VI
GÖDƏK TİYƏLƏR CİNGİLDƏYİR
Qrenquar Bastiliyadan çıxdıqdan sonra ipini qırmış at kimi Sent-
Antuan küçəsiylə qaçmağa başladı. Boduaye meydanına çatdıqda
meydanın ortasında yüksələn daş xaça doğru getdi; qaranlıqda xaçın
altındakı pillələrdə oturmuş qara cübbəli adamın üzünə baxmağa
başladı.
-
Bu sizsiniz, metr? - Qrenquar soruşdu.
Qara cübbəli adam ayağa qalxdı.
-
Şükür allaha! Siz mənim səbrimi tükəndirdiniz, Qrenquar.
Artıq Sen-Jervə qülləsinin keşikçisi gecə ikinin yansı olduğunu xəbər
verdi.
-
Ah, buna mən yox, gecə qarovulu ilə kral müqəssirdir, - Qren-
quar cavab verdi. - Dar ağacından zorla qurtardım, mən həmişə
asılmaq şansını əldən verirəm, görünür, taleyim belədir.
-
Sən hər şeyi əldən verirsən, - ikinci cavab verdi. - Tez ol, lən-
gimək olmaz. Parolu bilirsən?
Qrenquar onun sualına cavab vermədən:
-
Bilirsiniz, ustad, mən kralı gördüm, bu saat onun yanından
gəlirəm, onun əynində pamazı şalvarı var. Bu, böyük macəradır.
-
Bəsdir çərənlədin! Bircə sənin macəran çatmırdı!.. Avaraların
parolunu bilirsən?
-
Narahat olmayın, parol belədir: “Gödək tiyələr cingildəyir”.
-
Yaxşı! Bunu bilməsək, kilsəyə gedə bilmərik, quldurlar bütün
küçələri tutublar. Xoşbəxtlikdən, onlar müqavimətə rast gəliblər.
Bəlkə də, hələ gecikməmişik.
-
Hə, ustad, ancaq kilsəyə necə girəcəyik?
-
Zəng qülləsinin açarı məndədir.
-
Bəs oradan necə çıxacağıq?
-
Monastırın arxasında çaya açılan balaca bir qapı var. O qapı-
nın açarı məndədir. Ora səhər-səhər bir qayıq da bağlamışam.
-
Ancaq, - Qrenquar başını yırğalayaraq dedi, - onlar, az qal-
mışdı, məni assınlar!
-
Yaxşı, yaxşı, tez ol gedək! - ikinci dedi və hər ikisi sürətli
addımlarla Qədim Şəhərə doğru tələsdilər.
763
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
VII
ŞATOPER, KÖMƏK ET!
Oxucu, bəlkə də, Kvazimodonu təhlükəli vəziyyətdə buraxdığı-
mızı unutmuşdur, üzərinə hər bir tərəfdən hücum edilən bu qəhrəman
taqətdən düşməsə də, qaraçı qızı - o, özünü qətiyyən düşünmürdü -
xilas etmək ümidini büsbütün itirmişdi. O, naümid halda qalereyanın
içiylə oyan-buyana qaçırdı. Hücum edənlər hər dəqiqə kilsənin içinə
soxula bilərdilər. Birdən qonşu küçələrdə at tappıltısı eşidildi və bir
dəstə atlı çapa-çapa meydana daxil oldu. Atlıların çiyinlərində nizələri
və əllərində məşəllər vardı. Onlar ucadan bağırırdılar:
- Yaşasın, Fransa! Qırın üsyançıları! Şatoper, kömək et!
Qorxuya düşmüş quldurlar üzlərini yeni düşmənə doğru çevir-
dilər. Heç bir şey eşitməyən Kvazimodo yalnız yalın qılıncları, məşəl-
ləri və nizələri görürdü. O, atlı dəstəsinə başçılıq edən kapitan Febi
gördü. Sonra hücum edənlərin sıralarında qarışıqlıq əmələ gəldiyini,
ən qəhrəmanlarının belə qorxuya düşdüyünü gördü. Qəfildən gəlmiş
bu kömək Kvazimodoya o qədər qüvvət verdi ki, qalereyanın
sürahisini aşmağa çalışan bir neçə hücumçunu heç bir çətinlik
çəkmədən itələyib aşağı saldı.
Bu, həqiqətən, kral qoşunu idi.
Ancaq quldurlar vəhşicəsinə müqavimət göstərməyə başlamış-
dılar. Həm öndən - Sen-Pyer küçəsi tərəfdən, həm də arxadan - Papert
küçəsi tərəfdən hücuma məruz qaldıqları üçün kilsənin yanına
sıxışdırılmışdılar. Onlar yenə də kilsəyə hücum edir, Kvazimodo isə
yenə onu müdafiə edirdi. Beləliklə, onlar eyni zamanda həm hücum
edən, həm də müdafiə olunan rolunu oynamaqla qəribə vəziyyətə
düşmüşdülər. Qraf Anri d’Arqur da 1630-cu ildə məşhur Turin
mühasirəsində belə bir vəziyyətə düşmüşdü. Qraf Anri d’Arqur
mühasirəyə aldığı savoylu knyaz Tomla üzərinə hücum edən markiz
Leqanez arasında qalmışdı. Onun məzar daşı üzərinə “Turini müha-
sirəyə alan və Turində mühasirəyə düşən” sözləri yazılmışdır.
Dəhşətli döyüş başlamışdı: salnaməçi Pyer Matye yazır: “Sanki,
köpək dişi qurd dərisindən yapışmışdı”. Kral atlıları, başda qəhrəman
kapitan Şatoper olmaqla heç bir aman vermədən sağa-sola
764
downloaded from KitabYurdu.org
qılınc çalırdılar; quldurlar pis silahlanmalarına baxmayaraq, dəhşətli
müqavimət göstərirdilər. Kişilər, qadınlar, uşaqlar pişik kimi dişlərilə,
ayaqlarıyla və əlləriylə atların quyruq və yallarından tuturdular.
Bəziləri yanan məşəlləri atlıların üzlərinə vururdu; bəziləri isə
atlıların boyunlarına dəmir kəmənd atıb, onları yəhərin üstündən salır,
yerə düşənlərin başını əzirdilər. Böyük kərənti ilə silahlanmış bir
quldur murdar səslə mahnı oxuya-oxuya atların ayaqlarını biçirdi;
beləliklə, o, sakit, yavaş və aramla taxıl zəmisində işləyən biçinçinin
hərəkətlərilə atlıların əmələ gətirdiyi dairəylə irəliləyirdi.
Bu adam Klopen Truyefu idi. Nəhayət, tüfəngdən açılan atəş onu
yerə sərdi.
Bu zaman yaxındakı evlərin pəncərələri də yenidən açılmışdı.
Qonşular kral qarovulunun səslərini eşidib onlara kömək etməyə
başlamış və pəncərələrindən quldurlara güllə atmağa başlamışdılar.
Kilsənin qabağındakı meydanı tüstü bürümüş, kilsənin və əlillər
evinin divarları, sanki, dumana qərq olmuşdu. Pəncərələrdən solğun
üzlü əlillər qorxa-qorxa meydana baxırdılar.
Nəhayət, quldurlar geriyə çəkilməyə məcbur oldular. Yorğunluq,
yaxşı silahlanmamalan, birdən-birə üzərlərinə hücum edilməsi, pən-
cərələrdən atəş açılması onları taqətdən saldı. Quldurlar hücum
edənlərin sıralarını yararaq otərəf-butərəfə qaçmağa başladılar.
Meydanda çoxlu meyit qalmışdı.
Son ana qədər mübarizə aparan Kvazimodo onların qaçdığını
görüb diz çökdü və əllərini göyə qaldırdı. Sonra sevincindən nə edə-
cəyini bilməyərək sürətli addımlarla qəhrəmancasına müdafiə etdiyi
kiçik daxmaya doğru yüyürdü; o yalnız ikinci dəfə xilas etdiyi qadı-
nın qarşısında diz çökəcəyini düşünürdü.
Ancaq hücrəyə daxil olanda orada heç kəsi görmədi.
765
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |