www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
93
abstrakt bilik mozaik rəsmlərin Van der Verft və ya Dennerə
bəslədiyi münasibəti onlara bəsləyir: naxışların incəliyinə
baxmayaraq, xırda daşların qıraqları aydın göründüyü və buna
görə bir rəngdən digərinə tədrici keçid mümkün olmadığı kimi,
anlayışlar da özünün bu hərəkətsizliyi və kəskin cizgilərində
onları nə qədər incə şəkildə yaxın təriflərlə parçalamağa cəhd
göstərilsə də, heç vaxt seyr edilənin zərif modifikasiyasına nail
ola bilməzlər, bununla belə, misal kimi tərəfimdən göstərilən
fizioqnomikanın* bütün mahiyyəti məhz sonuncularda əks
olunmuşdur. (
HAŞİYƏ: (*Mən buna görə o fikirdəyəm ki,
fizioqnomikanın dəqiqliyi bir neçə ümumi qanunun müəyyən
edilməsindən irəli gedə bilməz; məsələn, alın və gözlərə əsasən
intellektual olanı, dodaqlara və üzün aşağı hissəsinə görə
iradənin etik təzahürlərini oxumaq olar: alın və gözlər bir-birini
qarşılıqlı surətdə izah edir və müşahidə edilən bu cizgilərdən
hər biri digəri olmadan yalnız yarıya qədər aydındır. Dahilik heç
vaxt yüksək, geniş, gözəl, girdələnmiş alın olmadan mümkün
deyil, lakin sonuncu çox vaxt bunlarsız da olur: sifət nə qədər
çirkindirsə, ağıllı ifadəyə görə ağıl barədə daha düzgün nəticə
çıxarmaq olar və sifət nə qədər gözəldirsə, səfeh ifadəyə görə
səfehlik barədə daha düzgün nəticə çıxarmaq olar, çünki
gözəllik insan tipinə uyğunluq kimi artıq özü mənəvi aydınlığın
ifadəsidir, eybəcərlik bunun tam əksi olan xarakterə malikdir və
s.)
Anlayışların məhz bu xüsusiyyəti– bu xüsusiyyətlər
mozaik naxışın daşlarına oxşayır və onun sayəsində seyr həmişə
onların
asimptotası
olaraq
qalır
–
sənətdə
uğur
qazanılmamasına bais olur. Əgər müğənni və ya virtuoz
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
94
refleksiyanı rəhbər tutursa, ölü olaraq qalacaqdır. Bu, bəstəkara
da, rəssama da və hətta şairə də aiddir: anlayış sənət üçün
həmişə bəhrəsizdir və yalnız onun texnikasını idarə edə bilər;
anlayışın sahəsi – elmdir. Əsl sənətin anlayışdan yox, əyani
idrakdan irəli gəlmə səbəbini üçüncü kitabda müfəssəl tədqiq
edəcəyik. Anlayışın hətta adi davranışda, şəxsi tərif ünsiyyətdə
oynadığı mənfi rol yalnız bundan ibarətdir ki, xudpəsəndlik və
heyvaniliyin qəfil üzə çıxmasının qarşısını alır, bu səbəbdəndir
ki, nəzakətlilik onun hər cür tərifə layiq törəməsidir. Lakin
cazibədarlıq, məlahət, davranışda füsunkarlıq, sevgi və dostluq
anlayışdan irəli gəlməməlidir, əks təqdirdə
“Bilərəkdənlik hər şeyi pozur
27
”.
Bax elə bu səbəbdəndir ki, dərin düşünməyə adət
etməmiş vəhşi həyat tərzi sürən və savadsız adamlar, məlum
fiziki təmrinlər, heyvanlarla mübarizəni, ox atmanı və sairəni elə
inam və sürətlə yerinə yetirirlər ki, bu, refleksiya edən avropali
üçün əlçatmazdır, ona görə ki, refleksiya onu tərəddüd etməyə
və ləngiməyə məcbur edir.
Hər növ sünilik – refleksiyanın işidir: lakin uzun müddət
və fasiləsiz olaraq onu saxlamaq mümkün deyil. Nemo potest
personam diu fare fictam
*
- deyə Seneka “De dlementia”
kitabında yazırdı: o, əksərən sezilir və öz məqsədinə çatmır.
Həyatın çətin məqamlarında ani qərarlar, cəsarətli əməllər, tez
və düzgün dərrakəlilik tələb olunduğu bir halda ağıl, əlbəttə ki,
lazımdır: lakin o üstünlük əldə edib özünün şübhələri ilə lazım
olanın dərk edilməsində intuitiv, bilavasitə, sırf hissiz şüurlu
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
95
seçim edərsə, qətiyyətsizlik doğurar və asanlıqla hər şeyi
korlaya bilər.
Nəhayət, həm fəzilət, həm də paklıq, övliyalıq
refleksiyadan yox, iradənin mənəvi dərinliyindən və onun idraka
münasibətindən irəli gəlir. Bunun izahı bu kitabın tamamilə
başqa yerinə aiddir, burada isə mən yalnız onu qeyd etməyi
özümə rəva bilirəm ki, əxlaqi ehkamlar bütöv xalqların
zəkasında eyni ola bilər, lakin hər bir fərd öz bildiyi kimi hərəkət
edir: və əksinə, əməllər, necə deyərlər, yəni – əgər onların etik
məzmunu nəzərdə tutulursa, anlayışlara yox, hisslərə əsaslanır.
Ehkamlar asudə ağlı məşğul edirlər; əməl onlardan asılı
olmayaraq öz yolu ilə gedir və əsas etibarilə abstrakt yox,
söylənilməmiş əxlaq qaydaları üzrə törədilir, onun ifadəçisi isə
bütün tamlığı ilə insanın özüdür. Buna görə xalqların dini
ehkamları nə qədər fərqli olsa da, hamıda xeyirxah əməl sözlə
deyilə bilməyən məmnunluqla müşayiət olunur, pis əməl isə –
intəhasız nifrətlə. Birincini heç bir rişxənd yerindən oynada
bilməz, sonuncudan heç bir keşiş
günahları silməklə xilas edə
bilməz. Lakin bu o demək deyil ki, fəzilətli həyat sürmək üçün
ağlın iştirakı vacib deyil, lakin o, belə həyatın mənbəyi deyil.
Onun funksiyası tabelidir: o, bir dəfə qəbul edilmiş qərarları hifz
edir, ani zəifliyə müqavimət göstərib əməllərimizə ardıcıl
xarakter verməklə prinsiplərin keşiyində durur. Onun sənətdəki
rolu da son nəticədə buna müncər edilir: burada o, əhəmiyyətli
olan şeydə gücsüzdür, lakin fikrin icrasına kömək edir, çünki
*
Heç kəs uzun müddət maska daşıya bilməz.
Dostları ilə paylaş: |