Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə71/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   67   68   69   70   71   72   73   74   ...   81

 
288 
mehribanların  mehribanı  adlandıran  Allah  mömini 
cəzalandırarmı?  Qiyamət  əzabı  Allahla  düşmənliyin, 
həqiqi  inkarın  acı  meyvəsidir.  Qiyamət  çətinlikləri 
peşəkar  zalımlara  və  günahkarlara  aiddir.  Yadda 
saxlamaq  lazımdır  ki,  bu  əzab  insan  vücudunda 
istehsal  olunur.  Bir  insan  ki,  özü  üçün  əzab 
hazırlamayıb,  Allah  ona  əzab  verməz.  Tovhid,  iman, 
həqiqəti  inkar  etməyən  və  qüvvəsi  həddində  əxlaq  və 
əməl üçün çalışan insan nə üçün əzaba düşməlidir? 
O, mehribandır və bütün günahkarları tövbəyə dəvət 
edir. Mərhum ibn Fəhəd Hilli “Uddətud-dai” kitabında 
belə bir rəvayət nəql edir:  
Allah-Taala 
Fironu 
qorxutmaq 
üçün 
Musanı 
göndərəndə  ona  buyurdu:  “Firona  de  ki,  Mən 
günahkarlara  qəzəbdən  daha  çox  onları  bağışlamağa, 
tövbə və dualarını qəbul etməyə tələsirəm.” 
İBRAHİMİN GÜNAHA DÖZÜMSÜZLÜYÜ 
“Ənam”  surəsinin  75-ci  ayəsində  buyurulur:  “Beləcə 
İbrahimə  göylərin  və  yerin  mülkünü  göstərdik  ki, 
yəqinliklə inananlardan olsun.” 
Alimlər  bu  ayəni  təfsir  edərək  yazırlar:  Allah-Taala 
İbrahimin  gözlərindən  hicabları  götürdüyü  vaxt 
insanlarda  elə  əməllər  gördü  ki,  onlara  nifrin  oxudu. 
Öz  nifrini  ilə  neçə-neçə  insanları  məhv  etdikdən  sonra 
vəyh  olundu  ki,  nifrinini  saxla.  Mən,  şübhəsiz  ki, 
mehriban və bağışlayanam. Sonra Allah-Taala İbrahimə 
belə buyurdu: “Mən bəndələrimlə üç cür rəftar edirəm: 
ya tövbə edirlər və Mən də onların tövbəsini qəbul edir, 
günahlarını  bağışlayır,  eyiblərini  örtürəm;  ya  onlardan 
mömin  övladlar  törəyəcəyini  bildiyim  üçün  əzabdan 


 
289 
uzaqlaşdırır,  övladlar  doğulduqdan  sonra  atalar  tövbə 
etməsələr,  onları  cəzalandırıram;  bu  iki  münasibət 
görünmədikdə  onları  axirətdə  hazırladığım  cəzaya 
düçar edirəm.  
Ey  İbrahim!  Bəndələrimi  Mənim  ixtiyarıma  qoy. 
Mənəm  səbirli,  bilən,  hikmət  sahibi,  cəbbar  və  öz 
biliyimlə  onlar  üçün  tədbir  tökür,  qəzavü-qədərimi 
yerinə yetirirəm.”
368
  
TƏƏCCÜBLÜ HƏQİQƏT 
Böyük  alim  Feyz  Kaşaninin  “Elmül-yəqin”  kitabında 
belə nəql olunur:  
«Qiyamətdə,  pis  əməlləri  yaxşı  əməllərini  üstələyən 
bəndə  Cəhənnəmə  aparılarkən  Allah-Taala  Cəbrailə 
xitab  edər:  “Bəndəmdən  öyrən,  gör  dünyada  alimlərlə 
əyləşibsə onların şəfaəti ilə onu bağışlayım.” Günahkar 
bəndə  deyər  ki,  yox.  Allah  xitab  edər  ki,  alimlə  bir 
süfrədə  oturubmu?  Yenə  də  cavab  “yox”  olar.  Yenə 
sual  olunar  ki,  alim  oturan  yerdə  oturubmu?  Bəndə 
deyər  ki,  yox.  Bir  daha  xitab  edilər:  “Alimlə  dost  olan 
şəxslə dostluğu olubmu?” Bəndə bu dəfə müsbət cavab 
verər.  Xitab  olunar:  Ey  Cəbrail!  Onu  lütfümlə 
bağışladım. Ona nəvaziş göstər və Behiştə apar.» 
DAVUD DÖVRÜNDƏ BİR GƏNCƏ MƏRHƏMƏT 
Şeyx Səduq belə rəvayət edir:  
«Həzrət  Davudun  məclisində  bir  gənc  iştirak  edirdi. 
Çox  zəif  və  arıq  olan  bu  gənc  dinib-danışmırdı.  Ölüm 
mələyi  Davudun  hüzuruna  gəlib  dedi:  “Yeddi  gündən 
                                                 
368
 “Təfsire-burhan”. 


 
290 
sonra  onun  ruhunu  bədənindən  çıxarmalıyam.” 
Davudun  gəncə  ürəyi  yandı.  Dedi:  “Evlisənmi?”  Gənc 
cavab verdi ki, xeyr. 
Davud  oğlana  xeyli  pul  verib  dedi:  “Get  filankəsin 
yanına.  Mənim  adımdan  de  ki,  qızını  sənə  ərə  versin. 
Elə  bu  gecə  özünə toy  et. Yeddi  gündən  sonra  yanıma 
gələrsən.” 
Oğlan getdi və yeddi gündən sonra Həzrət Davudun 
yanına  gəldi.  Davud  onun  halını  soruşdu.  Oğlan 
razılığını  bildirdi.  Davud  nə  qədər  gözlədisə  də  ölüm 
mələyindən  bir  xəbər  çıxmadı.  Oğlana  dedi  ki,  get, 
yeddi  gün  sonra  gələrsən.  Yeddi  gün  sonra  bu  hadisə 
bir  daha  təkrarlandı.  Nəhayət,  ölüm  mələyi  Davudun 
hüzuruna  gəldi  və  Davud  ondan  bu  yubanmanın 
səbəbini  soruşdu.  Ölüm  mələyi  dedi:  “Allah  sənin 
rəhminə görə ona rəhm etdi və otuz il möhlət verdi.”
369
  
ƏSİRİN AZAD OLUNMASINA SƏBƏB OLAN BEŞ 
XÜSUSİYYƏT 
Mühüm  bir  hədisdə  İmam  Sadiqdən  (ə)  belə  bir 
rəvayət nəql olunur: 
«Həzrət  Peyğəmbərin  (s)  hüzuruna  bir  qrup  əsir 
gətirdilər.  Həzrət  (s)  qətlə  yetiriləsi  əsirlərdən  birini 
ayırıb  saxladı.  Həmin  əsir  təəccüb  içində  ərz  etdi: 
“Məni  azad  etməyinizin  səbəbi  nədir?”  Həzrət 
Peyğəmbər (s)  buyurdu: “Cəbrail mənə xəbər verdi ki, 
səndə 
Allahın 
sevdiyi 
beş 
xüsusiyyət 
var: 
Məhrəmlərinə  münasibətdə  qeyrət,  səxavət,  xoş  əxlaq, 
düz danışıq və şücaət.” 
                                                 
369
 “Biharul-ənvar”, 4-111. 


 
291 
Bu sözlərdən sonra əsir İslamı qəbul etdi və kafirlərə 
qarşı döyüşlərin birində şəhadətə çatdı.»
370
  
MÜVƏHHİD QUL 
İmam  Sadiq  (ə)  xətaya  yol  vermiş  bir  qula  qamçı 
vurulmasını  əmr  etdi.  Qul  dedi:    “Ey  Peyğəmbər  (s) 
övladı,  səndən  başqa  şəfaətçisi  olmayan  bir  kəsəmi 
qamçı  vurursan?”  İmam  Sadiq  (ə)  göstəriş  verdi  ki, 
qulu  azad  edin.  Qul  dedi:  “Məni  sən  yox,  həmin  sözü 
nitqimə  gətirən  azad  etdi.”  İmam  (ə)  buyurdu:  “And 
olsun Kəbənin Allahına, bu qul tovhid əhlidir”. 
Bəli, Allah-Taala tövhid əhli ilə mərhəmətli rəftar edir.  
YUSİFİN GÜNAHSIZLIĞININ ŞAHİDİ 
Təfsirlərdə  nəql  olunur  ki,  Yusif  padşahlıq  taxtına 
çıxdıqdan  sonra  xalqın  vəziyyətinin  yaxşılaşması, 
insanların  tərbiyəsi,  ədalətə  məhəbbətin  yaradılması 
barədə  düşünməyə  başladı.  Cəbrail  nazil  olub  bildirdi 
ki,  sənə  vəzir  lazımdır.  Dedi  ki,  sabah  sübh  taxtından 
durub  hərəkət  et  və  qarşına  çıxan  ilk  insanı  vəzir 
məqamına oturt.  
Səhəri  gün  Yusif  arıq,  çöhrəsi  solğun  bir  şəxslə 
rastlaşdı.  Düşündü  ki,  bu  şəxs  vəzirlik  yükünə  tab 
gətirə bilməz. Bu şəxsin yanından ötüb keçmək istədiyi 
vaxt  Cəbrail  nazil  olub  dedi:  “Onu  seç,  çünki  sənin 
boynunda  onun  haqqı  vardır.  O,  sənin  günahsızlığına 
şəhadət verən şəxsdir...” 
Əgər  bir  dəfə  Yusifin  günahsızlığına  şəhadət  verən 
şəxs bu məqama qaldırılırsa, bir ömür Allahın birliyinə 
                                                 
370
 “Vəsailuş-şiə”, 20-155. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə