Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə66/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   62   63   64   65   66   67   68   69   ...   81

 
268 
əzab  yüngülləşmir,  ac  və  susuzdurlar,  gözləri 
zəifdir,çöhrələri qaradır...”
349
  
İmam  Sadiq  (ə)  buyurur  ki,  bir  gün  Cəbrail  çox 
narahat halda Həzrət Peyğəmbərə (s) nazil olur. Həzrət 
(s) bu qəmginliyin səbəbini soruşur. Cəbrail deyir: “Bu 
gün  Allah-Taala  od  haqqında  əmr  verdi.  Bu  od  min  il 
yanıb qızarmış, min il yanıb ağarmış, daha min il yanıb 
qaralmış  bir  oddur.  Bu  qaranlıq  maddə  zülmətə 
bürünmüşdür.  Bu  oddakı  zəncirdən  bir  halqası 
dünyaya düşsə, dünya əriyər. Onun zəqqumundan bir 
damlası  yer  sularına  qatılsa,  üfunətindən  dünya  əhli 
məhv olar...”
350
  
Pərvərdigara!  Bu  ağır  əzablar  qarşısında  mən  zəif 
bəndənin  halı  necə  olacaq?!  İbadətim  naqis,  günahım 
çox  olsa  da  Sənin,  Peyğəmbər  və  imamlarının,  nazil 
etdiyin  kitabının  aşiqiyəm.  Bəndəlik  və  ibadətdən 
qaçası  deyiləm,  günahkarlığı  peşə  seçməmişəm.  Bütün 
nöqsanlarımın  səbəbi  mərifətimin  azlığı  və  iradəmin 
zəifliyidir.  Məni  günaha  sövq  edən  şey  nəfsin 
qələbəsidir.  Kamil  və  xalis  ibadət  həvəsindəyəm, 
günahdan  təmizlənmək  arzusundayam.  Şeytanın, 
tağutun,  nəfsimin  əlindən  zara  gəlmişəm.  Vüsal 
həsrətindəyəm,  məni  bağışla,  mənə  əl  tut,  günahdan 
xilas  et,  ibadətə  həvəsləndir,  Behişt  qapılarını  üzümə 
aç! 
 
Ya  İlahi    Rəbbi    Səyyidi    Məvlayə  liəyyil 
umuri  iləykə  əşku    lima  minha  əziccu    əbki
                                                 
349
 “Əmaliye-Səduq”, 557. 
350
 “Təfsire-Qumi”, 2-81. 


 
269 
liəlimil-əzabi  şiddətihi, əm litulil bəlai  muddətihi
fələin  səyyərtəni  lil-uqubati  məə  ədaikə    cəmətə 
bəyni  bəynə əhli bəlaikə  fərrəqtə bəyni  bəynə 
əhibbaikə    əvliyaikə  fəhəbni  ya  İlahi,    Səyyidi,   
Məvlayə    Rəbbi,  səbərtu  əla  əzabikə  fəkəyfə  əsbiru 
əla  firaqikə    həbni  səbərtu  əla  hərri  narikə  fəkəyfə 
əsbiru  əninnəzəri  ila  kəramətikə  əm  kəyfə  əskunu 
finnari  rəcai əfvukə.” 
 
(“Ey  Məbud,  ey  Pərvərdigar,  ey  Ağa,  ey  Mövla! 
Hansı  müsibətimə  görə  dərgahına  şikayət  edim,  hansı 
çətinliyimə  görə  nalə  çəkim?  Əzab  və  çətinliyinə  ya 
bəlaların  uzunluğuna  görə?  Məni  düşmənlərinlə 
birlikdə  əzaba  düçar  etsən,  məni  əzab  əhlinə  qoşsan, 
məni aşiqlərdən ayrı salsan nə edərəm?! Ey Məbud, ey 
Ağa,  ey  Mövla,  ey  Pərvərdigar!  Tutaq  ki,  əzabına 
dözdüm,  bəs  ayrılığına  necə  səbir  edim?  Tutaq  ki, 
yandırıcı  atəşin  qabağında  dayandım,  bəs  kəramətinə 
göz  yummağa  necə  tab  gətirim?  Hər  zaman 
bağışlayacağına  ümid  etdiyim  halda  atəş  içində  necə 
durum?”)  
 
Gəl dua əlini açıb göylərə 
Nalə çəkib rəhmət yağdıraq yerə. 
Günaha bulanmış qəlbin şəfası  
Nalədir, naləylə mümkün xilası. 
Gözlərindən qanlı yaşlar axıtsan, 
Dərdinin dəvası olacaq asan.  
Quru gözlə döymə hacat qapısın,  
Elə ağla, sanki qurulub yasın.  


 
270 
Bilki yanan ürək olası elçi,  
Göz yaşıyla axtar şəfi bələdçi. 
Vasitə seç o pak olan hüzura, 
Çağır Əhli-beyti düşəndə dara. 
Əvvəlcə son qoyub günah, riyaya,  
İç vəhdət camından, çat o liqaya.  
 
DOSTA ŞİKAYƏT 
Aşiqlər  mövlası  Əmirəl-möminin  Əli  (ə)  duanın  bu 
hissəsində  bəla  və  çətinliklərdən  dostun  dərgahına 
şikayət edir:  
Səndən başqa dərdlərimə kim dəva edə bilər? 
Sənsən bütün müşküllərin həlli əlində olan. 
Sənsən bir işarə ilə bütün dərdlərə şəfa verən. 
Sənsən çətinlikləri, bəlaları aradan qaldıran.  
Sənsən  Həzrət  Zəhranın  göz  yaşları  içində  üz  tutub 
bu  sözləri  dediyi  kəs:  “Pərvərdigara!  Səndən  hidayət, 
təqva,  iffət,  ehtiyacsızlıq,  razılığına  uyğun  əməl 
istəyirəm...”
351
  
Sənsən  tövhid  qəhrəmanı  Həzrət  İbrahimin  (ə)  Kəbə 
evini tikdikdən sonra oğlu İsmail ilə birlikdə bu dua ilə 
üz  tutduğu  kəs:  “Ey  Rəbbimiz!  Hər  ikimizi  Sənə 
itaətkar,  nəslimizdən  yetişənləri  Sənə  təslim  olan 
ümmət et.”
352
  
Sənsən  950  il  əzab-əziyyətdən  sonra  Nuhun  üz 
tutduğu  və  bütün  düşmənləri  böyük  tufanda  həlak 
edən kəs. 
                                                 
351
 “Biharul-ənvar”, 87-338. 
352
 “Bəqərə 128. 


 
271 
Sənsən  Bədr  döyüşündə  düşməndən  üç  qat  az  olan 
möminləri Peyğəmbərin (s) duası ilə qələbəyə çatdıran. 
 
Bu zülmətdən bir yol tapılsa əgər, 
Şəksiz, ətəyinə çatası əllər. 
Əlbət yetərsizdir mənim istəyim. 
Sənin istəyindir işdə köməyim.  
Kəsilməz ümidim bir an da olsun 
Ya rəhmətin ensin, ya qəlb ucalsın. 
Enən nura cismim qurban olası,  
Vüsal həsrətində nəfəs alası. 
Nurundan bir soraq yoxdursa hələ 
Rüsxət ver ki, bu can önünə gələ. 
O nur ensə torpaq çıxası təbdən,  
Qorxuram gəlişim olmaz ədəbdən. 
Layiq deyilsə də bu can liqaya,  
Ləyaqətçün razı min bir bəlaya. 
Bundan başqa arzu-diləyimiz yox,  
Qızıldan-gümüşdən köməyimiz yox.  
Həsrətdən uçunub bu can xonçası,  
Külək qopsa Sənə qanad açası. 
 
Sənsən  bütün  peyğəmbərlərə  imamlara,  möminlərə 
sığınacaq verib nəvaziş göstərən.  
Kimdir qapından əliboş qayıdan? Kimdir istəyi yerinə 
yetirilməyən? 
Hansı 
tövbəkarın 
tövbəsi 
qəbul 
olunmayıb?! 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə