www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
87
adlandırır; zadəgan üçün yerdə qalanları - roturies (raznoçin,
yəni qeyri-zadəganlar), tələbə üçün– filisterlərdir və s. Həmin
birtərəflilikdə, demək olar ki, təşəxxüsün həmin kobud
nadanlığında, nə qədər qəribə səslənsə də, zəkanın özü
günahkardır, çünki o, bir hiss anlayışına idrakın hər növ
modifikasiyasını – əgər o, bilavasitə onun təsəvvür üsuluna
mənsub deyilsə, başqa sözlə desək, abstrakt anlayış deyilsə–
daxil edir. Zəka bu günahı dərin özünüdərk yolu ilə hərəkət
tərzini özü üçün aydınlaşdırmadan indiyədək öz sahəsində
anlaşılmazlıq və dolaşıqlıq bahasına yumalı idi, axı, hətta
hissin xüsusi qabiliyyəti belə icad edilmiş və onun
nəzəriyyələri qurulurdu.
§ 12
Bilik – onun kontradiktor əksliyi kimi mən indicə hiss
anlayışını
26
təqdim etdim – bu, artıq deyildiyi kimi, abstrakt
dərketmə, yəni ağılla qavramadır. Lakin ağıl həmişə başqa yolla
artıq qazanılmış nəyisə idraka qaytardığı üçün, o, əslində, bizim
bildiyimizi genişləndirmir, ona yalnız başqa forma verir. Yəni
intuitiv surətdə, in concreto dərk olunan şey onun sayəsində
mücərrəd və ümumi şəkildə dərk olunur, bu isə belə şəkildə
söylənilənin ilk baxışda nəzərə çarpdığından müqayisəyə gəlməz
dərəcədə vacibdir. Çünki dərk olunan şeyin sabit qorunub
saxlanması, onu ötürmə imkanı, təcrübədə inamlı və geniş
tətbiqi bütünlüklə dərk olunan şeyin biliyə çevrilməsi, abstrakt
xarakter kəsb etməsindən asılıdır. İntuitiv olaraq idrak həmişə
xüsusi hala aiddir, yalnız ən yaxına aiddir və onun üzərində də
dayanır, zira hissiyyat və idrak eyni vaxtda əslində yalnız bir
obyekti dərk edə bilər. Hər növ davamlı, əlaqəli, planauyğun
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
88
fəaliyyət buna görə əsas prinsiplərdən, yəni mücərrəd bilikdən
çıxış etməli və onları rəhbər tutmalıdır.
Belə ki, məsələn, səbəb və təsir arasında münasibət
barədə dərrakədə olan dərk bu barədə in abstracto təsəvvür
ediləndən qat-qat mükəmməl, dərin və dolğundur: yalnız idrak
aşkar, bilavasitə və mükəmməl surətdə açar qolunun,
palispastın, dişli çarxın necə fəaliyyət göstərməsini, tağtavanın
necə sallandığını dərk edir və s. Lakin intuitiv idrakın indicə
toxunduğumuz xüsusiyyətləri nəticəsində bilavasitə verilənə
müraciət etməklə, maşın və binaların inşası üçün tək bir dərrakə
kifayət etməz; burada zəka işdən yapışmalı, seyri abstrakt
anlayışlarla əvəz etməli, onları öz fəaliyyətində bələdçiyə
çevirməli və əgər onlar düzdürsə, uğur təmin edilmişdir. Elə bu
cür xalis seyrlə biz parabola, hiperbola, spiralın mahiyyətini və
qanunauyğunluğunu mükəmməl qavrayır, lakin bu dərketməni
gerçəkliyə düzgün tətbiq etməkdən ötrü, əvvəlcə onu abstrakt
biliyə çevirmək lazımdır. Bu zaman o (bilik ), əyaniliyini itirsə də,
abstrakt biliyin həqiqiliyi və müəyyənliyini qazanır. Beləliklə,
bütün diferensial hesablama bizim əyrilər barədə
biliyimizi,
əslində, genişləndirmir, onların xalis seyrində olanlardan
artığına malik deyil; lakin o, intuitivi abstrakta çevirməklə
idrakın xarakterini dəyişir ki, bu da tətbiq zamanı qeyri-adi
tərzdə səmərəli, məhsuldar olur. Bu yerdə bizim dərketmə
qabiliyyətimizin daha bir xüsusiyyətini yada salmaq lazımdır: nə
qədər ki, əyani və mücərrəd idrak arasında fərq bütünlüklə
aydınlaşmamışdı, onu görə bilmirdilər. Bu xüsusiyyət ondan
ibarətdir ki, məkanın münasibətini özlüyündə bilavasitə
abstrakt idraka keçirmək olmaz, bunun üçün yalnız zaman
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
89
kəmiyyəti, yəni rəqəmlər yararlıdır. Yalnız rəqəmlər onlara
dəqiqliklə uyğun gələn abstrakt anlayışlarda ifadəsini tapa bilər,
məkan kəmiyyəti isə yox. Min anlayışı on anlayışından hər iki
zaman kəmiyyəti seyrdə fərqləndiyi kimi fərqlənir: min deyəndə
biz on rəqəmindən müəyyən miqdar dəfə artıq rəqəmi
təsəvvürə gətiririk və biz zamanda seyr etmək üçün bu min
rəqəmini onluqlara bölə, yəni onu hesablaya bilərik. Lakin mil
və futun abstrakt anlayışları arasında onlar barəsində əyani
təsəvvür olmadan və ədədlərin köməyi olmadan, bu
kəmiyyətlərin özlərinə müvafiq dəqiq fərq mövcud deyil. Hər iki
anlayışda, ümumiyyətlə, məkan kəmiyyəti düşünülür və onları
kifayət qədər fərqləndirməkdən ötrü ya məkan seyrini köməyə
çağırmaq, yəni mücərrəd idrak sahəsini tərk etmək, ya da bu
fərqi ədədlərlə təsəvvür etmək lazımdır. Beləliklə, əgər biz
məkan münasibətləri haqqında abstrakt biliyə malik olmaq
istəyiriksə, onları əvvəlcə zaman münasibətlərinə, yəni ədədlərə
keçirmək lazımdır. Buna görə həndəsə yox, yalnız hesab
kəmiyyət barədə ümumi elmdir, həndəsə isə əgər onu başqaları
üçün rahat şərh etmək və ona təcrübədə dəqiq müəyyənlik və
tətbiq edilə bilmə vermək istəyirlərsə, hesaba keçirilməlidir.
Doğrudur, məkan münasibətlərini də özlüyündə in abstracto
düşünmək olar, – məsələn, sinus bucağa uyğun artır; lakin bu
münasibətin qiymətini göstərmək tələb olunursa, ədəd lazımdır.
Üçölçülü məkanı yalnız bir ölçüyə malik zamana keçirmək
zərurəti, əgər biz məkan münasibətlərinin abstrakt dərkini (yəni
sadə seyr yox, bilik) istəyiriksə, məhz bu zərurət riyaziyyatı bu
qədər çətinləşdirir. Əgər əyrilərin onların analitik hesablanması
ilə seyrini, ya da heç olmasa triqonometrik funksiyalarının
loqarifm cədvəllərini, bu cədvəllərdə ifadə olunan üçbucağın
Dostları ilə paylaş: |