DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
On birinci kitab
ı
AYAQQABI
Quldurlar kilsəyə hücuma başlayanda Esmeralda yatırdı. Az
sonra kilsənin ətrafında getdikcə artmaqda olan gurultu əvvəl keçisini
oyatdı, keçinin mələməsinə o da oyandı. Esmeralda yatağının
üzərində əyləşdi, diqqətlə qulaq asmağa və baxmağa başladı. Sonra
gurultudan və gecənin bu vaxtında qeyri-adi görünən məşəllərin
işığından qorxuya düşərək nə olduğunu öyrənmək üçün yüyürə-
yüyürə hücrədən çıxdı. Meydanın ümumi görünüşü, orada hərəkət
edən adamlar, gecə qarovulunun intizamsızlığı, yuxarıdan baxdıqda
qaranlığa atılan bir dəstə qurbağaya bənzəyən bu iyrənc camaat,
gecənin qaranlığında yüyürüşən və bir-birinə toxunan qırmızımtıl
məşəllər; bütün bu səhnə onun nəzərində şər ruhlar ilə kilsənin daş
heykəlləri arasında başlamış gizli müharibəyə bənzəyirdi. Hələ uşaq-
lıqdan qaraçı tayfasına xas xurafatın təsirində olduğundan əvvəlcə
belə zənn etdi ki, zülmət ruhlarının gecə sərgüzəştlərini seyr edir.
Sonra bu müdhiş kabusdan canını qurtarmaq niyyətilə yenə yorğanını
başına çəkdi.
Lakin yavaş-yavaş qorxusu keçdi, tədricən artan gurultulardan
başqa bir çox reallıqlardan anladı ki, işə kabuslar deyil, canlı adamlar
qarışmışdır. O zaman onun dəhşəti artmasa da, başqa bir şəkil aldı.
Düşündü ki, bəlkə də, xalq onu xilas etmək üçün üsyan qaldırmışdır.
İkinci dəfə həyatla vidalaşmaq düşüncəsi, dumanlı ümid, Feb, öz
gələcəyini düşündüyü zaman qarşısında daim onun xəyalını görməsi,
zəif olduğunu hiss etməsi, qaçmağın mümkün olmadığını, öz
acizliyini, yalqız və kimsəsiz olduğunu düşünməsi
766
downloaded from KitabYurdu.org
kimi yüzlərcə, minlərcə fikir ona əzab verməyə başladı. O, dizi üstə
yıxıldı, üzü yatağa toxundu, əllərilə başını tutdu. Qaraçı olmaqla
bərabər, həm də bütpərəst olmasına baxmayaraq, hıçqıra-hıçqıra ağla-
mağa, Allaha yalvarmağa və məbədinə sığındığı həzrəti-Məryəmə
yalvarmağa başladı. Həyatda elə anlar olur ki, etiqadı olmayan
adamlar belə, ona yaxın olan məbədə tapınmağa başlayır.
Esmeralda uzun müddət bu vəziyyətdə qaldı. İbadət etməkdən
çox şiddətlə titrəyirdi; kütlənin hiddətinin səbəbini başa düşməyərək,
nə etmək istədiyini anlamayaraq, eyni zamanda dəhşətli bir sonluq
qarşısında olduğunu dumanlı şəkildə hiss edərək tir-tir titrəyirdi.
Bu gurultu və iztirab içində birdən yaxınlığında ayaq səsləri
eşitdi. Dönüb baxdı: otağına iki nəfər girdi; onlardan birinin əlində
fənər vardı. O, zəif səslə qışqırdı.
-
Qorxmayın, - ona tanış gələn dedi, - mənəm.
-
Siz kimsiniz? - qız soruşdu.
-
Pyer Qrenquar.
Bu ad qızı sakitləşdirdi. Gözlərini qaldırdıqda, həqiqətən, qarşı-
sında şairi gördü. Amma şairin yanında qara libaslı və dinib-danış-
mayan bir adamı görəndə ürəyi çırpındı.
-
Cali məni sizdən qabaq tanıdı, - Qrenquar məzəmmətlə dedi.
Doğrudan da, keçicik Qrenquarın adını söyləməsini gözləmədən
başını mehribancasına onun dizlərinə sürtməyə, yunuyla şairin
paltarını bulaşdırmağa başladı (keçinin tükü tökülməyə başlamışdı).
Qrenquar da heyvanı oxşadı.
-
Sizinlə gələn kimdir? - Esmeralda yavaşca soruşdu.
-
Narahat olmayın, bu, mənim dostlanmdan biridir, - Qrenquar
cavab verdi.
Sonra filosof fənərini yerə qoyub çömbəldi və Calini bağrına
basaraq sevinclə qışqırdı.
-
Nə sevimli heyvandır! Düzdür, boyu balacadır, ancaq hər
hansı professordan daha ağıllıdır! Cali, göstər baxım, oyunlarını
unutmamısan ki? Jak Şarmolü necə yeriyir?..
Lakin qara cübbəli adam Qrenquarın sözünü bitirməsinə imkan
vermədi: Qrenquara yaxınlaşıb çiynindən tutaraq itələdi. Qrenquar
ayağa durdu.
-
Hə, doğrudan da, - dedi, - lap unutmuşdum, tələsmək lazımdır.
Ancaq, ustad, bu heç də adamla bu cür rəftar etməyə əsas vermir.
767
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Mənim sevimli yavrum, sizin də, Calinin də həyatı təhlükədədir. Sizi
yenə asmaq istəyirlər. Biz sizin dostunuzuq, sizi xilas etmək üçün
gəlmişik, bizimlə gəlin.
-
Bu doğrudur? - Esmeralda sarsılmış halda dedi.
-Tamamilə doğrudur. Tez olun, qaçaq!
-
Məmnuniyyətlə, - qız mızıldandı. - Bəs dostunuz niyə susur?
-
Bilirsiniz, - Qrenquar cavab verdi, - onun atasıyla anası çox
qəribə adamlar olduğundan onu qaradinməz ediblər.
Qız onu qətiyyən qane etməyən bu izahla istər-istəməz razılaş-
malı oldu. Qrenquar onun əlindən tutdu, yoldaşı isə fənəri götürüb
qabağa düşdü. Gənc qız qorxusundan tamamilə çaşıb qalmışdı, odur
ki heç bir söz söyləmədən itaətkarlıq göstərirdi. Keçicik Qrenquarı
yenidən gördüyü üçün sevindiyindən tullana-tullana onların dalınca
getdi. Buynuzlarını tez-tez Qrenquarın ayaqlarının arasına soxdu-
ğundan onun büdrəməsinə səbəb olurdu.
-
Həyat belədir də, - filosof hər dəfə büdrəyəndə deyirdi, - ən
yaxşı dostlarımız belə bizə badalaq gəlirlər.
Onlar sürətlə zəng qülləsinin pilləkənindən aşağıya endilər,
qaranlıq və kimsəsiz, ancaq bayırdakı gurultudan əks-səda verən
kilsəni keçib qırmızı qapıdan monastırın həyətinə çıxdılar. Hücumdan
qorxuya düşmüş rahiblər bir yerdə ibadət etmək üçün yepiskopun
mənzilinə qaçdıqlarından monastır bomboş idi; həyət də boşalmışdı;
yalnız bir neçə qorxaq monastır xidmətçisi həyətin qaranlıq
künclərində gizlənmişdi. Qrenquarla yoldaşları çayın sahilinə gedən
darvazaya tərəf yönəldilər. Qara bürüncəkli adam açarla qapını açdı.
Darvazanın arxasında adanın şərq cəhətini təşkil edən və kilsə
kapituluna aid olan, eyni zamanda, Qədim şəhərin hasarıyla əhatə
olunmuş bir burun vardı. Bu yer tamamilə kimsəsiz və boş idi; Papert
meydanındakı gurultu belə buraya güclə gəlib çatırdı. Sərin külək
burunun kənarında bitmiş ağacın yarpaqlarını xışıldadırdı. Bununla
belə, onlar yenə də təhlükəli yerə çox yaxın idilər: ən yaxın binalar
yenə də kilsə və arxiyepiskop sarayı idi. Yəqin ki, bu sarayda da
böyük qarışıqlıq vardı. Yandırılmış kağız yığınının içində uzun
müddət qəribə şəkilli qığılcımlar göründüyü kimi, burada da, evin
qaranlıq divarında bir pəncərədən o biri pəncərəyə qaçan işıqlar
görünürdü; bir az o tərəfdə meydanı tutmuş qırmızımtraq işıqda kil-
sənin əsas binası üzərində böyük zəng qüllələri yüksəlir, nəhəng
768
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |