Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə34/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   30   31   32   33   34   35   36   37   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

108 


qanununun    nəticəsi  kimi  a  priori    səhih  fəaliyyət  göstərir. 

Astronomiyanın  bütün  materialı  da  bundan  ibarətdir;  həm 

sadəliyi, həm də səhihliyi ilə o, sarsılmaz və predmetin əzəməti 

və mühümlüyü sayəsində çox maraqlı nəticələrə gətirib çıxarır. 

Məsələn,  əgər  mən  hansısa  planetin  kütləsini  və  ondan  peykə 

qədər  olan  məsafəni  bilirəmsə,  səhvsiz  olaraq  onun  dairəvi 

hərəkət  müstəvisi  barədə  nəticə  çıxaracağam  –  Keplerin  ikinci 

qanununa  əsasən.  Bu qanun  ona  əsaslanır  ki, həmin  məsafədə 

yalnız  verilən  sürət  peyki  eyni  vaxtda  həm  planetə  bağlayır, 

həm də onun üzərinə düşməkdən  saxlayır. 

Beləliklə, yalnız bu cür həndəsi əsasda, yəni a priori  seyr 

vasitəsilə, üstəlik təbiətin məlum qanununu tətbiq etməklə əqli 

nəticələrin  köməyi  ilə  çox  şeyə  nail  olmaq  mümkündür,  çünki 

onlar  bir  əyani  qavrayışdan  digərinə  bir  növ  körpü  yaradırlar; 

buna  sırf  əqli  nəticələrlə  müstəsna  olaraq  məntiqi  yolda  nail 

olmaq olmaz. 

Astronomiyanın  birinci  və  əsas  həqiqətlərinin  mənbəyi, 

əslində,  induksiyadır,  yəni  bir  çox  seyrlərdə  verilənlərin  bir 

düzgün,  bilavasitə  əsaslandırılmış  fikirdə  birləşdirilməsidir: 

ondan  sonra  ehtimallar  irəli  sürülür,  onların  təcrübədə 

induksiya  olaraq  təcrübə  tamlığa  yaxınlaşan    təsdiqlənməsi 

haqqında  bəhs  etdiyimiz  birinci  fikrin  isbatıdır.  Məsələn, 

planetlərin görünən hərəkəti empirik baxımdan dərk edilmiş: bu 

hərəkətin (planetlərin orbitinin) məkan əlaqəsi haqqında bir çox 

yanlış  fərziyyələrdən  sonra,  nəhayət,  əsl  hərəkət  tapıldı,  sonra 

onun  əməl  etdiyi  qanunlar  (Kepler  qanunları)  kəşf  edildi,  son 

nəticədə  onun  səbəbi  (ümumi  cazibə)  tapıldı;  bütün  bu 

fərziyyələrə onlarla və onların bütün həqiqi hallarının nəticələri 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

109 


ilə  empirik  dərk  edilmiş  üst-üstə  düşmə  yəni  induksiya 

mükəmməl  dürüstlük  verdi,  yəni  induksiya.  Ehtimalı  tapmaq 

mühakimə  qabiliyyətinin  işi  idi,  o,  həmin  faktı  düzgün  qəbul 

edib  ona  müvafiq  ifadə  verdi;  induksiya  isə,  yəni  təkrar  seyr 

hipotezin  doğruluğunu  təsdiqlədi.  Əgər  biz  dünya  məkanını 

sərbəst  dolaşa  bilsəydik  və  teleskopik  gözə  malik  olsaydıq, 

sonuncu  bilavasitə,  yəni  yeganə  empirik  seyrin  köməyi  ilə  də 

müəyyən  edilə  bilərdi.  Deməli,  burada  da  əqli  nəticə 

dərketmənin  mühüm  və  yeganə  mənbəyi  deyil, yalnız bəd  gün 

üçün vasitədir. 

Nəhayət üçüncü, bir başqa növ misal gətirmək üçün onu 

da qeyd edək ki, metafiziki həqiqətlər, Kantın “Təbiətşünaslığın 

metafiziki  başlanğıcı”  əsərində  ifadə  etdiyi  kimi,  özlərinin 

aşkarlığına  görə  sübutlara  borclu  deyillər.  A  priori  olaraq 

şübhəsiz olanı biz bilavasitə dərk edirik: hər növ idrakın forması 

kimi  o,  tərifəmizdən  son  zərurətlə  dərk  olunur.  Məsələn, 

materiyanın  daimi  olmasını,  yəni  nə  yarana,  nə  də  məhv  ola 

bilməsini  biz  bilavasitə  mənfi  həqiqət  kimi  bilirik,  çünki  bizim 

məkan  və  zamanı təmiz seyrimiz  hərəkət  imkanı verir,  dərrakə 

isə  səbəbiyyət  qanununda  forma  və  keyfiyyətin  dəyişməsi 

imkanı  verir;  lakin  materiyanın  yaranması  və  ya  məhvi  üçün 

bizdə  müvafiq  təsəvvür  forması  yoxdur.  Bu  səbəbdəndir  ki, 

həmin həqiqət bütün dövrlərdə, hər yerdə və hər bir kəs üçün 

aşkar olmuş, heç vaxt ciddi şəkildə şübhəyə məruz qalmamışdır; 

əgər  o,  olduqca  çətin  və  iynənin  ucunda  ləngər  vuran  Kant 

sübutundan savayı digər dərketmə əsasına malik olmasaydı, bu 

olmazdı.  Bundan  savayı  mən  (əlavədə  aydınlaşdırdığım  kimi) 

Kantın  sübutlarını  yanlışlıq  hesab  edirəm  və  yuxarıda 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

110 


göstərmişəm  ki,  materiyanın  daimliyini  təcrübənin  imkanında 

zamanın  yox,  məkanın  malik  olduğu  iştirakdan  çıxarmaq 

lazımdır.  Bütün  həqiqətlərin    (bu  mənada  metafiziki  adlanan) 

gerçək  əsaslandırılması  yəni  idrakın  zəruri  və  ümumi 

formalarının  abstrakt  ifadələri  yenə  da  abstrakt  müddəalardan 

ibarət  ola  bilməz;  o,  yalnız  aydın-aşkar  və  heç  bir  təkzibin  əli 

çatmayan  tezislərdə  özünü  a  priori  olaraq  büruzə  verən 

təsəvvür  formalarının  bilavasitə  dərkindən  ibarətdir.  Əgər  hər 

halda belə həqiqətlərin  sübutunu vermək istəsələr, yalnız belə 

bir şeyə göstərişdə ola bilər ki, hansısa şübhəsiz həqiqətdə hissə 

və ya ilkin şərt kimi sübuta yetə biləcək həqiqət vardır. Belə ki, 

aydınlaşdırmışam  ki,  hər  bir  empirik  seyrdə  artıq  səbəbiyyət 

qanununun  tətbiqi  mövcuddur  və  bu  səbəbdən  onun  dərk 

edilməsi  hər  növ  təcrübənin  şərtidir  və  bu  yolla  Hyumun  iddia 

etdiyi kimi, ondan törəyə və asılı ola bilməz.  

Sübutlar,  ümumiyyətlə,  öyrənmək  istəyənlərdən  çox, 

mübahisəni  xoşlayanlar  üçündür.  Sonuncular  inadla  bilavasitə  

dürüst  fikri  rədd  edirlər:  yalnız  həqiqət  hərtərəfli  ardıcıl  ola 

bilər;  buna  görə  höcətçilərə  göstərmək  lazımdır  ki,  onlar  bir 

forma  altında  və  dolğun  surətdə  digər  forma  altında  və 

bilavasitə  rədd  etdikləri  ilə  razılaşırlar,  yəni  onlara  inkar  edilən 

və    qəbulolunan  arasındakı  məntiq  baxımından  zəruri  əlaqəni 

göstərmək lazımdır. 

Bundan  savayı,  elmi  forma,  yəni  xüsusi  olanın  yüksələn 

qaydada  ümumiyə  tabe  etdirilməsi  bir  çox  müddəaların 

həqiqiliyinin  yalnız  məntiq  baxımından,  daha  doğrusu,  onların 

digər müddəalardan asılılığı, yəni eyni zamanda sübut kimi çıxış 

edən  əqli  nəticə  vasitəsilə  əsaslandırılmasına  səbəb  olur.  Lakin 




Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə