Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə27/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   23   24   25   26   27   28   29   30   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

87 


adlandırır; zadəgan üçün yerdə qalanları - roturies (raznoçin, 

yəni qeyri-zadəganlar), tələbə üçün– filisterlərdir və s. Həmin 

birtərəflilikdə, demək olar ki, təşəxxüsün həmin kobud 

nadanlığında, nə qədər qəribə səslənsə də, zəkanın özü 

günahkardır, çünki o, bir hiss anlayışına idrakın hər növ 

modifikasiyasını – əgər o, bilavasitə onun təsəvvür üsuluna 

mənsub deyilsə, başqa sözlə desək, abstrakt anlayış deyilsə– 

daxil edir. Zəka bu günahı dərin özünüdərk yolu ilə hərəkət 

tərzini özü üçün aydınlaşdırmadan indiyədək öz sahəsində 

anlaşılmazlıq və dolaşıqlıq bahasına yumalı idi, axı, hətta 

hissin xüsusi qabiliyyəti belə icad edilmiş və onun 

nəzəriyyələri qurulurdu. 

 

 

 



 

 

 



 

 

§ 12 



Bilik  –  onun  kontradiktor  əksliyi  kimi  mən  indicə  hiss 

anlayışını

26

 təqdim  etdim  –  bu,  artıq  deyildiyi  kimi,  abstrakt 



dərketmə, yəni ağılla qavramadır. Lakin ağıl həmişə başqa yolla 

artıq qazanılmış nəyisə idraka qaytardığı üçün, o, əslində, bizim 

bildiyimizi  genişləndirmir,  ona  yalnız  başqa  forma  verir.  Yəni 

intuitiv  surətdə,  in  concreto  dərk  olunan  şey  onun  sayəsində 

mücərrəd  və  ümumi  şəkildə  dərk  olunur,  bu  isə  belə  şəkildə 

söylənilənin ilk baxışda nəzərə çarpdığından müqayisəyə gəlməz 

dərəcədə  vacibdir.  Çünki  dərk  olunan  şeyin  sabit  qorunub 

saxlanması,  onu  ötürmə  imkanı,  təcrübədə  inamlı  və  geniş 

tətbiqi  bütünlüklə  dərk  olunan  şeyin  biliyə  çevrilməsi,  abstrakt 

xarakter  kəsb  etməsindən  asılıdır.  İntuitiv  olaraq  idrak  həmişə 

xüsusi  hala  aiddir,  yalnız  ən  yaxına  aiddir  və  onun  üzərində  də 

dayanır,  zira  hissiyyat  və  idrak  eyni  vaxtda  əslində  yalnız  bir 

obyekti  dərk  edə  bilər.  Hər  növ  davamlı,  əlaqəli,  planauyğun 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

88 


fəaliyyət  buna  görə  əsas  prinsiplərdən,  yəni  mücərrəd bilikdən 

çıxış etməli və onları rəhbər tutmalıdır. 

Belə ki, məsələn, səbəb və təsir arasında münasibət 

barədə dərrakədə olan dərk bu barədə in abstracto təsəvvür 

ediləndən qat-qat mükəmməl, dərin və dolğundur: yalnız idrak 

aşkar, bilavasitə və mükəmməl surətdə açar qolunun, 

palispastın, dişli çarxın necə fəaliyyət göstərməsini, tağtavanın 

necə sallandığını dərk edir və s. Lakin intuitiv idrakın indicə 

toxunduğumuz xüsusiyyətləri nəticəsində bilavasitə verilənə 

müraciət etməklə, maşın və binaların inşası üçün tək bir dərrakə 

kifayət etməz; burada zəka işdən yapışmalı, seyri abstrakt 

anlayışlarla əvəz etməli, onları öz fəaliyyətində bələdçiyə 

çevirməli və əgər onlar düzdürsə, uğur təmin edilmişdir. Elə bu 

cür xalis seyrlə biz parabola, hiperbola, spiralın mahiyyətini və 

qanunauyğunluğunu mükəmməl qavrayır, lakin bu dərketməni 

gerçəkliyə düzgün tətbiq etməkdən ötrü, əvvəlcə onu abstrakt 

biliyə çevirmək lazımdır. Bu zaman o (bilik ), əyaniliyini itirsə də, 

abstrakt biliyin həqiqiliyi və müəyyənliyini qazanır. Beləliklə, 

bütün diferensial hesablama bizim əyrilər barədə

 

biliyimizi, 



əslində, genişləndirmir, onların xalis seyrində olanlardan 

artığına malik deyil; lakin o, intuitivi abstrakta çevirməklə 

idrakın xarakterini dəyişir ki, bu da tətbiq zamanı qeyri-adi 

tərzdə səmərəli, məhsuldar olur. Bu yerdə bizim dərketmə 

qabiliyyətimizin daha bir xüsusiyyətini yada salmaq lazımdır: nə 

qədər ki, əyani və mücərrəd idrak arasında fərq bütünlüklə 

aydınlaşmamışdı, onu görə bilmirdilər. Bu xüsusiyyət ondan 

ibarətdir ki, məkanın münasibətini özlüyündə bilavasitə 

abstrakt idraka keçirmək olmaz, bunun üçün yalnız zaman 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

89 


kəmiyyəti, yəni rəqəmlər yararlıdır. Yalnız rəqəmlər onlara 

dəqiqliklə uyğun gələn abstrakt anlayışlarda ifadəsini tapa bilər, 

məkan kəmiyyəti isə yox. Min anlayışı on anlayışından hər iki 

zaman kəmiyyəti seyrdə fərqləndiyi kimi fərqlənir: min deyəndə 

biz on rəqəmindən müəyyən miqdar dəfə artıq rəqəmi 

təsəvvürə gətiririk və biz zamanda seyr etmək üçün bu min 

rəqəmini onluqlara bölə, yəni onu hesablaya bilərik. Lakin mil 

və futun abstrakt anlayışları arasında onlar barəsində əyani 

təsəvvür olmadan və ədədlərin köməyi olmadan, bu 

kəmiyyətlərin özlərinə müvafiq dəqiq fərq mövcud deyil. Hər iki 

anlayışda, ümumiyyətlə, məkan kəmiyyəti düşünülür və onları 

kifayət qədər fərqləndirməkdən ötrü ya məkan seyrini köməyə 

çağırmaq, yəni mücərrəd idrak sahəsini tərk etmək, ya da bu 

fərqi ədədlərlə təsəvvür etmək lazımdır. Beləliklə, əgər biz 

məkan münasibətləri haqqında abstrakt biliyə malik olmaq 

istəyiriksə, onları əvvəlcə zaman münasibətlərinə, yəni ədədlərə 

keçirmək lazımdır. Buna görə həndəsə yox, yalnız hesab 

kəmiyyət barədə ümumi elmdir, həndəsə isə əgər onu başqaları 

üçün rahat şərh etmək və ona təcrübədə dəqiq müəyyənlik və 

tətbiq edilə bilmə vermək istəyirlərsə, hesaba keçirilməlidir. 

Doğrudur, məkan münasibətlərini də özlüyündə in abstracto 

düşünmək olar, – məsələn, sinus bucağa uyğun artır; lakin bu 

münasibətin qiymətini göstərmək tələb olunursa, ədəd lazımdır. 

Üçölçülü məkanı yalnız bir ölçüyə malik zamana keçirmək 

zərurəti, əgər biz məkan münasibətlərinin abstrakt dərkini (yəni 

sadə seyr yox, bilik) istəyiriksə, məhz bu zərurət riyaziyyatı bu 

qədər çətinləşdirir. Əgər əyrilərin onların analitik hesablanması 

ilə seyrini, ya da heç olmasa triqonometrik funksiyalarının 

loqarifm cədvəllərini, bu cədvəllərdə ifadə olunan üçbucağın 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə