Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə26/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   22   23   24   25   26   27   28   29   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

84 


formalarından savayı bir şeyə malik deyil. Zəka tərəfindən dörd 

qanundan  savayı  mükəmməl  xalis  dərk  etmə,  ümumiyyətlə, 

mövcud  deyil.  Mən  həmin  qanunlara  metaloji  həqiqiliyi  də 

əlavə  etmişəm.  Bunlar:  eyniyyət,  ziddiyyət,  istisna  edilmiş 

üçüncü və idrakın kafi əsası qanunlarıdır. Çünki məntiqdə yerdə 

qalanı  belə  zəka  tərəfindən  sırf  dərk  olunan  deyillər,  belə  ki, 

anlayışlar  sferalarının  münasibət  və  kombinasiyalarını  nəzərdə 

tutur;  anlayışlar  isə,  ümumiyyətlə,  özündən  qabaqkı  əyani 

təsəvvürlərin  ardınca  yaranır,  onlara  münasibət  anlayışların 

mahiyyətini  təşkil  edir  və  deməli,  onlar  tərəfindən  nəzərdə 

tutulur.  Bu  ilkin  şərt  anlayışların  müəyyən  məzmununa  yox, 

ancaq varlıqlarına şamil olunduğu üçün, bütövlükdə götürülmüş 

məntiq  xalis  zəkanın  elmi  sayıla  bilər.  Bütün  yerdə  qalan 

elmlərdə  zəka  öz  məzmununu  aşkar  təsəvvürlərdən  alır: 

riyaziyyatda  –  hər  hansı  təcrübədən  əyani  məlum  olan  məkan 

və  zaman  münasibətlərindən;  sırf  təbiətşünaslıqda,  yəni  bizim 

hər hansı təcrübəyədək təbiətin axını barədə bildiyimizdə elmin 

məzmunu sırf dərrakədən irəli gəlir, yəni səbəbiyyət qanununu 



aprior  dərk  etməkdən  və  onun  məkan  və  zamanı  xalis  seyr  və 

əlaqəsindən. Bütün digər elmlərdə adlarını çəkdiyimiz fənlərdən 

götürülməmiş  hər  şey  təcrübəyə  mənsubdur.  Ümumiyyətlə, 

bilmək-  ixtiyari  canlandırma  üçün  ruhunun  hökmü  altında 

özlündən kənarda nədəsə idrakın kafi əsasını tapan, yəni həqiqi 

olan  mühakimələrə  malik  olmaq  deməkdir.  Beləliklə,  yalnız 

mücərrəd  idrak  bilikdir:  buna  görə  o  ağılla  şərtlənmişdir  və 

heyvanlar barəsində biz, ciddi desək, guya onların nəsə bildiyini 

iddia  edə  bilmərik,  hərçənd  onlarda  da  əyani  idrak,  onun 

barəsində  xatirələr  və  bu  səbəbdən  təxəyyül  var  -  sonuncu 

onların  yuxu  görmələri  ilə  sübuta  yetir.  Şüuru  biz  onlara  aid 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

85 


edirik və onun anlayışı ilə hansı növ olursa-olsun nəticə etibarilə 

(hərçənd  ki,  sözün  mənşəyində  bilik  durur)  təsəvvür  anlayışı  

üst-üstə  düşür.  Buna  görə  biz  bitkilərə  idrakı  yox,  həyatı  aid 

edirik.  

Beləliklə, bilik – mücərrəd şüurdur, zəkanın  başqa yolla 

dərk olunanların anlayışlarında təsbitidir. 

 

§ 11 


Bu baxımdan idrakın həqiqi əksi hissdir və biz onu bu 

səbəbdən burada nəzərdən keçirəcəyik. Hiss sözü ilə 

işarələnən anlayış həmişə yalnız mənfi məzmuna malik olur, 

yəni  şüurda verilən nəsə nə anlayışdır, nə də ağlın mücərrəd 



idrakı. Sonradan nə olursa- olsun, o həmin hissin anlayışına 

aiddir və onun ölçüyəgəlməz geniş sferası ən müxtəlif 

şeylərdən ibarətdir: biz onların öz aralarında uzlaşmadığını 

yalnız bu mənfi münasibətdə  abstrakt anlayış olmadıqlarına 

görə üst-üstə düşdüyünü bilməsək, başa düşməyəcəyik. 

Çünki göstərilən anlayışda, ən müxtəlif, hətta düşmən 

elementlər belə, məsələn, dini hisslər, şəhvət, mənəvi hisslər, 

lamisə, ağrı, zəngləri, səsləri hiss etmək, onların harmoniya 

və disharmoniyasını hiss etmək; daha sonra nifrət, ikrah, 

özündən müştəbehlik, şərəf, pərtlik, ədalətlilik və ədalətsizlik 

hissi, həqiqət hissi, qüvvənin, zəifliyin, sağlamlığın, 

dostluğun, sevginin estetik duyğusu və s. kimi fiziki hisslər 

sakitcə yanaşı dururlar. Onların arasında istisnasız olaraq 

ümumi heç nə yoxdur, yeganə mənfi xüsusiyyət – zəkanın 

abstrakt idrakı olmamalarıdır. Ən heyranedici hal isə budur 

ki, məkan münasibətlərinin aşkar, aprior dərk olunması və 

xalis zəkanın hər hansı dərki anlayış altına gətirilir və 

ümumiyyətlə, bizim əvvəlcə intuitiv olaraq dərk etdiyimiz, 

lakin hələ abstrakt anlayışa yerləşdirmədiyimiz hər bir idrak, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

86 


hər bir həqiqət haqqında deyilir ki, biz onları hiss edirik. İzah 

üçün ən yeni kitablardan bir neçə misal gətirmək istərdim, 

çünki onlar mənim tərifimi çox gözəl təsdiq edirlər. Yaxşı 

yadımdadır, Evklidin alman dilinə tərcümələrinin birinə 

yazılmış ön sözdə oxumuşam ki, həndəsəyə müraciət edənləri  

hələlik sübutlara əl atmadan bütün fiqurları çəkməyə məcbur 

etmək lazımdır, çünki bu halda onlar, dəlillər onları tam 

dərkə gətirməzdən çox-çox qabaq həndəsi həqiqətləri hiss 

edəcəklər. F.Şleyermaxerin ―Əxlaq təliminin tənqidi‖ 

əsərində də eynilə bu cür məntiqi və riyazi hisslərdən (səh. 

339), bərabər biliyindən və ya iki düsturun fərqindən (səh. 

342) danışılır. Daha sonra, Tennemanın ―Fəlsəfə tarixi‖ 

kitabında (səh. 361) oxuyuruq: ―Yanlış nəticələrin düzgün 

olmaması hiss olunsa da, səhvləri tutmaq mümkün deyildi‖. 

Nə qədər ki, bizdə hiss anlayışına düzgün baxış bərqərar 

olmayıb, nə qədər ki, biz yalnız onun üçün təkcə mühüm olan 

mənfi əlaməti görmürük, o vaxta qədər bu anlayış öz 

sferasının həddən ziyadə genişliyi və özünün sırf mənfi, 

tamamilə birtərəfli və olduqca əhəmiyyətsiz məzmunu 

sayəsində daim anlaşılmazlıq və mübahisələr üçün bəhanə 

olacaqdır. Bizdə hələ eyni əhəmiyyətə malik duyğu 

(Empfindung) sözü olduğu üçün, ondan fiziki hissləri ifadə 

etməkdən ötrü variant kimi istifadə etmək münasibdir. Hissin 

bu anlayışının mənşəyinə gəldikdə, – bütün digərlərinə 

münasibətdə qeyri-proporsional olmaqla– o, şəksiz 

aşağıdakılardan ibarətdir. Bütün anlayışlar (yalnız anlayış 

sözlə ifadə olunur) müstəsna olaraq zəka üçün mövcuddur, 

ondan irəli gəlir: deməli onlar bəri başdan bizi birtərəfli 

baxışa sövq edirlər. Belə nöqteyi-nəzərdən isə yaxında 

olanlar aydın görünür və müsbət müəyyənləşir, daha uzaq 

olanlar isə qarışır və tezliklə müşahidəçinin gözündə yalnız 

mənfi xarakter kəsb edir. Belə ki, hər millət başqalarını 

yadelli adlandırır, yunan qalanlarına barbar adı verir, ingilis 

üçün İngiltərə və ingilisin olmayan hər şey continent və 



continentaldır: mömin başqalarını kafir və ya bütpərəst 


Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə