264
mənbələrdə təsdiq olunur ki, iman, saleh əməl, gözəl
əxlaq sahibləri büdrəsələr də tövbə etdikləri üçün
Cəhənnəm atəşi ilə cəzalandırılmayacaqlar.
İnsanı əzabdan qurtaracaq ibadət olan namazda ixlas
üçün Allah dərgahına əl açaq!
Həzrət Peyğəmbər (s) buyurur: “Namaz dinin
qanunlarındandır. Allahın razılığı namazdadır. Namaz
peyğəmbərlərin yoludur.”
333
“Tə’rifi böyük olan Allah
gözümün nurunu, qəlbimin sevincini namazda qərar
verib, namazı mənə məhbub edib. Necə ki, təam aclığın,
su isə təşnənin məhbubudur. Şübhəsiz ki, ac yedikcə
doyur, təşnə su içdikcə sirab olur. Mən isə namazdan
doymuram.”
334
“Elə ki, namaza durdun, qibləyə üz
tutdun, “Fatihə” və müyəssər olan bir surə oxudun,
rükuya getdin, səcdələri başa vurdun, təşəhhüd və
salam oxudun, səninlə qıldığın namaz arasında olan
bütün günahlar növbəti namazadək bağışlanar.”
335
Həzrət Əli (ə) buyurur: “Namaz mərhəmət nazil
edər.”
336
“Namaz hər bir təqvalını Allaha
yaxınlaşdırır.”
337
“Sizə namaz və onun hifzini
tapşırıram. Çünki namaz əməllərin üstünü və dinin
sütunudur.”
338
“Namazda olan insanın cismi, libası və
bütün ətrafındakılar təsbih deyir.”
339
“Ey Kumeyl!
Namaz qılmaq, oruc tutmaq, sədəqə vermək əsas deyil.
333
“Xisal”, 2-522.
334
“Məkarimul-əxlaq”, 461.
335
“Əmaliye-Səduq”, 544.
336
“Ğürərül-hikəm”, 175.
337
“Xisal”, 2-620.
338
“Əmaliye-Tusi”, 522.
339
“İləlüş-şəraye”, 2-336.
265
Əsas odur ki, namazı pak qəlb ilə əməli Allahın razılığı
üçün və xuşu ilə yerinə yetirəsən.”
340
ALLAHA NİKBİNLİK
Doğrudan da, müəyyən həddə qədər iman, saleh
əməl və əxlaqa malik olan şəxs, ömrünün axırınadək
kamala doğru hərəkət etmək məqsədində olan mömin
insan Allaha nikbin olmalı, Onun rəhmətinə bel
bağlamalıdır. Bəndə Qiyamət əzabından qorxduğu vaxt
ümidvar olmalıdır ki, Qiyamət səhnəsində onunla
mərhəmətli
davranılacaq,
onun
günahları
bağışlanacaqdır.
Həzrət Əli (ə) buyurur: “Nikbinlik odur ki, Allah
qarşısında öz səylərini xalis edəsən və büdrəmələrinin
bağışlanacağına ümidvar olasan.”
341
İmam Sadiq (ə) buyurur: “Allaha nikbinlik odur ki,
yalnız Allaha ümid bağlayıb, yalnız öz günahlarından
qorxasan.”
342
İslam Peyğəmbəri (s) nikbinlik haqqında buyurur:
“And olsun Ona ki, Ondan başqa məbud yoxdur.
Mömin bəndə Allaha ümidsiz olmaz. Çünki Allah
Kərimdir və bütün yaxşılıqlar Onun əlindədir. Allah
Ona nikbin olan mömin bəndənin gümanına qarşı
çıxmaqdan həya edər. Allaha nikbin olun, Ona doğru
şövq göstərin.
343
“Heç biriniz Allaha nikbin olmadan
340
“Tuhəful-uqul”, 174.
341
“Ğürərül-həkim”, 83.
342
“Kafi”, 2-72.
343
“Kafi”, 2-71.
266
dünyadan getməyin. Çünki Behiştin dəyəri Allaha
nikbinlikdir.”
344
“Allaha nikbinlik ibadətdir.”
345
“Və Əntə tələmu zəfi, ən qəlilin min bəlaid-dünya və
uqubatiha, və ma yəcri fiha minəl-məkarihi əla əhliha,
əla ənnə zalikə bəlaun və məkruhun qəlilun məksuhu,
yəsirun bəqauhu, qəsirun muddətuhu, fəkəyfəhtimali
libəlail axirəti, və cəlili vuquil məkarihi fiha, və huvə
bəlaun tətulu muddətuhu və yədumu məqamuhu və la
yuxəffəfu ən əhlihi liənnəhu la yəkunu illa ən ğəzəbikə
vəntiqamikə və səxətikə və haza ma la təqumu ləhus-
səmavatu vəl-ərzu, ya Səyyidi, fəkəyfə li və ənə
əbdukəz-zəifuz-zəlilul həqirul miskinul mustəkin.”
(“Sən dünyanın kiçik qəmləri və cəzaları qarşısındakı
zəifliyimizdən, əhlinə ağır gələn işlərdən xəbərdarsan.
Belə ki, bu qəm-qüssə və çətinliklər yüngül və ötəridir.
Elə isə zamanca uzun, məkanca əbədi olan ağır axirət
çətinlikləri qarşısında necə tab gətirəcəyəm?! Həmin
çətinlik Sənin qəzəbin, intiqamın və narazılığından
doğduğu üçün yüngülləşdirilməz. Bu, göylərin və yerin
tab gətirmədiyi bir çətinlikdir. Ey mənim Ağam, zəif,
zəlil, həqir, miskin, köməksiz bir bəndə olduğum halda
mən necə dözüm?!”)
DÜNYA VƏ AXİRƏT BƏLALARI
Həzrət Əli (ə) buyurur ki, dünya bəlası axirət
bəlasından bir neçə cəhətdən fərqlənir:
344
“Əmaliye-Tusi”, 379.
345
“Mizanul-hikmə”, 7-3400.
267
Əvvəla tufan, zəlzələ və digər dünya bəlaları yüngül
və ötəri, axirət bəlaları isə ağır və həmişəlikdir.
İkincisi, dünya bəlaları imtahan məqsədi də daşıya
bilər. Axirət çətinlikləri isə itaətsizlik və günahlara görə
cəzadan başqa bir şey deyil. “Ənfal” surəsinin 46-cı
ayəsində oxuyuruq: “Səbir yolunu seçin, şübhəsiz,
Allah səbir edənlərlədir.” Bəli, Qurani-Kərim dünya
bəlalarına səbir edənləri böyük mükafatla müjdələyir.
346
Həzrət Peyğəmbər (s) buyurur: “Səbir üçdür: müsibət
zamanı səbir, itaətdə səbir və günah məqamında
səbir.”
347
Lakin axirət bəlası imtahan xarakteri daşımır;
o, əməlin cəzası olduğundan, burada səbir etmək
təsəvvürolunmazdır və əgər bir kəs onun müqabilində
səbir etsə də belə, bu səbrin heç bir savabı və əcri
olmayacaqdır!
BƏRZƏX VƏ QİYAMƏT ƏZABLARI
Qurani-Kərimdə xüsusi ilə onun son üç cüzvündə
Bərzəx və Qiyamət əzabları təsvir olunur. Bu mövzu
rəvayətlərdə də geniş şərh olunur. Həzrət Əli (ə) Allah
düşmənləri haqqında buyurur: “Allahın düşməninə
rəftar və görünüşcə çox çirkin, üfunət qoxuyan bir
mələk yaxınlaşar. Mələk deyər: “Səni qaynar su və
Cəhənnəmlə müjdələyirəm...”
348
İmam Baqir (ə) buyurur: “Od əhli əzabın ağırlığından
it və canavar kimi ulayar. Onlar üçün ölüm yoxdur,
346
“Bəqərə”, 154-156.
347
“Kafi”, 2-91.
348
“Təfsire-Qummi”, 1-370.
Dostları ilə paylaş: |