304
edəcəkdir. Sənə görə başqasına zülm edən, tezliklə sənə
zülm edəcəkdir. Başqalarından sənə söz gətirən adam
sənin də sözünü başqalarına aparacaqdır.”
408
HARAM TİKƏ
Həzrət Peyğəmbər (s) buyurur:
Bir tikə haram yeyə’nin qırx gecə namazı qəbul
olmaz.”
409
“Haramdan qidalanmış vücuda Allah Behişti haram
edib.”
410
“Bəndənin qarnına bir haram tikə düşən vaxt
göylərdəki və yerdəki bütün mələklər ona lənət
oxuyar.”
411
İmam Baqir (ə) buyurur:
“İnsanın haram mal əldə etdiyi vaxt onun Həcci,
Ümrəsi, sileyi-rəhimi qəbul olmaz.”
412
ƏXLAQİ ÇİRKİNLİKLƏR
İmam Səccad (ə) “Səhifə”nin səkkizinci duasında
əxlaqi çirkinlikləri bəyan edərək, bu çirkinliklərdən
Allaha pənah aparır:
“Hərisliyin tüğyanı, tünd qəzəb, həsədin qələbəsi,
səbirdə süstlük, yetərsiz qənaət, pis əxlaq, şəhvətdə
ifrat, əsəbdə tərslik, nəfs həvəslərinə tabeçilik, hidayətlə
müxaliflik, qəflət yuxusu, həddi aşan səy, batilə
üstünlük vermək, günahın davamı, günahı kiçik
408
“Tuhəful-uqul”, 316.
409
“Mizanul-hikmət”, 3-1124.
410
“Məcmueye-Vərram”, 1-61.
411
“Biharul-ənvar”, 100-12.
412
“Əmaliye-Tusi”, 680.
305
saymaq, ibadətini böyük hesab etmək, varlılara meyl,
kasıbları təhqir, fəqirlərin haqqına diqqətsizlik,
yaxşılıqlara nankorluq, zalıma kömək, məzluma kömək
etməmək...”
Həzrət Peyğəmbərə (s) dedilər: “ Bir qadın gündüzlər
oruc tutur, gecələr ibadət edir. Amma əxlaqı pisdir,
qonşuları incidir.” Həzrət (s) buyurur: “Xeyri yoxdur.
O, od əhlidir.”
413
İmam Sadiq (ə) buyurur: “Sirkə balı xarab etdiyi kimi,
pis xasiyyət də əməli puça çıxarır.”
414
QARINQULULUQ
Həzrət Əli (ə) buyurur:
“Çox yeyən adam xəstəliyə düçar olar və qəlbi
daşlaşar.”
415
“Qarınqulunun sağlamlığı az, xərci çox olar.”
416
“Qarınqululuq böyük meyldir. Böyük meyl isə ən
böyük eyblərdəndir.”
417
İmam Sadiq (ə) buyurur:
“Möminin qəlbi üçün çox yeməkdən zərərli şey
yoxdur. Çox yemək iki xasiyyətə səbəb olar: -
daşürəklilik və şəhvətin tüğyanı.”
418
413
“Biharul-ənvar”, 68-394.
414
“Kafi”, 2-321.
415
“Biharul-ənvar”, 63- 338.
416
Ğurərul-hikəm”, 360.
417
Ğurərul-hikəm”, 361.
418
“Müstədrəkəl-vəsail”, 16-211.
306
ÇOX YATMAQ
İmam Baqir (ə) nəql edir ki, Həzrət Musa (ə) Allaha
belə ərz etdi: “Hansı bəndəni daha çox düşmən
tutursan?” Allah-Taala buyurdu: “Gecəni murdar (leş)
kimi yataqda qalıb, gündüzü bekarçılıqla keçirən.”
419
İslam Peyğəmbəri (s) buyurur: “Həzrət Süleymanın
(ə) anası ona deyirdi ki, gecələr çox yatmaq insanı
Qiyamət günü əliboş qoyar.”
420
Həzrət Əli (ə) buyurur: “Yuxu pis düşməndir. Qısa
ömrü bada verər, çox mükafatları puça çıxarar.”
421
Ya Rəbbi, könlümə eşq ilə can ver,
Ağıl bir ox, könülsə quş, kaman ver.
Eşq olmasa müqəvvadır bu bədən,
Sevən cana göylər olası həmdəm.
O qüdsi hüzura qaldır qəlbimi,
Eşq nəsimi titrətsin yarpaq kimi.
Qurtulum bu cismin dörd divarından,
Məşuq özü razı qalsın yarından.
Qurtar düşmən buxovundakı yarı,
Yoxsa od tutub yanası məzarı.
İçir eşq şərbətin üqbanı görsün,
Hicran atın uca yerlərə sürsün.
Demə yetər, hələ canda çox iş var.
Dar gəlir əynimə dünya libası,
Gözləyirəm fələkdən eşq əbası.
Dünya sevən könlü tutası deyil,
419
“Mizanul-hikmət”, 13-6550.
420
“Xisal”, 1-28.
421
Ğurərul-hikəm”, 159.
307
Ha bəzənə qəlbə yatası deyil.
İslamın bəyənmədiyi ünsiyyətlərdən çəkinmək,
haram tikədən imtina etmək, çox yeməkdən və çox
yatmaqdan pəhriz etmək əzalara güc verir. Bu qüvvə
fəzasında göz yalnız haqqı görür, qulaq yalnız haqqı
eşidir, dil yalnız doğrunu danışır. İnsanın ruhu və
cismi böyük eşqlə ibadət və xalqa xidmətə səy göstərir.
HAQQA (ALLAHA) İBADƏT
Dünyanın cazibəsindən çıxa bilməyən insanlar ibadət
və bəndəliyin həqiqi dəyərini dərk etməkdə acizdirlər.
Həqiqi ibadət insanı kamilləşdirir, onu Behiştə
qovuşdurur.
Həzrət Peyğəmbər (s) buyurur:
“Xalqın ən üstünü o kəsdir ki, ibadəti sevə’ onu
ağuşuna ala, qəlbən ona bağlana, bədəni ilə yerinə
yetirə ibadətdən ötəri bütün məşğuliyyətlərdən ayrıla
və dünyadan çətin, ya asan keçməkdən qorxmaya.”
422
“Sizin Allahınız buyurur: “Ey Adəm övladı! Mənə
ibadətdən ötəri bütün işlərini saxla ki, qəlbinı
ehtiyacsızlıq və iki əlini ruzi ilə doldurum! Məndən
uzaqlaşsan,
qəlbini
möhtaclıq,
iki
əlini
işlə
dolduraram!”
423
“Merac gecəsi Allah-Taala buyurur: “Ey Əhməd!
Bilirsənmi insan nə vaxt mənə bəndə olur?” Həzrət ərz
etdi ki, bilmirəm. Allah-Taala buyurur: Onda yeddi
xasiyyət toplandıqda: onu haramdan saxlayan təqva,
422
“Kafi”, 2-83.
423
“Kənzül-əmmal”, 43614.
Dostları ilə paylaş: |