Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə32/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   28   29   30   31   32   33   34   35   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

102 


haqqında  bilik  əldə  etmək  və  bu  işi  tədricən  başa  çatdırmaq 

istəsəydi,  bunun  üçün,  bir  tərəfdən,  heç  bir  insan  yaddaşı 

kifayət  etməzdi,  digər  tərəfdənsə,  öyrənilənlərə  xatircəmliklə 

tam  yəqinlik  hasil  etmək  olmazdı.  Buna  görə  o,  biri  digərini 

ehtiva  edən  anlayışlar  sferasının  yuxarıda  izahı  verilmiş 

xüsusiyyətindən istifadə edir və öz obyektinin anlayışı daxilində 

olan  geniş  sferalara  meyl  göstərir.  Bu  sferaların  qarşılıqlı 

münasibətlərini  müəyyən  etdikdən  sonra  o,  ümumiyyətlə, 

onlarda  düşünülənin  hamısını  müəyyənləşdirir  və  hər  dəfə 

anlayışın  daha  məhdud  sferalarını  fərqləndirməklə,  bu 

düşünülənləri öz tərifləri ilə getdikcə daha dəqiq əhatə edir. Elm 

üçün  də  öz  predmetini  bütünlüklə  əhatə  etmək  məhz  bunun 

nəticəsində  mümkün  olur.  Elmin  idraka  gəlib  çıxdığı  bu  yol 

ümumidən xüsusiyə gedən yoldur, onu adi bilikdən fərqləndirir: 

odur ki, sistematik forma elmin mühüm və səciyyəvi əlamətidir. 

Hər bir elmin ən ümumi anlayış sferalarının birləşdirilməsi, yəni 

onun ali prinsiplərini dərketmə onun tədqiqi üçün labüd şərtdir: 

belə  prinsiplərdən  xüsusi  müddəalara  gəlib  çıxmaq  bizim 

iradəmizdən  asılıdır  və  alimliyin  əsaslılığını  yox,  həcmini  artırır. 

Müxtəlif  elmlərdə  ali  prinsiplərin  sayı  –  yerdə  qalanlar  onlara 

tabedir–  çox  müxtəlifdir,  odur  ki,  onların  bəzilərində 

subordinasiya, digərlərində əlaqələndirmə çoxdur. Bu baxımdan 

birincilər  daha  çox  mühakimə  qabiliyyəti,  sonuncular  möhkəm 

hafizə  tələb  edir.  Hələ  sxolastlara  məlum  idi  ki,  nəticə  iki 

mühakimə  tələb  etdiyi  üçün  heç  bir  elm  yeganə,  sonradan 

başqasından çıxarılmayan əsas prinsipdən çıxış edə bilməz: hər 

bir  elm  bir  neçə  belə  prinsipə,  heç  olmazsa  ikisinə  malik 

olmalıdır.  Başlıca  olaraq  təsnif  edən  elmlər–  zoologiya, 

botanika,  habelə  kimya  və  fizika-  onlar  bütün  qeyri-üzvi 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

103 


fəaliyyəti  çox  az  miqdarda  əsas  qüvvələrə  müncər  etdiyi  üçün 

daha  çox  subordinasiyaya  malikdirlər,  əksinə,  tarix,  özlüyündə 

ona  qətiyyən  malik  deyil,  çünki  burada  ümumi  yalnız  başlıca 

dövrlərin  icmalında  qərar  tutur,  bu  dövrlərdən  isə  ayrı-ayrı 

hadisələri çıxarmaq mümkün deyil: sonuncular birincilərə yalnız 

xronoloji  baxımdan  tabedir,  öz  anlayışı  üzrə  isə  onlarla 

əlaqələndirilir.  Buna  görə  tarix,  düzünü  desək,  elm  yox,  bilikdir 

(seçdirmə  redaktorundur).  Doğrudur,  Evklidin  qurduğu  kimi, 

riyaziyyatda 

yalnız 

aksiomlar 



yarımçıq 

deyilmiş 

əsas 

müddəalardır,  bütün  isbatlar  isə    dəqiq  ardıcıllıqla  onlara  tabe 



olur. Lakin belə düzülüş riyaziyyatın mahiyyəti ilə bağlı deyil və 

əsil  həqiqətdə  hər  bir  teorem  özü  ilə  yeni  məkan 

konstruksiyasına başlayır ki,  o, da özü-özlüyündə əvvəlkilərdən 

asılı  deyil  və  doğrusunu  desək,  onlardan  tamamilə  ayrı,  öz-

özündən,  məkanın  xalis  seyrində  dərk  oluna  bilər,  burada 

(məkanda  )  isə  ən  dolaşıq  konstruksiya  belə  aksiom  kimi 

bilavasitə aydındır; bu barədə təfsilatı ilə aşağıda bəhs ediləcək. 

Bununla  belə,  hər  bir  riyazi  müddəa  çoxsaylı  ayrı-ayrı  hallara 

tətbiq olunan ümumi həqiqət olaraq qalır və ona da, həmçinin 

adi  vəziyyətlərdən  mürəkkəblərinə  tədrici  keçid  xasdır  və  bu 

əsas  etibarilə  birincilərdən  irəli  gəlir;  beləliklə  riyaziyyat  hər 

cəhətdən elmdir. 

Özlüyündə  elmin,  yəni  forma  üzrə  kamilliyi  ondan 

ibarətdir  ki,  onun  müddəalarında  imkan  daxilində  daha  çox 

subordinasiya və bacardıqca az əlaqələndirmə olsun. Buna görə 

ümumelmi  istedad-anlayışların  sferalarını  onların  müxtəlif 

tərifləri  üzrə  qarşılıqlı  tabe  etmək  qabiliyyətidir.  Məqsəd, 

Platonun  dəfələrlə  tələb  etdiyi  kimi,  elmin  təkcə  ucu-bucağı 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

104 


görünməyən  müxtəlifliyinin  bilavasitə  müqayisə  edilə  biləcəyi 

ümumini  ifadə  etməsi  deyildi,  biliyin  daha  konkret  təriflərə 

əsaslanan vasitəçi anlayış və ayırmaların köməyi ilə son dərəcə 

ümumidən  xüsusiyə  tədricən  enməsi  idi.  Kantın  dili  ilə  desək, 

bu,  yekcinslik  və  ayrıcalaşma  qanunlarını  eyni  dərəcədə  təmin 

etmək  deməkdir.  Lakin  məhz  əsl  kamilliyin  bundan  ibarət 

olmasından  aşağıdakılar  aşkara  çıxır:  elmin  məqsədi–    daha 

böyük  dürüstlük  yox  (çünki  sonuncuya  ən  natamam  ayrıca  bir 

məlumatda  malik  ola  bilər),  biliyin  onun  forması  vasitəsi  ilə 

asanlaşdırılması və bununla verilən dolğun bilik imkanıdır. Odur 

ki,  idrakın  elmiliyinin  daha  çox  dürüstlükdən  ibarət  olması 

barədə  yayılmış  yanlış  fikir  və  elə  bu  cür  yanlışlıqla  yalnız 

riyaziyyat  və  məntiqin  əsl  mənada  elm  olması  (belə  ki,  yalnız 

onlar  özlərinin  xalis  apriorluğu  üzündən  təkzib  olunmaz  idrak 

səhihliyinə  malikdir)  barədə  bundan  irəli  gələn  iddialar 

əsassızdır.  İdrakın  təkzib  olunmaz  səhihliyi  kimi  sonuncu 

üstünlüyü qəbul etməmək olmaz, lakin bu onlara xüsusi elmlilik 

hüququ  vermir.  Elmlilik  idrakın  səhihliyindən  yox,  onun 

ümumidən  xüsusiyə  tədricən  enişə  əsaslanan  sistematik 

formasından ibarətdir.  

Bu,  ümumidən  xüsusiyə  doğru  elmlərə  xas  dərketmə 

yolu  ona  səbəb  olur  ki,  onlarda  bir  çox  şey  əvvəlki 

müddəalardan  deduksiya  ilə,  yəni  sübutlarla  əsaslandırılır.  Bu  

isə  köhnə  yanlışlığa    belə  bir  bəhanə  vermişdir  ki,  guya  yalnız 

sübuta yetmiş tam doğruların və guya hər bir həqiqətin sübuta 

ehtiyacı  var,  halbuki  əksinə,  hər  bir  sübut  onun  özünün  və  ya 

yenə  də  öz  sübutlarının  son  dayağı  ola  biləcək  isbatedilməz 

həqiqətə  ehtiyac  duyur,  elə  buna  görə  də  bilavasitə 




Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə