Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə69/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   65   66   67   68   69   70   71   72   ...   81

 
280 
Cəhənnəmdə o müsəlman bəndənin səsini eşidirsən ki, 
Səninlə müxalifliyinə görə zindana düşüb, itaətsizliyinə 
görə  əzabı  dadıb,  cinayətlərinə  görə  Cəhənnəm  əhli 
arasında  həbs  olunub  və  rəhmətinin  arzusunda  olan 
kəs  kimi  dərgahına  nalə  çəkir,  tovhid  əhlinin  dili  ilə 
nida edir, Sənin rübubiyyətinə doğru vasitə axtarır.”) 
 
Ayə və rəvayətlərdə Cəhənnəm səhnəsinin ağrı-acıları 
haqqında  eşidən  bəsirət  sahiblərinin  bədəni  lərzəyə 
gəlir,  qəlblərini  qorxu  bürüyür.  Onlar  bu  sıxıntıdan 
qurtulmaq 
üçün 
Allaha 
pənah 
aparır, 
ilahi 
qadağalardan 
çəkinir, 
hətta 
bəzən 
həyəcandan 
dünyalarını da dəyişirlər.  
SƏLMAN VƏ MÖMİN GƏNC 
İmam Sadiq (ə) nəql edir ki, bir gün Kufədə Səlmanın 
yolu dəmirçilər bazarından düşür. Özündən getmiş bir 
gəncin  başına  camaatın  toplaşdığını  görür.  Səlmana 
deyirlər  ki,  bir  dua  oxu,  bəlkə  ayıldı.  Səlman  gəncin 
başı üstə durub onun ayılmasını gözləyir. Oğlan özünə 
gəldikdə  Səlmanı  görüb  deyir:  “Mənim  haqqımda  bir 
söz  desələr,  düz  deyil.  Dəmirçilərin  çəkic  səsini  eşidib 
“Günahkarlar  üçün  dəmirdən  gürzlər  var”
363
   ayəsini 
xatırladım və əzab qorxusundan huşumu itirdim.” 
Səlman  dedi:  “Sən  mənə  din  qardaşı  olmağa 
dəyərsən.” Bu hadisədən sonra Səlman bu oğlanla rəfiq 
oldu.  
Bir gün oğlan xəstələndi. Səlman can verən dostunun 
başı  üstə  oturmuş  və  deyirdi:  “Ey  ölüm  mələyi, 
                                                 
363
 “Həcc”, 21. 


 
281 
qardaşımla müdara et, yaxşı keçin.” Cavab gəldi: “Mən 
bütün möminlərlə müdara əhliyəm.”
364
  
HUŞUNU İTİRƏN QADIN 
Tanınmış  alim  Molla  Fəthullah  Kaşani  “Mənhəc” 
təfsirində yazır: 
Bir  gün  Həzrət  Peyğəmbər  (s)  məsciddə  namaz 
qılırdı.  O,  “Həmd”i  bitirib  “Hicr”  surəsini  oxumağa 
başladı. “Şübhəsiz ki,  Cəhənnəm onların hamısına vəd 
olunmuş  yerdir;  Cəhənnəmin  yeddi  qapısı  var  və  hər 
qapısından müəyyən bir dəstə girər” ayələrini oxuduğu 
vaxt pərdə arxasında  Həzrətə (s) iqtida edən bir qadın 
huşunu  itirdi.  Qadının  üzünə  su  çiləyib  onu  ayıltdılar. 
Qadın  dedi:  -  “Ya  Rəsulallah,  oxuduğunuz  ayələrin 
qorxusundan  huşumu  itirdim.  Vay  mənim  halıma, 
bədənimin 
əzaları 
yeddi 
qapı 
arasında 
bölüşdürüləcək!” 
Həzrət  (s)  buyurdu:  “Elə  deyil.  Günahkarların  hər 
dəstəsi  bir  qapıda  cəzalandırılacaq.”  Qadın  dedi:  “Ya 
Rəsulallah!  Mənim  sərvətim  yeddi  quldan  ibarətdir. 
Cəhənnəmin  hər  qapısından  azad  olmaq  üçün  bu 
qulların birini azad edirəm.”  
Vəyh  mələyi  nazil  olub  dedi:  “Ya  Peyğəmbər  (s), 
qadına müjdə ver ki, “Allah Cəhənnəm qapılarını sənə 
haram etdi və üzünə Behişt qapılarını açdı.” 
Qüdsi hədisdə deyilir:  
“Ey  Adəm  övladı!  Mən  bu  şölələnən  alovu  yalnız 
kafirlər, xəsislər, sözgəzdirənlər, valideynlərinin üzünə 
ağ  olanlar,  zəkatın  qarşısını  alanlar,  sələm  yeyənlər, 
                                                 
364
 “Əmaliye-Mufid”, 136. 


 
282 
zinakarlar,  haramxorlar,  Quranı  unudanlar,  qonşuları 
incidənlər  üçün  yaratmışam.  Tövbə  edib  iman 
gətirənlər, saleh işlər görənlər istisnadır.  
Ey  bəndələrim!  Özünüzə  rəhm  edin.  Çünki  bədənlər 
zəif,  səfər  uzaq,  yük  ağır,  Sirat  dəqiq,  atəş 
şölələnmişdir.  İsrafil  nida  edər,  Rəbbül-aləmin  hesab 
çəkər.” 
HATƏM ƏSƏMMİN VƏSİYYƏTİ 
Səfərə çıxan bir şəxs Hatəm Əsəmdən vəsiyyət dilədi. 
Hatəm dedi: 
 
“Əgər yar istəsən, sənə Allah bəsdir. 
Əgər yoldaş istəsən, sənə yazan mələklər kifayətdir.  
Əgər ibrət istəsən, dünya yetər. 
Əgər munis istəsən, Quran sənə bəsdir. 
Əgər iş istəsən, ibadət sənə kifayətdir.  
Əgər vaiz, nəsihətçi istəsən, ölüm yetər...” 
 
Ya  Məvlayə,  fəkəyfə  yəbqa  fil-əzabi    huvə  yərcu 
ma  sələfə  min  hilmikə  əm  kəyfə  tulimuhun-naru   
huvə  yəmulu  fəzləkə    rəhmətəkə  əm  kəyfə 
yuhriquhu  ləhibuha    Əntə  təsməu  səvtəhu    təra 
məkanəhuəm kəyfə yəştəmilu ələyhi zəfiruha  Əntə 
tələmu zəfəhuəm kəyfə yətəqəlqəlu bəynə ətbaqiha  
əntə tələmu sidqəhuəm kəyfə təzcuruhu zəbaniyətuha 
 huvə yunadikə ya Rəbbəhuəm kəyfə yərcu fəzləkə 
fi itqihi minha fətətrukuhu fiha” 
 
(“Ey  mənim  Mövlam! Ötən  müdaralarına  ümid  edən 
bəndən  əzabda  necə  qala  bilər?  O,  Sənin  ehsan  və 


 
283 
rəhmətini  arzu  etdiyi  halda  od  onu  əzaba  necə  sala 
bilər? Atəş şölələri onu necə yandıra bilər ki, fəryadını 
eşidirsən,  yerini  görürsən?  Odunun  hənirtisi  onu  necə 
bürüyə  bilər  ki,  zəifliyindən  xəbərdarsan?  Cəhənnəm 
təbəqələrində 
necə 
ora-bura 
çəkilə 
bilər 
ki, 
sədaqətindən  xəbərdarsan?  Əzab  mələkləri  onu  necə 
qəzəblə qova bilərlər ki, Səni Allahlığınla çağırıb? Necə 
ola  bilər  ki,  o,  Cəhənnəmdən  azad  edəcəyinə  ümidi 
olduğu halda, Sən onu öz başına buraxasan?!” 
HAQQIN RƏHMƏTİ, LÜTF VƏ, KƏRAMƏTİ 
Ayə  və  rəvayətlərdən  məlum  olur  ki,  Allah-Taala 
bütün  bəndələrinə  mərhəmətli,  lütf  və  kəramət 
göstərəndir.  İnsanların  saysız-hesabsız  nemətlərlə 
təminatı yuxarıdakı müddəaların sübutudur.  
Bəzi  insanlar  nemətə  çatdıqdan  sonra  Allahdan  üz 
döndərir,  özləri  özlərinə  quyu  qazırlar.  Arzu  edən 
bəndələr  heç  bir  maneə  olmadan  çalışmaqla  misilsiz 
maddi  və  mənəvi  nemətlər  əldə  edə  bilərlər.  Allahın 
rəhmət,  lütf  və  kəramətinin  ecazkarlığı  ondadır  ki,  az 
əməl müqabilində çox şey əta edir.  
SÜLEYMAN VƏ KƏNDLİ 
Əzəmətli  səltənət  sahibi  olan  Həzrət  Süleyman  (ə) 
yoldan  keçərkən  bir  kəndli  öz-özünə  dedi:  “Mehriban 
Allah  Davudun  oğluna  böyük  səltənət  kəramət  edib.” 
Külək bu sözləri Süleymana çatdırdı. Həzrət Süleyman 
kəndliyə  yaxınlaşıb  buyurdu:  “Gücün  çatmayan, 
məsuliyyətinə  dözə  bilmədiyin  şeyi  arzulama.  Əgər 
Allah  bir  təsbihini,  həmdini  qəbul  etsə  bu  sənin  üçün 
Süleymana  əta  olunmuş  dünya  ucalığından  daha 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə