Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə28/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   24   25   26   27   28   29   30   31   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

90 


hissələri arasında dəyişən münasibətlərin seyri ilə müqayisə 

etsək, bu daha da aydınlaşacaq. Seyrin burada ilk baxışda, 

deyək ki, sinusun artması ilə kosinusun necə azaldığını, bir 

bucağın kosinusunun başqasının sinusu olmasını, hər iki bucağın 

azalması və artması arasında tərs mütənasibliyi necə dəqiqliklə 

və bütünlüklə tutmasını in abstracto ifadə etməkdən ötrü böyük 

miqdarda ədəd və yorucu hesablama tələb olunardı.  Özünün 

bir ölçüsü ilə məkanın üç ölçüsünü verməkdən ötrü zamanın nə 

kimi əzab-əziyyətə düçar olacağını deyə bilərik. Bununla belə

əgər biz praktiki məqsədlər naminə istəsək ki, məkan 

münasibətləri abstrakt anlayışlarda qeydə alınsın, bu zəruridir: 

birincilər sonuncularda bilavasitə yox, sırf zaman kəmiyyəti, 

abstrakt idrak üçün təkcə bilavasitə yararlı olan ədəd vasitəsilə 

ifadə oluna bilərlər. Maraqlı cəhət bir də budur ki, əgər məkan 

seyr üçün tam yararlıdırsa və özünün üç ölçüsünün köməyi ilə 

ən mürəkkəb münasibətləri belə müşahidə etmək imkanı 

verirsə, lakin abstrakt idrak üçün əlçatmazdırsa, bunun tam əksi 

olaraq zaman mücərrəd anlayışlara asanlıqla yerləşir, amma 

seyrə çox az şey verir: bizim sırf zaman daxilində, məkanı cəlb 

etmədən rəqəmləri özünəməxsus stixiyalarında seyrimiz 

çətinliklə on rəqəminə çatır – bu hüdud arxasında biz 

rəqəmlərin aşkar dərkini yox, yalnız abstrakt anlayışlara malik 

oluruq; digər tərəfdən, hər bir surətlə və bütün cəbr işarələri ilə 

biz dəqiq müəyyən edilmiş abstrakt anlayışları birləşdiririk. 

Yeri gəlmişkən qeyd edək ki, bir sıra zəkaları yalnız əyani  

idrak  tam  razı  salır.  Məkanda  varlığın  əyani  təsəvvür  edilən 

əsası və nəticəsi – onların axtardığı budur. Məkan məsələlərinin 

Evklid isbatı və ya hesab vasitəsilə həlli onları təmin etmir. Digər 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

91 


zəkalar  isə,  əksinə,  istifadə  və  izah  üçün  yararlı  olan  abstrakt 

anlayışlar  tələb  edirlər:  uzun  fikir  zəncirində    mücərrəd  tezis, 

düstur, dəlil-sübutlar və hesablamalar üçün onlarda dözüm də, 

yaddaş da var. Bu hesablamalarda istifadə olunan işarələrsə ən 

mürəkkəb  abstraksiyaların  əvəzediciləridir.  Sonuncu  göstərilən 

zəkalar – müəyyənliyə, birincilər–  əyaniliyə can atırlar. Fərq göz 

qabağındadır. 

Biliyin,  abstrakt  idrakın  ən  ali  dəyəri  ondan  ibarətdir  ki, 

onu  başqalarına  ötürmək  və  təsbit  etməklə  qoruyub  saxlamaq 

olar: yalnız bunun sayəsində o, təcrübə üçün son dərəcə əvəzsiz 

və  vacib  olur.  Başqası  öz  dərrakəsində  əyani  idrak  vasitəsilə 

fiziki  cisimlərin  dəyişiklikləri  və  hərəkəti  arasında  səbəb 

əlaqəsinə  malik  ola  və  bundan  tam  razı  qala  bilər:  lakin  onun 

bilikləri  başqalarına  ötürülsün  deyə,  onu  əvvəlcə  anlayışlarda 

möhkəmləndirmək  lazımdır.  Hətta  birinci  növ  dərketmənin 

praktiki  məqsədləri  üçün  kifayət  edər  ki,  onun  sahibi  onun 

tətbiqini həm də tam icra oluna biləcək fəaliyyətdə – nə qədər 

ki,  əyani  dərketmə  hələ  canlıdır  –  bütünlüklə  öz  üzərinə 

götürsün:  lakin  başqasının  yardımına  ehtiyac  varsa,  belə  idrak 

kifayət  etmir,    şəxsi  hərəkətləri  yaxud  belə  müxtəlif  zaman 

kəsiyində  yerinə  yetirilməli,  deməli  düşünülmüş  plan  tələb 

edirsə  belə  idrak  kifayət  etmir.  Məsələn,  təcrübəli  bilyard 

oyunçusu 

elastik 


cisimlərin 

öz 


aralarında 

toqquşma 

qanunlarının tam biliyinə yalnız idrakda, yalnız bilavasitə seyrdə 

malik  ola  bilər,  bu  da  onlara  tam  kifayət  edir.  Lakin  bu 

qanunların  həqiqi  biliyinə,  yəni  in  abstracto  idraka  yalnız  alim-

mexanik  malikdir.    Əgər  ixtiraçı  maşının  özü  düzəldirsə,  hətta 

maşın düzəltmək üçün bu cür sırf intuitiv dərketmə kifayət edir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

92 


İstedadlı  sənətkarlar  qeyd  edim  ki,  hər  hansı  elmi  məlumatsız 

məhz  belə  də  hərəkət  edirlər.  Amma  əksinə,  mexaniki 

əməliyyatları,  maşınqayırmanı,  bina  ucaltmağı  yerinə  yetirmək 

üçün  müxtəlif  zaman  kəsiyində  başlayan  bu  mürəkkəb  işdə 

insanlara  ehtiyac  duyulduğu  üçün,  belə  birgə  fəaliyyət  rəhbəri 

özü üçün in abstracto onun planını tərtib etməlidir, bu isə yalnız 

ağlın  köməyi  ilə  mümkündür.  Maraqlıdır  ki,  birinci  növ 

fəaliyyətdə  –  bu  zaman  kimsə  məlum  fəaliyyəti  təkbaşına  və 

fasiləsiz  yerinə  yetirməlidir  –  bilik,  ağlın  tətbiqi,  refleksiya  çox 

vaxt  hətta  mane  ola  bilər,  məsələn,  bilyard  oyununda, 

qılıncoynatmada,  alətlərin  sazlanmasında,  nəğmə  oxuyanda. 

Belə  hallarda  fəaliyyətə  bilavasitə  əyani  idrak  rəhbərlik 

etməlidir,  refleksiya  isə  diqqəti  yayındırmaqla  və  insanı 

karıxdırmaqla  onu  inamsız  edir.  Məsələn,  o,  münasib  yer 

tapmaq,  yanlış ifratçılıq arasında lazımi fürsəti bulmağa çalışır; 

təbiət  adamı  bütün  bunları  bilavasitə,  kənar  heç  nə  barədə 

düşünmədən tapır. Eynilə bu cür mənim, əgər onu əlimdə tuta-

tuta  intuitiv  olaraq  bilmirəmsə,  dərəcə  və  dəqiqələri,  ülgücü 

hansı  bucaq  altında,  qoymağı  in  abstracto  müəyyənləşdirə 

bilməyimin  nə  xeyri?  Ağıl  insan  surətinin  anlanmasına  mane 

olur:  və  o,  bilavasitə  dərrakə  tərəfindən  həyata  keçməlidir, 

hədər yerə demirlər ki, üzün ifadəsini, fizionomiyanın mənasını 

yalnız  hiss  etmək  olar,  başqa  sözlə  onlar  abstrakt  anlayışlarda 

əriyib  yox  olmur.  Hər  bir  kəs  özünün  bilavasitə  intuitiv 

fizioqnomika  və  patoqnomikasına  malikdir,  lakin  bu  siqnatura 

rerum-u biri başqasına nisbətən (şeylərin nəyi bildirdiyini) daha 

aydın  ancaq    başa  düşə  bilər.  Fizioqnomikanı  in  abstracto 

öyrətmək  və  öyrənmək  olmaz,  çünki  burada  çalarlar  o  qədər 

incədir ki, anlayış onların səviyyəsinədək enə bilməz. Buna görə 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə