Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə29/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   25   26   27   28   29   30   31   32   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

93 


abstrakt  bilik  mozaik  rəsmlərin  Van  der  Verft  və  ya  Dennerə 

bəslədiyi  münasibəti  onlara  bəsləyir:  naxışların  incəliyinə 

baxmayaraq,  xırda  daşların  qıraqları  aydın  göründüyü  və  buna 

görə bir rəngdən digərinə tədrici keçid mümkün olmadığı kimi, 

anlayışlar  da  özünün    bu  hərəkətsizliyi  və  kəskin  cizgilərində 

onları  nə  qədər  incə  şəkildə  yaxın  təriflərlə  parçalamağa  cəhd 

göstərilsə  də,  heç  vaxt  seyr  edilənin  zərif  modifikasiyasına  nail 

ola  bilməzlər,  bununla  belə,    misal  kimi  tərəfimdən  göstərilən 

fizioqnomikanın*  bütün  mahiyyəti  məhz  sonuncularda  əks 

olunmuşdur.  (

HAŞİYƏ:  (*Mən  buna  görə  o  fikirdəyəm  ki,

 

fizioqnomikanın  dəqiqliyi  bir  neçə  ümumi  qanunun  müəyyən 



edilməsindən irəli gedə bilməz; məsələn, alın və gözlərə əsasən 

intellektual  olanı,  dodaqlara  və  üzün  aşağı  hissəsinə  görə 

iradənin etik təzahürlərini oxumaq olar: alın və gözlər bir-birini 

qarşılıqlı  surətdə  izah  edir  və  müşahidə  edilən  bu  cizgilərdən 

hər biri digəri olmadan yalnız yarıya qədər aydındır. Dahilik heç 

vaxt  yüksək,  geniş,  gözəl,  girdələnmiş  alın  olmadan  mümkün 

deyil,  lakin  sonuncu  çox  vaxt  bunlarsız  da  olur:  sifət  nə  qədər 

çirkindirsə,  ağıllı  ifadəyə  görə  ağıl  barədə  daha  düzgün  nəticə 

çıxarmaq  olar  və  sifət  nə  qədər  gözəldirsə,  səfeh  ifadəyə  görə 

səfehlik  barədə  daha  düzgün  nəticə  çıxarmaq  olar,  çünki 

gözəllik  insan  tipinə  uyğunluq  kimi  artıq  özü  mənəvi  aydınlığın 

ifadəsidir, eybəcərlik bunun tam əksi olan xarakterə malikdir və 

s.) 

Anlayışların  məhz  bu  xüsusiyyəti–  bu  xüsusiyyətlər 



mozaik naxışın daşlarına oxşayır və onun sayəsində seyr həmişə 

onların 


asimptotası 

olaraq 


qalır 

– 

sənətdə 



uğur 

qazanılmamasına  bais  olur.  Əgər  müğənni  və  ya  virtuoz 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

94 


refleksiyanı rəhbər tutursa, ölü olaraq qalacaqdır. Bu, bəstəkara 

da,  rəssama  da  və  hətta  şairə  də  aiddir:  anlayış  sənət  üçün 

həmişə  bəhrəsizdir  və  yalnız  onun  texnikasını  idarə  edə  bilər; 

anlayışın  sahəsi  –  elmdir.  Əsl  sənətin  anlayışdan  yox,  əyani 

idrakdan  irəli  gəlmə  səbəbini  üçüncü  kitabda  müfəssəl  tədqiq 

edəcəyik.  Anlayışın  hətta  adi  davranışda,  şəxsi  tərif  ünsiyyətdə 

oynadığı  mənfi  rol  yalnız  bundan  ibarətdir  ki,  xudpəsəndlik  və 

heyvaniliyin  qəfil  üzə  çıxmasının  qarşısını  alır,  bu  səbəbdəndir 

ki,  nəzakətlilik  onun  hər  cür  tərifə  layiq  törəməsidir.  Lakin 

cazibədarlıq,  məlahət, davranışda füsunkarlıq,  sevgi  və  dostluq 

anlayışdan irəli gəlməməlidir, əks təqdirdə 

“Bilərəkdənlik hər şeyi  pozur

27

”. 

Bax  elə  bu  səbəbdəndir  ki,  dərin  düşünməyə  adət 

etməmiş  vəhşi  həyat  tərzi  sürən  və  savadsız  adamlar,  məlum 

fiziki təmrinlər, heyvanlarla mübarizəni, ox atmanı və sairəni elə 

inam və sürətlə yerinə yetirirlər ki, bu, refleksiya edən avropali 

üçün əlçatmazdır, ona görə ki, refleksiya onu tərəddüd etməyə 

və ləngiməyə məcbur edir.

 

Hər növ sünilik  – refleksiyanın işidir: lakin uzun müddət 



və  fasiləsiz  olaraq  onu  saxlamaq  mümkün  deyil.  Nemo  potest 

personam  diu  fare  fictam

*

  -  deyə  Seneka  “De  dlementia” 



kitabında  yazırdı:  o,  əksərən  sezilir  və  öz  məqsədinə  çatmır. 

Həyatın çətin məqamlarında ani qərarlar, cəsarətli əməllər, tez 

və düzgün dərrakəlilik tələb olunduğu bir halda  ağıl, əlbəttə ki, 

lazımdır:  lakin  o  üstünlük  əldə  edib  özünün  şübhələri  ilə  lazım 

olanın  dərk  edilməsində  intuitiv,  bilavasitə,  sırf  hissiz  şüurlu 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

95 


seçim  edərsə,  qətiyyətsizlik  doğurar  və  asanlıqla  hər  şeyi 

korlaya bilər. 

Nəhayət,  həm  fəzilət,  həm  də  paklıq,  övliyalıq 

refleksiyadan yox, iradənin mənəvi dərinliyindən və onun idraka 

münasibətindən  irəli  gəlir.  Bunun  izahı  bu  kitabın  tamamilə 

başqa  yerinə  aiddir,  burada  isə  mən  yalnız  onu  qeyd  etməyi 

özümə  rəva  bilirəm  ki,  əxlaqi  ehkamlar  bütöv  xalqların 

zəkasında eyni ola bilər, lakin hər bir fərd öz bildiyi kimi hərəkət 

edir: və əksinə, əməllər, necə deyərlər, yəni – əgər onların etik 

məzmunu nəzərdə tutulursa, anlayışlara yox, hisslərə əsaslanır. 

Ehkamlar  asudə  ağlı  məşğul  edirlər;  əməl  onlardan  asılı 

olmayaraq  öz  yolu  ilə  gedir  və  əsas  etibarilə  abstrakt  yox, 

söylənilməmiş  əxlaq  qaydaları  üzrə  törədilir,  onun  ifadəçisi  isə 

bütün  tamlığı  ilə  insanın  özüdür.  Buna  görə  xalqların  dini 

ehkamları  nə  qədər  fərqli  olsa  da,  hamıda  xeyirxah  əməl  sözlə 

deyilə  bilməyən  məmnunluqla  müşayiət  olunur,  pis  əməl  isə  – 

intəhasız  nifrətlə.  Birincini  heç  bir  rişxənd  yerindən  oynada 

bilməz,  sonuncudan    heç  bir  keşiş

 

günahları  silməklə  xilas  edə 



bilməz.  Lakin  bu  o  demək  deyil  ki,  fəzilətli  həyat  sürmək  üçün  

ağlın  iştirakı  vacib  deyil,  lakin  o,  belə  həyatın  mənbəyi  deyil. 

Onun funksiyası tabelidir: o, bir dəfə qəbul edilmiş qərarları hifz 

edir,  ani  zəifliyə  müqavimət  göstərib  əməllərimizə  ardıcıl 

xarakter verməklə prinsiplərin keşiyində durur. Onun sənətdəki 

rolu da son nəticədə buna müncər edilir: burada o, əhəmiyyətli 

olan  şeydə  gücsüzdür,  lakin  fikrin  icrasına  kömək  edir,  çünki 

                                                                                                                             

*

 Heç kəs uzun müddət maska daşıya bilməz. 




Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə