174
gecədən üstündür».
239
«Gecə yarı xəlvətdə Allahla
münacata duran bəndənin qəlbində Allah öz nurunu
sabit edər».
240
«Qiyamət günü bir bəndənin oda
çəkilməsi əmri olunduğu vaxt mö’min kişilər və
qadınlar deyərlər ki, Pərvərdigara, o daim bizim üçün
dua edib, xilası üçün şəfaətimizi qəbul et. Allah onların
şəfaətini qəbul edib, həmin şəxsə nicat verər».
241
«Agah
olun ki, Qur’anı öyrənən, başqalarına öyrədən, ona
əməl edən şəxsi behiştə doğru çəkib, ona cənnətin
yolunu göstərəcəyəm».
242
Həzrət Əli (ə) buyurur: «Gündəlik ibadət bədəni
sağlam edir, Allahı razı salır və peyğəmbər əxlaqına
çatdırır».
243
BEHİŞT
Allah yanında olan, mə’rifət və iman əhlinin rəğbət
göstərdiyi həqiqətlərdən biri behiştdir. Allah-Taala
Qur’ani-Kərimdə bütün bəndələrini bu əbədi məkana
də’vət edir və bildirir ki, behiştə çatmağın yolu iman,
saleh əməl, təqva və halal-haramı gözləməkdir.
«Rəbbinizin məğfirətinə və müttəqilər üçün
hazırlanmış, genişliyi göylər və yer qədər olan
cənnətə tələsin».
244
«Rəbbinizin tərəfindən bağışlanmağa, Allaha və
Onun Peyğəmbərinə (s) iman gətirənlər üçün
239
«Təfsire-Muin», səh-193.
240
«Mustədrəkul-vəsail», 5-ci cild, səh-207.
241
«Kafi», 2-ci cild, səh-507.
242
«Təfsire-Muin», səh-496.
243
«Vəsailüş-şiə», 8-ci cild, səh-150.
244
«Ali-İmran» surəsi, ayə 133.
175
hazırlanmış, göylər və yer qədər geniş olan cənnətə
nail olmaq üçün bir-birinizdən qabağa düşməyə
çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi
mərhəmətdir. Allah çox böyük mərhəmət, kərəm
sahibidir».
245
Ayə və rəvayətlərə görə behişt iman, saleh əməl,
təqva və haramdan uzaqlığın mükafatıdır. Bu
həqiqətlərdən kənar düşüb, küfrə şirkə müxtəlif
günahlara bulaşanlar bu ne’mətdən məhrum olub,
cəhənnəmə
düşərlər.
«Mu’min»
surəsinin
40-cı
ayəsində buyurulur: «Hər kişi və hər qadın mö’min
olaraq bir yaxşılıq etsə cənnətə daxil olub saysız-
hesabsız ruziyə çatar.» «Tövbə» surəsinin 71-72
ayələrində buyurulur: «Mö’min kişilərlə mö’min
qadınlar bir-birlərinə vəli və yardımçıdırlar. Onlar
yaxşı işləri əmr, pis işləri yasaq edər, namaz qılıb zəkt
verərlər, Allaha və peyğəmbərinə tabe olarlar. Əlbəttə
ki, Allah onlara rəhm edəcəkdir. Allah, həqiqətən,
yenilməz qüdrət və hikmət sahibidir; Allah mö’min
kişilərə və qadınlara altından çaylar axan cənnətlər və
Ədn cənnətlərində gözəl məskənlər və’d etmişdir.
Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir
razılıq isə daha böyükdür. Bu, ən böyük qurtuluş və
uğurdur.»
Həzrət Səccad (ə) buyurur: «Bilin ki, behiştə müştaq
olan kəs yaxşılığa tələsib, şəhvəti unutdu. Kim ki,
oddan qorxdu, günahdan tövbə etməklə Allaha doğru
tələsdi və haramlardan üz döndərdi».
246
245
«Hədid» surəsi, ayə 21.
246
«Biharul-ənvar», 75-ci cild, səh-139.
176
Həzrət Əli (ə) buyurur: «Cənnətin qiyməti saleh
əməldir».
247
İmam Baqir (ə) buyurur: «Hər kəs on xüsusiyyətlə
Allahın görüşünə getsə behiştə daxil olar: Allahdan
başqa mə’bud olmadığına şəhadət, Məhəmmədin (s)
peyğəmbər olmasına şəhadət, peyğəmbərin Allah
tərəfindən gətirdiyi Qur’anın təsdiqi, namaz qılmaq,
zəkat ödəmək, ramazan ayı oruc tutmaq, həccə getmək,
Allah dostları ilə dostluq, Allah düşmənləri ilə
düşmənlik, bütün məstedicilərdən uzaqlıq».
248
ALLAHIN RƏHMƏTİ
Qur’ani-Məciddə və Əhli-beyt (ə) buyruqlarında
Allahın rəhməti geniş şəkildə açıqlanmış və insanlar bu
rəhməti qazanmaq üçün iman və saleh əmələ tövbə və
təqvaya də’vət olunmuşlar. «Nisa» surəsinin 175-ci
ayəsində oxuyuruq: «Allah Ona iman gətirən və
Ondan möhkəm yapışan kimsələri öz mərhəmətinə
daxil edər və doğru yola salar». «Ən,am» surəsinin 54-
cü ayəsində oxuyuruq: «Ayələrimizə iman gətirənlər
sənin yanına gəldikləri zaman de: «Salam olsun sizə!
Rəbbiniz özü üçün mərhəməti vacib etmişdir». Bu
surənin 147-ci ayəsində belə buyurulur: «De ki,
Rəbbiniz geniş rəhmət sahibidir». Bu mə’na «Ə’raf»
surəsinin 156-cı ayəsində bir daha təsdiqlənir:
«Rəhmətim hər şeyi əhatə etmişdir».
İlahi rəhmətə çatmaq üçün nəzərdə tutulmuş
göstərişlərə əməl etmədən bu rəhmətə nail olmaq
247
«Ğürərul-hikəm», səh-154.
248
«Xisal», 2-ci cild, səh-432.
177
mümkün deyildir. Həzrət Baqir (ə) buyurur: «Gözəl
qayıdışla ilahi rəhmət və bəxşişə can at və gözəl
qayıdışın gerçəkləşməsi üçün gecənin zülmətində xalis
duadan kömək istə».
249
Bir şəxs Həzrət Peyğəmbərə (s) ərz etdi: «Allahın
rəhmətinə çatmaq istəyirəm». Həzrət (s) buyurdu:
«Özünə və Allahın xalqına rəhm et, Allah sənə rəhm
edəcək».
Ah-naləmə yetməz Səndən özgəsi,
Bir Sənsən bu ağlar könlümün bəsi.
Unutmayıb daim yada salan kim,
Deyilməyən dərdi duya bilən kim?!
Kimdir Səndən başqa bu işə qadir,
Ümidim, pənahım rəhmətindədir.
Bu rəhmət çeşməsi sevgilə dolu,
Nuş edənin eşqdən dəyişir halı.
Bu badədən içmək olsa qismətim,
İbadətin, zikrin olar adətim.
ALLAHIN ƏFVİ
«Əfv» günahı bağışlamaq, nöqsanlara göz yummaq
deməkdir. Allah-Taala bu həqiqəti həqiqi tövbə qılıb,
doğru yola qayıdanlar üçün qərar vermişdir. «Nisa»
surəsinin 43-cü ayəsində buyurulur: «Şübhəsiz ki,
Allah əfv edən və bağışlayandır».
Həzrət Əli (ə) buyurur: «Onun fərmanı vacib,
hikmətlidir. Razılığı aman və rəhmətdir. Elm və
249
«Biharul-ənvar», 75-ci cild, səh-162.
Dostları ilə paylaş: |