Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə31/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   27   28   29   30   31   32   33   34   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

99 


Pedantizmə xas formaya, ədaya, ifadə və sözə bağlılıq buradan 

irəli gəlir və deyilənlər əslində onun üçün işin mahiyyətini əvəz 

edir.  Burada  tezliklə  anlayışın  gerçəkliklə  uyğunsuzluğu, 

anlaşılmış  olanın  heç  vaxt  təfsilat  səviyyəsinə  enməməsi  aşkar 

olur  və  bəlli  olur  ki,  onun  ümumiliyi  və  dəqiq  müəyyənliyi  heç 

vaxt  incə  nüanslara  və  gerçəkliyin  müxtəlif  modifikasiyalarına 

tam  uyğun  gələ  bilməz.  Pedant  buna  görə  özünün  ümumi 

prinsipləri  ilə  həyatda  demək  olar  həmişə  olduqca  məhdud 

görünür;  o  ağıllı  deyil,  zövqü  yoxdur,  faydasızdır,  anlayışın 

səmərəsiz  olduğu  incəsənətdə  isə  o,  cansız,  süni,  ədalı  nəsə 

doğurur.  Hətta  əxlaqda  belə  ədalətli  və  ya  alicənab  hərəkət 

etmək  qətiyyəti  hər  yerdə  abstrakt  prinsiplərə  uyğun  həyata 

keçə bilməz; bir çox hallarda vəziyyətin intəhasız incə nüansları 

xarakterdən  bilavasitə  irəli  gələn  vaciblik  seçimi  zərurəti 

doğurur,  halbuki  yalnız  yarı  yararlı  sırf  mücərrəd  prinsiplərin 

tətbiqi  qismən  yanlış  nəticə  verir,  qismən  isə,  ümumiyyətlə, 

mümkün  deyil,  çünki  onlar  hərəkət  edən  şəxsin  fərdi 

xarakterinə  yaddır,  xarakterdən  isə  əl  çəkmək  qətiyyən 

mümkün  deyil.  Qeyri-ardıcıllığa  səbəb  də  budur.  Biz  Kantı 

bütünlüklə  əxlaqi  pedantizmi  şirnikləndirməsilə  bağlı  tənədən 

azad edə bilmərik, belə ki, əməlin mənəvi dəyərinin şərti kimi o, 

onun mənşəyini hər hansı meyl və ya ani coşqudan savayı, sırf 

şüurlu  abstrakt  prinsiplərdə  görür.  Şillerin  «Vicdan  əzabı»

29

 



epiqramının  məğzinin  mənası  da  bu  məzəmmətdən  ibarətdir. 

Söhbət, xüsusilə siyasətdə, doktrinyorlardan, nəzəriyyəçilərdən, 

alimlərdən  və  s.  gedəndə,  pedantlar,  yəni  şeyləri  in  concreto 

yox,  in  abstracto  qəbul  edən  adamlar  nəzərdə  tutulur. 

Abstraksiya  xüsusi  təriflərin  fikrən  aradan  qaldırılmasından 

ibarətdir, halbuki təcrübədə məhz onlar mühüm rol oynayır. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

100 


Nəzəriyyə tam dolğun olsun deyə, hazırcavablığın 

qeyri-qanuni növünü - söz oyunu, kalamburu, cinası– 

xatırlatmaq yerinə düşərdi; buraya ikimənalılıq, pequivoque 

da aiddir ki, onun da başlıca sferası– ədəbsizlikdir. 

Hazırcavablıq iki müxtəlif real obyekti zorakılıqla bir anlayış 

altına gətirildiyi kimi, söz oyunu da fürsətdən istifadə edib iki 

müxtəlif anlayışı bir sözlə ifadə edir: elə həmin təzad yaranır, 

lakin daha sönük və səthi, çünki şeyin mahiyyətindən yox, 

adın təsadüflilyindən irəli gəlir. Hazırcavablıq zamanı 

eyniyyət– anlayışda, fərq– gerçəklikdə; söz oyunu zamanı 

fərq– anlayışda, eyniyyət–  sözün səslənməsi ilə təqdim 

edilən gerçəklikdədir. Əgər biz desəydik ki, söz oyunu 

hazırcavablığa çevrilmiş yuxarı konusun parabolasının aşağı 

parabolaya bəslədiyi münasibət kimi münasibət bəsləyir, 

müqayisə, çox güman ki, həddən ziyadə qəribə olardı. Şifahi 

anlaşılmazlıq, yaxud quid pro quo – bu, qeyri-ixtiyari 



calembourgdur və o, sonuncuya axmaqlığın hazırcavablığa 

bəslədiyi münasibətdə olur; bu səbəbdən qulağı ağır eşidən, 

axmaq kimi çox vaxt gülüş üçün bəhanə verir və pis 

komediyaların müəllifləri axmağın əvəzinə gülüş oyatmaq 

üçün ondan istifadə edirlər. 

Mən  burada  gülüşü  yalnız  psixoloji  baxımdan  nəzərdən 

keçirtdim:  fiziki  nöqteyi-nəzərə  gəldikdə  isə  “Parerqa”da 

deyilənlərə müraciət etməyi məsləhət bilirəm (II cild, 6-cı fəsil, § 

96, səh. 134,-I nəşr).

*

 



 

§ 14 


Ümidvaram ki, bir tərəfdən zəkanın idrakı, bilik, anlayış, 

digər  tərəfdən  dərrakə  vasitəsilə  sırf  hissi  riyazi  seyrdə  və 

                                                           

*

 II cildin 8-ci fəsli buraya aiddir. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

101 


dərketmədəki bilavasitə idrak arasındakı fərqi və münasibətləri 

tam  izah  etmiş  bu  müxtəlif  mülahizələrdən;  daha  sonra,  bizim 

idrak  qüvvələrimizin  gözəl  münasibətlərinin  araşdırılmasının 

labüd şəkildə gətirib çıxardığı hisslər və gülüş haqqında epizodik 

qeydlərdən  mən  indi  şüurun  insana  bəxş  etdiyi  üçüncü 

üstünlüyün–  elmin  (dil  və  düşünülmüş  fəaliyyətlə  yanaşı) 

sonrakı  təhlilinin  üzərinə  qayıdıram.  Qarşımızda  duran  elmə 

ümumi baxış qismən onun formasına, qismən  mühakimələrinin 

əsaslandırılmasına və nəhayət məzmununa aid olacaqdır. 

Biz gördük ki, sırf məntiqin əsası istisna olmaqla, hər növ 

biliyin  mənbəyi  ağlın  özündə  deyil:  başqa  yolla  əldə  edilmiş, 

xarakterinə  görə  aşkar  olan  bilik  ağıldan  kənara  çıxmır  və 

bununla  da,  idrakın  bambaşqa  növünə  -  abstrakt  idraka  keçir. 

Hər cür bilik, yəni idrak in abstracto dərketməyədək yüksələrək, 

hissənin  tama  aid  olması  kimi,  öz  mənasında  elmə  aiddir.  Hər 

bir insan rast gəldiyi ayrı-ayrı hadisələri müşahidə etməkdən və 

təcrübədən müxtəlif şeylər barədə bilik əldə edir: lakin elmə o 

şəxs can atır ki, qarşısına əşyaların hansısa müəyyən sahəsini in 



abstracto  tam  dərk  etməyi  məqsəd  qoymuşdur.  Bu  sahəni 

yalnız  anlayışın  köməyi  ilə  fərqləndirmək  olar:  bu  səbəbdəndir 

ki,  hər  bir  elmin  başında  anlayış  durur  və  burada  məcmu 

şeylərin  o  hissəsi  düşünülür  ki,  elm  onun  barəsində  in 



abstracto-  tam  dərk  verməyi  vəd  edir.  Məsələn,  məkan 

münasibətlərinin anlayışı, cansız cisimlərin bir-birinə təsiri, bitki 

və  ya  heyvanların  xüsusiyyətləri,  yer  səthinin  ardıcıl 

dəyişiklikləri,  bütövlükdə  bəşəriyyətin    dəyişiklikləri,  dilin 

quruluşu  və  s.  bu  qəbildəndir.  Əgər  elm  onun  anlayışında 

düşünülən hər bir ayrıca əşyanı öyrənmək vasitəsilə öz obyekti 




Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə