Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə68/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   64   65   66   67   68   69   70   71   ...   81

 
276 
deyir:  “Nə  o,  nə  də  o  birinə  görə.  Sənin  səxavətin 
haqqında eşidib, yanına ümidlə gəlmişəm.” Peyğəmbər 
(s)  bu  sözlərdən  xoşhal  olur.  Mübarək  ridasını  qadına 
bağışlayıb  səhabələrinə  buyurur:  “Hər  kəs  imkanı 
daxilində ona hədiyyə versin.” 
Bəli, günahkar bir qadın Sənin peyğəmbərinə (s) ümid 
bağlayıb,  onun  görüşünə  gəlir  və  lazımınca  mükafat 
alır.  Necə  ola  bilər  ki,  mən  bir  bu  qədər  ümidlə  Sənin 
dərgahına üz tutam və əliboş qalam? 
 
Səndən ayrılığa halım yox, inan,  
Könlümün səhnəsi Sənindir tamam. 
Gec olsun, tez olsun, axır ki, bir gün  
Qismətim olası Sənin görüşün.  
Eşqinlə çırpınır sinəmdə ürək, 
Qan da durub deyir eşq olsun gərək. 
İçib ol badədən, düşmüşəm qəmə  
Bu dərdin çarəsi bir Sənsən yenə.  
Hara baxıramsa “vurul, sev” deyir,  
Əlbət ki, sevgi də dözüm istəyir.  
O qədər ucasan, Sənə baxanda  
Ağıl başdan çıxır bir anda. 
Vüsalından özgə bir diləyim yox, 
Düşüncədən başqa bir köməyim yox. 
Bəlkə də bu sevgi çox-çox yubanmış,  
Amma nə yaxşı ki, qəlbimə qonmuş. 
Yandırıb-yaxan da, qurub-tikən də 
Həmin sevgi imiş, vüsalı Səndə. 
Yağdırsan başıma sevgi yağışı 
Əlbət qismət olar rəhmət ağuşu. 


 
277 
 
Fəbiizzətikə,  ya  Səyyidi    Məvlayə,  uqsimu 
sadiqən,  ləin  tərəktəni  natiqən,  ləəziccənnə  iləykə 
bəynə  əhliha  zəcicəl-amilinə    ləəsruxənnə  iləykə 
suraxəl-mustəsrisxinə    ləəbkiyənnə  ələykə  bukaəl-
faqidinə    ləunadiyənnəkə  əynə  kuntə  ya  vəliyyəl-
mumininə  ya  ğayətə  amalil-arifinə  ya  ğiyasəl-
mustəğisinə  ya  həbibə  qulubis-sadiqinə  ya  ilahəl-
aləminə” 
 
(“Ey Ağam, ey Mövlam! İzzətinə sədaqətlə dolu and 
içirəm ki, məni danışmaqda azad buraxsan, Cəhənnəm 
əhli  içindən  istəklilər  kimi  hüzuruna  nalə  çəkəcəyəm, 
yardım  istəyənlər  tək  fəryad  qoparacaq,  əzizlərini 
itirənlər  kimi  ağlayacaq  və  bütün  vücudumla  Səni 
çağıracağam:  -  Ey  möminlərin  ağası,  ey  ariflərin  son 
istəyi,  ey  fəryad  qoparanların  dadına  çatan,  ey  sadiq 
qəlblərin 
məhbubu, 
ey 
aləmlərin 
məbudu, 
haradasan?”) 
 
Doğrudan da, əzaba və əzabların ən ağırı olan ayrılığa 
düçar  olmuş  şəxs  oda  büründüyü  vaxt  hansı  halda 
olar?! 
Məşuqunu  itirən  insanın  naləsindən  də  ağır  nalə 
varmı?! 
Deyirlər  ki,  yoldan  ötən  arif  bir  ananın  öz  qızının 
cənazəsi  üstə  ağladığını  görür  və  deyir:  -  “Xoş  bu 
ananın  halına  ki,  necə  qiymətli  gövhər  itirdiyini 
anlayır!” 
 


 
278 
Uşaq itirəndə evini ağlar,  
Mənsə ev sahibin itirdim aşkar. 
 
Xoş  ağır  Qiyamət  səhnəsində  rəhmətə  qovuşanların 
halına!  Yaxşı  olar  ki,  ölüm  qapını  döyməmiş 
özümüzdən,  kimliyimizdən,  əməllərimizdən  xəbərdar 
olaq! 
HARUN VƏ BƏHLUL 
Harun  Həcc  səfərindən  qayıdıb  bir  neçə  gün  Kufədə 
qaldı.  Bir  gün  yoldan  ötərkən  Bəhlul  onu  üç  dəfə 
“Harun,  Harun,  Harun”  deyə  səslədi.  Harun  təəccüb 
etdi  ki,  onu  bu  sayaq  kim  çağıra  bilər?  Dedilər  ki, 
divanə  Bəhluldur.  Harun  Bəhlulu  çağırıb  soruşdu: 
“Məni  tanıyırsan?”  Bəhlul  dedi:  “Bəli,  sən  o  kəssən  ki, 
məşriqdə zülm olunduğu vaxt məğribdə də olsan, ölkə 
başçısı  olduğun  üçün  Qiyamət  günü  cavab  verməli 
olacaqsan.”  Harun  ağladı  və  dedi:  “Halımı  necə 
görürsən?” Bəhlul belə cavab verdi: “Qurana bax, halını 
bil.”  Sonra  bu  ayəni  oxudu:  “Şübhəsiz  ki,  yaxşılar 
Behiştə 
və 
şübhəsiz 
ki, 
pislər 
Cəhənnəmə 
göndərilər.”
359
   Harun  soruşdu  ki,  bəs  çəkdiyimiz 
zəhmətlər necə olacaq? Bəhlul bu ayəni oxudu: “Allah 
yalnız təqvalılardan qəbul edir.”
360
  “Bəs Peyğəmbərlə 
(s)  yaxınlığımız  necə  olsun?”–deyə  Harun  soruşdu. 
Bəhlul  bu  ayəni  oxudu:  “Sur  üfürüldüyü  vaxt  bütün 
qohumluq, yaxınlıq əlaqələri aradan götürülər və heç 
                                                 
359
 “İnfitar”, 13-14. 
360
 “Maidə”, 27. 


 
279 
kim  bir-birindən  hal-əhval  tutmaz.”
361
   Harun  Həzrət 
Peyğəmbərin  (s)  şəfaəti  haqqında  soruşur.  Bəhlul  yenə 
Quran  ayəsi  oxuyur:  “Həmin  gün  Rəhman  olan 
Allahın  icazə  verdiyindən  savayı  digər  şəfaət  fayda 
verməz.”
362
  
Bəhlula  yaxşılıq  etmək  istəyən  Harun  soruşur  ki,  nə 
istəyin var? Bəhlul deyir: - “Günahlarımı bağışla, məni 
Behiştə  göndər.”  Harun  deyir:  “Məndə  belə  bir  güc 
yoxdur.  Amma  deyirlər  borcun  var,  bəlkə  borcunu 
ödəyim?” Bəhlul deyir: “Borcu borcla ödəməzlər. Səndə 
nə varsa, hamısı xalqın malıdır və sən xalqa borclusan. 
Əvvəl öz borclarını ödə.” Harun başqa təklif edir: “Gəl, 
ömrünün  sonunadək  sənə  maaş  təyin  edim.”  Bəhlul 
yenə  etiraz  edir:  “Mən  Allahın  ruzisini  yeyirəm.  Sən 
bilən, Allah səni yada salır, məni yox?!” 
 
Xəzinələr fəna, qənaət bəqa,  
Biri sultan malı, o biri gəda. 
 
Əfəturakə subhanəkə ya İlahi  bihəmdikə təsməu 
fiha səvtə əbdin muslimin sucinə fiha bimuxalifətihi  
zaqə  təmə  əzabiha  biməsiyətihi,    hubisə  bəynə 
ətbaqiha bicurmihi  cərirətihi huvə yəziccu iləykə 
zəcicə muəmmilin lirəhmətikə  yunadikə bilisani əhli 
təvhidikə  yətəvəssəlu iləykə birububiyyətikə” 
 
(“Səni  beləmi  tanıyırlar,  ey  mənim  məbudum?!  Ey 
daim həmd oxumaqla hər eybdən pak bildiyim məbud, 
                                                 
361
 “Muminun”, 101. 
362
 “Taha”, 109. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə