna
itaət edərlər».
151
«Kənzul-əmmal», 7641.
124
İslam Peyğəmbəri (s) buyurur: «Siz yaxşı işləri əmr,
pis işləri qadağan etməlisiniz. Əks təqdirdə Allah
pislərinizi (şər adamlarınızı) sizə qalib edər. Əgər belə
olarsa, yaxşılarınız dua edər, amma duaları qəbul
olmaz».
152
Həzrət (s) başqa bir rəvayətdə buyurur: «Xalqın
gediş-gəliş yolunda oturmaqdan çəkinin». Ərz edilir ki,
«bu, bizim söhbət yerimizdir, çarə nədir?» Həzrət (s)
buyurur: «Onda yolun haqqına, qayda-qanuna əməl
edin ... Naməhrəmə baxmayın, xalqa əziyyət etməkdən
çəkinin, salama cavab verin, yaxşını əmr və pisi
qadağan edin».
153
«Yaxşını əmr və pisi qadağan etmək,
Allahı zikr etməkdən savayı bütün danışıqlar insanın
zərərinədir».
154
İmam Baqir (ə) buyurur: Allah Şüeyb peyğəmbərə
belə vəhy etdi: «Sənin qövmündən yüz min nəfərə əzab
edərəm. Onların qırx mini şər, altmış mini yaxşı insan
olar». Şüeyb ərz edir ki, bəs yaxşılara nə üçün? Allah
buyurur: «Yaxşılar pislərə əl tutub onları pislikdən
çəkindirmədilər, onlara e’tiraz etmədilər, mənim
qəzəbimə xatir onlara qəzəblənmədilər».
155
Həzrət Peyğəmbərdən (s) soruşdular ki, «İslamda ən
yaxşı iş nədir?» Həzrət (s) buyurdu: «Allaha iman».
«Sonra nədir»-deyə soruşdular. Buyurdu ki, «sileyi-
rəhm.» Dedilər: «Bəs sonra?» Həzrət (s) buyurdu:
«Yaxşını əmr və pisi qadağan etmək». Allahın qəzəbinə
152
«Məhəccətul-bəyza», 4-cü cild, səh-99.
153
«Məhəccətul-bəyza», 4-cü cild, səh-99.
154
Həmən mənbə, səh-100.
155
«Kafi», 5-ci cild, səh-55.
125
səbəb olan əməl haqqında soruşdular. Buyurdu:
«Allaha şərik qoşmaq». Dedilər ki, bəs sonra? Buyurdu:
«Sileyi-rəhimi kəsmək». Dedilər ki, sonra? Buyurdu:
«Pis işə əmr və yaxşı işə qadağa.»
156
«Allahumməğfirli kullə zənbin əznəbtuhu və kullə
xətiətin əxtə’tuha»
(«Pərvərdigara, batdığım günahları və yol verdiyim
xətaları bağışla»)
İnsanın qəlbinə iz salmamış, sadəcə onu bə’zən səhvə
düçar edən günahlar «zənb» adlanır. Amma qəlbdə iz
qoymuş, xasiyyətə çevrilmiş, insanı hər yerdə və hər
vaxt özünə cəzb edən günaha «xətiə» deyilir.
İnsan Allah və bəndə arasında hörmət pərdəsini
yırtan, əzaba düçar edən, ne’mətləri dəyişən, duanın
qarşısını alan günahlarından tövbə etdikdən sonra
Allaha belə ərz edir: «Allahım, istər kiçik, istər böyük,
bilərəkdən və ya səhvən yol verdiyim, istər uşaqlıqda,
istərsə cavanlıqda baş vermiş, istər gizlin, istər aşkar
günahlarımı və xətalarımı bağışla. Çünki səndən başqa
bu günahları və xətaları bağışlaya biləcək kəs yoxdur.»
Qur’ani-Kərimin «Zumər» surəsinin 53-cü ayəsində
Allah-Taala buyurur: «Allahın rəhmətindən naümid
olmayın. Heç şübhəsiz, Allah-Taala bütün günahları
bağışlayar. O çox bağışlayan və həmişə mehribandır».
Ya Rəbb, bədnam oldum min bir günahla,
Günlərim ötüşür fəryadla, ahla.
156
«Kafi», 58-5.
Dostları ilə paylaş: |