Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə67/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   63   64   65   66   67   68   69   70   ...   81

 
272 
AH-NALƏ VƏ GÖZ YAŞLARI 
Allahın ən böyük nemətlərindən biri göz yaşıdır. Ayə 
və rəvayətlərdə göz yaşı yüksək dəyərləndirilir.
353
  
Həzrət  Peyğəmbər  (s)  buyurur:  “Ya  Əli,  sənə  bəzi 
xasiyyətləri  tövsiyə  edirəm...(dördüncüsü)  Allah  üçün 
ağlamaq.  Hər  göz  yaşı  damlasına  görə  Behiştdə  sənin 
üçün bina qərar verilər.”
354
  
“Xoş  o  çöhrənin  halına  ki,  Allah  qorxusundan 
günahına  görə  ağladığı  vaxt  Allah  o  çöhrəyə  nəzər 
sala.”
355
  
“Allah  qorxusundan  ağlayan  gözün  hər  damlasının 
mükafatı əməl tərəzisində Uhud dağı tək ağırdır.”
356
  
“Allah  qorxusundan  gözündən  bir  damla  yaş  gələn 
kəsi Allah Qiyamət qorxusundan amanda saxlayar.”
357
  
Həzrət  Əli  (ə)  buyurur:  “...Göz  yaşının  bir  damlası 
dəryaca  odu  söndürür.  Gözdən  yaş  gəldiyi  zaman 
çöhrəyə  zillət  qonmaz,  bu  yaşlar  selləndiyi  vaxt  bu 
çöhrəyə  atəş  haram  olar.  Əgər  bir  ümmət  içində 
ağlayan olsa, Allah o ümmətə rəhm edər.”
358
  
 
 
Axıt göz yaşını vüsal istəsən, 
Titrə yarpaq kimi kamal istəsən.  
Yaradan göz yaşın etməmiş hədər, 
                                                 
353
 “Maidə”, 83 
354
 “Biharul-ənvar”, 69-391. 
355
 “Cameül- əxbar”, 97. 
356
 “Əmaliye-Səduq”, 431. 
357
 “Biharul-ənvar”, 90-336. 
358
 “Biharul-ənvar”, 90-331. 


 
273 
Şəhid qanı ilə tutmuş bərabər.  
Xəstə qəlbə ondan başqa çarə yox. 
Allah bir bəndəyə qılsa mərhəmət, 
Ona göz yaşını edər inayət.  
 
*     *    * 
Ey quru göz, xəbərsizmisən işdən,  
Ölülər dirilir gözdəki yaşdan. 
Hicran xeyməsində ağlayan kəsin 
Eşidərsən bir zaman gülüş səsin. 
Su olmasa bağçada bitərmi gül, 
Axıt göz yaşını, ikiqat bükül. 
Bu yaşlardan göyərəsi daş-divar,  
Demə göz yaşından məşuqa nə var? 
Ağla, yatmış könül oyansın yetər,  
Mərhəmət göstərən sevgi nuş edər.  
 
Yəhya ibn Məaz deyir: “Yuxuda ağladığını görən kəs 
oyandıqda  şad  olar.  Dünya  həyatı  yuxu,  axirət  həyatı 
isə oyaqlıq kimidir. Axirətdə şad olmaq üçün ağlayın.” 
AYRILIQ DƏRDİ 
Peyğəmbərlərə  imam  və  övliyalara  aşiq  olanların 
fikir-xəyalı  onların  vüsalına  yetişməkdir.  Onlar 
Qiyamətdə  öz  istəklilərinə  qovuşmaq,  onları  görmək 
üçün  can  atırlar.  Bəzən  bir  qrup  insanlar  günaha  yol 
verdikləri üçün Qiyamətdə övliyalardan uzaq düşürlər. 
Bu  ayrılıq,  bu  fəraq  fikri  həqiqi  aşiqlərə  iztirab  verir. 
Doğrudan  da,  dostlardan  ayrı  düşmək  Cəhənnəm 
əzabından qat-qat ağırdır.  


 
274 
Ayrılıq  ağrısını  onu  çəkənlərdən  soruşmaq  lazımdır. 
Fəraq  acısını  dadmayan  kəs  bu  dərdi  anlamaz.  Fəraq 
dərdini  ilahi  məkandan,  mələklərlə  yoldaşlıqdan 
məhrum  olmuş  Adəm  (ə)  yaşamış,  onun  acılığını 
dadmışdır.  Ayrılıq  ağrısını  ilahi  imtahan  məqamında 
var-dövlətini,  sağlamlığını  itirmiş  Əyyub  yaşamışdır. 
Fəraq  acısını  geniş  dünyadan  məhrum  olub  nəhəngin 
qarnında  zindana  düşən  Yunus  dadmışdır.  Ayrılıq 
müsibətini bu yolda gözləri ağarmış Yəqub yaşamışdır. 
Ayrılıq  acısını  mehriban  atadan  kənar  düşən  Yusif 
dadmışdır.  Amma  mehriban  Allah  bütün  bu  dərdlərə 
dəva qılmış, aşiqləri öz istəyinə yetirmişdir.  
Ey  fəraq  dərdinə  dəva  qılan!  Sənin  dostlarından  ayrı 
düşməyimizə  razı  olma.  Tutaq  ki,  əzaba  dözdük,  bəs 
dostların fərağına necə dözəcəyik? 
 
Dərdimizə dərman olaydın, ey kaş,  
Yoxsa bərkə düşür iş yavaş-yavaş. 
Bu dəvasız dərdin çarəsi Sənsən,  
Başqa nə həb varsa, artırası qəm. 
Yaxşı ki, eşqindən ucalmış bu od,  
Səndən gələn qəmə kim edər imdad. 
Yolunda qurbandır bu qəlb, bu ürək, 
Bu qəlbə’ ürəyə bircə Sən gərək. 
Sanki qışa düşüb, gözləyir bahar,  
Can üzülür uzandıqca intizar.  
Sevindir nurunla qaranlıqları,  
Eşqlə doldur canda boş otaqları. 
Yoxsa iki dünya batası yasa,  
Əlbət, günəş doğar istəyin olsa. 


 
275 
 
KƏRAMƏT MƏQAMI İSTƏYİ 
Tutaq ki, əzabına, atəşinə dözdüm, bəs bəndələrə rəva 
qıldığın kəramətdən gözümü necə çəkim? 
İmam  Sadiq  (ə)  buyurur  ki,  mehriban  Allah  hər  bir 
bəndəni  yaratdığı  vaxt  axirətdə  onun  üçün  yer 
müəyyənləşdirmişdir.  Behişt  əhlinə  nida  olunar  ki, 
Cəhənnəmə  baxın.  Onlara  Cəhənnəmdəki  yerləri 
göstərilərək  deyilər:  “Əgər  günah  etsəydiniz,  burada 
yerləşəcəkdiniz.”  Behişt  əhli  Cəhənnəmdən  nicat 
tapdıqları üçün vəcdə gələr, sevinərlər. 
Sonra  Cəhənnəm  əhlinə  nida  olunar  ki,  yuxarıya 
baxsınlar. Onlara Behiştdə boş qalmış yerləri göstərilər 
və deyilər: “Əgər Allaha itaət etsəydiniz, bu mənzillərə 
çatardınız.” Cəhənnəm əhli üzücü bir iztirab keçirər.... 
BAĞIŞLANMA ÜMİDİ 
Ey  mənim  Mövlam!  Quranda  günahdan  peşman 
olanlara  vəd  etdiyin  əfvə  ümid  bağladığım  halda  od 
içində necə sakinləşim?!  
Pərvərdigara!  Çox  ehtiyaclılar  birinin  qapısını 
döydükdə ümidsiz qaytarılmırsa, necə ola bilər ki, Sənə 
ümid bağlayan bəndə əliboş qaytarıla? 
Əttar “İlahinamə” kitabında belə nəql edir: 
Məkkədə  eyş-işrət  məclislərini  qızışdıran  bir  rəqqasə 
yaşayırdı. Həzrət Peyğəmbərin (s) hicrətindən neçə illər 
sonra gözəlliyi və səsini itirmiş bu qadın çörəyə möhtac 
olur.  Çarəsiz  qalıb  Mədinəyə  Həzrət  Peyğəmbərin  (s) 
hüzuruna  gəlir.  Həzrət  (s)  ondan  soruşur:  “Mədinəyə 
axirət,  yoxsa  dünya  qazancı  üçün  gəlmisən?”  Qadın 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə